Biz də 1,5 milyon insanın soyqırımını tanıyaq - ÇAĞIRIŞ
Gələcəkdə Rusiya hərbi bazası Gümrüdən çıxacağı təqdirdə, onun yerini tutmaq əzmi ilə bu gün qonşularımızı silahlandırmaq istəyən Fransa parlamentinin 170-dən çox deputatı öz prezidentlərinə və BMT Təhlükəsizlik Şurasına “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu bərpa etmək” çağırışı edib. Fransalı deputatlar müraciətlərini “öz müqəddəratını təyin edən Dağlıq Qarabağ Respublikasının planlaşdırılmış sonu və bu ərazinin erməni əhalisinin ifşa olunduğu qırğın riskləri qarşısında susmaq istəməyənlər üçün həyəcan nidası” adlandırıblar.

Deputatlar Fransa Respublikasının Prezidentinə müraciət edərək vurğulayırlar ki, Fransa Azərbaycanın daxili işlərinə qarışa bilər və etməlidir. Axı Fransa Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu, o deməkdir ki, fransalı deputatların müraciəti Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir.

Fransalı deputatlar isə müraciəti onunla izah edirlər ki, həm Ermənistan, həm də Qarabağ erməniləri regionda nəinki demokratik dəyərləri təcəssüm etdirir, həm də ümumi xristian mədəniyyətinin avanqardı rolunu öz üzərlərinə götürürlər.

Bu fikrə davam etsək, asanlıqla belə nəticəyə gələ bilərik ki, fransız parlamentarilər ermənilərin “xristian Avropanı müsəlman barbarlarından qoruduqlarına” eyham vururlar. Fransanın ümumi xristian mədəniyyətinə “hərtərəfli qayğısı” bu ölkədə özünü çox açıq şəkildə büruzə verir, onun mətbuatında İslamı və Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar dərc olunur ki, bu da şübhəsiz, fransızların İslam dininə qarşı dözümsüzlüyünü nümayiş etdirir.

Fransız müstəmləkəçiləri 1954-1962-ci illərdə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetiriblər. Lakin bu fakt Fransa Prezidenti Emmanuel Makronu İslamın onun ölkəsini təhdid etdiyini söyləməyə mane olmur.

İndi isə deputatların müraciəti ilə Fransa BMT Təhlükəsizlik Şurasından Qarabağ ermənilərinin “təhlükəsizliyini təmin etmək” üçün beynəlxalq mandat tələb edir. Fransanın sülhməramlı missiyası Malidə kədərli bir təcrübəyə malikdir, lakin narahat olan Qall xoruzu buna baxmayaraq, BMT Təhlükəsizlik Şurasından "hüquq prinsipini bərpa edən" bir qətnamənin qəbul edilməsini tələb edərək, əksinə, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi” ilə bağlı dünyaya banlamaq qərarına gəlib.

Nədənsə fransalı deputatlar ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Laçın yolunda vəziyyətlə bağlı ermənipərəst bəyanat qəbul etməyə çalışarkən ölkələrinin biabırçı diplomatik məğlubiyyətini unudublar. Fransa sadəlövhcəsinə inanırdı ki, o ermənipərəst bəyanatı BMT Təhlükəsizlik Şurasına sürükləyəcək, sonra isə növbəti addım kimi onu Azərbaycana qarşı qətnaməyə çevirəcək. Nəhayət, Azərbaycan diplomatiyasının səyləri nəticəsində bəyanatın mətni faktiki olaraq azərbaycanpərəst oldu, rəsmi Paris bu sənəddən tamamilə imtina etdi.

Buna baxmayaraq, Fransa hər belə addımla regiondan getdikcə daha çox təcrid olunduğunu, eyni zamanda beynəlxalq ictimaiyyət və Azərbaycan xalqı qarşısında absurd vəziyyətə düşdüyünü dərk etmədən Cənubi Qafqazda geosiyasi oyunlarını davam etdirir.

Fransanın açıq ermənipərəst mövqe nümayiş etdirməsi Azərbaycan ictimaiyyəti üçün yeni deyil. Amma bununla yanaşı, fransız siyasətçilər özləri də Qarabağ separatçılarına açıq dəstək vermələrinin onlara zərər verdiyini unutmağa üstünlük verirlər.

Fransa Qarabağ separatçılarını dəstəklədiyini bəyan edir və öz nümayəndələrini “sülhməramlı missiya” bəhanəsi ilə Azərbaycan ərazisinə gətirmək üçün imkanlar axtarır. Əgər fransalı deputatlar Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmələri”nin tərəfdarlarıdırsa, o zaman onlara Fransadan müstəqillik əldə etmək istəyində Korsikanın yerli əhalisini dəstəkləməyə nə mane olur? //AYNA//
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO

Dünyapress TV

Xəbər lenti