Hitlerə sui-qəsd edərək tarixin gedişatını dəyişdirə biləcək adam -
Hamımız Hitler Almaniyasını və onun qəddar əməllərini bilirik. Necə ki, uzun illərdən sonra da bizdə o diskomfort hissi oyadır, o zaman ortaya çıxan qəddarlıq və qeyri-insanilik də bu əməlləri bəyənməyən bir qrup nasist əsgərini daxilən narahat edirdi.

Xüsusilə Claus von Stauffenberg və dostlarını…

Sfera.az Hitlerə sui-qəsd edərək tarixin gedişatını dəyişdirə biləcək cəsarət nümunəsi göstərən Claus von Stauffenberg haqqında yazı təqdim edir.
1940-cı və ondan sonrakı illərdə Almaniya girdiyi müharibələrdə pis planlama nəticəsində məğlub olmaq ərəfəsində idi.


Polşa və Fransa kampaniyaları Hitlerin reputasiyasını möhkəmləndirmək üçün kifayət etsə də, ordu daxilindəki böhtanlar və münaqişələr hərəkatın əvvəlindən nəyinsə səhv olduğunu düşünən, lakin səsini ucaltmaqdan qorxan müxalifət qanadının formalaşması üçün kifayət qədər şərait yaratdı.


1941-ci ildə uğursuzluqla başa çatan Barbossa əməliyyatı Hitlerə qarşı yüksələcək səslərin qruplaşmasının qarşısındakı maneəni aradan qaldırdı.
Bəzi generalların daxil olduğu müqavimət təşkilatı da uğursuz sui-qəsdlər planlaşdırırdı. Hitlerin təyyarəsində içki butulkasına qoyulan, lakin partlamayan bomba, planların həyata keçdiyi ən yaxın bomba ola bilərdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680981040_1.jpg
Lakin daha böyük və daha təmin edilmiş plan həyata keçmək üzrə idi.

2-ci Dünya Müharibəsində Şərq Cəbhəsinin fəlakətə doğru sürüklənməsi mümkün zərbənin ağızdan-ağıza yayılmasına səbəb olurdu.
Maraqlıdır ki, bu mümkün planlardan xəbərdar olan bəzi general və marşallar bu dövrdə çox vasvasılıq göstərsələr də, çevrilişə dəstək verməyən bəzi komandirlər dolayısı ilə bu yaxınlaşan təhlükəni görməzlikdən gəlirdilər.

Almaniyanın Şimali Afrikadan məcburi geri çəkilməsi çevriliş təşkilatının Afrika veteranı Klaus fon Stauffenberqlə görüşməsinə səbəb oldu.
Polkovnik Stauffenberq Afrikada bir qolunu və bir gözünü itirmişdi. Hələ planların başında duran general Treskowla görüşməmişdən əvvəl Almaniya üçün ən böyük təhlükənin Hitler və onun ideologiyası olduğunu düşünürdü ki, bunu daha əvvəl heç kəs eşitməmişdi.
Stauffenberg bu problemi sadəcə Hitleri öldürməklə həll edə bilməyəcəyini düşünürdü.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680981038_2.jpg
Onun fikrincə, partiyanın liderlərindən olan Himmler, Görinq və Goebbels, bu plan çərçivəsində birtəhər yoxa çıxmalı idilər. Onları öldürmək mümkün olmasa da, partiyadan təmizlənmələri vacib idi.

Müharibədən sonra aldığı yaralar Stauffenberqin cəbhədən uzaq durmasına və bütün bu detallarla sui-qəsdi planlaşdırmasına yol açdı.
Treskovun kəşfiyyat sızması ilə planlar quruldu, hazırlıqlar başladı. Stauffenberg sui-qəsdin həm planlayıcısı, həm də icraçısı olacaq, bunu şansa buraxmaq istəməyəcəkdi.

Sui-qəsddən xəbərdar olan, lakin müharibələrin gedişi səbəbiylə Hitlerə güvənmədiyi üçün bu vəziyyəti Gestapoya bildirməyən yüksək rütbəli komandir Ervin Rommel, bu planda uğurlu olmağı bacarsalar, onlarla birlikdə olacağını bildirməsi ilə planın həyata keçirilməyinə qərar verildi.

Sui-qəsdin ilk addımı olaraq, 20 gün əvvəl Stauffenberg planlar çərçivəsində Ehtiyat Orduya təyin edildi. Beləliklə, o, Hitlerin iştirak etdiyi hərbi yığıncaqlarda iştirak etmək imkanı qazandı.

Tarix 20 iyul, yer Wolfsschanze…Mussolininin də qatıldığı iclasda Stauffenberq Hitlerə yaxın oturmalı olduğunu bildirdi, çünki o, məruzə oxuyacaqdı.

O, içərisində bomba olan çantanı stolun üstünə qoyub Hitlerin suallarını cavablandırmağa başlayıb. Sorğu bitdikdən bir neçə dəqiqə sonra o, telefon zəngi etmək üçün icazə alıb və pul kisəsini Hitlerin yanında qoyaraq otaqdan çıxıb.

Çantanın Hitlerin görmə qabiliyyətinə mane olduğunu düşünən bir əsgər təsadüfən çantanı ondan bir qədər uzağa qoyub. Planlaşdırılan məsafə bir qədər qısa olmalı idi.

O, otaqdan çıxandan bir neçə dəqiqə sonra şiddətli partlayış baş verib. Lakin Stauffenberg çantanın yerdəyişməsindən xəbərsiz idi.
O, otaqdan çıxandan bir neçə dəqiqə sonra şiddətli partlayış baş verib. O, dostlarına hər şeyin planlaşdırıldığı kimi getdiyini və Hitlerin öldüyünü bildirib, lakin Hitler bu cəhddən bir neçə qançır ilə sağ qaldığından xəbərsiz idi...

Partlayışdan sonra Hitlerin şalvarı belə idi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680981036_3.jpg
Hadisədən sonra bu sui-qəsdi kimin planlaşdırdığı araşdırılmağa başlanılıb, məlumatı olan, lakin məhəl qoymayan bütün komandirlər bildiklərini söyləyiblər. Steuffenberg də daxil olmaqla orijinal planlaşdırıcılar eyni gecə tutuldular və böyük ehtimal, güllələndilər.

Bununla bitdimi? Əlbəttə yox…
Davam edən prosesdə 7000-ə yaxın əsgər həbs olundu, sorğu-sual edildi və bəziləri edam cəzasına məhkum edildi. Bəs, müharibə bitdikdən sonra bu hadisəli sui-qəsd cəhdi necə yadda qaldı?

1944-cü ilin 20 iyulu kimin üçünsə xəyanət, kimin üçünsə qəhrəmanlıq günü idi, illər keçdikcə qəhrəmanlığın rütbəsi üstələdi. Hadisədən əlli ildən çox keçəndən sonra Almaniya prezidenti Horst Köhler üsyançıların xatirəsini vətənpərvər kimi xatırladı və bu kitabı bağladı.

Hətta Berlində qiyamçılara abidə və hadisənin qəhrəmanı kimi tanınan Ştauffenberqin büstü də qoyulub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680981034_4.jpg
Sui-qəsd cəhdi və ondan sonra baş verənlərlə maraqlananlar üçün bu hadisədən ətraflı bəhs edən “Valkyrie əməliyyatı” filminə baxmağı tövsiyə edirik.

Alman qəhrəmanı kimi tanınan Ştauffenberqin böyük ekranda qəhrəmanlığı Tom Cruise tərəfindən canlandırılıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1680981032_5.jpg
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti