Belarus BMT Baş Assambleyasında 2024-2025-ci illər üçün dünya təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilərkən səsvermə zamanı lazımi sayda səs toplaya bilməyib və bu yer Sloveniyaya nəsib olub.
“Report” TASS-a istinadən xəbər verir ki, Sloveniyaya 153, Belarusa isə 38 ölkə səs verib. Qələbə qazanmaq üçün ölkə Baş Assambleyanın bütün üzvlərinin (cəmi 193 üzv var – red.) azı üçdə ikisinin səsini toplamalı idi.
2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmçinin Əlcəzair, Qayana, Syerra Leone və Cənubi Koreya da seçilib. Onların seçimi alternativsiz əsaslarla olub.