Ardını oxu...
Dünən səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Rusiya səfirliyinin konsulluq xidmətinin önünə edilən kamikadze hücumu nəticəsində azı 8 nəfər həlak olub, 15-dən çoxu yaralanıb. Ölənlərdən 2-i Rusiya səfirliyinin əməkdaşıdır.

Terror hücumunun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməsə də, baş şübhəli “İslam Dövləti Xorasan Vilayəti” qruplaşmasıdır.

Cari ilin əvvəllərindən Əfqanıstanla yanaşı, Mərkəzi Asiyada da xeyli fəallıq göstərən “Xorasan Vilayəti” paylaşdığı son videolarda Rusiyanı açıq-aşkar təhdid edirdi. Aydındır ki, Xorasançılar Rusiyanın əsas diqqətini Ukrayna cəbhəsinə cəmləşdirməsini Mərkəzi Asiyadakı dayaqlarını gücləndirmək fürsəti olaraq görürlər.

Digər tərəfdən, son həftələrdə Taliban rəsmilərinin yanacaq və taxıl alınması üçün Rusiya ilə danışıqlar apardığı məlum idi. Belə olduqda, bugünkü hücumun Rusiya-Taliban əlaqələrini hədəf aldığı barizdir.

Son hücum bir və bir neçə mesaj xarakteri daşıya bilər. Əslində hadisəyə sırf İŞİD çərçivəsindən baxdıqda Suriyada illərdir Rusiya ilə münaqişədə olan İŞİD-in daha əvvəlki periodlarda Xorasan bölgəsində də Rusiyaya qarşı açıq hücumlar təşkil etməsi gözlənilən idi. Hadisələrin inkişafı isə Rusiyanın Əfqanıstanda möhkəmlənməsini istəməyən və Mərkəzi Asiyada statuskvonun dəyişməsində maraqlı olan xarici qüvvələrin aktiv şəkildə bu istiqamətdə hərəkət etməyə başlaması ehtimalını da istisna etmir.

“Şərqə Baxış” Analitik Mərkəzi

 
Ardını oxu...
Ölüm taciri ləqəbi ilə tanınan erməni əsilli Sarkis Soğanalyan soyuq müharibə dövrünün ən məşhur silah qaçaqmalçısı hesab olunur. Sarkis daha çox Səddam Hüseyn rəhbərliyindəki İraqa tətbiq olunan silah embarqosunu yararaq bu ölkəyə çox sayda silah satması ilə gündəmə gəlmişdir. Bundan əlavə o, özünə məxsus karqo təyyarələri ilə Mavritaniyadakı Polisario qüvvələrinə, Livan vətəndaş müharibəsi zamanı Falanj milisləri kimi qruplara, Nikaraqua, Ekvador kimi Latın Amerikası ölkələrinə və Folklend müharibəsi zamanı Argentinaya çox sayda silah-sursat satmışdır. Silah ticarətini Afrika və Yaxın Şərq bölgələrində genişləndirən Soğanalıyan, Körfəz müharibəsindən əvvəl vermiş olduğu televiziya müsahibələrində, İraqda gördüyü işləri təfərrüatlı şəkildə izah etmiş və silah alqı-satqısına adı qarışmış bir necə yüksək səviyyəli Amerika hökumət rəsmisinin adını açıqlamışdır.
1-ci Qarabağ müharibəsi zamanı da onun erməni qüvvələrini silahlarla təmin etdiyi iddia olunmuşdur. Dünyanın ən böyük silah tacirlərindən olan bu şəxs, 2011-ci ildə 81 yaşında ürək çatışmazlığından ölmüşdür.
2005-ci ildə çəkilmiş Müharibə Tanrısı filmindəki Simeon Veyts personajı, Soğanalyan da daxil olmaqla, yaxın şərq silah qaçaqmalçılarının ümumiləşdirilməmiş prototipidir
Teref.az
 
 
 
Ardını oxu...
Çeçenistanın odioz lideri («odioz» - latın sözüdür, nifrətə layiq mənasına gəlir) Ramzan Kadırov mümkün istefaya işarə vurub. Ancaq onun üçün güc blokunda yüksək vəzifə hazırlayrlar.

Bu barədə rusiyalı müxalifətçi «Meduza» nəşri məlumatlı mənbəyə istinadla yazır («UNİAN»).

«Ramzan Kadırov «Rosqvardiya»da rəhbər vəzifə tuta bilər» - nəşr yazır.

Putin administrasiyasına yaxın mənbə xəbər verib ki, bu köçürməyə baxılır.
 
Ardını oxu...
Kanadanın Saskaçevan əyalətində iki nəfər 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən qırğın törədib. İndi təhlükəli cinayətkarlar polis tərəfindən axtarılır.

Bu barədə Publika.az "The New York Times"a istinadən xəbər verir .

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, bir neçə qurban Ceyms Smit Kri icmasında və Ueldon kəndində təsadüfi hücumlara məruz qalıb. Regina şəhərinin sakinlərinə öz evlərini tərk etməmək tövsiyə olunub.

Polis şübhəliləri Damien və Miles Sanderson adlandırıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları 13 cinayət yerində işləyirlər. 10 ölü və 15 yaralıdan əlavə, daha çox qurbanlar ola bilər.

Kanadanın baş naziri Castin Trüdo da Saskaçevandakı hadisələrə münasibət bildirib. O, "Twitter"də qətliamı “dəhşətli və ürəkağrıdan” adlandırıb.

Xatırladaq ki, 2022-ci ildə Kanadada böyük bir kütləvi atışma hadisəsi baş vermişdi.
 
Ardını oxu...
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Qərbi iki yerə bölüb: ABŞ, Böyük Britaniya, Polşa və Baltik ölkələri Rusiyaya qarşı sərt siyasətin davamını istəyərkən, Almaniya, Fransa, Macarıstan, Çexiya, Yunanıstan və İtaliya kimi dövlətlər müharibənin istənilən şəkildə bitməsini və Moskva ilə əlaqələri bərpa etməyi arzulayırlar.

Bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

“Bu ölkələri çətin keçəcək qış qorxudur, Rusiya qazına ümidlərini üzməyiblər. İşğalçı Rusiyanın da ümidi Avropadakı keçmiş dostlarınadır. Ukrayna isə yalnız ordusuna və həqiqi dostlarına ümid etmək məcburiyyətindədir”, - politoloq qeyd edib.
 
 
 
Ardını oxu...
Putinin dodaqları və əlləri ingilislərin diqqətini yaman çəkib…

“Putin Parkinson xəstəliyinin erkən əlamətlərindən əziyyət çəkir…”

“Onun jestləri “qocaların xəstəliklərini”nin erkən əlamətlərini xatırladır…”

“Putinin bütün görüşlərində əllərini masadan bərk yapışmağı diqqəti cəlb edir…”

Rusiya prezidentinin zahiri görünüşü və onun davranışı ən azı son üç həftədə görüşləri ərzində yenidən Qərb KİV-lərinin diqqətini cəlb edib.

Bu barədə Britaniyanın “The Sun” nəşri yazıb.

Nəşr Putinin Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovla işçi görüşü zamanı “daş sifəti”ni, “dodaqlarını çeynəməsini” qeyd edib.

“The Sun” bu görüşün “sürrealistik” xarakteri barədə yazıb: Zolotov Putinə Rusiya hərbi qulluqçularının Ukraynanın zəbt edilmiş ərazilərində, guya, “əhalinin dəstəyini hiss etdikləri” barədə məruzə edib.

Nəşrin ekspertləri Zolotovun məruzəsi zamanı Putinin mimikası və jestlərinə xüsusi diqqət yetirib.

O cümlədən, diqqəti Rusiya dövləti liderinin əllərinə yönəldib, o, əlləri ilə masadan bərk yapışmalı olub.

“Ekspertlərin fikrinə görə, bu jest onu göstərə bilər ki, bununla o, əllərinin əsməsini dayandırmağa cəhd edir”, – məqalədə belə deyilir.

Məqalə müəllifi qeyd edib ki, Zolotovla uzun çəkməyən söhbət zamanı Putin “əvvəlcə sağ, sonra sol əlilə masadan yapışmalı olub, bu isə onun Parkinson xəstəliyinin erkən əlamətlərindən əziyyət çəkməsi gümanını artırır”.

“Sifətində qəzəb ifadəsi olmasına rəğmən, Putin həmçinin, bütün dovlət təbliğatının bir çox videoçarxlarında olduğu kimi, həmin masa arxasında dodaqlarını dişləyir”, – məqalədə belə deyilir.

“Putinin masadan bərk yapışması” son günlər onun Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorovla (25 avqust) və “Aeroflot”un baş direktoru Sergey Aleksandrovski (26 avqust) ilə görüşləri zamanı diqqət çəkib.

Ekspertlər ilk dəfə belə pozaya Putinin 2022-ci ilin aprel ayında Sergey Şoyqu ilə görüşü zamanı diqqət yetiriblər.

Parkinson xəstəliyi yuxarı yaş qrupu üçün səciyyəvi olan tədricən inkişaf edən xroniki neyrodegenerativ xəstəlikdir.
 
Ardını oxu...
Rusiyanın Ukrayna prezidenti Vladimir Zelenski ilə, Ukraynadakı vəziyyətin nizamlanması üçün öz şərtlərinin yerinə yetirilməsi haqqında, danışacağı kifayət qədər çox mövzular var.

Bu barədə bazar günü Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında “Moskva-Kremlin-Putin” proqramında bildirib.

Jurnalist Pavel Zarubin Kremlin sözçüsündən Moskvanın Zelenskinin vəziyyəti sülh yolu ilə həll etmək istəməməsi ilə bağlı açıqlamalarını nəzərə alaraq onunla danışacaq bir şeyin olub-olmadığını soruşub.

“Əlbəttə ki, danışacağı kifayət qədər çox şey, məsələn, şərtlərimizin necə yerinə yetiriləcəyi kimi dərin mövu var. Əslində, qarşı tərəf bu danışıqlara hazır olmalıdır. Bizm şərtlərimiz bəlli, mövqeyimiz dəyişməzdir”, – deyə Peskov bildirib.

O, Rusiyanın şərtlərinin əvvəlki kimi qalıb-qalmaması ilə bağlı suala müsbət cavab verib.

“Əməliyyat davam edir, qarşıya qoyulmuş bütün məqsədlərə nail olunacaq. Qətiyyətlə davam edirik. Amma onların hadisələrə münasibətlərinin dəyişməsi bizim şərtlərimizdə də öz əksini tapa bilər. Amma hələ ki qarşı tərəfdən konkret mövqe nümaişi göztərməsini hiss etmirik”, – deyə Kremilin sözçüsü əlavə edib.
pressklub
 
Ardını oxu...
“Heç vaxt belə danışmamışdı” – Ərdoğanın sözləri şok effekti yaratdı

Dünən Samsunda keçirilən TEKNOFEST festivalındakı çıxışında Yunanıstanı Türkiyəyə qarşı təxribatçı addımlarına görə tənqid edən Prezident Rəcəb Tayyib Ərdoğanın sözləri İngiltərədə müzakirələrə səbəb olub.

Paralel.az xəbər verir ki, “Daily Mail” Türkiyə liderinin sözlərini “Ərdoğan Aralıq dənizində Yunanıstanla müharibə planlaşdırırmı?” başlığı ilə oxucularına təqdim edib.

Ərdoğan çıxışında Egey və Aralıq dənizlərində Türkiyə qarşı təhrikedici və təxribatçı addımlar atan Yunanıstana sərt mesaj göndərib:

“Adaların işğalı önümüzü kəsə bilməz, vaxtı, saatı gələndə nə lazımdırsa, edəcəyik. Dediyimiz kimi, bir gecə qəfil gələ bilərik”.

“Daily Mail” qəzeti Türkiyə prezidentinin bu açıqlamasını “müharibə mesajı” kimi şərh edib.

İngilis nəşrinə görə, Ərdoğanın “lazım olanı edəcəyik” sözləri təhdiddir:

“İki ölkə Kipr və dənizlərdə qarşı-qarşıyadır. Amma Ərdoğan ilk dəfə Yunanıstanı Egey adalarını işğal etməkdə ittiham etdi”.

Məqalədə qeyd olunur ki, Ankara əvvəllər Afinanı Egeydəki adalarını silahlandırmaqda ittiham etsə də, Ərdoğan indiyədək Yunanıstanı işğalda ittiham etməyib.

Prezident Ərdoğanın açıqlaması Yunanıstanda da təşviş yaradıb. Açıqlamadan dərhal sonra Yunanıstan Xarici İşlər Nazirliyi etiraz bəyanatı ilə çıxış edib.

Qeyd edək ki, avqustun 24-də Yunanıstanın Krit adasında yerləşdirdiyi S-300 sistemləri tərəfindən Aralıq dənizində NATO missiyasını yerinə yetirən Türkiyənin F-16 qırıcısına radar kilidi qoyub. Türkiyə Yunanıstanın bu təxribatçı addımına dərhal reaksiya verib və baş verənlərlə bağlı NATO-nu məlumatlandırıb.

 
 
 
Ardını oxu...
Dünya Azərbaycanın gündəmi ilə barışıb. Və ilk növbədə Rusiya bununla barışıb. Məhz o, son 200 ildə Qafqazda ən böyük məğlubiyyətə uğradı. İndi hər şeyi Türkiyə-Azərbaycan tandemi həll edir.

Ovqat.com-un məlumatına görə, bu fikirləri erməni yazar Romella Mnatsakanyan Prezident İlham Əliyevin Brüssel və İtaliya səfərini şərh edən məqaləsində bildirib.

“Ermənistanın itkilərini necə minimuma endirmək olar?” sərlövhəli məqaləsində müəllif ermənilərin indiyədək Azərbaycanın potensialını düzgün qiymətləndirmədikləri üçün hazırkı ağır vəziyyətə düşdüklərini etiraf edərək yazıb:

“İstənilən idmançı təsdiq edər ki, rəqibi qiymətləndirməməkdən daha səhv və təhlükəli bir şey yoxdur. Böyük siyasətdə də vəziyyət tam olaraq belədir. Təəssüf ki, biz Azərbaycanı sadəcə olaraq düzgün qiymətləndirməmişik. Bu, bizim özümüzün dünya üçün əhəmiyyətimizə və düşmənin isə faydasızlığına hədsiz inamımızdan irəli gəlirdi və Ermənistanın indiki həsəd aparmaz mövqeyinin əsas səbəbidir.

Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında dördüncü Brüssel görüşünün nəticələrini dəyərləndirək. Qısa desək, rəsmi Bakının bu görüşdə də yenidən öz maraqlarını reallaşdıra bildiyinin şahidi olduq. Sülh prosesi, əgər belə adlandırmaq mümkünsə, Azərbaycanın ssenarisi üzrə gedir.

Əgər əvvəllər bu kimi görüşlərdə subyektivizm xətrinə “Dağlıq Qarabağ” ifadəsi işlədilirdisə və onlar “Qarabağın erməni əhalisindən”, onların hüquqlarından, təhlükəsizlik təminatlarından danışırdılarsa, indi artıq bu da yoxdur. Bəli, hər şeyi öz liderlərinizin xəyanəti və ya axmaqlığı üzərində ata bilərik. Amma bu, manipulyasiya və yalan olar.

Həqiqət isə budur ki, bu qədər zəifləyən biz deyilik, sadəcə olaraq Azərbaycan bu qədər güclənib. Levon Ter-Petrosyan istisna olmaqla, Ermənistanın bütün prezidentlərinin və baş nazirlərinin yeganə və əsas səhvi bu prosesləri əvvəlcədən görə və adekvat qərarlar qəbul edə bilməmələridir. Hamısı rəsmi Bakının blef etdiyi, gözümüzə kül üfürdüyü barədə çıxışlarla həm özünü, həm də cəmiyyətimizi aldadırdı.

