Ardını oxu...
Belçikanın xarici işlər naziri Hadija Labib Cənubi Qafqaz ölkələrinə səfərinə Ermənistandan başlayıb. Belçikalı diplomat İrəvanda Ermənistanın ünvanına xeyli tərif səsləndirdikdən və ənənəvi “Laçın yolu açılmalıdır” açıqlamasını verdikdən sonra deyib ki, “Brüsseldəki son danışıqlar göstərdi ki, Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar”. Brüsseldəki görüşdən sonra bölgədə vəziyyət daha da gərginləşib, Ermənistanın baş naziri heç bir sənədə imza atmaq istəmir, Azərbaycana qarşı təxribatların miqyası artıb, müharibə əhval-ruhiyyəsi var, avropalı nazir isə arxayındır ki, “yaxınlarda sülh sazişi imzalanacaq”. Bunlar ya vəziyyəti doğru analiz edə bilmirlər, ya arzularını reallıq kimi göstərmək istəyirlər, ya da ki, “əşi sonu yaxşı olacaq” deyib problemin həllinə səthi yanaşırlar.

Elxan Şahinoğlu - DİA.AZ
Ardını oxu...
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və
çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib
istiqamətlərindən biridir. Azərbaycan-Macarıstan əlaqələri 31 il ərzində
diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu
keçib. Bu dövr ərzində Azərbaycan və Macarıstan arasında 50-dən çox
əməkdaşlıq sənədi imzalanıb. Ölkələr isə ikitərəfli müstəvidə və beynəlxalq
təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan bir çox
sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd
təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında
qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir.
Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-
hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli
platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad
Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı
əməkdaşlıq əlaqələri inkişaf etdirilir.
Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri,
səfər çərçivəsində Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban,
həmçinin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka
Tsviyanoviç və Serb Respublikasının Prezidenti Milorad Dodik ilə görüşləri
Azərbaycan ilə Macarıstan arasında dostluq, əməkdaşlıq və strateji
tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da
genişləndirilməsinə müsbət təsir edib.
Prezident İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor
Orban ilə görüşü zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin
fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə
daha böyük imkanların olduğu vurğulanıb. Qeyd edilməlidir ki, işğaldan
azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində
iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla bağlı
müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş
ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə
olaraq 25.000 avro ianə edib.
İki dost dövlət başçısının görüşündə Azərbaycan ilə Macarıstan
arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla
inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına
çatdırılmasının əhəmiyyəti vurğulanıb. Məhz bu görüşün nəticəsi kimi
Azərbaycandan Macarıstana təbii qazin ixracının artırılması qərara alınıb.
İki ölkə arasında enerji diplomatiyasının mühüm elementləri üzrə də
uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan Cənub Qaz Dəhlizi layihəsini
dəstəkləyir və bu layihədən yararlanmaq istəyini dəfələrlə izah etmişdir.
Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa olduqca böyük
əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında
Azərbaycanın oynadığı strateji rolu daim təqdir edir.
Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair
Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi
layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin
önəmi qeyd olunmalıdır.
Qeyd edək ki, Azərbaycan tərəfindən Avropanın Cənub-Şərq hissəsi
və Qara Dəniz hövzəsində yerləşən dövlətlərə enerji ehtiyatlarının
çatdırılması siyasətinin bir hissəsi olaraq Macarıstanla da bu sahədə
əməkdaşlığın qurulmasında hər iki tərəfin olduqca böyük potensialı
mövcuddur.
İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində
əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani
təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət
dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon
ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım
deməkdir. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya
qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş
müsbət dinamika qeyd edilməlidir.
Avqustun 20-də Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət
arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran
sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə
malikdir. Ən əsası isə, Prezident İlham Əliyevin bu ölkəyə səfəri
Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin
başlanğıcı olmuşdur. Dövlət başçımızın söylədiyi kimi: "Həqiqətən
Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar".

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
DİA.AZ
 
Ardını oxu...
Panfarsizmi dövlət ideologiyası səviyyəsinə qaldırıb, irqi siyasəti idarəçilik alətinə çevirmiş İran
heç kimlə yola getmir.
Dünyada başqa dövlətə ölüm arzulayıb, onu özünə düşmən sayan ikinci belə bir hakimiyyət və
ideologiya mövcud deyil. 1979-cu il fevral inqilabının ilk illərində “İsrailə ölüm!”, “Amerikaya
ölüm!“, “İngiltərəyə ölüm!”, “Şurəviyə ölüm!” deyib, qarğış edən bu hakimiyyət bir müddət sonra
sonuncu iki sloqanı yığışdırdı. İlk iki şüar isə hələ də söylənilir.
İranda əvvəllər, inqilabın ilk illərində, elə indi də elə düşünürlər ki, ölkəni qarışdıran “ingilis
barmağı”dır. Yəni ölkə kənardan qarışdırılır. Rejim hakimiyyətə etiraz edənləri, bir qayda olaraq,
qərbin casusu sayır.

İlk baxışda İranı əsasən ABŞ, İsrailin qarışdırması barədə iddialara haqq qazandırmaq da olar.
Ancaq bu məqamda ölkənin ətrafına və əməkdaşlıq etdiyi dövlətlərə nəzərə salmaq və sonra
mülahizə yürütmək gərəkdir.
İran hakimiyyətin qonşu dövlətlərin, Ermənistan istisna olmaqla, hamısı ilə ciddi problemi var.
Rejimin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Küveyt, BƏƏ, Bəhreyn
dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda çox ciddi problemi var.
Əsas sual budur: İranın, yaxud oradakı mövcud hakimiyyətin qonşularla problemlərinin əsasında
nə durur?
Tehran rejimi özünü Səfəvilər və Qacar türk dövləti kimi aparmağa çalışır. Hər iki dövlət imperiya
idi. Ancaq fars şovinistlərinə və ya panfarsistlərə aid deyildi. Yaxud, türk düşmənlərinin dediyi
kimi, pantürkist də deyildilər. Onlar ərazi və inzibati idarəetmə imperiyası qurmuşdular. Bu,
panfarsçıların düşündükərindən və həyata keçirmək niyyətində olduqlarından tamam fərqli bir
haldır. Min ilə yaxındır panfarsistlər regionda ağalıq uğrunda mübarizə aparırlar. Bunu islam,
daha doğrusu, şiəliklə pərdələməyə çalışırlar.
İrandakı rejimin başlıca bəlası da budur. O, bu yolla ərəblərdən, türklərdən ötən illərin heyfini alır.
Məsələn, sasanilərin qisasını ərəblərdən, səlcuqların heyfini türklərdən almağa çalışır, pakistanlı
və əfqanıstanlılarla isə Tehranın “böyük qardaş olması”nı qəbul etmədiyi üçün kin saxlayır.
Bu qisas və kin panfarsizmi içindən yeyir. Ona görə qonşu dövlətlərlə xoş davrana bilmir.
İranın keçmiş Prezidenti Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalebi bu
günlərdə ölkəsinin bəlalarından danışıb. O, rəsmi Tehranın Moskvaya yönəlik xarici siyasətini
kəskin tənqid edərək, deyib: “İranın yaxın tarixdə başına gələn bəlaların başında Rusiya durur”.
Keçmiş müşavir BMT Təhlükəsizlik Şurasının İranın atom-nüvə proqramı ilə bağlı qəbul etdiyi 3
qətnamənin lehinə Rusiyanın da səs verdiyini vurğulayaraq, deyib: “Rusiya BMT Təhlükəsizlik
Şurasında İranı məhv edib. Pilotsuz təyyarələrlə İslam Respublikasını Ukrayna böhranına daxil
edib”.
O, tarixə nəzərə salaraq, İran paytaxtını Rusiyanın işğal etdiyini söyləyib: “Rusiyadan başqa
dünyanın hansı ölkəsi ölkəmizin paytaxtını işğal edib? Rusiyanın xərclərini İran xalqı ödəməlidir?
Bizim indi problemimiz olan Ukrayna harada idi? Ukrayna ilə çox yaxşı münasibətlərimiz olub”.
Keçmiş müşavir İranın ali rəhbəri Seyid Əli Xamneyini Rusiya hakimiyyətinin yaxın tərəfdaşı
hesab edir. Qeyd edək ki, İran lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəsini də
dəstəkləyib. O, bunu Qərbə və NATO-ya qarşı olduqları üçün etdiklərini bildirib.
Əbutalebi Xamneyinin adını çəkmədən deyib: “Onlar NATO-nun genişləndiyini deyirlər. NATO ilə
sərhədimiz təzə çəkilir? Hələ inqilabdan əvvəl bizim sərhəddə Türkiyədə NATO-nun ən böyük
hərbi bazası var idi. NATO qəflətən problemimiz oldu? NATO-nun genişlənməsi – ruslara doğru
deməkdir. Rusiyanı müdafiə etməliyik? Ruslar bizi qoruyur?”

Həmid Əbutalebinin fikrincə, İranın xarici siyasətində milli maraqlar öz yerini itirib: “Strukturlar
və agentlər strateji qarışıqlıq böhranını həll edə bilmirlər”.
Bu açıqlama sübut edir ki, İrandakı hakimiyyətin düşməni xaric ölkələr deyil. Rusiya isə 300 ilə
yaxındır indiki İranın ərazisində mövcud olmuş türk dövlətlərinə qarşı müharibə aparıb. İndiki
rejimlə Moskvanı birləşdirən başlıca amil bu düşmənlik olub. Başqa sözlə, İran Ukraynada
NATO-ya qarşı deyil. O, yenə paniranist düşüncəsinin əsiridir. Türkiyənin regiondakı nüfuz və
artan rolunu həzm edə bilmir. Oyunçu olduğunu nümayiş etdirir. Ukraynada Rusiya tərəfdən çıxış
etməklə özünü göstərir.
İrandakı hakimiyyətin düşməni İsrail deyil. Çünki onun İranla heç bir əlaqəsi yoxdur. ABŞ-ın da
İranla münasibətləri və əlaqələri yox dərəcəsindədir. O zaman sualın cavabı budur: İran
dövlətinin başlıca düşməni panfarsizm və paniranizmdir. Tehran hakimiyyəti indi və gələcəkdə
bu hikkədən xilas ola bilməzsə, heç vaxt səmimi qəbul olunmayacaq. Tehrandakı rejimi bir çox
hallarda bu şovinist ideologiya ilə dövlət maraqlarını qarışdırır. Elə bəlası da burada başlayır. İran
üçün xilas panfarsçılıq və şovinistlikdən imtinadan başlayır.
Pressklub
Sədrəddin Soltan
 
Ardını oxu...
Yoxluqda yetişmiş bir nəsli təsəvvür edirsinizmi? 1950- 1970-ci illər arasında doğulan, ən gəncinin 50, ən yaşlısının 70 yaşı olan, hələ də 18 – 20 yaşdakı kimi düşünən, yaşayan, davranan və hələ də ideallarla yaşayan bir nəsil. Doğulanda heç birinin altına pampers bağlanmayıb. Çitdən-bezdən paltar geyinən, ayağında rezin qaloş olan bir nəsil. Heç birinin rəngli şəkli olmayıb uşaqlığında. Hətta ağ-qara da olsa çoxunun uşaqlıq şəkli də yoxdu. Bəlkə şəhərdə yaşayanların olub, amma ucqar kəndlərdə doğulanların 50-70-ci illərlə bağlı şəkillərdən boylanan xatirələri yoxdu. Adi orta məktəblərdə təhsil alıblar. Uşaq bağçası, hazırlıq kursları nədi bilməyiblər, özəl məktəblərdə oxumayıblar. Ən uzaq getdikləri yer Moskva, xaricdə təhsil deyə oxuduqları məktəblər də Rusiyanın ayrı-ayrı şəhərlərindəki institutlar, universitetlər olub. Amma hamısı bu gün ən yüksək dərəcəli alimlərə dərs verə biləcək qədər savadlı, elmlidirlər.
50-70-ci illərdə doğulanlar ikinci dünya müharibəsindən sonra SSRİ-də tüğyan edən aclığı, yoxsulluğu görüblər. 80-ci illərin əvvəlindəki talon sistemi ilə yaşayan, amma bütün əzablardan sağ-salamat çıxan, hər işgəncəyə dözən, hər əzaba sinə gərən, amma “uf” deməyən bir nəsildi. 90-cı illər inqilabının, yanvar faciəsinin şahidləri, xalq hərəkatının iştirakçıları, qaçqın, köçkün taleyinin daşıyıcıları olan bir nəsil. 50 -70-ci illərin ipə-sara yatmayan, bəzən hər şeyə asi çıxan, dəli-dolu, döyüşkən ruhlu bu nəsli təsəvvür edirsinizmi? Bu nəsil istisnasız, qarşılıqsız Aərbaycanı sevmiş,ana dilini qorumuş, vətən torpaqlarını əkib-becərmişlərdir. Bu nəsil çox kitab oxuyan, elmin dərinliklərinə baş vurmaqdan çəkinməyən, istədiyini əldə etmək üçün inad edən, SSRİ-nin ən yüksək ali məktəblərində pulsuz təhsil alan, ən azı, texnikum oxuyan, bu da olmasa peşə məktəblərində sənət öyrənən, həyat universitetinin qırmızı diplomunu, qızıl medalını alanlardı.
Bu nəsil işsiz olmayıb, boş-avara gəzməyib, ailəsinə, çevrəsinə asi çıxmayıb. Nə qədər əzilsələr də əzik olmayıblar, dik durublar hər zaman. Hər zaman vəzifəsinin məsuliyyətini anlayan, onurunu, qürurunu qoruyan, şəxsyyətini alçaltmayan, kimsəyə baş əyməyən, pul üçün televiziyalara çıxıb əl açmayanlardı bu nəsil.
Bu insanlara yaxşı baxın. Bunlar sonuncu mogikanlardı. 50-70-ci illərdə doğulanlar özəl nəsildi. Nədən özəldi? Bunların üzərindən dünyanın ən qara buludları keçib, dünyanın bütün neqativləri çiyinlərinə hopub, pandemiya adlı mikrobla savaşdan salamat çıxan bir nəsildi. Bu nəsil polad biləkli, dəmir yumruqludur, amma genişqəlbli, səxavətli, humanist, xeyirxahdırlar. Zahirən yumşaq görünsələr də bəzən endiyi yeri dağıdan bu özəl nəslin qəzəbindən qorunmağı da unutmayın. Onlara yaxşı baxın, tükənmək üzrədirlər, görəvləri artıq sona çatmaqdadır.
Bu nəsil hər zaman cibində, çantasında pul əvəzinə dərman gəzdirən, dərmanla yaşayan, həkimlərlə dostlaşanlardı. Həyat bu nəsli bir ömür sınadı, amma tamamilə sonuna çıxa bilmədi. Xəyanətin acısını, canını verməyə hazır olduğu dost xəncərinin sancısını gördü , əlindəki son tikəni paylaşdı 50-70-ci illərdə doğuılanlar. Onların ən böyük sərvəti yaşarkən öyrəndikləri bilgi və əldə etdikləri təcrübədir.
50-70-ci illərdə doğulanlar tam bir muzey eksponatıdır, özü də ən dəyərli əntiq eksponatlar. Hələ də bu acı həyatın inadına yaşayan bu nəsil əlinizdəki ən son xəzinədir. Onların qədrini bilin, onlarla danışın, vaxt keçirin, öyrənin, təcrübə toplayın. Onlar yaxın tarixin canlı əfsanələridir, tarix kitablarıdırlar.
Bu nəsli candan sevin.
Züleyxa Nadir
Teref.az
 

Ardını oxu...
Folklorda etibarsız və hərdəmxəyal insanlara aid bir söz var: “Qırxdilli, qırxaçarlı”.

Hakimiyyətə gəldiyi gündən bəri Nikol Paşinyanın tez-tez fikir dəyişdirməsi, dünən dediyinə bu gün xilaf çıxması onun təkcə hərdəmxəyal olmasının nəticəsi deyil, eyni zamanda etibarsızlığının, sözübütöv olmamasının göstəricisidir.

O və Ermənistanın digər rəhbər şəxsləri beynəlxalq birliyin qarşısında sülh və razılaşmalardan yana olmaları barədə bəyanat verir, erməni xalqı qarşısında milli məsələdə heç bir güzəştə getməyəcəklərini bildirir, Rusiya rəhbərliyinə başqa, ABŞ administrasiyasına tamam başqa söz deyirlər.

İndi belə mötəbər mənbələrdən bir məlumat yayılıb ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında əldə olunmuş razılaşmaya görə avqustun 5-də Ağdam-Xankəndi yolu, ardınca da Xankəndi-Laçın yolu açılmalı imiş. Bundan sonra tezliklə qalıcı sülh sazişinin imzalanması məsələsi gündəmə gələcəkdi.

Amma son anda Paşinyan hökumətinin təzyiqi ilə bu razılaşma pozulub. Paşinyanın verdiyi sözdən geri durmasına hansı xarici siyasi dairələrin və ya daxili qüvvələrin təsir etməsi üzərində dərin düşünməyə ehtiyac yoxdur. Fransa və Rusiyanın sülh sazişinə qarşı olduqları çoxdan hamıya bəllidir.

Bu iki dövlətin hərəsinin bu işdə öz marağı var. Fransa istəyir ki, Ermənistan onun üçün belə əlverişsiz durumda sülh sazişi bağlamağa məcbur olmasın, vaxtı uzatsın, mümkün olsa, Qarabağ cəbhəsində itirilmiş mövqelərinin bir qismini geri qaytarsın.

Rusiya isə, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında hər hansı bir sülh sazişinə qarşıdır. Hazırda Kreml üçün fərq yoxdur ki, münaqişəyə dair sülh sazişində hansı tərəf daha uduşlu olacaq. Rusiyaya lazımdır ki, bölgədə münaqişə davam etsin, heç bitməsin və özü həmişə arbitr kimi, “sülhməramlı” qismində bölgədə qalsın, buradan həm Azərbaycana, həm də Ermənistana nəzarət, təzyiq, təsir etmək üçün yararlansın.

Paşinyanın fikir dəyişməsinə təsir edən daxili qüvvələrə gəlincə, bu, cığallığı peşə etmiş Ermənistan müxalifəti və ictimaiyyətin onlara dəstək verən hissəsidir. Millətçi erməni ziyalıları da o cümlədən.

