Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində partiyaların seçki bülletenindəki yeri müəyyənləşib.Cebhe.info xəbər verir ki, Ali Seçki Komissiyasında bunun üçün püşk atılıb.Püşkün nəticələrinə əsasən, seçki bülletenində ilk yerdə Yeni Türkiyə Partiyası, sonuncu yerdə isə Müstəqil Türkiyə Partiyası yer alacaq.Hakim siyasi qüvvələrin təmsil olunduğu "Cümhur İttifaqı" 8-ci, müxalifətin formalaşdırdığı "Millət İttifaqı" isə 18-ci yerdə qərarlaşıb.