Belə yanlış təsəvvürlərimizin cəzası çox ağır oldu. Biz artıq “Artsax”ın (müəllifin üslubuna toxunmamaq üçün Qarabağın ermənicə adını olduğu kimi saxladıq – H.O) 80%-ni itirmişik və dünya üçün maraq kəsb etməkdən çıxmışıq. Bəli, belədir. Dünya Azərbaycanın gündəmi ilə barışıb. Və ilk növbədə isə Rusiya bununla barışıb. Məhz o, son 200 ildə Qafqazda ən böyük məğlubiyyətə uğradı. İndi hər şeyi Türkiyə-Azərbaycan tandemi həll edir.

Rusiya “Artsax”a hücum etməyə icazə verdi. Azərbaycan isə Rusiyanın strateji və tarixi müttəfiqini məğlub etdi. O, darmadağın olmuş rus hərbi texnikasını Bakının mərkəzi meydanına sürüyərək bu qənimətləri bütün dünyaya nümayiş etdirdi. Rusiya isə buna heç cür qarşı çıxa bilmədi. İndi isə o, daha da zəifləyib, Ukrayna bataqlığında batıb.

Azərbaycan prezidenti isə artıq bu haqda açıq danışır! O, İtaliyada keçirilən 48-ci Cernobbio Beynəlxalq Forumunda sualları cavablandırarkən "Dünya heç vaxt fevraldan əvvəlki kimi olmayacaq", - dedi.

Burada kiçik bir təxribatçı fikir səsləndirməyə cəsarət edəcəyəm: Azərbaycan Prezidenti bu foruma xüsusi qonaq qismində şəxsən İtaliya Prezidenti Sercio Mattarella və İtaliyanın Baş naziri Mario Draqi tərəfindən dəvət olunmuşdu. Bu, baş verənləri daha aydın başa düşməyə imkan verən mühüm əlavədir və onu göstərir ki, Azərbaycan Qərb üçün mühüm tərəfdaş kimi öz yerini çoxdan müəyyənləşdirib. Bütün bu fürsətləri isə təkcə Ermənistan yox, Rusiya da əldən verib. Nəticədə Azərbaycan Rusiyanı Avropa təbii qaz bazarında sıxışdırır...

İndi isə qayıdaq Əliyevin çıxışına. Düşmən dövlət başçısı onu da vurğulayıb ki, bu gün “biz beynəlxalq hüququn tamamilə pozulmasının şahidi oluruq”. Bu, yenə təkcə bizim deyil, Rusiyanın da bostanına atılan daşdır! “İndi biz bir çox başqa regionlarda beynəlxalq hüququn pozulmasının şahidi oluruq. Biz görürük ki, bəzi ölkələr buna məhəl qoymayacaqlarını düşünürlər və bu, onların vecinə deyil”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Yəni o, Rusiyanın hərəkətlərini açıq-aşkar pisləyib. "Biz heç vaxt böyük qonşularımızın siyasətinə uyğunlaşmamışıq", - Əliyev əlavə edib. Bax belə. Bəli, Əliyev bunu dilə gətirməzdən əvvəl Türkiyənin hərbi-siyasi dəstəyini almışdı və bu, işə yaradı!

İndi isə yeni reallıqları qiymətləndirərməli, gələcək problemlərimizi minimuma endirmək üçün necə hərəkət etmək barədə düşünməliyik. Təəssüf ki, vəziyyətin dəyişdirilməsindən söhbət gedə bilməz. Düşməni kiçik hesab edərək vaxt itirdik və son dərəcə əlverişsiz olan indiki vəziyyətə düşdük”.

Tərcümə etdi: Heydər Oğuz,
 
 
 

Dünyapress TV

Xəbər lenti