Ardını oxu...
Michael Rubin: “Azərbaycanda mənə bir xalça verdilər. Pişiklərim onu çırıq-çırıq elədi”
“American Enterprise Institute” (AEI) yüksək ranqlı əməkdaşı Michael Rubin (1971) əvvəllər Pentaqonda məmur kimi çalışıb. Amerika mətbuatında əsasən Azərbaycan, Ermənistan, Türkiyə, İran, Rusiya kimi ölkələrlə bağlı təhlil yazıları ilə çıxış edir.
Azərbaycan və Türkiyə rəsmiləri ilə bir vaxtlar “şirin-şəkər-bal” kimi münasibətləri olub. Müvafiq olaraq Ermənistanı asıb-kəsib. Xeyli müddətdir ki, Michael Rubin öz mövqeyini 180 dərəcə dəyişib. O, sahibi olduğu “19fortyfive.com” saytında “Of Course, I Switched Sides On Armenia And Azerbaijan. Here’s Why” (Əlbəttə, Ermənistan və Azərbaycana münasibətim ciddi şəkildə dəyişib. Niyəsini izah edirəm) adlı məqalə ilə çıxış edib.
Gördüyünüz kimi, müəllif özü bir daha oxuculara izahat verməyi lazım bilir. İzahatda isə əcaib arqumentlərdən istifadə olunur. Məsələn, onun 2011-ci ildə qələmə aldığı "What is wrong with Armenia" (Ermənistanda yanlış olan nədir?) adlı məqaləsində deyilir ki, Ermənistan İrana dəstək verir, müvafiq olaraq ABŞ-a münasibətdə antoqonist mövqeydə dayanır. Türkiyə və Azərbaycan üçün həssas alan qondarma “erməni soyqırımı” məsələsinə də ciddi şübhə ilə yanaşır və deyir ki, bu işi tarixçilərin müzakirəsinə buraxmaq lazımdır (cənab Ərdoğan da belə deyirdi). Müəllif Ermənistanı Rusiyanın əlində yer alan oyuncaq ölkə adlandırır. Ermənistanı İranın əlaltısı kimi təqdim edir. Bir az da qızışaraq deyir ki, Ermənistan ABŞ-ın milli maraqlarına təhlükədir. Digər məqalələlərində isə ABŞ rəhbərliyinə məsləhət görür ki, Türkiyə ilə müttəfiqliyi gücləndirmək lazımdır. Türkiyə ABŞ-ın ən etibarlı müttəfiqidir və.s.
Qeyd etdiyim kimi, mövqeyini 180 dərəcə dəyişən Michael Rubin indi tam əksini iddia edir. Son məqaləsində deyir ki, bəzi azərbaycanlılar guman edir ki, mövqeyimin dəyişməsi pulun motivasiyası ilə bağlıdır. Amerikalı azərbaycanlıların belə düşünməsini bizim milli dəyərlərlə əlaqələndirir, mövcud düşüncə tərzimizdən gəlir. O yazır: “Azərbaycanda keçirilən bir konfransından sonra mənə bir xalça verdilər. Pişiklərim onu dərhal çırıq-çırıq etdi”.
Kimsə düşünə bilər ki, Azərbaycan iqtidarı Michael Rubin-in pul-parasını kəsib, ona görə də amerikalı dələduz mövqeyini dəyişib. Yox, bu, bizim iqtidarın vərsizliyi ilə bağlı deyil.2017-ci ilin iyun ayında Tayyib Ərdoğan Türkiyə məhkəməsində Michael Rubin-ə qarşı dava açdı. Amerikalı rəsmi şəkildə “Fətullahçı Terror Təşkilatına dəstək vermək və cinayətlər törətmək”də ittiham olunurdu. 2017-ci ilin dekabrında isə Türkiyə dövləti rəsmən elan etdi ki, Michael Rubin-i Türkiyəyə təslim edilməsinə yardımçı olan şəxsə 3 milyon Türkiyə lirəsi (o vaxt 800 min dollar edirdi) mükafat veriləcək.
Michael Rubin 2020-ci ilin 16 dekabında, yəni 44 günlük müharibə Zəfərlə başa çatdıqdan az sonra “Azerbaijan’s cynical approach to Jews is demeaning to all” (Azərbaycanın yəhudilərə iyrənc (sinik) yanaşması hamını alçaldır) adlı məqalə ilə çıxış etdi. Xatırladım ki, o vaxt ABŞ-da möhtəşəm gücə sahib olan yəhudi lobbisi Azərbaycanın müdafiəsi üçün bəlli işlər görürdü. Belə bir ortamda Amerika Erməniləri Milli Komitəsinin çətiri altına kef edən Michael Rubin Azərbaycanda yəhudilərə olan münasibəti ən qara boyalarla amerikalılara təqdim etməyə çalışdı. Şübhəsiz ki, bu məqalə xüsusi sifarişlə yazılmışdı. Həmin məqalədə deylirdi: “Bu payız baş vermiş Dağlıq Qarabağ müharibəsi fonunda Vaşinqtonda daha bir döyüş gedir: münaqişə tərəfdarları Amerika yəhudilərini öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların fikrincə, Azərbaycan bütün xalqlar üçün tolerant olan maarifçi cəmiyyətə sahibdir, Ermənistan isə Adolf Hitlerə dəstək verən dərin antisemit bir ölkədir”.
Müəllif and-aman edir ki, Azərbaycan və Türkiyədə yəhudilərə münasibət səmimi deyil: “Vaşinqton və ya Yerusəlim (Qüds) Ankara və ya Bakının istəklərinə tabe olmasa, dini tolerantlıq həmən aradan qalxacaq”. O, daha da həyasızlaşaraq yazır ki, Türkiyə və Azərbaycan əslində yəhudiləri girov saxlayır...
Bir sözlə, adam (adammı?) yəhudi lobbisini Azərbaycan və Türkiyənin müdafisəindən çəkindirmək üçün əcaib yalanlar uydurur...
Rusiya qazının Qaradəniz üzərindən Türkiyəyə ötürülməsini təmin edən “Türk axını” (TurkStream) boru xəttinə qarşı amansız mübariz kimi tanına Michael Rubin istəyinə nail olmadı. Onun ABŞ və Avropada apardığı əks-təbliğat kampaniyası iflasa uğradı...
Təbi ki, bütün ermənilər kimi, Michael Rubin də ABŞ-ın Azərbaycana göstərdiyi hərbi yardımı (ildə 120 milyon dollara yaxın) kəsməyi, həmin yardımı Ermənistana verməyi tələb edir. Bədnam "907"-ci düzəlişin yenidən qüvvəyə minməsini istəyir...
ABŞ başda olmaqla Qərb mətbuatında və siyasi arenasında Michael Rubin tipli bir sürü fırldaqçı var. Pulunu verəndə o, türkçü-Turançı olur, pulunu kəsəndə isə həmən Amerika Erməniləri Milli Komitəsinin yanında yer alır. Düşünün ki, bu adam o qədər ermənipərəst olub ki, Amerika Erməniləri Milli Komitəsinin saytında onun palaz-palaz yazıları gedir...
Elbəyi Həsənli, Sürix
Teref.az
 
 

Ardını oxu...
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı devirməyə cəhd edir, ikinci isə öz hakimiyyətini qorumağa çalışır və bunun da nəticəsində siyasi dialoq alınmır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Onun fikirlərini mətbuat katibi Arman Musinyan sosial şəbəkələrdə yayıb.
Ətraflı

“Hakimiyyətlə müxalifət arasında dialoqun pozulmasının günahkarları Köçəryan və Paşinyandır”, – o əlavə edib.

Musinyanın sözlərinə görə, Ter-Petrosyanın dünən bildirdiyi fikirlərdən sonra bir çoxları elə düşünüb ki, tərəflər arasında dialoqa Ter-Petrosyan mane olub. O isə belə hesab edir ki, əslində dialoqun pozulmasına səbəb Robert Koçaryanın 3 saatlıq mətbuat konfransı və Nikol Paşinyanın 2 saatlıq müsahibəsi olub.

Ter-Petrosyan belə bir qənaətə gəlib ki, Koçaryan hansı yolla olursa olsun, Paşinyanı devirməyə, Paşinyan isə istənilən vasitələrlə hakimiyyətini qoruyub saxlamağa çalışır və bunun nəticəsində dialoq üçün bütün körpülər dağıdılıb.
Ardını oxu...
Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin erməni əsgərlərini güllələməsi ehtimal olunan videonun dünya KİV-lərinin ilk səhifələrinə bu qədər tez düşməsi ümumilikdə Qərb hökumət kabinetlərində oturan bəzi rəhbərlərinin Bakıya qarşı açıq-aşkar qərəzli olduğunu göstərir.

Bu barədə Axar.az-a müsahibədə PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, tanınmış rusiyalı politoloq Vitali Arkov bildirib.

“Onlarla video var ki, erməni əsgərləri Azərbaycan hərbçilərinin cəsədləri üzərində ağlasığmaz vəhşiliklər törədirlər. Bəs nəyə görə Qərb KİV-i “medalın bu tərəfini” dərc etmir? Qərb mediası səkkiz il Donbasda davam edən Ukraynanın hücumunu da görməzdən gəldi. Orada yüzlərlə uşaq, qadın və qoca öldürülüb. Amma bütün Qərb mediası, hüquq müdafiəçiləri yalnız Kiyev hakimiyyətinin maraqlarına uyğun bəyanat yayırlar. Ermənistan da hazırda Qərb təbliğatının siyasi sifarişini yerinə yetirir”, - deyə müsahibimiz qeyd edib.

Arkovun sözlərinə görə, süni surətdə uzadılan Ermənistan-Azərbaycan münaqişəsi regionda ABŞ-ın və ümumilikdə kollektiv Qərbin nəzarəti altında olmayan "Şimal-Cənub" layihəsinin və bir sıra digər güclü iqtisadi (müvafiq olaraq, böyük siyasi əhəmiyyəti olan) layihələrin tam reallaşdırılmasını ləngidir:

“Və üçüncüsü: əlbəttə ki, Qərbin, ilk növbədə, ABŞ-ın Ermənistanı Rusiyanın orbitindən çıxarmaq, həmçinin İrəvanı Tehrana təzyiq rıçağına çevirmək cəhdlərini müşahidə edirik.

Hazırda Qərb Bakıya başqa cür – birbaşa təsir edə bilməz, çünki Avropanın Azərbaycanın karbohidrogenlərinə ehtiyacı var. İndiki vəziyyətdə rıçaq rolunda yalnız İrəvan ola bilər.

Ermənistanın hazırkı siyasi rəhbərliyinin Qərbən gələn “sifarişləri” sevinclə yerinə yetirdiklərini müşahidə edirik. Bu insanlar hakimiyyətdə qalmaq naminə münaqişənin yenidən güclənməsinə və onun hətta Üçüncü Qarabağ müharibəsinə çevrilməsinə yol verə bilər”.
 
 
 
Ardını oxu...
Ukraynaya qarşı işğalçı hücumla daha da kəskinləşən Rusiya-Qərb geosiyasi qarşıdurmasının əsas cəbhələrindən biri enerji sektorudur. Rusiyanın “Qazprom” neft-qaz nəhəngi Avropanın qaz təchizatının 40 faizə qədərini (ildə 165-170 milyard kubmetr) təmin edirdi və bundan ildə on milyardlarla avro gəlir qazanırdı.

Rusiya büdcəsinin əsas gəlir mənbələrinin başında inkişaf etmiş ölkələrlə neft-qaz satışı dayanır. 2021-ci ilin statistik məlumatlarına görə, ölkənin karbohidrogen satışından əldə etdiyi 260 milyard dollardan çox vəsaitin əhəmiyyətli hissəsi Qərb şirkətlərinin ödənişlərinin payına düşür.

Müharibənin başlamasından (24 fevral) sonra 2022-ci ilin birinci yarısında da Rusiya kəskin bahalaşan qiymətlərin fonunda Qərblə neft-qaz alış-verişindən 100 milyard dollardan çox gəlir əldə etmişdi. Nəhəng vəsaitlər, təbii ki, işğal altında olan Ukraynanı və onun müttəfiqlərini ciddi şəkildə narahat edirdi, eləcə də Kremlin Avropa ölkələrini Kiyevə dəstəkdən çəkindirmək üçün enerji amilindən şantaj kimi istifadə etməsi də Avropa İttifaqının səbir kasasını daşırmaq üzrə idi. Üstəlik, Vaşinqton da Avropadakı müttəfiqlərinə Rusiya ilə enerji alış-verişini məhdudlaşdırmaq üçün aramsız təzyiqlər edirdi.

Nəhayət, apreldə Rusiyanın şantaj alətlərini məhdudlaşdırmaq üçün strateji qərarlar qəbul edildi. Bu ölkədə əvvəlcə neft və neft məhsullarının alışına məhdudiyyətlər qoyuldu, habelə qaz asılılığını azaltmaq üçün sürətli alternativlər arayışına başlandı. İlin ikinci yarısında artıq ortada ciddi nəticələr vardı, Avropa İttifaqı “Qazprom”dan qaz idxalını 15 faizdən çox azaltmağa nail olmuşdu, G-7 formatında əldə olunan ilkin razılaşmaya görə isə dekabrda Rusiyadan qaz alışının qiymətinə limit qoyulmalıdır.

Qərbin problemin həllinə qısa müddətdə çarə tapmağa yaxın olması Kremli qəzəbləndirdi və enerji şantajını daha sıx şəkildə həyata keçirməyə qərar verdi. Məqsəd Avropada enerji böhranı yaratmaq, iqtisadi tənəzzül və inflyasiyaya nail olmaqla, siyasi hakimiyyətlərin demontajını həyata keçirməkdir. Bu addımlar qismən öz bəhrəsini verib, bir neçə ölkədə kütləvi narazılıqlar (Çexiyada 70 min nəfərlik etiraz mitinqi, İtaliyada hökumət böhranı və s.) baş qaldırdı. Almaniya, Britaniya hökumətləri böyük iqtisadi yardım paketləri həyata keçirməklə əhalini və özəl sektoru üzləşdiyi böhrandan xilas etməyə çalışırlar.

Nəhayət, Rusiya və Qərb arasında enerji müharibəsi 30 avqustda kulminasiya nöqtəsinə çatdı. “Qazprom” birtərəfli qaydada “Şimal axını 1”-lə təchizatı dayandırdı, qısa müddətdə Avropada qazın svop qiyməti 3500 dolları keçdi. Amma Avropa İttifaqının Kremlin qaz şantajına boyun əyməyəcəyi haqqında bəyanatı, ABŞ, Kanadanın qitəyə davamlı mavi yanacaq göndərməsi, Qətər, Əlcəzair və s. ölkələrlə mübadilənin artırılması bazarda qiymətləri sabitləşdirdi. Sentyabrın sonlarında artıq bazarda qazın bir kubmetri 1720 dollar səviyyəsinə düşdü.

Ötən həftə beynəlxalq birjaları silkələyən daha bir xəbər yayıldı: Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” kəmərləri Baltik dənizinin dibində partladılıb… İsveçin Sərhəd Qvardiyası həftənin əvvəlində “Şimal axını” kəmərlərində qaz sızmasının baş verdiyini aşkarlayıb. Qvardiyanın rəsmisi mediaya deyib ki, İsveç tərəfdə iki, Danimarka tərəfdə daha iki sızma var. “Dördüncü sızma “Şimal axını-2” kəmərində, yaxınlıqdakı “Şimal axını-1”də aşkarlanmış daha böyük dəliyə yaxın yerdədir”, – məlumatda qeyd olunub.

NATO və Avropa İttifaqı sızmaların sabotajla törədildiyini deyib, Avropanın kritik infrastrukturunu qorumaq üçün güclü tədbirlər vəd edib. Şübhəli partlayışlar vaxtı kəmərlərdən heç biri işləməyib, ancaq onlar qazla dolu olub. Sentyabrın 26-da baş vermiş hadisədən bəri qaz Baltik dənizinə sızmaqdadır. İsveç və Danimarka seysmoloqları ərazidə güclü partlayışlar qeydə aldıqlarını deyiblər. İsveç polisi mümkün sabotaj üzrə təhqiqata başlayıb.

Qeyd edək ki, kəmərlərin sahibi “Şimal Axını AG” konsorsiumudur və bütün fəaliyyət və tikinti işləri də bu şirkətə aiddir. Şirkətin ən böyük hissədarı “Qazprom”dur.

Almaniya illik qaz ehtiyacının 26 faizinin böyük hissəsini “Şimal Axını 1” ilə idxal edilir, digər hissəsi isə yerüstü kəmərlər hesabına reallaşdırılır. Almaniya bu kəmərə paralel çəkilən “Şimal Axını 2” layihəsinin həyata keçməsinə razılıq versə də, Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən bu boru xətti ilə enerji nəqli gerçəkləşdirilməyib. Bu kəmərin tikintisi “Qazprom”a 12 milyard avroya başa gəlib.

Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 30-da “Şimal axını” boru kəmərlərində baş verən partlayışlara görə Britaniyanı ittiham edib: “Sanksiyalar anqlosakslar üçün kifayət etmədi, onlar indi də terrora keçiblər. İnanmaq çətindir, onların “Şimal axını” beynəlxalq qaz kəmərindəki partlayışları təşkil etdiyi bir faktdır”.

Beləliklə, Rusiyanın Avropaya əsas təzyiq aləti sıradan çıxarılıb. Bu geosiyasi müharibənin enerji cəbhəsində önəmli dönüş nöqtəsi sayıla bilər. Çünki Moskva bu xətlə gələn külli miqdarda vəsaitlər hesabına öz ambisiyalarını həyata keçirməyə çalışır, eyni zamanda daxili sosial sabitliyi saxlaya bilirdi. Şübhəsiz ki, bundan sonra Rusiya üçün çox çətin olacaq…

Bəs kəmərlərin bərpası texniki baxımdan mümkündürmü? Bəzi ekspertlər bildirirlər ki, kəmərlərin uzun müddət dağılmış vəziyyətdə dənizin dibində qalması onların həmişəlik məhvinə gətirib çıxara bilər.

Enerji sektoru üzrə mütəxəssis İlham Şaban Pressklub.az-a deyib ki, kəmərlərin bərpası texniki baxımdan mümkündür, amma hələ dəymiş ziyan haqda rəsmi açıqlama yoxdur: “Yəni kəmər necə zədələnib, qaz necə çıxıb və sistemdə nələrin dəyişməsinə ehtiyac var. İkincisi, bu məsələlər gərək rəsmi qaydada təsdiqini tapsın ki, sonra borunu idarə edən şirkət magistral kəmərlərdə təmir işləri ilə bağlı beynəlxalq tender elan etsin”.

Ekspert kəmərlərin korroziyaya uğrayıb tezliklə məhv olacağı fikri ilə razı deyil: “Çünki boru kəməri daxildən də antikorroziya emal təbəqəsi ilə örtülüb, bu, həm də metan molekullarının boruda daha sürətlə hərəkətini təmin edir. Amma boruya su daxil olarsa və uzun müddət belə qalarsa, təbii ki, korroziya başlayacaq. Bu işləməyən maşının küçədə atılmasına bənzəyir”.

Bərpa əməliyyatların mümkünlüyü barədə danışan İlham Şaban bildirir ki, əsas məsələ dəyən ziyanın mürəkkəbliyinin açıqlanmasıdır. “Bundan başqa, hansı əməliyyatların Rusiyaya qarşı sanksiyalara görə həyata keçirilib-keçirilməyəcəyi vacib amildir”, – o vurğulayıb.

İlham Şaban qeyd edir ki, Rusiya və Qərb arasında 1968-ci ildən qurulan qaz ticarəti 2022-ci ildə ildırım sürəti ilə qapanmaya gedir: “25 may 2022-ci ildən Yamal-Avropa (Rusiya-Belarus-Polşa-Almaniya) boru kəməri fəaliyyətini tam dayandırdı. Onun gündəlik buraxıcılıq gücü 90 mln kubmetr qaz idi. Məlum olduğu kimi, 31 avqustdan “Şimal axını1” layihəsi ilə Yamaldan Almaniyaya ötürülən maksimal gündəlik nəql gücü 160 mln kubmetr olan kəmər işləmir. İndi məlum olub ki, Rusiya-Türkiyə-Avropa marşrutlu “Türk axını” kəməri ilə Avropaya gündəlik nəql edilən qaz həcmləri maksimum 43,1 mln kubmetrdən 32 mln kubmetrədək azalıb”.

Onun sözlərinə görə, Ukrayna üzərindən Avropaya nəql həcmləri iyun ayından 42 mln kubmetr ətrafında stabildir, amma vaxt vardı, bu marşrutla gündəlik Avropaya 300-310 mln kubmetrədək qaz nəql edilirdi.
pressklub
 
 
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik bacarığı dünyanı ərzaq böhranından xilas etdi.

Bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya İstanbulda Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşündə bildirib.

O bildirib ki, xüsusilə taxıl dəhlizi dünyanı ərzaq böhranından xilas etdi.

Müharibə səbəbindən Ukraynada səhiyyə sahəsində tələbatların artdığına diqqət çəkən Zelenskaya Əminə Ərdoğandan bununla bağlı yardım istəyib.
 
Ardını oxu...
Rusiyanın “Şimal axını” qaz kəmərinin borularında təxribat Avropanı əsas qaz tədarükçüsündən məhrum edib. Artıq “Türk axını” qaz kəmərinə də təxribat ola biləcəyi haqda danışılır. Əgər Türkiyə və Balkanları qazla təmin edən boru kəmərini də hər hansı səbəbdən dayansa, o zaman Avropa İttifaqı daha ciddi enerji böhranı üzləşəcək.

Qazın qiyməti isə daha da sürətlə bahalaşacaq. Belə bir risk də var ki, Ərdoğanın Rusiyaya loyal münasibətinə görə yaxınlaşan seçkilər ərəfəsində ABŞ Türkiyəni cəzalandırmaq fikrinə düşə bilər. Çünki Qara dənizdə nəqliyyat infrastrukturunun oxşar şəkildə zədələnməsi halında seçkilər ərəfəsində ölkəyə dəyən ziyan onun iqtisadiyyatını çökdürə və bu da preziden seçkilərinin nəticələrinə ciddi təsir edə bilər. Türkiyə sənayesinin dayanması inflyasiyanı daha da sürətləndirə, bu da Ərdoğan hakimiyyətinin qələbəsini ciddi maneə yarada bilər.

Bu səbəbdən Ankara “Türk axını”nın təhlükəsizliyini gücləndirib. Musavat.com-un məlumatına görə, Rusiya mediası saytı yazır ki, Türkiyənin ərazi sularında qaz kəmərini qorumaq üçün bir ay ərzində 75 min nəfərə qədər xüsusi qüvvələri və 2 minə yaxın xüsusi texnikanı görəvləndirmək hazırlığındadır.

“Türk axını” kəmərinin operatorunun lisenziyasının ləğvi də Ankaraya ABŞ-ın xəbərdarlığı kimi qiymətləndirilir. Kəmərin operatoru indi Hollandiyanın “South Stream Transport B.V” şirkətidir. İstənilən halda, həm Türkiyə, həm də Balkanlar hələlik qaz almağa davam edəcək. “Türk axını” operatoru artıq lisenziyanın yenilənməsi üçün müraciət edib. Ankara isə lisenziyasızlıqdan ehtiyat etmir, əsas diqqəti kəmərdə təxribatları önləməyə yönəldib.

Rusiya hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç deyib ki, “Türk axını” Avropanı ciddi yanacaq qıtlığından xilas etməyəcək, çünki gücü ildə cəmi 15,8 milyard kubmetrdir.

“ABŞ Rusiya qazının Avropaya tədarükünü tamamilə kəsməyə və Aİ iqtisadiyyatının daha da böyük çöküşünə səbəb olmağa çalışır. Qara dəniz Rusiya, Türkiyə və Rumıniyanın daxili dənizidir. Qərb kəşfiyyat xidmətlərinin bu bölgəyə çıxışı kifayət qədər məhduddur, orada təxribat təşkil etmək onlar üçün daha çətindir. Heç bir sualtı qayıq diqqətdən kənar keçə bilməz” - deyə, o bildirib.

“Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində meydana gələn sızmaların təxribat olduğu deyilir. Rusiya bu məsələdə ABŞ-ın əli olacağına işarə edir, Vaşinqtonda Moskvanı suçlayır.
 
 
 
Ardını oxu...
Tacikistan prezidenti Emomali Rahmanın öldüyü barədə şayiələr yayılıb.
Düşənbədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
Teref.az yazır ki, bu barədə sosial şəbəkələrdə yazırlar.
Teref.az
 
 
 

Ardını oxu...
Ermənistanın sabiq Prezidenti, Xocalı cəlladı kimi tanınan terrorçu Robert Köçəryan İrəvanda mətbuat konfransı keçirib və Ermənistanın düşdüyü çətin vəziyyətdən çıxış yollarını göstərib. Köçəryan hesab edir ki, Ermənistanın acınacaqlı durumdan çıxması üçün Baş Nazir Nikol Paşinyan hakimiyyətdən getməli, ordu güclənməli, ölkənin xarici dövlətlərlə əlaqələri yenidən qurulmalıdır.

"Heç kim zəif ölkə ilə hesablaşmayacaq, dilənçilik edən ölkəyə hörmət etməyəcək. Regionda bizim amilimiz azalıb. Düzünü desək, biz özümüz bunu plintus səviyyəsinə çatdırmışıq. Biz danışıqlar masası üzərindəyik, onun ətrafında deyilik”, - Köçəryan vurğulayıb.

Sabiq Prezident hesab edir ki, Rusiya ilə zəifləyən münasibətlər yenidən gücləndirilməlidir ki, bu, Ermənistanın dirçəlməsinə, Qarabağ məsələsində İrəvanın istəklərinin yerinə yetirilməsinə nail olunsun.

Bununla yanaşı, Köçəryan İranla münasibətlərin dərinləşdirilməsinin vacib olduğunu söyləyib: "İndi İranla razılığa gəlmək, münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Bunun üçün hələ gec deyil. Çünki Tehran üçün regionda "milli maraqların" qorunması önəmlidir".

Xocalı cəlladının açıqlamaları, xüsusilə Rusiya və İranla münasibətlərin inkişafı ilə bağlı mülahizələri erməni ictimaiyyətinin özündə ironiya ilə qarşılanıb. Müxalifətdə olan Köçəryanın hakimiyyətə gələrək Ermənistanı Rusiyanın boyunduruğuna daha dərin salmaq istədiyi bildirilir.

Analitik Razmik Akopcanyan hesab edir ki, sabiq Prezident Ermənistanın təhlükəsizlik baxımından zəifliyini dərk etməklə bərabər, bunu yanlış yerdə - qeyri-sabitliyə qucaq açan yaramaz dövlətlərdə axtarır: "Köçəryan qeyd edir ki, Rusiya ilə sıx bağlı olmalıyıq və müharibədən iki il sonra Ermənistan sərhəd təhlükəsizliyini gücləndirmək üçün İran amilindən istifadə etməyib. Bu ifadələrin hər ikisi, axmaq yanaşmadır".

"Ondan başlayaq ki, Ermənistanı suverenlik və müstəqilliyin bir çox elementlərini itirməsinə məhz Köçəryan gətirib. Köçəryan dövlətimizin bir növ “gözətçi iti” rolunda Kremlə bağladı. Rusiyanın ən yüksək rütbəli müxtəlif növ məmurları tərəfindən açıq-aşkar təhqir olunurduq. Amma bu, Köçəryanı o qədər də narahat etmirdi. O, həmişə yalnız şəxsi hakimiyyətin təhlükəsizliyindən narahat olub", - deyə politoloq qeyd edib.

Akopcanyan vurğulayıb ki, Köçəryan hakimiyyətdə olduğu dövrdə Ermənistanı yadelli işğalçı kimi talayıb: "Onu indi yağ-bal içərisində yaşadan pullar, siyasi partiyasına sponsorluq etdiyi milyardlarının hamısı Rusiyanın xeyir-duası ilə əldə edilib. Erməni xalqından, vətənimizdən oğurlanan pullardır. Əslində Köçəryan Kremlin gözündə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yumşaq analoqudur. Yeganə fərq odur ki, Köçəryanı camaat devirməyib. O, hakimiyyəti Serj Sarkisyana təhvil verdi. Sarkisyanın hakimiyyəti saxlaya bilməməsi isə Kremlin bütün planlarını pozmuş oldu. Bu səbəbdən də Kreml İkinci Qarabağ müharibəsində bizim arxamızda dayanmadı".

"İqtisadi və hərbi nöqteyi-nəzərdən hazır olmadığımız müharibə məhz ona görə idi ki, ölkəmiz Rusiyadan tam asılı vəziyyətə düşdü. Ermənistanın Putinin alyanslarına qoşan kim idi - əlbəttə, Köçəryan, sonra da Sarkisyan. Ordumuz Rusiyanın zibil silahları ilə silahlandı, onların da çoxu atmadı. Bununla yanaşı, Kreml ölkəmizin enerji və siyasi təhlükəsizlik əldə etmək, yaxud aparıcı istehsalçı ölkələrdən ən müasir silah növləri almaq cəhdlərinin qarşısını həmişə alıb. Azərbaycan isə istədiyi hər şeyi aldı. Bütün bunların nəticəsi hamıya məlumdur", - Akopcanyan əlavə edib.

Onun sözlərinə görə, baş verənlərin əsas günahkarlarından biri və birincisi Köçəryandır: "Amma o, gördüyümüz kimi, öz xəttinə sadiq qalmaqda davam edir. O, Rusiya Federasiyasının xəyanətindən deyil, dövlətimizin zəifliyindən şikayət edərək, Rusiya ilə münasibətlərin daha da dərinləşməsinin tərəfdarı olmaqda davam edir. Bununla belə, o, İranla münasibətləri dərinləşdirməyi təklif edir. İndi ən güclü etirazlarla sarsılan bir dövlət ilə. Gülməlidir. İranda baş verənlərin nəticəsini proqnozlaşdırmaq mümkün deyil. Üstəlik, şah ailəsi yenidən arenaya daxil olub. Və o, əlbəttə ki, Qərbin təşəbbüsü ilə arenaya çıxdı. İstənilən halda İran ciddi sanksiyalara məruz qalan ölkədir. Eynilə Rusiya kimi. Bu ölkələrin hər ikisi Qərbin gözündə pariya statusuna malikdir. Hər ikisi iqtisadi cəhətdən geridə qalmış dövlətlərdir, burada demokratiya və vətəndaş azadlıqları illüziyası ümumiyyətlə yoxdur. Köçəryan görür ki, Rusiyanın öz vətəndaşları kütləvi şəkildə qaçırlar, amma yenə də "Rusiya" deyir".

"İranda ümumiyyətlə qaranlıq hökm sürür. İslam Respublikası ilə Rusiya arasında yeganə fərq odur ki, hələlik Rusiyanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları yoxdur. Amma indidən bəllidir ki, Ermənistana Qərblə deyil, İran və Rusiya ilə münasibətləri dərinləşdirməyi yalnız bir axmaq və ya satqın məsləhət verə bilər", - deyə analitik fikrini tamamlayıb.

DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, Köçəryan Rusiyanın göstərişi ilə yenidən hakimiyyəti ələ almağa çalışır.

Onun sözlərinə görə, Kremli tərifləmək, Rusiyaya yarınmaqla nəyəsə nail olmaq istəyir: "Düşünür ki, belə bəyanatlarla erməni xalqını yenidən aldada biləcək, hakimiyyətə gələcək. Amma bu, mümkün görünmür. Köçəryan və Sarkisyan idarəçiliyi müstəqil Ermənistan tarixinin ən rüsvayçı dövrü olub. Ölkə başdan-ayağa rüşvətin, korrpusiyanın mənbəyi olub. Vətəndaşların elementar hüquqları pozulub, işğalçılıq siyasəti pik həddə çatıb. Onlar “Böyük Ermənistan” nağılları ilə əhalini uzun müddət aldadıblar. İndi Ermənistanın bədbəxt durumundan istifadə edib, yenidən aldatmaq istəyir".

"İnanmıram ki, ermənilər yenidən Köçəryan və Sarkisyan kimi axmaq siyasilərə aldana. Birincisi, erməni cəmiyyətinin Rusiyaya nifrəti hər gün bir az da artır. Məlumdur ki, Köçəryan da Kremlin marionetidir. İkincisi, Köçəryanın, Sarkisyanın dövrü elə də uzaq tarix deyil, o korrupsiyanı, özbaşnalığı görən ermənilər onlara yenidən şans tanımazlar. 44 günlük müharibədən sonra keçirilən seçkilərdə də əhali nə Köçəryanın partiyasına, nə də Sarkisyanın təşkilatına səs verdi. Təsəvvür edirsiniz, məğlub Paşinyana səs verdilər, amma Köçəryana yox. Bundan sonra Köçəryanın bir az abrı, həyası olsaydı, ümumiyyətlə siyasətdən gedərdi", - hüseynli vurğulayıb.

Politoloq qeyd edib ki, bu gün köhnə hakimiyyətin Ermənistan siyasətində rolları yoxdur: "Aldıqları təlimatlara uyğun olaraq, bəyanatlar verirlər. Yenidən Qarabağı işğal etmək həvəsinə düşən Köçəryan da yaxşı bilir ki, Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında deyil. Buna nə onların hərbi, nə də iqtisadi gücü var. 44 günlük Vətən müharibəsində onların bütün əzmi qırıldı, orduları darmadağın oldu. hansı ordu ilə, hansı hərbi texnika ilə vuruşacaqlar?! Onların hərbi texnikasının 80 faizi Bakıdakı Hərbi Qənimətlər Parkındadır. Bunu Köçəryan görür, sadəcə boğazdan yuxarı bəyanatlar, sərsəm açıqlamalar verir".

"İranla münasibətlərin dərinləşməsinə gəlincə, onsuz da Tehran hər zaman İrəvana dəstək verib. heç vaxt İranın Ermənistana dəstəyi əskik olmayıb. İndi Zəngəzur dəhlizi ilə bağlı İran rəsmilərinin hansı hoqqalardan çıxdığını görürük. Lakin burada Akopcanyanla razılaşmamaq da olmur. Bu gün İran öz canına ağlayır, gözünə Ermənistan görünmür", - sabiq dövlət müşaviri fikrini tamamlayıb.

Dünyapress TV

Xəbər lenti