Ardını oxu...
Türkiyəli aktyor Ozan Güvən şiddət göstərdiyi iddiasiyla məhkəməlik olduğu keçmiş sevgilisi Dəniz Bulutsuz barədə danışıb.

Akyor müsahibəsi zamanı yaxın zamanda məhkəmənin sona çatacağını deyib:

"Hər şey sona çatanda ekranlara geri qayıdacağam. İstəyirəm ki, Dəniz Bulutsuzu bir az araşdırasınız. Nə olduğunu görəcəksiniz. Məhkəmədə şəkillərin fotoşop, montaj olduğu ortaya çıxacaq. Pis günlər geridə qalacaq".(axşam.az)
Ardını oxu...
Beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli AZAL-ın bilet qiymətlərinin yüksək olması səbəbindən Çexiyadakı sərgisinin açılışına bilet ala bilməyib.

TEREF.AZ bildirir ki, karikaturaçı özü bu barədə Cebhe.info-ya danışıb.

Onun sözlərinə görə, avqustun ilk həftəsində açılışı gözlənilən sərgi üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarı olub. Bu da onun imkanlarına uyğun deyil:

"Bunu tək mən demirəm, millət vəkilləri, siravi vətəndaşlar - hər kəs tərəfindən AZAL-ın qiymətlərinin yüksək olması dəfələrlə vurğulanıb. Mənim əsərlərimin avqust ayında Çexiyada sərgisi açılacaq. Təsəvvür edin, sərginin açılışında iştirak etmək üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarıdır. Mənim də imkanlarım buna uyğun gəlmir axı. Təkcə mənim yox, əksəriyyətin imkanı bu dəqiqə AZAL-ın qoyduğu qiymətlərə uyğun gəlmir. AZAL hazırda insanların cibini soymaqla məşğuldur. Qonşu Gürcüstan, Türkiyə ilə müqayisə edin, görün, nə qədər qiymət fərqi var.

Bu qədər də olmaz. Mən karikatura sahəsində Azərbaycana 170-dən mükafat gətirən insanam, bir çox ölkələrdə dəfələrlə mənim sərgilərim olub. Bu sahədə ölkəyə bu qədər mükafatı heç kim gətirməyib. Amma mən ölkəni tərk edə, sərgimə gedə bilmirəm. Gedib kiməsə deməliyəm ki, mənə təyyarə bileti alsın? Vallah, ayıbdır. İnsanlar AZAL-ın əlindən dad edir, qiymətləri çox yüksəkdir".

O bildirib ki, Çexiyadakı səfirliyimizə də bununla bağlı müraciət edilib, lakin məktub cavabsız qalıb:

"Mənim sərgimi açan təşkilat qonaqlama və otel xərclərini ödəyir. Amma deyirlər ki, bizim maddi imkanlarımız təyyarə biletini almağa çatmır. Təşkilat bizim Çexiyadakı səfirliyimizə də müraciət edib, amma səfirlikdən neçə müddətdir bir cavab yoxdur. Bəzən öz-özünə peşman olursan ki, hansısa bir sahədə ölkəni təbliğ etmək mənəmi qaldı? Mədəniyyət Nazirliyində quyuya daş atırsan, səs-soraq çıxmır".

O, ölkədə karikatura sahəsinin dəyərləndirilməməsindən də gileylənib:

"Zamanında Qənirə Paşayeva da haqqımda Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Özüm də dəfələrlə müraciət etmişəm ki, mənim fəxri ada layiq görülməyimə haqqım var. Hamısı deyir, haqqın var. Ay qardaş, haqqım varsa, haqqımı niyə vermirsən? Mən gəlib sənə yalvarım, haqqımı istəyim? Cənab Prezident mədəniyyət sahəsində çalışan hər bir insana köməyini göstərir. Yaradıcı insan kimi nə emalatxanam var, nə Prezident təqaüdü. Mən bu sayğısızlıqdan, Mədəniyyət Nazirliyinin yaradıcı insana sahib çıxmamasından ölü kimiyəm. Braziliyadan yazırlar, Seyran, biz Azərbaycanı tanımırdıq, sənin sayəndə bilmişik. Türkiyədən yazırlar, sənə öz ölkən niyə sahib çıxmır? Bu ayıbdır".
 
 
 

“5 il ət yemədim. Guya arıqlayacaqdım. Smetan, kəsmik yeyirdim. İndi amma ət yeyirəm. Bircə xəmir yeməkləri yemirəm”.

Sarkazm.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Zaurla Günaydın” verilişində deyib. Müğənni formada qalma sirrlərini bölüşüb.

B.Dadaşova illər əvvəl Azərbaycan Dövlət Televiziyasından (AzTV) uzaqlaşdırılmasından danışıb:

“1988-ci ildə “Ər igidlər” mahnısını oxudum. Televiziyanın sədri çağırdı ki, 2 ildir işə düzəlmisən, universitetdə oxuyursan, bu nə mahnılardır? Sənə töhmət yazırıq, amma işdən çıxartmırıq. Töhmət ala, ala gəldim çıxdım bu yerlərə. Həmişə mübariz mahnılar oxumuşam, amma gəldilər məni işdən çıxartdılar. “İkiyə bölünən Azərbaycan”, “Xudafərin körpüsü” kimi mahnılar səsləndirmişdim. O vaxt heç kim belə mahnı oxumurdu. Onda mən də öz cəbhəmdə vuruşurdum. Amma gəldi öz cəbhəmiz məni işdən çıxartdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hər şey dəyişdi. Televiziyada Babək adlı sədr mənə zəng vurdu ki, Ulu öndər tapşırıb hansı ziyalı işdən çıxarılıbsa, yenidən işə götürün. Elə sevindim ki… 100 manat maaş da bizim üçün böyük idi. İndi sağ olsunlar, maaşı da bağlayıblar, AzTV-də maaş da yoxdur”.

Ardını oxu...
“All Fears Bo” filmində rol alan aktyor Xoakin Feniks səhnələrdən birinin çəkilişi zamanı yıxılıb.

Bu barədə filmin rejissoru Ari Aster məlumat verib.

Bu, aktrisa Petti Lyupon ilə gərgin səhnə zamanı baş verib. Rejissor əvvəlcə çox qəzəbləndiyini də gizlətməyib.

Eyni zamanda o, qeyd edib ki, hadisə olduqca “poetik” alınıb.

Xatırladaq ki, “All Fears Bo” filmi anasını ziyarət etmək üçün doğma şəhərinə yollanan paranoidal bir şəxsin hekayəsindən bəhs edir. Ekran əsərinin dünya premyerası aprelin 20-də baş tutacaq.
 
 
 

Ardını oxu...
Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur.

Bu barədə  aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti hazırda evdə yataq rejimindədir: “Heç bir irəliləyiş yoxdur. Ayaqları tutulur, yemək yeyə, gecələr yata bilmir. Hazırda onu xəstəxanaya apara bilmirik, müalicəsi üçün dərmanları ala bilmirik, ona görə də heç bir irəliləyiş yoxdur”.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Aktyor daha sonra öz istəyi ilə evə buraxılmışdı. Bu yaxınlarda isə, Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.

Ardını oxu...
 
 

“Hamı bilir ki, 4 il əvvəl Prezident mənə ev hədiyyə etmişdi. Prezidentin nümayəndəsi məni evlə tanış etdi, gördüm ki, ev hələ tam tikilməyib”.

 

Bu sözləri Xalq artisti Ənvər Həsənov Musavat.com-a açıqlamasında deyib.

“Dedilər ki, 3 ay sonra yenə gəlib baxarsan. 6 ay, 9 ay, 1 ildən sonra getdim, gördüm ki, ev hələ tikilmir. Ev də 11-ci mərtəbədə idi. Yuxarı qalxanda yüksək təzyiqim, şəkər xəstəliyim olduğu üçün başım hərləndi, yıxıldım. Soruşdum ki, evin tam təmiri üçün nə qədər pul lazım olacaq? Dedilər ki, 45 min manat. Şoka düşdüm. Dedim ki, Allah Prezidentimizin canını sağ eləsin, amma mənim 45 min manata imkanım yoxdur və bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur.

