Xəstə siyasət: İrəvan Türkiyəyə açılan qapıya 72 min dollar, türklərlə düşmənçiliyə 2 milyon dollar ayırdı!!!
Bu gün fevralın 6-da Türkiyədə baş vermiş və minlərlə insanın ölümünə səbəb olmuş dəhşətli zəlzələdən sonra yardım göndərən ölkələr arasında Ermənistan da oldu. Qos-qocaman Türkiyə Ermənistanın “boy-buxununa”, on illərdir sərgilədiyi düşmənçiliyə, saxta iddialarına fikir verməyərək, bu ölkənin yardım karvanının illərdir qapalı saxlanılan Alıcan sərhəd qapısından keçməsinə şərait yaratdı, bitsin bu düşmənçilik məqsədi ilə.

Düzdür, bundan əvvəl Türkiyə və Ermənistan arasında məhz Kəlbəcərin işğalından sonra dondurulan münasibətlərin bərpası istiqamətində danışıqlara başlanılmışdı, bir neçə dəfə görüşlər keçirilmişdi. Amma maşa erməniçiliyin qulağını doldurub, “türk sənin düşmənindir, nə edirsən?!” yanaşması sərgiləyənlərin fitnə-feli və uşaqlıqdan beyinləri zəhərlənmiş ermənilərin sərgilədiyi davranışlar nəticəsində bu prosesdə fasilə yaranmışdı. Üstəlik, Ermənistan rəhbərliyi sərsəmcəsinə hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinə Türkiyə-Azərbaycan münasibətlərindən kənarda baxmaq lazımdır. Yəni Qarabağa iddialar davam etdirilsin, separaçılar, terrorçular Azərbaycanın bir bölgəsində at oynatmağa cəhd göstərsin, Ermənistan fürsət düşən kimi, Azərbaycan əsgərinin, mülki sakininin qanını axıtsın, mina terroru davam etdirilsin, ölkəmizin ərazi bütövlüyü tanınmasın, sərhədlər dəqiqləşdirilməsin, amma ermənilər Türkiyə ilə münaisbətləri yaxşılaşdırıb, sərhəd qapılarını açıb, istədikləri vaxt əllərini sallayaraq, Türkiyəyə gedib-gəlsinlər, orada rahat yaşasınlar, işləsinlər...

Hələ də anlamırlar ki, bu, mümkün deyil. Hətta ortada Şuşa əhdi, Şuşa Bəyannaməsi olmasa belə, hətta Qars müqaviləsi imzalanmasa belə, Türkiyə və Azərbaycanı bir-birindən uzaq tutmaq mümkünsüzdür, bu ölkələrin sevinci də, kədəri də birdir! Anlamaz yerinə qoyublar özlərini!

Elə bildilər ki, 28 nəfərlik xilasedici, 100 ton yüklə köməyinə getdikləri Türkiyəni ovsunlayıb, Azərbaycandan uzaqlaşdırmağı bacaracaqlar! Ay siz öləsiniz!!!

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanın telefon zənginə böyüklük nümayiş etdirərək cavab verdi, guya onun xislətinə bələd deyildimi? Yaxud baş diplomat Mövlud Çavuşoğlu Türkiyənin Ağrı dağına iddia edib, “Ararat” yarılığı yapışdırmaq istəyənlərin xarici işlər naziri Ararat Mirzoyanı ona görə qəbul etdi ki, nəhayət, bölgəyə hüzur gəlməsini istəyir, təkcə yurdda deyil, bölgədə deyil, cahanda sülh istəyən dövlətdir Türkiyə dövləti! Ermənistan, erməniçilik bütün bunları yetərincə dərk edə, qiymətləndirə, özlərinə düzən verə bildilərmi?

“Ögey ana” filmində bir epizod var: İsmayıl hərəkətindən kor-peşman olaraq dəftərində yazdığı “Ögey ana” yazısını gizlədir... Türkiyənin bu qədər uca könüllülük nümayişindən sonra Ermənistan hökuməti və cəmiyyəti gərək dərhal hərəkətə keçəydi, etdiyi pisliklərə görə üzrxahlıq istəyə, siyasətində, münasibətində ciddi dəyişikliklər edəydilər. Amma yox, zəlzələ fəlakətinə düçar olan türklərə zəhərli ərzaq göndərməyi təklif edəcək qədər alçaqlıq sərgiləyən ermənini də gördük... Yunanıstan dövləti və yunanlar qədər olmadılar!

Ermənistanda bəziləri anlayır ki, belə davam etmək mümkün olmayacaq, əks təqdirdə məhvə məhkumdurlar! 2018-ci ildə İrəvana gələn Con Bolton demişdi axı, qonşulara qarşı şablon iddialardan əl götürün! Baxmadılar, onu da eşitmədilər. Sonrası bəlli. Bugünəcən revanşçılar meydan sulayır, hesab edirlər ki, Türkiyə və Azərbaycanla normal münasibətlər yaransa, ermənilər sıradan çıxacaqlar, Ermənistan türk iş adamlarının əlinə keçəcək, daha nə nağıllar... Amma artıq bıçağın sümüyə dirəndiyini də qəbul edirlər. Budur, Ermənistan hökuməti Türkiyə ilə sərhəddə keçid məntəqəsinin layihəsinin bərpasına 72 min dollara yaxın vəsait ayırıb.

Ermənistan Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, tikinti qısa müddətdə başa çatdırılmalıdır. Ona görə də layihələndirmə və tikinti paralel aparılacaq. Bundan əvvəl Ermənistan spikerinin müavini Ruben Rubinyan bəyan etmişdi ki, Ermənistan-Türkiyə sərhədinin yaya qədər - üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün açılması planlaşdırılır.

Bu xəbəri oxuyandan sonra düşünə bilərdik ki, artıq Ermənistan daşı ətəyindən tökməyə qərarlıdır. Bunun ardınca digər qapının, Zəngəzur dəhlizinin də açılması istiqamətində qərar veriləcəyi haqda nikbin düşüncələrə dalmaq istərkən... Amma yox, bu qənaət üçün tələsməyək. Çünki sonrakı xəbər qapının açılmasını yox, bir daha erməniçiliyin sifətinə bərk çırpılmasını zəruri edir.

Buyurun, erməni mətbuatı yazıb ki, İstanbul rəhbərliyi aprelin 24-də qondarma “erməni soyqırımı qurbanları”nın xatirəsinə həsr olunmuş tədbiri qadağan edib. Ermənistanın “Akos” qəzeti yazır ki, qadağanın heç bir obyektiv səbəbləri yoxdur. Və xatırladır ki, ötən il də eyni səbəbdən tədbir keçirilməyib. Şair deyir adamın üzündə həya gərəkdir. İndi ölkənin də, millətin də üzündə həyanın olması yaxşı şeydir. Bunca həyasızlıq ola bilərmi?! Sən bir tərəfdən Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün addım atdığın görüntüsü yarat, sərhəd qapısı üçün maliyyə ayır, o biri tərəfdən də şikayətlən ki, Türkiyə olmayan hadisənin olmayan qurbanlarını yad eləməyə imkan vermir. Bu, nə turşu, o nə pəhriz?! Özü də saxta iddia ilə bağlı tədbiri Türkiyənin öz ərazisində keçirməyə cəhd elə. Bəlkə elə sərhəd qapısını ona görə təmir etmək istəyirlər ki, sabah İstanbulda keçirmək istədikləri “soyqırım” tədbirinə Ermənistandan heyət göndərilsin? Kəsəsi, faktiki olaraq Ermənistan Türkiyəyə deyir “aç qapını, gəlim, səninlə düşmənçilik edim!”

Hələ bu nədir ki?.. Daha bir xəbər oxuyuruq: Ermənistan “erməni soyqırımı” qurbanlarının və sağ qalanların elektron məlumat bazasının yaradılması üzərində işləyir. Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Arutyun Marutyan yerli mediaya bildirib ki, bu, ən mühüm vəzifələrdən biridir və əsas məqsədi bütün adları bioqrafik məlumatlarla bir araya gətirməkdir. Hətta deyib ki, proses 10-15 il çəkə bilər. Eyni zamanda, orta məktəb şagirdləri və tələbələri üçün Erməni Soyqırımı tarixinin öyrənilməsi kursunun tətbiqi üzərində iş aparılır: bu mövzunun tədrisinə ehtiyac var, lakin bütün məsələ necə və nəyə diqqət yetirməkdir, Marutyan qeyd edib. Ermənistan dilənçi kökündə yaşayır, amma saxta iddialara milyonlar xərcləyir. Buyurun: saxta “soyqırım”la bağlı kompleksin təmiri üçün hökumət səviyyəsində 2 milyon dollara yaxın vəsait ayrılıb. 2023-cü ilin iyulunda inzibati binanın və MİGA muzeyinin təmiri, 2024-cü ilin iyulunda isə Tsitsernakaberdin özünün təmiri planlaşdırılır. Bax, belə... Türkiyə ilə qapıya 72 min dollar, düşmənçiliyə 2 milyon dollar!!!

Bunlar düşmənçiliyə son qoymaq fikrində deyillər. Hələ Azərbaycan və türk dillərini tədris etmək üçün müəllimlər axtarırlar, düşmənçiliyi daha “effektli” aparmaq üçün. Bölgənin qarayarasıdırlar, xərçəngidirlər, bunlarla birgə yolçuluq alınmayacaq! Odur ki, humanizmə yer olmamalıdır, ən sərt rəftarı haqq ediblər! Bakı və Ankara qəti şəkildə tələb qoymalıdır: Ermənistan Konstitusiyasından ərazi bütövlüyü ilə bağlı müddəalar dərhal və qeyd-şərtsiz çıxarılmalı, Ermənistan gerbindəki Ağrı dağının əksi silinməlidir!!! Rəsmi İrəvan Azərbaycan və Türkiyə ərazilərinə iddiaya birdəfəlik son qoyduğunu təsdiqləyən sənədə imza atmalı, tövbə etməlidir! Beləsi üçün nə qapı, nə pəncərə?! Türkiyəyə açılan qapıya ayrılan vəsaitlə düşmənçiliyə sərf olunacaq vəsait arasındakı fərq hər şeyi deyir...
musavat.com

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti