Ardını oxu...
Rusiya Federasiyasının Prezidenti üçün sentyabrın 30-u Adolf Hitlerin 30 apreli ola bilər. O, ultrafaşistlərlə oyundan və əsirlərin dəyişdirilməsindən sonra təcrid vəziyyətinə düşüb.

Bu barədə rusiyalı publisist Andrey Piontkovski Freedom telekanalının efirindən danışıb («UNİAN»).

«Ukrayna silahlı qüvvələri Xersonu götürəcək və hər şey dağılacaq. Biz, fikir ayrılığının yalnız bir tərəfini görürük, amma həm də Putin-generallar xətti ilə fikir ayrılığı var. RF Prezidenti də Hitlerin son illər Berlində bunkerdə qaldığı kimi vəziyyətə düşüb.

Qalır başlıca sual: «Kimdir günahkar?» Putinə qalır generalları ittiham etmək və həbsə tullamaq. Səmərqənddən sammitdən qayıdandan sonra, Putin konsepsiyanı dəyişdi. O, ultrafaşistlərin mövqeyinə keçdi, amma əsirlərin dəyişdirilməsindən sonra təcrid vəziyyətinə düşüb» - Piontkovski qeyd edib.
 
Ardını oxu...
44 günlük müharibədə İranın Ermənistana verdiyi bir neçə təklif müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərdi.

APA xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan çıxış edib.

S.Danielyan bu gün keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təkliflərindən imtina etdiyini bilsə, şoka düşəcək: “Sual yaranır: niyə imtina edildi?”

Erməni ekspertin fikrincə, İrana qarşı yönəlmiş müharibədə Türkiyə, İsrail, İngiltərə də çıxış edir.

O, 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Ermənistana səfəri zamanı İranla sərhədin bağlanması təklifini xatırladıb:

“2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb, ABŞ-ın Ermənistan və ermənilərin Türkiyəyə münasibətində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti deyib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün şərt idi”.
 
 
 
Ardını oxu...
İsveç seysmoloqları "Şimal axını" və "Şimal Axını -2" boru kəmərləri yaxınlığında partlayışlar qeydə alıb.

İsveçin SVT telekanalı xəbər verir ki, seysmoloqlar partlayışları son 36 saat ərzində qeydə alıblar.

Telekanalın verdiyi məlumata görə, həm İsveç, həm də Danimarkadakı ölçmə stansiyaları bazar ertəsi qaz sızması ilə eyni ərazidə güclü sualtı partlayışlar qeydə alıb. İsveç Milli Seysmik Şəbəkəsinin seysmologiya üzrə eksperti Byorn Lund: "Dalğaların aşağıdan səthə necə sıçradığını aydın görə bilərsiniz. Bunun bir partlayış olduğuna şübhə yoxdur. Hətta Gnosjedə bunu qeydə almış bir stansiyamız var", deyə açıqlamasında bildirib.

İlk partlayış bazar ertəsi gecə saat 02:03-də, ikinci partlayış isə bazar ertəsi axşam saat 19:04-də qeydə alınıb.

Ərazidəki gəmilər suyun səthində qabarcıqlar aşkar etdikdən sonra, müvafiq olaraq, bazar ertəsi saat 13:52-də və 20:41-də qaz sızması ilə bağlı məlumat yayılıb.

SVT telekanalı qeydə alınmış partlayışların koordinatlarını əldə edib və onlar qaz sızmasının qeydə alındığı ərazidədir.
 
 
 
Ardını oxu...
Ukraynanın Donetsk, Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün keçirilən “referendumlar”da səsvermə başa çatır.

İlkin nəticələr qaçqınların və diplomatik korpusun səs verə biləcəyi Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrindən gəlir.

Donetskdə bülletenlərin 22,48%-dən çoxunun işlənməsindən sonra 98,35%, Luqanskada səslərin 51,76%-nin sayılmasından sonra 97,93%, Zaporojyedə protokolların 60%-nin işlənməsindən sonra 97,75%, Xersonda isə səslərin 61%-nin sayılmasından sonra seçicilərin 96,44% faizi bu ərazilərin Rusiyaya birləşdirilməsinə tərəfdar olduqları bildiriliblər.
 
Ardını oxu...
NATO müttəfiqləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrini, həmçinin müttəfiqlərin imkanları və silah-sursat ehtiyatlarını müzakirə edib.
APA xəbər verir ki, bu barədə Alyansın baş katibi Yens Stoltenberq NATO-nun mənzil-qərargahında Milli Silahlanma üzrə Direktorların Konfransının (CNAD) növbədənkənar iclasında bildirib.

Baş katib müttəfiqləri hərbi ehtiyatları mümkün qədər sürətlə artırmağa davam etməyə çağırıb.

“NATO hərbi ehtiyatlarının artırılması Ukraynaya dəstəyini davam etdirməyi təmin edəcək. Biz NATO müttəfiqləri kimi döyüş sursatı ehtiyatlarımızı artırmalı və Ukraynaya ehtiyacı olduğu müddətcə lazım olan dəstəyi təmin etmək üçün birgə işləməyə davam etməliyik”, - deyə Stoltenberq vurğulayıb.

Görüşdə müttəfiqlərin hərbi ehtiyatlarındakı hər hansı boşluqları daha yaxşı öyrənmək və bu cür halları birlikdə aradan qaldırmaq yolları müzakirə olunub.
 
Ardını oxu...
İranın Ərdəbil şəhərində hiddətlənmiş əhali hökumət qüvvələrini daş-kəsəklə qovur. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Etirazçılar onlara hücum edən xüsusi təyinatlılara “bişərəf” deyə xitab edirlər.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan gərginlik hələ də davam etməkdədir. Məhsanın ölümü İran xalqını ayağa qaldırıb. Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkə boyu geniş etiraz aksiyaları başlayıb.

Ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə etirazlar davam edir .

“AzPolitika.info” həmin etirazlarla bağlı yayılmış yeni videoları təqdim edir:
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.

Azərbaycanın dövlət başçısının mətbuat xidməti xəbər verir ki, məktubda deyilir:

Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını arzulayıram.
 
Ardını oxu...
Rusiyanın tərkibinə daxil olan Buryatiya Respublikasının rəhbəri mağazalarda qiymətləri qaldıran satıcıları səfərbərliklə hədələyib.

Demokrat.az xəbər verir ki, bu barədə rəhbər Aleksey Tsydenov Telegram kanalında yazıb.

Onun sözlərinə görə, səfərbərlik başlayandan sonra mağazalarda kombinezon, uniforma və digər avadanlıqların qiymətləri kəskin artıb.

"Ona görə də belə bir zamanda pul qazanmağa və super qazanc əldə etməyə qərar verən hər kəs Buryatiya rəhbəri tərəfindən cəzalandırılacaq", - deyə o qeyd edib.
 
Ardını oxu...
Yunanıstan siyasətçilərini təxribata həvəsləndirənlərin əsl niyyəti böyük və qüdrətli Türkiyə qurmaq layihəmizə mane olmaqdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O əlavə olaraq deyib ki, (ABŞ tərəfindən - red.) Yunanıstanı Türkiyənin səviyyəsinə yüksəltmək üçün nə hərbi baxımından gücləndirməsi, nə də siyasi və iqtisadi dəstək verməsi kifayət deyil, amma Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir:

“Biz əlimizdə olan bütün vasitələrdən istifadə edərək, Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etməkdən yan keçməyəcəyik. Türkiyə qonşu Yunanıstanın təxribatçı siyasətini yaxından izləyir”.
 

Dünyapress TV

Xəbər lenti