Fransada 1 May - Əmək və Həmrəylik Günündə mübahisəli pensiya islahatına qarşı keçirilən ümummilli nümayişlər zamanı 200 mülki şəxs və fəal, həmçinin 406 polis əməkdaşı xəsarət alıb.
Ötən gün Fransanın bir çox şəhərində, o cümlədən paytaxt Paris, Lil, Tuluza, Lion, Nant, Renn və Marseldə pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan islahat əleyhinə kütləvi nümayişlər keçirilib.
Məlumata görə, yaralananlardan 30-nun vəziyyəti ağırdır.
“Street-Medics Observatory” xəstəxanasından bildirilib ki, yaralıların sayının daha da artacağı gözlənilir.