Ardını oxu...
Qarabağ separatçıları pulsuz qalıblar. Deməli, Qarabağ separatçıları 35 il ərzində Ermənistanın büdcəsi və erməni lobbisinin ianələri hesabına kef çəkiblər, maaşlarını alıblar, göndərilən pulun bir qismini şəxsi məqsədlər üçün istifadə ediblər. İndi bunların heç biri yoxdur. Azərbaycan torpaqlarını azad etdikdən və ermənilər bölgəni tərk etdikdən sonra Ermənistan hökuməti və erməni lobbisi İrəvanda qərarlaşan separatçılara maaş verməkdən imtina edib. Buna görə də keçmişdə Qarabağda “dövlət idarələrində” çalışanlar separatçıların İrəvandakı “nümayəndəliyi” qarşısında etiraz ediblər. Onların qarşılarına çıxan separatçıların sonuncu “lideri” Samvel Şahramanyan keçmiş tərəfdarlarını sakitliyə çağırıb, onların problemləri ilə məşğul olacağını vəd edib. Boş sözlərdir. Samvel Şahramyanın özü İrəvanda qeyri-müəyyən vəziyyətdədir, baş nazir Nikol Paşinyan onunla görüşmək istəmir. Bu vəziyyətdə Samvel Şahramanyan Qarabağ ermənilərinin hansı problemini həll edə bilər? Paşinyanın mövqeyi belədir ki, havayı maaş dövrü arxada qalıb, bölgənin tamamı Azərbaycanın nəzarətinə keçib, bu səbəbdən Ermənistana köçən Qarabağ erməniləri, o cümlədən separatçıların “məmurları” və “deputatları” hamı kimi Ermənistanda özlərinə iş tapıb çalışmalıdırlar. Erməni lobbisi də Qarabağı tərk edən ermənilərə pul vermək istəyində deyil.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanın “Artsaxın ləğvi qərarından imtina edirəm” səpgili açıqlamasından narahat olmağa dəyməz. Birincisi, guya Samvel Şahramanyan Xankəndidə ləğv qərarı verməsəydi, bu bizim işimizi çətinləşdirəcəkdi? Əsla! Hədəfimiz bəlli idi. Digər tərəfdən biz onsuz da separatçıları tanımırdıq və onların qərarları da bizim üçün heç nədir, sadəcə ləğv qərarı onların Azərbaycana qarşı gələcək iddialarını əsassız edirdi. Samvel Şahramanyan ona hücum edən Qarabağ ermənilərini sakitləşdirmək üçün tələsik “ləğv qərarından imtina edirəm” deyib. İkincisi, ləğvdən “imtinanın” heç bir siyasi və hüquqi çəkisi yoxdur. Üçüncüsü, özlərini çətinə salacaqlar, “ləğv qərarından imtina edirlərsə” biz də Qərbi Zəngəzura iddiamızı gücləndirəcəyik, mühacir hökuməti və parlamenti formalaşdıracağıq. Qərbi Zəngəzur mövzusu isə ermənilərin ən böyük qorxusudur.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
Vətəndaşlar arasında dövlətdən, dövlət qurumlarından narazı olanların gündən-günə, ildən-ilə artmasının əsas səbəbi vətəndaşın hər hansı bir dövlət qulluqçusu, məmur barəsində aidiyyatı quruma, yaxud hər hansı qurum barəsində üst quruma olan şikayətlərinə qurumların, qurum rəhbərlərinin laqeydlikləridir.

Məsələn, elə dəfələrlə "DogruXeber.az" olaraq, biz özümüz vətəndaş müraciəti ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi müraciətlər, sorğular ünvanlamışıq, onlar da bizə cavab vermədən, işi aidiyyatı üzrə rayon prokurorluğuna göndəriblər, rayon prokurorluqları da məsələni "sülhə bağlayıb", öz aralarında "həll ediblər", vəssalam...

Halbuki, vətəndaşı mətbuata müraciət etməyə vadar edən məhz yerli qurumların biganəliyi, yaxud hansısa yollarla məsələni ört-basdır etməsidir.
Yəni, əksər övlət qurumları arasında vətəndaşların şikayət və müraciətləri "Bumeranq" olduğu üçün, xalq arasında narazılıqlar getdikcə böyüməkdədir.

Bəli, biz prokurorluqdan misal gətirdik, amma əksər dövlət qurumlarında da eyni proseslərin aparıldığını vurğuladıq.

"DogruXeber.az" bildirir ki, Facebook sosial şəbəkəsində "Təhsil şikayətləri və təklifləri" qrupunda "Elm və təhsil forumu " adlı istifadəçi yazır:

"Xahiş edirəm, bircə dəfə də olsa, sizə edilən müraciəti özünüz araşdırın. Hansısa bir saxtakar quruma (Dağlıq Şirvan Regional Təhsil İdarəsinə) araşdırılmaq üçün göndərməyin.

Gənc bir müəllimə 2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsindən keçərək, Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinə daimi əsaslı fizika müəllimi təyin edilmişdi.
Lakin işlədiyi bir-iki il müddətində bu məktəbin keçmiş təşkilatçı müavini, hazırda isə direktor səlahiyyətlərini icra edən Gülmirə Radik qızı Əlsöhbətova tərəfindən insanlığa yaraşmayan təqiblərə və təzyiqlərə məruz qalırdı. Çünki Gülmirə Əlsöhbətova özü də fizika ixtisaslı idi, məqsədi həmin gənc müəlliməni bezikdirib özxoşuna qaçırtmaq, ona məxsus olan 12 saat dərsi öz əlinə keçirmək idi. Məktəbin bütün şagirdləri dilləri ilə etiraf edirdilər ki, o dərs yox idi ki, həmin gənc müəllimə o dərsdə ağlamasın. Gah geyimini, gah dərs keçmək metodunu, gah da başqa şeyləri bəhanə gətirib hər dərs sinifdə, şagirdlərin gözü qarşısında uca səslə üstünə qışqırır, kobud şəkildə danlayırdı. Hələ bütün bunlar azmış kimi, Gülmirə Əlsöhbətova özünə yaxın olan valideyinlərin vasitəsilə Təhsil Nazirliyinə həmin müəllimənin şagirdlərin tərbiyəsini pozması ilə bağlı bir neçə anonim şikayət də göndərmişdi.

Bütün bunlardan usanan həmin gənc müəllimə iki il müddətində bu məktəbdə işlədikdən sonra məktəbini digər (daha uzaq məsafəli) məktəbə dəyişməli oldu. O gedəndən sonra keçən tam üç il müddətində hətta, müqavilə ilə olsa belə bu məktəbə yeni fizika ixtisaslı müəllim göndərilmədi.

Hazırda isə onun dərs saatlarını əlinə keçirən Gülmirə Əlsöhbətovanın hər günü ya məktəbdə saxta tədbirlər altında fotosessiyalar etməklə, şəkil çəkdirməklə ya da ki, sosial şəbəkələrdə müxtəlif adlar altında saxta profil açıb özü-özünü tərifləməklə ya da kimlərisə təhqir etməklə, hədə-qorxu gəlməklə keçir. Bəyəm onun dərs keçməyə vaxtı var ki ? Dərsləri isə ya texniki işçilər əvəz edir, ya da şagirdlər həmin dərslərdə fiziki tərbiyə zalında oyun oynamaqla məşğuldur.

Sizdən xahiş edirik ! Bu məktəbə cəsarətli bir fizika müəllimi göndərin. Bütün məktəblərdə belə saxtakar və psixi sağlamlığı yerində olmayan bəzi direktorlar tərəfindən gənc müəllimlərə qarşı edilən bullinqlərə bir dəfəlik son qoyun !"

Ardını oxu...
Görünür, özü də təhsil işçisi olan bu şəxsin çox müraciətləri Elm və Təhsil Nazirliyinin və digər dövlət qurumlarının "divarına dəyib, özünə qayıdıb" ki, bu gün sosial şəbəkədə paylaşdığı giley dolu müraciətinə belə etirazla başlayıb.

Qeyd: "DogruXeber.az" olaraq, İstifadəçinin iddiaları ilə bağlı adı çəkilən tərəflərin də mövqeyini dinləməyə hazırıq.
 
Ardını oxu...
Qarabağda işğal dönəmində törədilmiş erməni vəhşiliyindən danışarkən tez-tez qəhərlənir, gözləri dolur. Əlbəttə, bu, “Dəmir yumruq” adlı imicə müəyyən mənada kölgə salır. Ancaq mən onu başa düşürəm. İnsan nə qədər güclü də olsa, xalqına edilmiş zülmə soyuqqanlı münasibət göstərə bilmir. Xocalı qırğını haqqında emosiyasız danışmaq Azərbaycanın övladları üçün mümkünsüz görünür...
Ali Baş komandan olmaq sizə asan gəlməsin. Sən Azərbaycan naminə 18-20 yaşlı əsgərə, yeni ailə qurmuş nə qədər zabitə əmr edirsən ki, özünü oda-alova at və nəyin bahasına olursa-olsun vətəni düşmən işğalından qurtar. Və sən bilirsən ki, bu əmrin icrası zamanı nə qədər hərbçi şəhid olacaq, nə qədər ana oğulsuz, nə qədər qadın ərsiz, nə qədər uşaq atasız qalacaq. Bütün bunlara baxmayaraq sən o əmri verməyə məhkumsan. Azərbaycanın bugünü və gələcəyi naminə bu addım hökmən atılmalıdır. Sənin tərəddüd etməyə belə haqqın yoxdur. Hər hansı bir tərəddüd cəbhədə daha çox itki deməkdir. Ona görə də hər şey zərgər dəqiqliyi ilə hesablanmalıdır. Vaxtında əmr verilməlidir. Verilmiş əmr də mükəmməl şəkildə icra olunmalıdır...
İlham Əliyev bütün bunları bacardı. Onu kövrəldən həm də fotolrdan boylanan gənc şəhidlərin təbəssümüdür. Canı tikə-parça olmuş qazilərin ağrılarıdır. Qarabağ həsrəti ilə ölən on minlərlə qaçqının yurd həsrətidir onu kövrəldən...
Dəfələrlə yazmışam. Bir daha vurğulayıram. Şəhid ailələrinə, qazılərə xüsusi diqqət və qayğı olmalıdır. Onların hər biri dövləti daim yanında görməlidir, himayəsini hiss etməlidir. Biz xalq və dövlət olaraq onlara nə etsək də azdır. Heç olmasa bu azı onlardan əsirgəməyək...
Elbeyi Hesenli
Teref.az
Ardını oxu...
Rəsmi İrəvan Qərbə doğru daha bir addım atır, onların rəğbətini qazanmağa çalışır.

Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

"Bu, sadəcə olaraq, İrəvanın öz məsuliyyətsiz siyasətinə və səhvlərinə görə bütün məsuliyyəti Moskvanın üzərinə atmaq cəhdidir, eyni zamanda Qərbin anti-Rusiya dalğası çərçivəsinə sığınır, yeni sponsorlar və müdafiəçilər tapmağa çalışır...", - o bildirib.
 
Ardını oxu...
Bu gün Füzulinin yeni siması göz oxşayır
 
Füzuli rayonunun böyük hissəsi və Füzuli şəhəri 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Ümummilli Lider Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə 5 yanvar 1994-cü ildə olmuşdu. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Düşmən demək olar ki, durmadan təxribata əl atırdı. Dinc əhalini atəşə tutur, infrastruktura, kənd təsərrüfatına, yaşayış evlərinə ziyan vururdu. Sülh danışığına getmək istəməyən Ermənistan heç nəyə məhəl qoymadan öz çirkin niyyətindən əl çəkmirdi. Yeni ərazilər ələ keçirməyə çalışırdı.
Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən Müharibəsi nəticəsində işğal altında olan  Füzuli şəhəri də daxil olmaqla 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı ən önəmli əməliyyatlardan biri olmuşdur. Burada aparılan döyüşlər Vətən Müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Belə düşünülürdü ki, Füzulini azad etmək  üçün aylarla vaxt lazım olacaq. Lakin qəhrəman Azərbaycan Ordusunun qarşısında erməni silahlı birləşmələri tab gətirə bilmədi. Onlar silahlarını atıb qaçdılar. Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri ermənilərin özləri, öz orduları haqqında illərlə yaratdıqları mifi bir neçə gün ərzində darmadağın etdi.
17 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cüvarlı kəndləri və Füzuli şəhəri Q Müzəffər Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan tam azad edildi.
17 oktyabr tarixi cənab Ali Baş Komandanımız tərəfindən “Füzuli  şəhəri günü” elan edildi.
Digər işğaldan azad edilmiş rayonlarımız kimi Füzulidə də genişmiqaslı quruculuq işləri gedir. Bu gün Füzulinin yeni siması göz oxşayır. Burada yaşayış üçün hər bir şərait yaradılıb.
Füzulidə birinci şəhərsalma layihəsi icra edilir və şəhər tamamilə yenidən qurulur.
Fuzuli, eləcə də digər ərazilərimiz işğaldan azad ediləndən sonra bu rayonlara ilk dəfə xarici jurnalistlər, beynəlxalq müşahidəçilər gəldilər və onlar ermənilərin vandallıqlarını, vəhşiliklərini öz gözləri ilə gördülər. Onu da qeyd edim ki, 30 illik işğal dövründə etnik təmizləmə aparan
 