Ümumiyyətlə, ermənilərdə “ziyalı” və “millətçi” kəlmələri çoxdan sinonimdir. Bu ölkədə millətçi olmayan ziyalı yoxdur. Ermənilər üçün ziyalılığın ilkin şərti heç də savad, erudisiya,xoşməramlılıq deyil, məhz millətçilikdir. Bu ölkədə bir ziyalı kosmopolit düşüncəyə malikdirsə, o, artıq nəinki ziyalı, heç erməni də sayılmır.

Bax, belə bir ortamda Paşinyan fikir dəyişdirməli, dünən dediyini bu gün danmalı olur.

Bu şəxsdə çox qəribə bir intuisiya və özünüqoruma instinkti də var, hansısa bir qərarının hakimiyyətinə zərər gətirəcəyini, onu iflasa aparacağını anındaca bilir, görəndə ki, atdığı addım, qol qoyduğu plan siyasi rəqiblərinin, düşmənlərinin və tərəddüd edən insanların konsolidasiyasına səbəb olacaq, tez geri çəkilir, hamıdan artıq patriot olur.

Hazırda erməni cəmiyyəti elə radikallaşıb, pis mənada maksimalist olub ki, Paşinyan onun iradəsi ilə hesablaşmağı lazım bilir. Bu, artıq 2 il 10 ay öncəki, hətta 2 il öncəki gözüqıpıq olmuş, özünü əzilmiş-döyülmüş hiss edən xalq deyil. Daha Erablur panteonuna kütləvi ziyarətlər, ordakı erməni milli bayrağı ilə bəzədilmiş məzarların çoxluğundan üşənənlər yoxdur. Qəbristanlığa yalnız Qarabağda həlak olan əsgər və zabitlərin ailə üzvləri gedir.

Yerdə qalan əhalinin canından savaş qorxusu ya çıxıb, ya da çıxmaqdadır. Siyasilər və millətçi “ziyalılar” həmin o savaş qorxusunun yerinə ustalıqla qisas hissi, revanş əzmi doldurublar. Ona görə də son aylarda ermənilər müharibədən çox danışmağa başlayıblar. Daha bir tutarlı zərbə alana qədər də elə danışacaqlar.

Başqa sözlə, Paşinyan öz xalqının tərcümanıdır. Erməni xalqı 2020-ci ilin noyabrında məruz qaldığı itkilərə görə tam bir panika içində və kapitulyasiya ovqatındaydı, Paşinyan da dərhal kapitulyasiya aktını imzaladı. Ancaq sonra xalqın fikri haçalandıqca, onun dili də haçalandı, gah elə, gah belə danışmağa başladı. Hazırda isə erməni xalqı yenidən güzəştsiz mövqe tutub, Paşinyan da özünü elə aparır. O, elastik liderdir.

Onun sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıması deklarativ xarakter daşıyır, qırx dilinin biriylə dediyi sözdür, deyib, qurtarıb. O, istənilən vaxt “o vaxt dediyim sözü geri götürürəm, Azərbaycanın ərazi bütövlüyünü tanımıram, Qarabağ mübahisəli ərazidir” deyə bilər. Yəni, o, qəlbən fərqli mövqedədir, radikal ermənilərdən fərqlənməyən ermənidir. Paşinyan hakimiyyətə yeni gəldiyi vaxt politoloq Mübariz Əhmədoğlunun dediyi məşhur fikir hər gün təsdiqlənir: “Paşinyan nə Qərbpərəstdir, nə Rusiyapərəst, o ermənipərəstdir”.

Ermənilərin BMT TŞ-də çıxardıqları hoqqa da sırf vaxt uzatmaq, sülh sazişindən yayınmaq, münaqişəni olduğu yerdə donduraraq, güclənmək fürsəti qazanmaqdan ibarət idi. Onlar bu məqsədlərinə çata bilmədilər, həvəsləri qursaqlarında qaldı. Ancaq Xankəndi ətrafında, Laçın sərhəd-buraxılış məntəqəsi həndəvərində vəziyyət də gərgin olaraq qalır.

Araz Altaylı, Musavat.com
 

Ardını oxu...
DİA.AZ: - "Allah nəfsinizi kəssin. Bütün karqoları vurdular! Monopoliyanı aldılar əllərinə! İndidə çatdıra bilmirlər!" DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Elçin Vahid oğlu adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Sifarişim çatıb anbarlarına düz 10 gündür! Sistemə vurulmur. İnstagramda 24 saata geri dönüş edəcəkdilər, 124 saat keçib, heç nə yox. Əlaqə nömrələrini yığırsan, növbədə nə az, nə çox: 50 nəfər! Gözlə ki, gözləyəsən!

Mallarını avtomatik bəyan edillər: necə gəldi, xanaları doğru-dürüst doldurmurlar. Mallar qarışır bir birinə. Bir sözlə Starex bərbad..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
 
Ardını oxu...
Uzun müddət Ermənistan xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan özünün Facebook səhifəsində ara-sıra yazdığı statuslarla bəzi məsələləri gündəmə gətirməyə çalışır. Bir müddət əvvəl Paşinyandan xüsusi səlahiyyət tələb edən keçmiş xarici işlər naziri özünü “çox böyük diplomat” hesab edir. Oskanyana görə əgər ona xüsusi səlahiyyət verilsə, yeni qitələr kəşf edəcək və həmin qitələri də Ermənistanın bir vilayəti elan edəcək. Özünü daha ağıllı hesab edən Oskanyan yeni səlahiyyətlər alacağı təqdirdə danışıqlar prosesinin ruhunu dəyişəcəyini deyir. Neçə il bir ölkənin XİN-ə rəhbərlik edən bir adamın belə sərsəm açıqlaması bu millətin nə qədər xəstə təfəkkürə malik olmasının göstəricisidir.

Həmin Oskanyan indi də BMT TŞ-dəki növbədənkənar iclasdan danışıb. Bu dəfə Facebookun imkanlarından istifadə edən “ağıllı diplomat” bildirib ki, iclasdan əvvəl erməni xalqı guya nikbin imiş və iclasın sonunu böyük ümidlərlə gözləyirmiş. Amma sonda bütün ermənilər məyus olub:

“Heç bir qətnamə və ya bəyanat qəbul edilmədi. Nə vaxtsa Azərbaycanı Laçın yolunu açmağa vadar edən qətnamənin olub-olmayacağı sual altındadır. Onun reallığa çevrilməsi ehtimalı yalnız Ermənistan hakimiyyətinin mövqeyindən, yaxud istefasından asılıdır. Məsələn, xarici işlər naziri Təhlükəsizlik Şurasının iclasında ən azı aşağıdakıları deməliydi ki, Azərbaycan Ermənistan tərəfinin xoşməramlılığından sui-istifadə edir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatında yer alan ifadə Ermənistanın Azərbaycanla danışıqlar prosesində əlverişli şərait yaratmaq cəhdindən başqa bir şey deyildi. Ancaq məlum olduğu kimi, diplomatiyada hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır”.

Deməli, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatı keçmiş xarici işlər nazirinin ürəyincə deyil. Onsuz da Paşinyanın bu bəyanatı siyasi manipulyasiyadır və özünü dünya ictimaiyyətinə sülhpərvər siyasətçi kimi təqdim etməsi imitasiyadan başqa bir şey deyil. Əməldə tamam fərqli mövqe tutan Ermənistan baş nazirinin bu siyasətinin arxasında dayanan qüvvələr həm də onu koordinasiya edir. Siyasi şantaj yolu seçən Ermənistan bütün istiqamətlərdə bu mövqeyindən əl çəkmir və yeni-yeni təxribatlar hazırlayır. Sərhəddə topladıqları TIR-lar və yaratdıqları siyasi şou da xüsusi planın tərkib hissəsidir. Ermənistanın BMT TŞ-yə şikayətinin kökündə də məhz “humanitar fəlakət” şousu dayanırdı. Oskanyan isə hesab edir ki, Ermənistan bütün fürsətləri itirib:

“Hələ razılaşmalı çox şey var. Təbii ki, hadisələri geri qaytara bilmərik. Bu gün müharibəyə aparan təhlükəli danışıqlar sülh gündəliyini dəyişdirməyin mümkün yollarından biri olaraq qalır”.
Vəli Həsənov
konkret.az
Ardını oxu...
Dostluq qurmağa ağıl və iradəsi çatmır. Düşmənçiliyi də heç olmasa, kaş bacaraydılar. Düşmən sarıdan bəxtimiz gətirməyib. Nə düz-əməlli vuruşmağı bilirlər, nə barışmağı. Adam dostluğu da, düşmənçiliyi də gərək kişi kimi edər. Ancaq nəyi qoyub, nəyi axtarırıq!
Ermənistanı deyirəm. Ötən ilin dekabrında Azərbaycandan BMT Təhlükəsizlik Şurasına şikayət elədi, baxan olmadı. Sonra Beynəlxalq Ədalət Məhkəməsinə şikayət verdi, uduzdu. Qayıtdı, yenə də BMT TŞ-nın qapısında yatdı. Axırı nə oldu?! Göz qabağındadır. Fiaskoya uğradı. 3-5 dövlətin quru sözdə dəstəyini aldı. Bəs çoxluq nə dedi?! Çoxluq dedi: Get, otur oturduğun yerdə". Adamlara başa saldılar ki, ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı deyilən prinsiplər var. Dedilər, adam olub, adam yolu ilə gedin. Xankəndinə Ağdam yolu ilə gedin. Vəssəlam!

Bunu biz demişdik də. Gərək elə vəziyyətə çatdıraydınız ki, bütün dünyadan eyni cavabı alaydınız?!

Bu da Ararat Mirzoyanın "uğurlu diplomatiyası"! Əvvəldən də görürdü ki, bu işin sonu pis yerə gedir; BMT TŞ onun istədiyi, gözlədiyi qərarı verməyəcək, yenə də o yolu getdi. Görə-görə getdi, palçığa batdı, yenə də höcətindən qalmadı. Hərçənd başqa canlılar palçığa batdığı yerdən ikinci dəfə getmir. Əgər baş nazir Nikol Paşinyan və xarici işlər naziri Mirzoyan nəticənin belə olacağını hesablaya bilməyibsə, bu da, yumşaq desək, xidməti uyğunsuzluqdur. Bunlar da bir yana. Bütövlükdə götürsək, Ermənistanda dediyini edə bilməyən, etdiyini deyə bilməyən bir hökumət zehniyyəti var. Baş nazir vəzifəsi kimi məsuliyyətli bir məqamın sahibi şifahi olaraq deyir ki, Azərbaycanın 86,6 kvadrat kiıometrlik ərazisini tanıyır. Ancaq bunu kağıza yazmağa, imza atmağa gələndə, iradəsi çatmır. Qafqazda "kişi sözü" deyilən bir anlayış var. Elə bu davranışları sübut edir ki, Qafqaza gəlmədirlər; Qafqazın nə ərazisinə bağlıdırlar, nə ənənələrinə. Qafqaz da bir yana. Britaniya şifahi Konstitusiya ilə idarə olunur; normaı insan verdiyi sözü tutar. Ancaq...

Qaçıb BMT-yə qədər şikayət etdilər. Sonu nə oldu?! Məğlubiyyət. "Zəif pəhləvan məğlubiyyətə doymaz". Anadolu türklərində belə bir deyim var. Ermənistana münasibətdə tam yerinə düşür.

Dünən gedə BMT TŞ-nın iclasını izləyirdim. Fransa özünü öldürürdü. Bir də bir neçə özü kimisi. Tam bir çığır-bağır. Nəticə: fiasko!

Azərbaycan diplomatiyası isə, əksinə, mükəmməl işlədi. Virtouz məharəti göstərdi. Və diplomatik qələbə!

Yaxşıya yaxşı demək lazımdır. Azərbaycanın tutarlı və ardıcıl bir mövqeyi var. Bu dəfə də boşluq buraxmadıq. Belə haqlı və əsaslı mövqeni qəbul etməyənlər əslində haqqa-hüquqa münasibətini ortaya qoydu və... uduzdu. Belə cılız, cığal, xırdaçı oyunları oynayan Ermənistandır, amma ən çox ABŞ, Fransa kimi böyük dövlətlər oldu; bizə qəribə gələn, təəssüf doğuran budur.

Bir oyunu da belə pozduq. Amma, nə yazıq ki, sonuncu da olmayacaq. Ermənistan təxribatçı gedişlərini, böyük ehtimalla, davam etdirəcək. Və ona arxa duranlar da, görünür, dinc durmayacaqlar. Bunlar beynəlxalq hüquq prinsiplərinə qsyıtmayınca, bu PRİNSİPSİZ güruhla hələ çox qarşılaşacağıq, yəqin.

Hərçənd elə olmaya da bilər; masadan qalxdıqları kimi yenidən otursunlar. Sözdə dediklərini əməldə təkrarlasınlar, problem olmaz. Amma hələ ki qaşınırlar; qaşınmayan yerdən qan axtarırlar. Qanla bəslənən canlının isə təbiətdə bir adı var...

P.S. Bir mətləbə də toxunum. Biz Qarabağdakı separatçıları tanımırıq. Əslində tanımalıyıq. Ancaq necə?!

Biz indi deyirik ki, Azərbaycan dövləti özünü "Dağlıq Qarabağ Respublikası", "prezident", "hökumət", "parlament" adlandıranları tanımır. Ancaq biz onların hamısını terror təşkilatı kimi rəsmən tanımalıyıq. Çünki özünü "prezident", "nazir" və sair adlandıranlar Xankəndi başda olmaqla bir sıra Azərbaycan şəhər və kəndlərində mülki əhalini girov saxlayır. Mülki əhalini girov tutub tələblər irəli sürənlərin isə bir adı var: terrorçu.

İsrail belələri ilə heç danışıq aparmır. Bunu da yeri gəlmişkən yazdım.

Bahəddin Həzi, Bizimyol.info
Ardını oxu...
14 maddədən ibarət olan təkliflər layihəsi “Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.
1. Qanun qarşısında bərabərlik prinsipinin qorunması, etnik, linqvistik və ya dini və digər əlamətlərə görə ayrı-seçkiliyin istisna edilməsi;
2. Erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi/könüllü köçürülməsinin qarşısını alınması;
3. Məhkəmə qərarı ilə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə iştirak etmək adı ilə erməni əhalisinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər-hansı məhdudlaşdırılmasının qanunla qadağan edilməsi;
4. Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən, polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin proporsional şəkildə təmin olunması;
5. Erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanasında və qəbulunda iştirak;
6. Dövlət qurumlarında, o cümlədənm, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması;
7. Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrinin toxunulmazlığı;
8. İctimai təşkilatların yaradılması və sərbəst fəaliyyətinin təmin edilməsi;
9. Erməni əhalsinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi, dini idarə və təşkilatların fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, onların əmlakının toxunulmazlığı;
10. Erməni mədəniyyətinin, milli kimliyinin, tarixi-mədəni irsinin qorunub saxlanılması, erməni dilində KİV-in inkişafı;
11. Dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər, ibtidai, orta və ali təhsil almaq;
12. Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi;
13. Erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsibiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması;
14. Erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması;
Ermənilər bu təklifləri süngü ilə qarşılayır, çünki sənəd Qarabağda separatizmin ləğv edilməsi, Azərbaycan suverenliyinin təmin edilməsini dəstəkləyir. Separatizmi dəstəkləyən Rusiyanın mövqeyinin xeyli yumşalması fonunda da təkliflər cəlbedici görünür. Lakin tamamilə Azərbaycanın xeyrinədir demək də mümkün deyil, xüsusilə son 3 bənd bu yöndədir.
- Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına tam zəmanət verir, lakin burada kənar ölkənin iştirakı qəbuledilməzdir: 12-ci bənd Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı ayrıca sazişin imzalanması nəzərdə tutulur;
- 13-cü bənd erməni diasporunun Qarabağa müdaxiləsinə, həm də istədikləri vaxt sərbəst girişinə zəmin yaradır;
- 14-cü bənd erməni əhalisinə kənardan iqtisadi və humanitar yardımı şərtləndirir;
Təkliflər bölgədə Azərbaycan qanunvericiliyinin bərpasını nəzərdə tutusa da, son üç bənd etnik separatizmin toxumlarının saxlanılmasına hesablanıb. Yerdə qalan 11 bənd də bu və ya digər formada etnik separatizmi stimullaşdıracaq amillərdir. Və ən əsas bu təkliflər Rusiyanın “zəmanətçi” kimi Qarabağda davamlı qalmasına şərait yaradır. Azərbaycan üçün yeganə yol Qarabağdakı erməni əhalisi ilə kənar qüvvənin iştirakı olmadan danışmaq, onların vətəndaşlığı qəbul edərək, respublika ərazisindəki digər etnik-dini qruplar kimi bərabərhüquqlu şəkildə yaşamasını təmin etməkdir.
Asif Nerimanli
Teref.az
 
Ardını oxu...
BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi - iştirakı ilə açıq rejimdə keçiriləcək iclası TŞ-yə hazırda rəhbərlik edən ABŞ aparacaq. Prosedura görə daimi və qeyri-daimi üzv ölkələrin hamısının nümayəndəsi çıxış edəcək, o cümlədən, Azərbaycan və Ermənistan nümayəndələri.
İclasda üç sənədin qəbulu mümkündür: qətnamə, bəyanat və ya mətbuata açıqlama.
Mətbuata açıqlama ən aşağı statuslu sənəd hesab edilir, o cümlədən, bəyanatın da praktiki icrası yoxdur. Bu baxımdan, İrəvan Bakıya qarşı qətnamənin qəbul edilməsinə çalışır, hərçənd, bu, siyasi və hüquqi baxımdan qeyri-mümkün görünür.
Siyasi: TŞ-nin qətnaməsi ya konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır. 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən olacaq, eləcə də daimi üzvlərdən ən azı Rusiya bölgədəki maraqlarına görə veto hüqundan istifadə edə bilər.
Hüquqi: BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu baxımdan, Qarabağdakı proseslərə Azərbaycanın prizmasından yanaşma olacağı gözləntisi var, misal üçün, ərzaq təminatının Ağdam-Xankəndi marşrutu üzrə daşınmasının TŞ-nin iclasında da ön plana çıxacağı mümkündür.
Asif Nerimanli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti