Ukraynada törədilən hərbi cinayətlərin cəzasız qalmaması üçün xüsusi məhkəmə yaradılmalıdır.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Hollandiyaya rəsmi səfər çərçivəsində Ümumdünya Forumunda çıxış edərkən deyib.
Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəyə görə məsuliyyətə cəlb edilməli olduğunu deyən Zelenski, Rusiyanın Ukraynada törətdiyi cinayətlərə görə ayrıca hərbi cinayətlər tribunalının yaradılmasını istəyib.
“Təcavüzkar ədalətin bütün gücünü hiss etməlidir. Bu, bizim tarixi məsuliyyətimizdir. Bu cinayətə cavab verə biləcək bir qurum var, o da məhkəmədir. Biz hamımız Haaqada cinayətlərinə görə cəzalandırılmalı olan şəxsi burada, beynəlxalq hüququn paytaxtında görmək istəyirik. Əminəm ki, qalib gələndə bunun baş verəcəyini görəcəyik. Müharibəni başladan şəxs mütləq şəkildə cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - deyə o bildirib.