İslam Keşikçiləri Korpusu 1979-cu ildə İslam İnqilabını qorumaq məqsədilə orduya paralel struktur kimi yaradılsa da, üstündən on illiklər keçdikdən sonra hədəflərini böyüdüb. Bu qurum həm İran daxilində islahat tələb edən insanlara və qruplara qarşı mübarizə aparır, həm xaricdəki tərəfdaş qruplara silah və sursat göndərir, həm korpusun üzvlərini qonşu ölkələrdəki döyüşlərə yollayır, həm müxtəlif ölkələrdə təsir qrupları formalaşdırır, həm də hansı ölkəyə zərbə endirmək barədə qərar verir. Bununla İslam Keşikçiləri Korpusu dövlət üstü quruma çevrilib. İran prezidenti və xarici işlər naziri korpus komandanığının qərarına qarışa bilmir, “axı bu İrana ziyan gətirə bilər” kimi etirazlarını səsləndirməkdən çəkinirlər. Bir neçə gün əvvəl qonşu İraqa və Pakistana zərbə endirmək qərarını da İslam Keşikçiləri Koprusunun komandanlğı verib. Ancaq bu dəfə möhkəm ilişiblər. Pakistan mərkəzi hakimiyyətin zəif olduğu İraq deyil, İrana əks-zərbələr endirib. Tehran vəziyyətdən çıxış yolu axtarır. Nüvə dövləti olan Pakistanla müharibə risqi İran üçün fəalkət ssenarilərindən birinə çevrilə bilər. Elxan Şahinoğlu TEREF: Xocanın Blogu