ermənilər bu ərazilərə heç kimi buraxmamışdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub.
Azərbaycan və erməni xalqı həmişə yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdır. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür”.
Çənab İlham Əliyev eyni zamanda onu da qeyd edib ki: “Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb”.
İşğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış başlayıb. Çox sevindirici haldır ki, insanlar 30 illik həsrətdən sonra sevinclə öz doğma yurlarına qədəm basırlar. Hətta işğaldan sonra dünyaya gələn insanlar, gənclər, yeniyetmələr belə öz dədə-baba torpaqlarına böyük həvəs və məhəbbətlə gedirlər.
Füzulidə 800 nəfərdən çox insan artıq yerləşib. İlin sonuna qədər isə burada iki minə yaxın insanın yaşaması nəzərdə tutulub. Yaşamaq üçün isə hər bir şərait yaradılıb. İş yerləri açılıb. Məktəb, baxça, xəstəxana, kitabxana, mədəniyyət mərkəzləri içtimai-iaşə  məntəqələri və sair tikilib.
 Kəndlərdə yerləşən və gələcəkdə yerləşəcək vətəndaşlar üçün isə texnika, mal-qara veriləcək. Ümumilikdə dövlət tərəfindən onlara lazımı köməklik göstəriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuk. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.
Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu gün onların ruhu şaddır ki, insanlar öz doğma torpaqlarına qayıdır. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar.
Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də getdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”.
 
