İrəvan günü bu gün Bakı ilə sülh sazişi imzalamağa hazırdır. Pressklub.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Mən Azərbaycana göndərdiyimiz sənədi (sülh müqaviləsi layihəsi) günü bu gün imzalamağa hazıram. Başqa məsələ odur ki, Azərbaycan bizim göndərdiyimiz kağızı qəbul etmir”, – Paşinyan parlamentdə deyib.