“İnanın ki, Kremldəkilərin hamısının sonu pis olacaq. Bilmirəm bu, necə olacaq, ancaq istərdim ki, hər şey tez bitsin. Onlar öz əcəlləri ilə ölməyəcəklər...”
Ukrayna Prezidenti Volodimir Zelenskinin “BBC”-yə müsahibəsində dediyi bu fikirlər Rusiya hakimiyyətində hiddətlə qarşılanıb.
Zelenskiyə sabiq Prezident, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının katibi olan Dmitri Medvedev həmişəki özünəməxsus tərzdə cavab verib.
Bu dəfə də təhqir və təhdidin “dozasını” bol edən Medvedev Zelenskini “yaşıl həşarat” adlandırıb. Kimin nə vaxt öləcəyini yalnız Tanrının bildiyini deyən Medvedev ardınca Ukrayna Prezidentinə “təlxək” deyərək, onun sonunun Hitler kimi bitəcəyini “proqnozlaşdırıb”.