ABŞ dövlət katibi Antoni Blinken Rusiya prezidenti Vladimir Putinə Ukraynada başladığı müharibə ilə əlaqədar Finlandiyanın təhlükəsizlik narahatlığına yol açaraq NATO-ya üzv olması üçün ironik şəkildə təşəkkür edib.
Publika.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuata açıqlama verib.
“Tezliklə biz Finlandiyanı Alyansa, masa arxasında oturmağa dəvət edəcəyik. Bu, bəlkə də Putinə təşəkkür edə biləcəyimiz tək şey ola bilər. O, bir daha aqressiyası ilə əngəlləməyə çalışdığı bir şeyin sürətlənməsinə yol açdı. Bu, bir çox ölkələrin öz müdafiələri ilə silahlanmaq üçün daha çox iş görməli olduqlarına və gələcəkdə mümkün Rusiya təcavüzünü cilovlaya biləcəklərinə əmin olmaları yolunda mühüm rol oynadı”, - Blinken deyib.