Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadadırlar, hər iki lider Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. İlham Əliyev və Nikol Paşinyan konfrans çərçivəsində panellərdə çıxışlar edəcək və müxtəlif liderlərlə görüşəcəklər. Əsas suallardan biri budur: İlham Əliyevlə Nikol Paşinyan Münhendə görüşəcəklərmi? Danışıqlarda irəliləyiş yoxdur, bu mənada liderlərin görüşü heç nəyi dəyişməyəcək. Buna baxmayaraq, İlham Əliyevin Nikol Paşinyanla hansısa paneldə birgə iştirakı və ya ayaqüstü görüşü də istisna deyil. Elxan Şahinoğlu TEREF