“Mumiya” barədə film seriyaları ilə məşhurluğunun zirvəsinə çatan Hollivud ulduzu Brendan Freyzer düzgün ssenari yazılarsa franşizanın dördüncü hissəsində də çəkilmək arzusunu açıqlayıb.
O, 2017-ci ildə özünün deyil, həmkarı Tom Kruzun baş rolunu oynadığı “Mumiya”nı da xatırladıb. Qeyd edək ki, bu film orijinal trilogiyadan daha tutqun və qorxu üslubunda çəkilib. Freyzerin fikrincə məhz bu xüsusiyyət filmin uğursuzluğuna səbəb oldu.
“Bu triologiyanın əsas inqrediyenti əyləncəli olması idi və sonuncu filmdə məhz bu çatışmırdı: Bir xətt üzərində qorxu filmi idi. “Mumiya”da isə attraksion olmalıdır, amma horror yox. Bəli, onu da bilirəm ki, buna nail olmaq çətindir – bu işlə üç dəfə məşğul olmuşam”, - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, Freyzer “Mumiya”, “Mumiya qayıdır” və “Mumiya: Əjdaha İmperatorunun məzarı” filmlərində Rik O’Konnell rolunu oynayıb.
Brendan Freyzerlə birlikdə yeni “Mumiya”nın çəkilib-çəkilməyəcəyi məlum deyil. Ancaq baş tutarsa franşizanın pərəstişkarlarını və aktyorun özünü sevindirəcəyi şübhəsizdir. Mənbə: Variety
Bəzi diplomatik mənbələr iddia edirlər ki, 2023-cü il Nobel Sülh Mükafatının sülh sazişini imzalayacaqları təqdirdə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təqdim olunmasına qərar verilib.
Bu barədə Ermənistanın “Qraparak” qəzeti xəbər yayıb.
“İstisna edilmir ki, bu şayiələr buraxılır, belə ki, geosiyasi mərkəzlər tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar”, – mənbə yazır.
Xatırladaq ki, Alfred Nobelin vəsiyyətinə görə, Nobel Sülh Mükafatı bəşəriyyətə böyük fayda vermiş, xalqlar arasında qardaşlıq yaradan, orduların buraxılması və ya ixtisar edilməsində, sülhün təbliğində ən çox rol oynayan şəxsə verilməlidir.
1991-ci ildən etibarən mükafat dekabrın 10-da Norveçin Oslo şəhərində verilir. pressklub
“Müəllimlərin mütləq rəsmi dövlət statusu və toxunulmazlığı olmalıdır”. Teref.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli deyib. “Ay başınıza dönüm, bu gün məktəblərdə müəllimləri adam yerinə qoymurlar. Biz vaxtilə dədəmizdən -anamızdan çox müəllimlərdən qorxurduq. İndi müəllim cırıq şalvarla, yamaqla gəlir, uşaq isə “mersedes, cip və axran”la gəlir. Müəllim də uşağa söz deyə bilməz. Və bir söz deyən kimi də uşaq müəllimə hədə-qorxu gəlir. O cür müəllimə təzyiq göstərən vəzifəli, pullu adamlar mütləq həbs olunmalıdır. Müəllimlərin hüquqi müdafiəsi, dövlət səviyyəsində statusu olmalıdır. Onların aylıq məvacibi dövlət səviyyəsində təmin olunmalıdır. Milyonçu adamlardan pulu alıb, müəllimlərə vermək lazımdır. Onların maşınlarını satıb, pulunu isə müəllimlərə verilməlidir ki, uşaqlarınıza tərbiyə versin. Müəllim uşağın qulağını da çəkər, kürəyinə də vurar, əlinə də. Bizi döyməyib müəllimlərimiz? Sən evində uşağını tərbiyə edə bilmirsən! 9-10 yaşlı uşağın 200 minlik maşınla gəlir, müəllimi də adam yerinə qoymur. Sonra düşürük müəllimin üstünə, müəllimi sayan var? Müəllimi adam yerinə qoyan var? Bir milləti məhv etmək üçün müəllimini və həkimini məhv edirsən, vəssalam. Ona nə top, nə də tüfəng lazım deyil. Bu mənada bütün kütləvi informasiya vasitələrini səfərbər olmağa çağırıram. Milli Məclsidən, lazımi dövlət strukturlardan da xahiş edirəm ki, artıq bu məsələyə nəzarət Qarabağ məsələsi qədər gündəmdə olmalıdır. Bu gün Qarabağ məsələsi dövlət səviyyəsində, beynəlxalq səviyyədə, siyasi mühitdə, ideoloji səviyyədə hansı səviyyədədirsə, ailə və məişət də o səviyyədə dövlət tərəfindən nəzarətə götürülməlidir”.
