Ardını oxu...
Polşa Seymi (parlamentin aşağı palatası) Avropa İttifaqını (Aİ) Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağıran qətnamə qəbul edib.

“Seym Polşa hökumətinin beynəlxalq arenada Rusiya Federasiyası vətəndaşlarına viza verilməsinin dayandırılmasına yönəlmiş hərəkətlərini dəstəkləyir. Parlament Baş nazirdən bu məsələ üzərində işi davam etdirməyi, bütün siyasi qüvvələrdən Polşa hökumətinin səylərini dəstəkləməyi xahiş edir”, - sənəddə qeyd olunub.

Qətnamənin lehinə 434 deputat səs verib. 2 nəfər bitərəf qalıb.
 
Ardını oxu...
Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev çağırış vərəqəsi alıb.

Bu barədə o, özü xəbər verib.

Valuyev hərbi qeydiyyat yeri üzrə komissarlığa getmək niyyətində olduğunu vurğulayıb.

“Qismən səfərbərlik ölkə üçün çox vacib qərardır”, – deyə deputat bildirib.


Qeyd edək ki, Nikolay Valuev Rusiyanın siyasi və idman xadimidir. 2021-ci il oktyabrın 13-dən Rusiya Federasiyası Federal Məclisinin VI və VII çağırış Dövlət Dumasının deputatı, Dövlət Dumasının Turizm və Turizm İnfrastrukturunun İnkişafı Komitəsi sədrinin birinci müavinidir.

İdman karyerası ərzində o, ağır çəki dərəcəsində çıxış edib. WBA ağır çəkidə dünya çempionu (2005-2007, 2009), Pan-Asiya Boks Assosiasiyasının ağır çəkili çempionu (2000), peşəkarlar arasında ağır çəkidə Rusiya çempionudur (1999).
Ardını oxu...
 
Ardını oxu...
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev rusiyalıların ölkəyə kütləvi gəlişi fonunda daxili işlər orqanlarına təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, daxili işlər naziri Marat Əhmədjanov Tokayevlə görüşü zamanı situasiya ilə bağlı görülən işlər barədə məlumat verib.

Nazir ölkədə kriminogen durumun stabil olduğunu bildirib.
 
Ardını oxu...
"MDB məkanındakı münaqişələr, eləcə də Rusiya-Ukrayna müharibəsi SSRİ-nin dağılmasının nəticələridir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Qərb MDB məkanında yeni münaqişələrin qızışdırılması ssenariləri üzərində işləyir, bütün Asiya-Sakit okean regionunda risklər artır.

"Qərb istənilən ölkəni təhlükəyə atmağa, onu böhranın episentrinə çevirməyə, rəngli inqilab və qanlı qırğın törətməyə hazırdır", - Putin qeyd edib.
Ardını oxu...
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi siyasətçilər tərəfindən əsassız tənqid olunması konstruktiv iş üçün faydalı deyil".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, İrəvanın KTMT təlimlərində iştirak etməməsi mövcud vəziyyətlə əlaqədardır.

“İrəvanın bu il KTMT-nin Qazaxıstandakı birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent göndərməmək qərarı hazırkı vəziyyətlə bağlıdır", - Zaxarova deyib.
 
Ardını oxu...
İranın Çabahar şəhərində qəzəbli sakinlər valilik binasını yandırıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, polis komandirinin etnik bəluc qıza təcavüz etməsinə və 22 yaşlı Məhsa Əmininin “Əxlaq” polisi tərəfindən saxlanıldıqdan sonra öldürülməsinə etiraz olaraq başlayan nümayiş ümummilli etirazların 12-ci günündə axşam saatlarında davam edib.

Narazı vətəndaşlar əvvəlcə yol polisinin köşkünə od vurublar və yerli bankın binasına (“Ticarət Bank”) hücum çəkiblər. Bundan sonra isə qəzəbli sakinlər valilik binasının önünə toplaşıblar. Onlar binanı daşa basdıqdan sonra yandırıblar.
O da vurğulanır ki, polis və xüsusi təyinatlı qüvvələr birbaşa insanlara atəş açıblar. Nəticədə aksiyaçılar arasında ölən və yaralananlar var. Onların dəqiq sayı barədə məlumat yoxdur.

 
 
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda artan təhlükəsizlik narahatlıqlarını ifadə edərək, son aylardakı narahatedici tendensiyaları, xüsusilə də xarici terror qruplarının mövcudluğunun gündəmə gətirib.

Narahatlıqlar BMT-nin baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasına təqdim etdiyi son rüblük Əfqanıstan hesabatında ifadə olunub.

Hesabatda bildirilir ki, təhlükəsizlik vəziyyəti son aylarda narahatlıq doğuran tendensiyanı, xüsusilə də İŞİD-X-nın silsilə hücumlarını, “Taliban”ın de-fakto təhlükəsizlik qüvvələri ilə təkrarlanan silahlı toqquşmalarını və Əfqanıstanda əcnəbi terrorçu qrupların mövcudluğunun davam etdiyini göstərir: ““Taliban” hərəkatının heç bir qrup və ya fərdin Əfqanıstan ərazisindən digər ölkələrin təhlükəsizliyini təhdid etmək üçün istifadə etməyəcəyini təmin etmək öhdəliyi konkret addımlarla davam etdirilməlidir”.

Hesabatda “Taliban” rəhbərliyi beynəlxalq hüquq çərçivəsində öhdəliklərə əməl etməklə, bu təhlükələrə qarşı mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək üçün terrorizmə qarşı ciddi dialoq aparmağa çağırılır. Rüblük hesabatda Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası - UNAMA-nın mülki şəxslərin müdafiəsi, məhkəməsiz qətllər, işgəncə və pis rəftar, əsassız həbslər və həbslər, Əfqanıstanda qadın və qızların hüquqları, fundamental azadlıqlar və həbs yerlərində vəziyyətlə bağlı nəticələri ümumiləşdirilib. Hesabatda həm de-fakto hakimiyyət orqanlarına, həm də beynəlxalq ictimaiyyətə tövsiyələr də yer alıb.

Silahlı zorakılığın ümumi əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, 2021-ci il avqustun ortalarından 2022-ci il iyunun ortalarına qədər UNAMA 2106 mülki itkini qeyd edib.

Mülki itkilərin əksəriyyəti özünü “İraq və Şam İslam Dövləti - Xorasan Vilayəti” – (İŞİD-X) adlı silahlı qruplaşmanın məktəbə getdikləri, ibadət etdikləri və gündəlik həyatlarını davam etdirdikləri yerlərdə etnik və dini azlıqlara qarşı məqsədyönlü hücumları ilə əlaqələndirib.
 
Ardını oxu...
Böyük Britaniyanın Baş naziri Liz Trassla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş verib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Baş nazir Liz Trass Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlar fonunda Böyük Britaniyanın davamlı dəstəyini vurğulayıb.

Baş nazir açıq şəkildə bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini heç vaxt tanımayacaq.

O, Putin məğlub olana qədər Ukraynanın Böyük Britaniyanın dəstəyinə arxalana biləcəyini bir daha vurğulayıb.

Prezident Zelenski Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.

Liz Trass Ukraynanın Şərqində Rusiya tərəfindən saxlanılan beş Böyük Britaniya vətəndaşının azad edilməsində gördüyü işlərə görə prezident Zelenksiyə təşəkkür edib.

Liderlər həmçinin qaz tədarükünü təmin etmək üçün birgə işlər barədə müzakirə aparıblar.
 
Ardını oxu...
Rusiya Dövlət Dumasının deputatları səfərbərliyə cəlb olunanlarla bağlı qərarın üç oxunuşda qəbul edilməsini planlaşdırsalar da, bu, baş tutmayıb.

Əsas mövzu ölən hərbçilərin borcunun kimin tərəfindən silinməsi məsələsi olub.

Ölkənin Maliyə Nazirliyi banklara borcu öz hesablarına silməyi təklif edir, bankirlər isə bununla razılaşmırlar.

Sentyabrın 27-də birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, səfərbərliyə cəlb olunanlara və müqavilə əsasında hərbi xidmət çəkənlərə kreditləri olduqda ödənişləri dayandırmaq və ya xidmət müddətinə onu azaltmaq hüququ verilir.

“İkinci oxunuşda biz açıq şəkildə bildirəcəyik ki, əgər şəxs vəfat edibsə və ya birinci qrup əlil olubsa, deməli, o, borc ödəmir və bu borclar heç kimə keçmir”, – deyə Dumanın maliyyə komitəsinin rəhbəri Anatoli Aksakov izah edib.

Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev əlavə edib ki, bu silinmə büdcənin deyil, bankların hesabına həyata keçiriləcək.

Nəticədə, çərşənbə axşamı qanun layihəsi hətta ikinci oxunuşda da müzakirə olunmayıb, lakin işçi qrup aktiv şəkildə dəyişiklikləri hazırlayıb. (Mənbə: Kommersant)
 

Dünyapress TV

Xəbər lenti