İrlandiya dünyada spirtli içkilərin sağlamlığa zərəri barədə xəbərdarlıq edən etiketlərlə məcburi etiketlənməsini tətbiq edən ilk ölkə olub."Unikal" xəbər verir ki, İrlandiyanın səhiyyə naziri Stiven Donnelli bazar ertəsi qanunu imzalayıb və digər ölkələrin də buna əməl edəcəyini gözləyir.Etiketlər insanlara kalorilər, xərçəng və qaraciyər xəstəlikləri riski, hamiləlik zamanı spirt içməyin təhlükələri barədə xəbərdarlıq edəcək.