“2 həftə olar ki, atamın səhhətində böyük problemlər yaranıb. Ayaqları qanqrena olub. 2 gün olar ki, adam da tanımır, çətinlik çəkir. Deyəndə ki, kimsən, adını çəkəndə tanıyır”.
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, xanəndə Dədə Süleyman adı ilə tanınan Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib. O daha sonra əlavə edib.
“Heç bir maddi dəstəyə ehtiyacımız yoxdur, şükür Allaha. Sağ olsun atamın sənət dostları, sənətkarlarımız gündə gəlib baş çəkirlər. Yaxşı olanda gedib-gəlirdim, özü rəva bilmirdi ki, gəlim qalım. İndi amma yanında qalıram. Həkimlər aciz qalıb. Ürəyi 30 faiz işləyir, böyrəyinin biri işləmir, bədəninə su yığılıb, qaraciyəri parçalanıb, ayağı topuğa qədər qaralıb. Bu məqamda ayağı amputasiya etmək lazım idi, amma bədənin orqanları bu əməliyyata yol vermir. 5 gündür ağrıkəsici vurub sakitləşdiririk, bədən artıq dərman qəbul etmir. Sonuncu dəfə 3 gün bundan əvvəl sistem qoyuldu, bədən qəbul etmədi, həkimlər dedi ki, dayandırın. Allahın verdiyi ömürdür, neçə yaşına kimi yaşayar yaşasın. Allahın möcüzələri çoxdur. Atamın fevral ayında 84 yaşı tamam olacaq” deyə sənətkarın qızı bildirib.
“Atanız Zeynəb Xanlarova ilə birgə təhsil alıb. Heç zəng edib, səhhətini soruşub?” sualına isə Aygün Abdullayevanın cavabı belə oldu.
“Zeynəb xanım təxminən 2 həftə əvvəl zəng edib onunla danışmışdı. O zaman atam hələ xəstələnməmişdi. Həm səhhəti ilə maraqlanıb, həm də maddi və mənəvi cəhətdən dəstəyini əsirgəməyib. Yenə də deyirəm, maddiyata ehtiyacımız yoxdur. Biz atamızı heç vaxt belə görməmişik. Onun indiki vəziyyəti bizim ürəyimizi parçalayır. Ölüm-dirim savaşı aparır. Atam xalq üçün dəyərli sənətkar olub. Ona görə də o xalqdan “Dədə” adını qazanıb.” deyə sənətkarın qızı deyib.
Məşhur komediya aktyoru Maksim Qalkin (xarici agent kimi tanınıb) Rusiyaya qayıtdığı halda həbs oluna bilər. Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Evseyev deyib. Siyasətçinin sözlərinə görə, həbsə səbəb aktyorun villasını əlindən almaq istəyənlərin üzərinə yanan yağ tökməklə bağlı hədəsidir.
Qeyd edək ki, Qalkin Latvidada şousu zamanı belə asanlıqla təslim olmayacağınızı vurğulayıb.
Hollivud ulduzu Tom Kruz çəkilişləri kosmosda aparılacaq filmdə rol alacaq.
Məlumata görə, Kruz Beynəlxalq Kosmik Stansiyaya (BKS) raketlə yollanacaq.
Filmin əsas hissəsi Yer kürəsində çəkiləcək və Kruzun canlandırdığı obraz “vəziyyətdən çıxış yolu üçün” kosmosa uçacaq. Aktyor açıq kosmosa çıxan ilk mülki şəxs olacaq.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi bəstəkar, Ruhəngiz Qasımovanın bu gün vəfat etdiyi bildirilir.
Bəstəkarın 82 yaşı var idi.
Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.
Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır.
Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olsa…” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb və hər nəslin sevilən ekran əsərinə çevrilib. Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi (1995), “Qızıl oğlan” musiqili nağıl (1999) xüsusi yer tutur.
Tanımış özbək musiqiçisi Davron Qaipov vəfat edib.
Ölüm səbəbi kimi böyrək çatışmazlığı göstərilib.
Məlumdur ki, Qaipov şəkər xəstəliyindən əziyyət çəkib və on il əvvəl böyrəyi çıxarılıb.
Musiqiçinin vəziyyəti avtomobil qəzasına düşəndən sonra pisləşib. O, iki həftə reanimasiyada yatıb.
Davron Qaipov 1961-ci il oktyabrın 7-də Kommunist Partiyasının vilayət komitəsinin birinci katibinin ailəsində doğulub. 1980-ci illərə qədər Fərrux Zakirovun yaratdığı “Yalla” folk-rok qrupunun gitara ifaçısı olub. Onu Özbəkistanın ilk rokçusu da adlandırırdılar.
“Yalla”dan ayrıldıqdan sonra Qaipov “Orijinal” qrupunu yaradıb və ömrünün son illərində “Bayram Film” şirkətinin baş prodüseri vəzifəsində çalışıb.
“Əslində mənə nə vaxtsa ciddi bir rol təklif olunub. Amma özüm heç vaxt bunun marağında olmamışam. Mən ciddi rol oynayıb kimə nə sübut edəcəm?! Niyə kiməsə mən güclü aktyoram, bunu da bacarıram deməliyəm? İnsan özünü niyə kiməsə sübut etməlidir? Bu təkcə bizim sənət camiyəsindədir. Avropada heç kim özünü heç kimə sübut etmir. Bir dəfə ciddi rolda çəkildim, bu məndə o qədər də uğurlu alınmadı. Rejissor Türkiyədən gəlmişdi. Ağlamalı olan səhnədə ağlaya bilmirdim. Gəlib mənə dedi ki, “sən bəlkə həyatındakı pis hadisələri yadına salasan?! Nə qədər istəyirdim ki, ağlayım, ağlaya bilmirdim”.
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor-prodüsser Elməddin Cəfərov deyib:
“Mənə elə gəlir ki, zəif aktyor yoxdur, zəif rejissor ola bilər ki, aktyoru oynada bilməz. Bundan əlavə ssenari də güclü olmalıdır. Yaxşı ssenari aktyoru tamaşaçılara təqdim edir. Bu ümumi komandanın işidir. Bir vaxtlar deyirdilər ki, mən imkanlı aktyoram. Çünki bir müddət əvvəl mənə də, Fərdaya da çoxlu film təklifləri gəlirdi. Özüm də serialda çəkilirdim, serial çəkirdim deyə vaxt ucbatından gələn dəvətlərdən imtina etdim. Bilərəkdən elə bir rəqəm deyirdim ki, bundan aşağı qiymətə çəkilmirəm” deyə o bildirib.
Elməddin Cəfərov “Tək səbir” adlı ilk iştirak etdiyi layihədən də danışıb.
“Verilişin ilk buraxılışını öncədən çəkmişdik. Dedilər ki, filan vaxt efirə gedəcək. İlk efirimizə gedib kafedə oturub baxdıq. O vaxt internet falan yox idi, televizora çox baxılırdı. Biz kafedən çıxıb evə gedə bilmirdik. 45 dəqiqənin içində bütün həyatımız dəyişdi. Hamı bizimlə çəkil çəkdirir, söhbət edir, xoş sözlərini deyirdilər” deyə sənətçi bildirib.
Aktyor heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirib.
“Sosial şəbəkələrə ehtiyac duymuram. 10 il əvvəl bir neçə sosial şəbəkədən istifadə edirdim, sonra sildim. Əlavə vaxtımı alırdı. Kitab oxumağı daha üstün tutdum. Kitab oxuduqca onlardan uzaqlaşdım” deyə o bildirib.
“Xalqıma, dövlətimə minnətdarlığımı bildirirəm ki, mənim sənətimə ən yüksən qiyməti veriblər. Hər bir kəsin mənə öz xüsusi münasibətini, sevgisini görürəm. Bu hörməti, bu sevgini elə-belədən qazanmamışam. Hər sevginin, hər uğurun arxasında böyük əziyyət, zəhmət durur. Biz sadəcə bu əziyyətləri tamaşaçılara göstərmirik, onları üzməyə bizim ixtiyarımız yoxdur. Tamaşaçının bizim problemlərimizdən, bizim qayğılarımızdan xəbəri olmalı deyil, bu onları maraqlandırmalı deyil, çünki onlar keyfiyyətli musiqi dinləmək istəyir”.
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha sonra əlavə edib.
“Dünyaya gələndən alnıma əzab-əziyyət yazılıb. Uşaqlıq illərindən oxumaq istəmişəm, icazə verməyiblər. Nə səhnəyə gəlməyə, nə də ki, İncəsənət Universitetinə qəbul olmağa. Sonra səhnəyə gəlmişəm, yenə də icazə verməyiblər. Allahıma şükürlər olsun! Ömrümün 80-90 faizi acılı, iztirablı həyat yaşamağa həsr olunub. Sənət adamı ruhlananda bir gündə 5 mahnı yazır, 3 konsert oxuya bilir” deyə sənətkar bildirib.
Xalq artisti aşıq atasını da xatırlayaraq bildirib ki, valideyninin onun sənətin böyük təsiri olub.
“Aşıq mahnıları mənim repertuarımda çoxdur. Mən uşaq yaşlarımdan bu mahnıları oxuyuram. Atam rəhmətlik dövrünün tanınmış aşığı olub. O yuxudan duran kimi sazı sinəsinə basıb oxuyardı. Aşıq musiqisini biz gözəl orkestrlə yazdıq, bütün dünyada tanındı aşıq musiqisi. Atam bilirdi ki, mən oxumaq istəyirəm, o məndə bu sərbəstliyi yaradırdı. Aşıqların deyişməsinə baxırdım, onlardan nələrsə götürürdüm. Mən böyük sənətkarların yanında böyüyüb, boya-başa çatmışam. O sənətkarların heç vaxt bir-birinə qara rəqabətləri yox idi, bir-birlərinə kömək olub, dəstək olurdular. Bu gün aşıq sənəti artıq dövlətin nəzarətindədir. Artıq bizim aşıqlarımız bu musiqini bütün dünyada təbliğ edirlər” deyə sənətkar bildirib.
Xalq artisti Nazpəri Dostəliyeva ona uğur gətirən iki mahnıdan ürək dolusu danışıb.
““Dilbərim” xalq mahnısıdır. Məndən öncə də oxunub, məndən sonra da yəqin ki, gənclərimiz ifa edir, edəcəklər də. Mən çox arzulayardım ki, onlar da musiqi sintezi ilə ifa etsinlər. “Dilbərim” və “Nə olar Allahım ayırma bizi” mahnılarında mənim ürəyimin naləsi var. Mən bu sənətə illər sonra gəldim, vaxtında gəlsəydim çox işlər görərdim. Bu günə qədər gördüyüm işlərlə mən qane olmazdım. O mahnılarda ürəyimin dərinliklərində qalan, basdırılmış fəryadım, vulkan püskürür” deyə sənətkar bildirib.