Sabah NATO-nun baş katibi Stoltenberq Azərbaycana səfərə gələcək. Bu səfər proqram çərçivəsində onun hər üç Cənubi Qafqaz ölkəsinə getməsi nəzərdə tutulur. Ukraynada gedən müharibədə Rusiya ilə münaqişə vəziyyətində olan NATO rəhbərinin indiki vaxtda Cənubi Qafqaza səfəri önəmli bir hadisə kimi diqqəti cəlb edir. Çünki son vaxtlar Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda gərgin geosiyasi mübarizə gedir və indi də bu kəskin rəqabət anında Qərb hərbi blokunun rəhbəri region ölkələri ilə təhlükəsizlik sahəsində müzakirələr aparmaq üçün təşrif buyurur. Aydındır ki, onun təmsil etdiyi hərbi blok üçün əsas təhlükə və təhdid mənbəyi Rusiya hesab olunur və bu baxımdan əsas müzakirələrin də Rusiyanın Qafqazda yaratdığı təhlükələrin önlənməsi istiqamətində olacağı heç bir şubhə digurmur. Azərbaycana gəldikdə isə NATO- nun proksi savaş apardığı Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi rolunda çıxış edən Bakı digər iki qonşusundan fərqli olaraq Qərbin regionda möhkəmlənməsinə isti baxmır. Bu baxımdan onun bu səfəri, xüsusi ilə də Bakıda aparacağı müzakirələr Moskva üçün də çox maraqlıdır. Azərbaycan NATO münasibətlərinin əsası 1994-cü ilin mayında SNT proqramı üzrə Çərçivə Sazişinin imzalanması ilə qoyulub və sonrakı mərhələdə SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (2004) adlı layihələr üzrə əməkdaşlıq həyata keçirilib.i Azərbaycanın 2004-cü ildən başlayaraq 2019-cu ilə qədər Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) çərçivəsində bu hərbi blokla əməkdaşlıq edib. Ancaq Rusiyanın Ukraynaya təcavüzü nəticəsində NATO ilə yaranmış qarışıdurma vəziyyətindən sonra Azərbaycanın da bu hərbi blokla münasibətlərində durğunluq yaranıb, rəsmi səviyyədə anti -Qərb ritorikası güclənib. Baş katib Stoltenberqin sabahkı səfəri zamanı çox güman ki, Azərbaycanla NATO arasında səngimiş əməkdaşlığı yenidən gücləndirmək məsələsi müzakirə olunacaq və Cənubi Qafqaz regionunun təhlükəsizliyi ilə bağlı məsləhətləsmələr aparılacaq. Gözlənilir ki, İki tərəfli görüşlərdə xüsusilə ilə Bakı və İrəvan arasında sülh danışıqlarının vacibliyi vurğulanacaq, Rusiyanın Azərbaycan vasitəsilə ilə Qərbə üz tutan Ermənistanı təhdid etməsi məsələsinin qəbuledilməzliyi diqqətə çatdırılacaq. Bu səfər həm də onu göstərir ki , Qərb Rusiya təhlükəsi qarşısında Cənubi Qafqazla bağlı öz hərbi planlarını və yanaşmasını region ölkələri ilə müzakirə etməklə, getdikcə kəskinləşən və yeni təhlükəsizlik riskləri daşıyan geosiyasi savaşın bütün istiqamətlərinə hazırlaşmağı vacib sayır. Ona görə də Azərbaycan hakimiyyətinin indiki həssas mərhələdə bu məsələlərə münasibətdə atacağı addımlar ,verəcəyi reaksiyalar həm də Qərb və Rusiya arasında geostrateji seçim etməyi tələb edir. Xüsusilə ilə də Türkiyənin NATO üzvü olması və Qərbin dəstəyi ilə Rusiyanın Cənubi Qafqazdakı yerinə iddia etməsi Azərbaycanın Moskva ilə münasibətlərinə yenidən baxmasını zəruri edir. Bu məsələdə qeyri müəyənlik qəbuledilməz sayılır və kəskin qütbləsmə fonunda balanslı siyasət artıq heç bir tərəfi qane etmir. Böyük ehtimalla Stoltenberq Azərbaycan hakimiyyətinə məhz bu istiqamətdə təkliflərini təqdim edəcək və regionun təhlükəsizliyi ilə bağlı NATO -nun ön gördüyü əməkdaşlıq və yanaşmaların qəbul edilməsinin zəruriliyini bildirəcək. Fuad Gahramanli TEREF