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
DİA.AZ
Ardını oxu...
Hörmətli həmkarlar,
Bir neçə saat əvvəl bir məsələyə toxunmuşdum. Təsadüfən bu gün QHT Agentliyinin təcili toplanışı ilə keçirilmiş film təqdimatından sonra dediklərimin sübutunu diqqətinizə təqdim edirəm.
Bu gün QHT sədrlərinin bəzilərinin şəxsi prodakşn şirkəti var.
QHT Agentliyindən həssas mövzularla bağlı qrant alır, bu tərəfdən də öz şirkətinə sifariş edir. Nə isə, Allah bazar versin.
Bu gün bir daha əmin oldum ki, QHT Agentliyində nəzarətsizliklə bərabər, qanunsuzluq, özbaşınalıq hökm sürür.
Başqa vaxt şəffaflıqdan, qanunların aliliyindən dəm vurulur.
Sual edirəm: əgər bir QHT səfər qrantları istisna olmaqla ildə bir dəfə qrant ala bilirsə, “Obyektiv” İctimai Birliyi necə olub ki, həm kiçik qrantlar müsabiqəsində 10 min, müsabiqədən kənar qrantlar çərçivəsində isə 65 min manat qrant alıb?
Budurmu QHT Agentliyində yeni qrant şəffaflığı?
Səmimi deyirəm, QHT-nin kimliyi ilə, onun çəkdiyi filmin əhəmiyyəti ilə bağlı qətiyyən sualım yoxdur. Məsələ QHT Agentliyinin mütəmadi olaraq cəmiyyətin gözünə soxduğu şəffaflıq, qanunçuluq və s. prinsiplərdən söhbət gedir.
İyunun 6-da QHT-nin bir filminin təqdimatı olur və hamını məcbur yığırlar zala.
Bu gün yenə eyni QHT-nin digər filminin təqdimatı olur, dünən QHT-lərə deyirlər ki təcili gəlin. Fotolar hər şeyi deyir.
Ardını oxu...
Əgər QHT sektorundakı eybəcərlikləri, qanunsuzluqları deməyi dövlətə xəyanət sayırsınızsa, mən əksini deyərdim.
Bu cür qanunsuzluqlar etməklə, bir QHT-yə ildə 2 dəfə qrant verməklə siz dövlətə xəyanət edir, Prezidentin etimadına kölgə salırsınız.
Dostlar siz deyin, qanun hamı üçün eyni deyilmi?
Samir Adigozelli
QHT Agentliyinin bu ittihamlara cavabını dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Azərbaycan suverenliyini bərpa etdikdən sonra da erməni amili üzərindən bölgədəki maraqlarını tətbiq etməyə çalışan qüvvələr planlarından əl çəkmir və növbəti, həm də son hesab edilə biləcək kartı oynamaq istəyirlər: Ermənistana gedən ermənilərin yenidən geri qaytarılması.
Bu məsələdə Rusiyanın öz, Qərbin öz maraqları var, lakin hər iki tərəf siyasi oyunu eyni alət üzərində qurur:
- Daha çox erməninin qayıtması Moskva üçün sülhməramlı kontingentinə ehtiyacın olması deməkdir;
- Qərb ölkələri, xüsusilə Fransanın başçılıq etdiyi cəbhə “beynəlxalq missiya” adı altında Qarabağa daxil olmaq, rusların yerini tutmaq istəyir;
Fransa “Ermənilərin Qarabağa qayıtması” məsələsini BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa və bununla bağlı qətnamənin qəbul edilməsinə də hazırlaşır. İstisna deyil ki, qarşıdakı dövrdə ermənilərin qayıtması məsələsi üzərindən Azərbaycana qarşı kampaniyanı genişləndirməyə də çalışacaqlar. Lakin bu planların perspektivi görünmür.
Birincisi, işğal dövründə yaşadıqlar ərazilərdə Azərbaycan bayrağının dalğalanmasını görən ermənilərin böyük əksəriyyəti geri qayıtmaq istəməyəcək.
İkincisi, çox az hissəsi geri qayıtmaq istəsə də Azərbaycan bayrağı altında Azərbaycan vətəndaşı olaraq yaşamalı olacaqlar və bu, erməni əhalisi üzərindən separatizm planlarının qarşısını qanun çərçivəsində almaq imkanı verir.
Əslində Əliyev Xankəndidə bayraq qaldırmaqla yeni oyun qurmaq istəyən tərəfləri qabaqlamış da oldu.
Asif Nerimanli
Teref.az
Ardını oxu...
"Biz ermənilər tərəfindən dəfələrlə qətllərin şahidi olmuşuq. Onlar təkcə bu əsrdə deyil, bundan əvvəl də xislətlərindən əl çəkməyiblər. Mən psixoloq olaraq humanist insanam, lakin bəzi şeylərə real baxmalıyıq. Biz nə vaxt geriyə dönüb baxsaq, ermənilərin soyqırımı etdiklərini görürük.

Onlar vətəndaşlarımızın əlini-qolunu bağlayaraq öldürdülər, hamilə qadınların başına min oyun açaraq öldürdülər, gənc qızlarımıza zülm etdilər. Uzun illər keçib, onlarda nə qədər əsirlərimiz var. Hələ də həmin insanları qaytarmayıblar. Amma Azərbaycan hər zaman öz humanist mövqeyini qoruyub saxladı. əsirləri qaytardı, Qarabağdan çıxanlara çörək, su verdi".

Bu sözləri Yenisabah.az-a psixoloq Gülnar Orucova deyib. Vaxtilə Zəngilandan qaçqın salınan psixoloq həmin dövrü xatırlayıb:

"Bizi də Zəngilandan qaçqın salıblar. Onlar bizi Araz çayına töküb suda boğulmağımızı istəyirdilər. Uzun illər mən bu travma ilə yaşamışam. Deyirlər o insan psixoloq olur ki, o, öz problerminə çözüm axtarır. İllər sonra mən anladım ki, sudan qorxmağım, suya girə bilməməyimin səbəbi məhz 7 yaşımda aldığım travmanın nəticəsidir. Ermənilər o vaxt bizi kürüyüb, Araz çayına töküb, biz də İran ərazisindən keçib Azərbaycan ərazisinə gəlmişik.

Bu gün isə biz onları sevə-sevə yola salırıq, hətta deyirik ki, gəl Azərbaycan vətəndaşı ol. Niyə?

Mən bu gün bəzi vətəndaşlarımızın həddən artıq mərhəmət göstərməsinə heç yaxşı yanaşmıram. Əbülfəz Elçibəyin bir sözü vardı, o deyirdi ki, donuzu pəyədən kötəkləyə-kötəkləyə çıxararlar. İllər keçdi, biz onun doğru söylədiyinin şahidi olduq".

O, ermənilərin Azərbaycan ərazisində qalmalarını istəmədiyini dbildirib:

"Ermənilər heç bir halda bizim ərazimizdə qalmamalıdır, hətta onlar Azərbaycan vətəndaşlığını qəbul etsələr belə, buna razı olmamalıyıq. Çünki biz unutqan millətik, nə zamansa, onlarla dostluq edəcəyik, onlardan biri ilə evlənəcəyik və qanımıza erməni qanı qarışacaq. Mən istəməzdim ki, bir Azərbaycan vətəndaşının qanına erməni qanı qarışsın. Biz bu gün onları öz ərazimizdə saxlayacağıqsa, onlar Ermənistana gedə bilməyəcəklər və burada nikahlar olacaq və qan qarışacaq.

Bu gün onlar Qarabağdan öz maşınları ilə hətta unitazlarını da çıxarıb aparacaq qədər rahat şəkildə gedirlər, amma biz hər şeyimizi qoyub gəlmişdik. Ermənilər Azərbaycan ərazisində qalmamalıdır və Azərbaycanın bütövlüyünü qəbul etməlidirlər, mənim mövqeyim budur. Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub.

Mən demirəm ki, ədavət saxlayaq, kinli olaq, bunu istəmirəm, nifrətlə uşaqları böyüdək demirəm, amma hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, erməni onun düşmənidir. Bu kiçik yaşlardan etibarən aşılanmalıdır. Bilməlidir ki, onlarla ailə qurmaq, dost olmaq olmaz.

İllər öncə atam danışardı ki, ermənilər deyirdi ki, siz bu torpaqlardan gedin, çünki "Qaranquş" adlı bir cəmiyyət yaranıb, ora pul yığılır, vaxt gələcək o pullarla silahlanıb sizi buradan qovacaqlar. Deməli, onlar uzun illər öncədən bu planı qurmuşdular".
 
Ardını oxu...
Ermənistanda hətta ən qatı radikallar belə Qarabağın Azərbaycanın nəzarətinə birdəfəlik keçdiyini qəbul etmək məcburiyyətində qalsalar da, o cümlədən İrəvanda etiraz mitinqləri və küşə yürüşləri səngisə də, keçmiş xarici işlər naziri Vardan Oskanyan yenə baş nazir Nikol Paşinyana “Qarabağ uğrunda mübarizə apar” səpgili açıqlamalarla ona ağıl qoymaq istəyir. Oskanyan deyir ki, Nikol Paşinyan Fransanın dəstəyinə istinad etməlidir. Yəni demək istəyir ki, Fransa yeganə ölkədir ki, Azərbaycanla mübarizəni davam etdirir. Oskaynan bunu deyərkən, Fransanın bu mübarizədə hansı nəticə əldə etdiyini söyləməyi unudur. Çünki ortada Fransanın Azərbaycanla münasibətlərini gərginləşdirməkdən başqa ermənilər üçün müsbət nəticə yoxdur. Oskaynan eyni zamanda onu da bildirir ki, Ermənistan hakimiyyəti passivləşdikcə onların əvəzinə Qarabağ uğrunda heç kim mübarizə aparmayacaq. Bu məsələdə Oskanyan haqlıdır. Nikol Paşinyan Qarabağ yükündən qurtulduğuna və mövcud reallıqları nəzərə aldığına görə yalnız Ermənistana aid məsələlərlə məşğul olmaq istəyir. Beynəlxalq aləm bu günlərdə Yaxın Şərqdəki gərginliyi müzakirə edir, Qarabağ müzakirə mövzusu olaraq bitmək üzrədir. Bizim üçün isə yeni dövr başlayır – bölgəni məskunlaşdırmaq.
Elxan Şahinoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti