ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin hamısını əhəmiyyətli fərqlə qabaqlayıb.
Publika.az xəbər verir ki, bunu Emerson Kollecinin sorğusunun nəticələri sübut edir.
Trampın namizədliyini partiyanın tərəfdarları arasından sorğuda iştirak edən seçicilərin 62%-i dəstəkləyir. Seçki kampaniyasında iştirakını hələ rəsmən açıqlamayan Florida qubernatoru Ron DeSantis sorğuda cəmi 16% səs toplayıb.
Beləliklə, cəmi bir ay ərzində Trampın reytinqi yeddi faiz bəndi yüksəlib.
Respublikaçılar arasında populyarlıq baxımından üçüncü yeri 7% səslə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens tutur.
Aprelin 24-25-də keçirilən sorğuda Respublikaçılar Partiyasının 445 seçicisi iştirak edib.
Qeyd edilib ki, eks prezidentə qarşı ittihamlar ona respublikaçıların rəğbətini qaytarıb.