Ardını oxu...
Amerika Birləşmiş Ştatları bütün tərəfdaşlarına silah satmır. Türkiyə NATO çərçivəsində Amerikanın strateji tərəfdaşı sayılsa da, Vaşinqton Ankaranın hərbi təyyarələr almaq istəyini illərdir uzadır. ABŞ hətta Rusiya ilə müharibə aparan Ukraynaya belə hərbi təyyarə satışını son ana qədər uzadıb. Müharibə başlayan kimi Ukraynanın Amerika istehsalı F-16 hərbi təyyarələri olsaydı, Rusiya Ukraynanın hava məkanında mütləq üstünlüyə malik olmazdı.
Bu arada, ABŞ prezidenti Cozef Bayden Vyetnama hərbi texnika satmağı planlaşdırır. Halbuki, Vyetnam soyuq müharibə illərində keçmiş SSRİ-nin tərəfdaşı idi. ABŞ 1960-1970-ci illər ərzində Vyetmanda müharibədə iştirak edib, bu ölkəyə tonlarla bomba atıb, nəticədə yüz minlərlə insan həlak olub. SSRİ həmin illərdə Vyetnam kommunistlərinə silah və hərbi texnika göndərirdi. Kommunist rejiminin hakim olduğu Vyetnam SSRİ-nin varisi Rusiya ilə sıx münasibətlərə malikdir. Buna baxmayaraq, Vaşinqton keçmiş düşməni Vyetnamla hərbi sahədə əməkdaşlığıa üstünlük verib.
Vaşinqtonun məqsədi Vyetnamı Çin və Rusiyadan uzaqlaşdırmaqdır. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Vyetnama F-16 qırıcı təyyarələr satacaq. Halbuki, Amerika bu təyyarələri heç yaxın tərəfdaşlarına satmır. Vyetnamın bu təyyarələrə ehtiyacı var. Çünki Vyetnamın Çinlə müxtəlif sahələrdə münasibətlərinin olmasına baxmayaraq, Hanoy Pekinin regional siyasətindən narazıdır. Vyetnam Çinin dənizlərdə hərbi gücünü artırmasını özü üçün təhlükə kimi qiymətləndirir. Vyetnam əlindəki Rusiya silahını daha modern Amerika silahları ilə əvəz etmək istəyir. Vyetnam Amerikadan hərbi texnika və F-16 qırıcı təyyarələri alarsa, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək.
Bu arada, Tayvan adası ətrafında da vəziyəti gərgindir. ABŞ Tayvana müasir silahlar göndərməkdə davam edir. Pekin Amerikanı Çinin daxili işlərinə qarışmaqda ittiham edir. Amerika Tayvanla hərbi təlimlərinin sayını artırıb. Tayvan isə əksinə Çinin bölgədə artan hərbi təlimlərindən narahatdır. Tayvan rəsmiləri “Reuters” agentliyinə verdikləri müsahibələrdə Çinin hərbi təlimlərinin bölgədə müharibə risqini artırdıqlarını deyiblər. Çinin dənizlərdə hərbi təlimləri Yaponiyanı da narahat edir. Çin hərbi təlimlərinin bir qismini Yaponiyanın adaları yaxınlarında həyata keçirir. Yaponiyanın “Kyodo” agentliyinin məlumatına görə, Çinin hərbi gəmiləri tez-tez Yaponiyanın dəniz ərazilərinə daxil olurlar. Çin Yaponiyaya aid bir qisim adanı mübahisəli sayır və ona görə həmin istiqamətdə hərbi gəmilərinin sayını artırıb.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
Ardını oxu...
Görünən odur ki, Putin Qarabağda yaşayan ermənilərin bir çoxunu İrəvana köçürərək orada vəziyyəti daha də qəlizləşdirib Paşinyanı devirməkdə israrlıdır. İrəvan erməniləri ilə bu iş alınmır, indi əhalinin “ülvi” hisslərini istismar etməklə, “qaçqın-köçkün” hekayəsini alovlandırmaqla çevriliş hazırlayır.
Paşinyanın artıq itirəcəyi heç nə yoxdur, Ermənistanın 10 Noyabr bəyanatından çıxdığını elan etsə, oktyabrın əvvəlində Avropada baş tutacaq görüşdə sülh sazişinin qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə başlayan ilk protokolunu inzalasa, əla olar. Bu zaman “rusməramlıların” Qarabağda qalması üçün bütün hüquqi təməl çökər – bu niyə vacibdir?! Deyim: Bu gün Rusiya da, Qərbin bəzi savadsız siyasətçiləri də Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə bir tək Azərbaycanın məsuliyyət daşıdığını deyirlər – təbii ki, Azərbaycan dövləti və hökuməti öz ərazisində yaşayan erməni əsilli azərbaycanlıların (vətəndaşlıq tanımıdır) təhlükəsizliyinə zəmanət verməlidir, təmin etməlidir – amma o şərtlə ki, o bölgədə digər əlisilahlı heç bir qüvvə olmasın: ya biz elan etməliyik ki, ola biləcək provokasiyalara görə “rusməramlılar” məsuliyyət daşıyır, ya da deməliyik ki, siz çıxın, ərazidə başqa heç bir silahlı qüvvə qalmasın, o zaman da bütün məsuliyyəti biz öz üzərimizə götürürük.
Nə qədər ki, ruslar ordadır, istənilən provokasiya törədib bunu Azərbaycanın üzərinə ata bilərlər...
Natiq Cəfərli
Teref.az
Ardını oxu...
Sentyabr ayı həm də xaricdə oxuyan tələbələrin gediş ayıdır. Bu ayda quru sərhədləri də bağlı olduğu üçün qismən ucuz olması arzu edilsə də, qiymətlər kəlləçarxa çıxıb.
Teref.a yazır ki, bunu Yenicağ qəzetinin baş redaktoru Aqil Ələsgər öz feysbuk səhifəsində yazıb.
Daha sonra Aqil Ələsgər fikirlərini şərh edərək yazır:
Təqdim etdiyim qiymətlər baqajsız, bir tərəfə olan biletlərdir.

Qısacası görünən budur ki, AZAL-ın hazırkı rəhbərliyi Canikin ölənlərinə rəhmət oxutmağa şiddətli şəkildə and içib.
Ardını oxu...
Teref.az olaraq y6azıdakı fikirlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan Müdafiə Nazirliyinin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı antiterror hərbi əməliyyatı ilə bağlı Fransanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclası daha əvvəl “humanitar böhran”la bağlı müzakirələrdə olduğu kimi, fiasko ilə başa çatdı”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus BMT Təhlükəsizlik Şurasında keçirilən dinləmələri şərh edərkən bildirib.

“Bu, BMT Təhlükəsizlik Şurasının təmsil etdiyi beynəlxalq ictimaiyyətin, nəhayət, mövcud reallıqları qəbul etdiyini, indi sadəcə olaraq, yerli əhalinin Azərbaycan qanunvericiliyinə reinteqrasiya prosesini diqqətlə izləyəcəyini göstərir”, - o əlavə edib.

R.Yunus vurğulayır ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün real imkan var: “Baxmayaraq ki, buna müdaxilə edəcək çoxlu mərkəzlər var. Ona görə də rəsmi Bakı rahatlaşmamalı, həm Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin bütün perimetri boyunca, həm də Qarabağın özündə tam silahlanmalı və sülh müqaviləsi imzalanana qədər və Qarabağdan son rus əsgəri gedənə qədər öz gündəliyini israrla təbliğ etməlidir. Leonardo da Vinçinin dediyi kimi: "Hər bir maneəni əzmlə dəf etmək olar".
 
Ardını oxu...
Yəqin ki, heç kimə sirr deyil ki, Böyük Pyotrun uğurlarının rahatlıq vermədiyi Rusiya Prezidenti Vladimir Putinin xəyalı “cəsəd” dövlətin - Sovet İttifaqının reanimasiyasıdır. Aydındır ki, qədim yunan filosofu Heraklitin “eyni çaya iki dəfə girmək olmaz” aforizminə məhəl qoymayaraq, 21-ci əsrin uğursuz “Bütün Rusiyanın İmperatoru” manyakal əzmkarlıqla sərsəm ideyanı həyata keçirməyə çalışır.

Hələ 2005-ci ildə Vladimir Putin SSRİ-nin dağılmasını “milyonlarla insanın faciəsi və geosiyasi fəlakət” adlandırmışdı ki, bu da təkcə onun nostalji hisslərini deyil, həm də qonşu ölkələr üçün Rusiya Federasiyası dövlət başçısının əsl niyyətləri barədə bir növ açıqlama olduğunu göstərirdi.

Üç il sonra, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi başladı, nəticədə Gürcüstan Abxaziya və Cənubi Osetiya kimi ərazi itkiləri verdi. Bunun ardınca 2014-cü ildə Krımın ilhaqı baş verdi və bu, beynəlxalq ictimaiyyət arasında o qədər də hiddət yaratmadı. Sivil dünya sadəlövhcəsinə Rusiyanın ambisiyalarının təmin olunduğuna inanaraq, süst, deklorativ bəyanatlarla məhdudlaşdı.

Cəzasız qalacağına əmin olan Putin SSRİ-nin bərpasına az qaldığına inanaraq, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başladı. Təcavüzkar inanırdı ki, tez zamanda ukraynalı “nasistləri qoz qabığı kimi” əzəzcək, bundan sonra digər postsovet ölkələrinə “sovet xoşbəxtliyi”ni təqdim etmək mümkün olacaq.

Ancaq bildiyiniz kimi, Ukraynada hər şey Kremlin planı ilə getmədi: Moskva boğazına qədər “Ukrayna bataqlığında” ilişib qaldı və SSRİ ilə bağlı xəyallar unudulmalı oldu. Lakin, məlum olduğu kimi, uzun müddətə deyil. Rusiyada imperialist yırtıcı düşüncənin sağlam düşüncədən daha güclü olduğu ortaya çıxdı.

“Sovet mövzusu” özünü yenidən hiss etdirdi. Lakin bu dəfə Putinin arzusunu hakim “Vahid Rusiya” partiyasının üzvü, Dövlət Dumasının deputatı Yevgeni Fyodorov səsləndirib. Rusiya mətbuatı xəbər verir ki, o, Dövlət Dumasına qanun layihəsi hazırlayıb və həmin layihədə keçmiş SSRİ tərkibində Rusiya imperiyasının bərpasını təklif edib.

Deputat öz mövqeyini onunla əsaslandırıb ki, guya müstəqil dövlətlərin, keçmiş işğal olunmuş respublikaların ərazisində hər zaman müxtəlif münaqişələr baş verir. Buna görə də, Rusiya bu ölkələrin hər biri ilə vuruşmalı olsa belə, onları SSRİ-yə qaytarmaq "məntiqli" olardı.

Onun sözlərinə görə, indiki Ukrayna işğalı belə qayıdışın başlanğıcıdır. Hesab edir ki, keçmiş İttifaq respublikaları Rusiya Federasiyası ilə münaqişə vəziyyətində idi və gələcəkdə də münaqişədə olacaqlar.

"Bütün keçmiş respublikalar gec-tez Rusiya ilə toqquşacaq və ya döyüşəcək – bu, nəzəriyyə məsələsidir", - Fyodorov deyib.

O, həmçinin əmindir ki, Rusiya mahiyyətcə Sovet İttifaqıdır və o, sadəcə olaraq öz ərazilərini qaytarır.

Bu, nədir – növbəti bir təbliğati cəfəngiyyat? Və ya bəlkə bu, Kremlin artan iştahının bir növ elanıdır və Fyodorovun sözləri ciddi qəbul edilməlidir?

Teref.az -ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov AYNA-ya açıqlamasında söyləyib ki, bu cür təşəbbüslər və qərarlar əsasında, hətta Rusiyanın özündə belə, bəzi analitiklər, media və ümumiyyətlə, bəzi vicdanlı vətəndaşlar Dövlət Dumasını “Dövlət Durası” adlandırırlar: “Və bu cür təşəbbüslər, fikrimcə, Rusiya qanunvericilərinin onsuz da o qədər də yüksək olmayan hörmətini plintusdan aşağı səviyyəyə endirir. Bir vaxtlar rusiyalı parlamentarilər Belovejskaya sazişlərini pisləyiblər. Və nə? Onlar tarixi yenidən yazmaq üçün mütəxəssislər deyillər. Və hansısa bəyanatı qəbul edərək, nəyinsə dəyişəcəyini düşünürlər? Heç nə dəyişməyəcək”.

“Sadəcə olaraq, bu deputat öz qeyri-adekvatlığı ilə və Dövlət Dumasında bu təşəbbüsə baxılarsa və ya bununla bağlı hansısa qərar qəbul edilərsə, həmkarları da həm parlamenti, həm də siyasi sistemi gözdən salacaqlar. Biz isə onlara qeyri-ciddi insanlar kimi yanaşacağıq”, - deyə həmsöhbətimiz bildirib.

Deputat bəzi rusiyalı deputatların daha da axmaq bəyanatlar verməsindən təəssüfünü ifadə edib: “Məsələn, Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycanın neft və boru kəməri strukturuna nüvə zərbəsi endirməyi təklif edib. Yaxud Jirinovski və onun tərəfdarları da bu cür cəfəngiyyatları ara-sıra dilə gətirirdilər. Ona görə də hesab edirəm ki, deputat Fyodorovun sözlərinə rusiyalı parlamentarilərin özlərini nüfuzdan salan qeyri-ciddi bəyanat kimi yanaşmaq lazımdır”.

“Bundan əlavə, bu, Rusiya qanunvericilərinin hətta onlarla əlaqələr saxlayan ölkələrin parlamentləri ilə də əlaqə saxlamasını çətinləşdirir. Mən təbii ki, Azərbaycanı nəzərdə tuturam. Tam aydındır ki, bu cür təşəbbüslər və düşmən bəyanatlar Dövlət Dumasının divarları arasında dəstək taparsa, o zaman belə bir qanunverici orqanla münasibətləri saxlamaq son dərəcə çətin olacaq. Mən bunu Rusiya Federasiyası Federal Məclisi ilə Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın üzvü olan bir deputat kimi deyirəm. Yenə deyirəm ki, belə deputatlarla işgüzar münasibət saxlamaq çox çətin olacaq”, - deyə Musabəyov fikrini yekunlaşdırıb.
Ardını oxu...
Erməni xalqı, doğurdan da, ciddi daxili faciə yaşayır, qurduqları bütün miflər dağılır, xəstə fantaziyalardan xilas olmaq ağrılıdır, çətindir, amma xilas ola bilsələr özlərini, gələcəklərini qurtaracaqlar. 80-90-cı illərdə onlar Rusiyanın köməyi ilə müvəqqəti torpaq "qazandılar", amma müstəqilliklərini tam itirdilər.
Azərbaycan isə müvvəqəti olaraq torpağını itirsə də, müstəlliyini qazandı, Rusiyadan asılılığını minimuma endirib neft-qaza söykənən olsa da, öz iqtisadi modelini qurdu. İndi elə Rusiyadan da istifadə etdi, amma Rusiyanın yanında yer almadı, ala da bilməz, çünki Türkuyə, Qərbə bağlı iqtisadi modeli, "elitanın" Qərbdə böyük aktivləri var. Ona görə də, "rus Azərbaycanda gücləndi", tezisi içi boş görünür.
İndi Ermənistan müstəqil olmaq istəyir, əvəzində işğal etdiyi torpaqları itirdi, amma heç müstəqillini də qazana bilmədi, ən azından, bu çox çətin görünür.
Siyasət belədir, 100 metrəyə qaçış yarışı deyil, marafondur, strateji qələbə üçün, hərdən taktiki məğlubiyyətlər ola bilər...
Natig Cəfərli
Teref.az
Ardını oxu...
Yevlaxda bir ilk: Azərbaycan yeni status qazana bilər – Gözlənilməz…
facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share
2023-09-20 20:11:04
Yevlaxda bir ilk: Azərbaycan yeni status qazana bilər – Gözlənilməz…
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri bu gün saat 13:00-dan etibarən tam dayandırıldı. Buna səbəb qarşı tərəfin Azərbaycanın şərtləri əsasında danışıqlar masasına oturmağa hazır olduğunu bildirməsi oldu.

Erməni sakinlərin nümayəndələri rəsmi Bakının üç şərtini qəbul etdi:

1. Hərbi əməliyyatlar dayandırılacaq;

2. Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqları silah və texnikalar habelə separatçı silahlı qüvvələr tərk-silah edilib ərazidən çıxarılacaq;

3. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək;

Erməni ordusunun hərbçilərinin, habelə separatçıların hərbi birləşmələrinin ərazimizdən çıxarılması, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabah Yevlaxda görüşün keçiriləcək olması müsbət hadisədir.

Xüsusilə hərbi birləşmələrin ərazidən çıxarılması lokal toqquşmalar riskini ciddi ölçüdə azaldır. Reinteqrasiya prosesi çərçivəsində Yevlaxda görüşün keçirilməsi isə qarşı tərəfin dövlət statusundan imtina etdiyi, Azərbaycanın daxili subyekti olduğunu qəbul etməsi deməkdir.

Burada sual doğuran məqamlar da var:

Birincisi, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxıb, tam şəkildə tərk-silah olunaraq Azərbaycan ərazilərini tərk edəcəkləri deyilsə də, separatçılar vaxt qazanmaq üçün də bu yola əl ata bilər. Digər tərəfdən proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi də bu narahatlığı artırır.

Məsələ ondadır ki, 2020-ci ildə də 10 Noyabr bəyanatının dördücü bəndinə əsasən Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri tərk-silah edilib, ərazini tərk etməli, paralel olaraq da sülhməramlılar əraziyə gəlməli idi. Lakin sülhməramlılar regiona gəlsə də, nə Ermənistan silahlı qüvvələrinin birləşmələri, nə də qeyri-qanuni erməni silahlı dəstələri regiondan çıxarıldı.

İkincisi, bugünkü açıqlamada artıq məhv olmuş separatçı “hökumət” və “parlament”, habelə ona bağlı yerli “özünüidarəetmə orqanlarının” özünü buraxması, “polis” və bu qəbildən olan silahlı “təhlükəsizlik qüvvələrinin” tərk-silah edilməsinə dair heç bir nüans qeyd edilmədi.

Qarabağdakı ermənilərə yalnız “milli azlıq” statusu verilə bilər. Lakin qondarma “hökumət” və “parlamentin” buraxılmaması ermənilərin muxtariyyət tələblərinin hələ də aktual olduğunu göstərir.

Üçüncüsü, sentyabr 21-də Yevlaxda keçiriləcək görüşdə tərəflərin müzakirə edəcəyi məsələlər məlum deyil. Məsələ ondadır ki, proseslərdən əvvəl Rusiya XİN başçısı Sergey Lavrovun hazırladığı deyilən 14 maddəlik sənəd rus və erməni mediasında geniş şəkildə tirajlandı. Sənədin mahiyyəti ümumi mənada ermənilərə yüksək muxtariyyət ehtiva edirdi. Düzdür, sabahkı görüşdə bu sənəd əsasında müzakirənin olub-olmayacağı haqda nəsə demək çətindir, lakin ehtiyatı əldən vermək olmaz. Bu sənəd bizim maraqlarımıza qətiyyən uyğun deyil.

Dördüncüsü, Rusiya Qarabağdan Ermənistan silahlı qüvvələrinin qalıqlarını, habelə separatçı silahlı qüvvələri çıxarmasından sonra sülhməramlı kontingentin sayını artırmaq istəyə bilər.

Yuxarıda qeyd etdiklərim ehtimal risk faktorlarıdır.

Antiterror tədbirlərinin cəmi bir gün ərzində nəticə verməsi, şübhəsiz ki, ölkəmizin və ordumuzun uğuru, qələbəsidir. Hərb meydanında əldə etdiyimiz nəticəni Yevlax görüşündə masada təkrarlamalıyıq.

Sabahkı danışıqlarda mövqeyimizdən geri addım atmamalı, tələblərimizi diktə etməliyik. Xüsusilə Qarabağ ermənilərinə “milli azlıq” statusundan başqa statusun verilməsi qəbul edilməməlidir. Onlar da digər “milli azlıq”lar kimi Azərbaycan konstitusiyasında qeyd edilən imtiyazlardan faydalana bilər. Qondarma “hökumətin” və “parlamentin” buraxılması, erməni icmasına Bakının seçdiyi şəxsin rəhbərlik etməsi təmin olunmalıdır.

Separatçıların keçmiş “rəhbərləri”nin, I və II Qarabağ müharibəsində ordumuza və mülki əhaliyə qarşı qəddarlıq etmiş şəxslərin təhvil verilməsi də mütləq gerçəkləşməlidir. Bu şəxslər Azərbaycan qanunları qarşısında cavab verməlidirlər.

Bütün bunlara nail ola bilsək, “Qarabağ münaqişəsi birdəfəlik bitdi” deyə bilərik. Bu həm də Azərbaycana postsovet məkanında münaqişə həll etmiş tək ölkə statusu verəcək.
Turan Rzayev
 
Ardını oxu...
Bütün şərtlərimiz və tələblərimiz kiçik detallarına qədər yerinə yetirilməlidir, çünki separatçılar yazırlar ki, “təslim olmaq məcburiyyətindəyik, ancaq bizim günümüz yenə gələcək”.
Elə etməliyik, “həmin günləri” bir daha gəlməsin, bir daha baş qaldıra bilməsinlər. Silahları təhvil verməyə hazır olduqlarını bildirsələr də, reinteqrasiya mövzusunu "müzakirə predmeti" kimi qələmə verirlər.
Azərbaycan qanunlarına tabe olmalısınız! Bu müzakirə predmeti deyil, əsas tələblərimizdən biridir. Xankəndinə silahlı qüvvələrimizin daxili və prosesi yerindəcə nəzarət etməyə ehtiyac yaranacaq.
Rusiya hərbi kontingentinin bunları edəcəyinə inamımız yoxdur. Rusiya hərbi kontingentinin özünə də nəzarət lazımdır.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Qarabağdakı terrorçuların sayı və malik olduqları hərbi texnikanın miqdarı açıqlanıb: 10 mindən çox qanunsuz silahlı erməni, yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem; separatçılar radio-elektron mübarizə sistemləri vasitəsilə mülki təyyarələrin uçuşuna da problem yaradır;

Rəsmi Bakı bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə açıqlayıb.

Beləliklə, faktlar beynəlxalq ictimaiyyətə təqdim edilir və əməliyyat zərurəti yaranacağı təqdirdə, “Qarabağ xalqına hücumu qəbul etməyəcəyik” deyən ABŞ və onun timsalında qarşı çıxanlara terrorçuların konkret sayı, malik olduqları hərbi potensial göstərilir.

10 minlik silahlı və yüzlərlə hərbi texnikası olan dəstəyə qarşı mümkün əməliyyatın miqyası da kiçik olayacaq.

Asif Nərimanlı
Ardını oxu...
Qarabağdakı separatçılar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel şəkildə qəbul edilməsinə razılaşıb. Bu, Ağdam yolundan Rusiya yükünün keçməsindən sonra irəliyə doğru növbəti addım hesab edilə bilər. Lakin açıq qalan sual var:
- BQXK Laçın yolundan Ermənistandan gələn yükləri keçirəcək, bəs Ağdam-Xankəndi yolundan daşıyacağı yüklər Azərbaycan yükləri olacaqmı?
Rəsmi məlumatlarda bu məsələ qeyd olunmur, hərçənd, Rusiyadan gələn yüklər sülhməramlılar tərəfindən aparılıb və əgər BQXK da təkcə rusların yükünü daşıyacaqsa, o zaman, komitənin Ağdam-Xankəndi yolunda fəaliyyəti sual altına düşür. Bu baxımdan, beynəlxalq komitənin Ağdam-Xankəndi yolundan Azərbaycan yüklərini Xankəndinə aparacağı fikrini irəli sürmək, yaxud qarşıdakı günlərdə bunun baş verəcəyini demək mümkündür.
BQXK-nın hər iki yoldan yük daşınmasını həyata keçirməsinin əhəmiyyətli tərəfləri var:
Birincisi, Ağdam-Xankəndi marşrutundan təkcə Rusiyanın keçidi Qərb dairələrinə bu yolun legitimliyinə şübhə etmək imkanı verirdi, indi BQXK-nın prosesə qoşulması Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir;
İkincisi, BQXK Laçın yolundan daşımaları Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirəcək: sərhəd qaydalarına əməl ediləcək, gömrük rüsumu ödəniləcək, XİN-in açıqlamasında qaydalar yenidən vurğulanıb; bu, ilk növbədə Laçın yolu ilə bağlı iddiaları-planları sıradan çıxarır, eyni zamanda, növbəti mərhələdə Ağdam-Xankəndi yolunun daşımalarda daha səmərəli olacağı reallığı yaranacaq və əsas marşrut bu yol olacaq;
Üçüncüsü, BQXK-nın Xankəndinə Ağdamdan daxil olması bu təşkilatın İrəvandakı ofisinin Azərbaycan ərazisinə müdaxiləsini aradan qalxması perspektivini də önə çıxarır: komitənin Xankəndindəki nümayəndəliyi hələ də Ermənistandakı ofisə tabedir və bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycan qanunlarına zidddir; gözləniləndir ki, komitənin Ağdam marşrutundan istifadəyə başlamasından sonra Xankəndində nümayəndəliyin fəaliyyətinin Bakıdakı ofis tərəfindən yönləndirilməsi aktuallaşacaq; bu, erməni əhalisinin reinteqrasiyası prosesinin tərkib hissəsi olmalıdır;
Separatçların geri çəkilməsi Bakını Xankəndi hədəfinə doğru daha da yaxınlaşdırır. Lakin bu geriçəkilmə separatçı qurumun ləğv edilməsi, erməni silahlı dəstələrin ərazimizdən çıxarılması və tərki-silah edilməsi gündəliyini dəyişdirmir.
Asif Nerimanli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti