"Moskvanın Ukraynanın enerji sisteminin məhv edilməsi planı iflasa uğrayıb" - İngilis kəşfiyyatı
"Bu nəticə energetiklərimiz və beynəlxalq tərəfdaşlarımızın energetika sisteminin bərpasında titanik fəaliyyətinin nəticəsidir..."

"Elektrik enerjisinin ixracı yalnız ukraynalı istehlakçıların təminatı şərtilə mümkün ola bilər..."

Rusiyanın ötən ilin oktyabrından Ukraynanın energetika infrastrukturunun məhv edilməsi üzrə əməliyyatı iflasa uğrayıb.

Moderator.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı hesabat yayıb.

Hesabatda deyilir ki, 2023-cü ilin mart ayından Rusiyanın Ukraynanın energetika obyektlərinə həyata keçirdiyi zərbələrin intensivliyi azalıb.

İndi Rusiya bir dəfəyə 25-dən az raket və pilotsuz uçuş aparatları göndərir ki, bu da müdafiə olunan tərəfin infrastrukturuna əhəmiyyətsiz təsir göstərir.

Bu arada Ukraynada energetika sisteminin bərpası davam edir. Kiyev transformatorlar və digər mühüm komponentlər alır.

Onların nəqli və montaj edilməsi göstərilən avadanlığın çəkisinin çox olması səbəbindən ciddi logistik problemdir. Məsələn, yüksək gərginlikli transformatorların çəkisi ən azı 100 tondur.

"Ukraynada energetika ilə bağlı vəziyyət, ehtimal ki, isti havalar düşəndə yaxşılaşacaq. Növbəti qışın planlaşdırılması və ona hazırlıq, ehtimal ki, artıq başlayıb", - hesabat müəllifləri hesab edir.

Bu versiyanı dünən Ukraynanın energetika naziri German Qaluşşenkonun imzaladığı fərman da təsqiqləyir. Bu fərman elektrik enerjisinin profisiti halında yenidən onun ixracına başlamağa imkan verir.

"Ukraynanın enerji sistemi artıq təxminən iki aydır ki, istehlakçılar tərəfindən məhdudiyyət olmadan və güc ehtiyatı ilə işləyir. Bu nəticə energetiklərimiz və beynəlxalq tərəfdaşlarımızın sistemin bərpasında titanik işi sayəsində mümkün olub.

Ən mürəkkəb qış mövsümü arxada qalıb. Növbəti addım elektrik enerjisinin ixracına başlanılması olacaq ki, bu da zədələnmiş energetika strukturunun bərpası və təmiri üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə imkan verəcək", - nazir qeyd edib.

Ukrayna cəmi 400 MVt elektrik enerjisi ixrac edə biləcək. Lakin onun dəqiq həcmi zaman və bazar konyukturasından asılı olaraq dəyişə bilər.

Bununla birlikdə, xarici tərəfdaşlara yardım edilməsi və valyuta gəlirlərinin əldə olunması Ukraynanın Energetika Nazirliyi üçün ən başlıca məsələ deyil.

"İstehlakçılarımızın elektrik enerjisi ilə təmin edilməsi şəksiz prioritetdir. Ona görə də ixrac yalnız ukraynalı istehlakçıların elektrik enerjisi ilə təminatı şərtilə işləyə bilər və vəziyyət dəyişdikdə dayandırıla bilər", - German Qaluşşenko izah edib.

Onun sözlərinə görə, generasiyanın artması və ixracın başlanması Ukrayna energetiklərinin Rusiyanın atəşlərinə və enerji sistemini məhv etmək cəhdlərinə cavabıdır.

Ukrayna ötən ilin iyun ayından okyabrın 11-dək Moldovaya və Avropa İttifaqı ölkələrinə elektrik enerjisi ixrac edib.

Əldə edilən gəlirlər Ukrayna xalqı üçün elektrik enerjisinin bazar və güzəştli qiymətləri arasında fərqi qarşılamağa imkan verib.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti