Rusiya 20-dən çox alman diplomatı ölkədən çıxarır.
Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Zvezda" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu addım Almaniya hakimiyyətinin 20-dən çox rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına cavabdır.
“Bild” qəzeti mənbəyə istinadən məlumat yayıb ki, 90 alman diplomatdan 34-ü Moskvanı tərk edəcək.
Bu gün səhər saatlarında Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Berlin Rusiya diplomatlarını ölkədən çıxarmaq planları barədə Moskvanı əvvəlcədən xəbərdar edib.