Nə isə ki, aşağı düşdükdən sonra həyətdə olan ev alqı-satqısı ilə məşğul olanlar mənə təklif etdilər ki, o evin pulunu mənə versinlər və mən özüm istədiyim yerdə özümə ev alım. Nəhayət 6 aya 90 min manata Şüvəlanda özümə ev tapdım, onu bir az təmir etdim, abıra saldım, içində yaşamağa başladım. Üç il ərzində çox yaxın dostlarımız, əzizlərimi itirdim. Sağ qalan dostlarım da sağ olsun, gəlirlər, mənimlə maraqlanırlar...”, - deyə aktyor əlavə edib.

 

XalqXeber.A
Ardını oxu...
“Dərviş band” qrupu və Xalq artisti Niyaməddin Musayev son günlər böyük ajiotaja səbəb olmuş “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını İTV ekranından canlı yayımda duet şəklində təqdim ediblər.

Müzakirələrə səbəb olan mahnını birlikdə ifa etməklə məsələyə nöqtə qoyublar.

 
Ardını oxu...
İdarədən Bulvar ərazisində çəkilişlərin aparılması ilə bağlı açıqlama

Dənizkənarı Milli Park açıq məkandır və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisidir.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin bəyanatında deyilir.

Bildirilib ki, Dənizkənarı Milli Parkın xüsusi mühafizə olunan təbiət obyekti kimi hüquqi statusunu nəzərə alaraq, İdarənin Nizamnamə üzrə vəzifələrindən irəli gələn hüquqlarından biri də Milli Park ərazisində yerləşən təbiət və tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə və təbliğinə (reklam yerləşdirilməsi, audiovizual çəkilişlərin aparılması və s.) razılıq vermək hüququdur. Müvafiq qanuna görə, xüsusi mühafizə olunan təbiət ərazilərinə verilən anlayışdan aydın olur ki, Dənizkənarı Milli Park bütövlükdə xüsusi təbiət və tarix-mədəniyyət əhəmiyyətinə malik olan ərazidir. Bundan əlavə, Nizamnamənin müvafiq yarımbəndi ilə ali icra hakimiyyəti orqanı tərəfindən İdarəyə verilmiş bu hüquq, İdarənin ümumi rəhbərliyi və nəzarəti həyata keçirdiyi Milli Park ərazisində aparılan çəkilişlərlə bağlı məlumatlı olmaq hüququnu ehtiva edir.

Qeyd olunub ki, İdarənin Nizamnaməsinin 3.1.3-cü yarımbəndinin məzmununa görə, Milli Park ərazisindən istifadə qaydalarına riayət edilməsi ilə əlaqədar zəruri tədbirlər görmək İdarənin səlahiyyətlərinə daxildir.

“Dənizkənarı Milli Park ərazisində bu günə qədər media subyektləri, incəsənət nümayəndələrinin müraciətləri əsasında onlar tərəfindən aparılmış peşəkar çəkilişlərə İdarə tərəfindən rəsmi olaraq qadağa qoyulmayıb, yaxud xüsusi icazə sənədinin alınması tələb olunmayıb. Milli Parka gələn qonaqlar, sadə vətəndaşlar və turistlər tərəfindən aparılan şəxsi audiovizual çəkilişlərə isə, ümumiyyətlə, hər hansı bir müdaxilə olmayıb. Dənizkənarı Bulvar İdarəsinin rəsmi mövqeyi Milli Park ərazisində bütün media subyektlərinin informasiya əldə etmək və məlumat almaq azadlığının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün zəruri imkanları yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Bu mövqe Milli Parkın xüsusi mühafizə olunan təbiət ərazisi olduğunu, habelə İdarənin əraziyə ümumi rəhbərlik və nəzarət üzrə səlahiyyətlərini nəzərə alaraq, ərazidə aparılan çəkilişlərlə bağlı İdarənin bir dövlət qurumu kimi məlumatlı olmaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan açıq çağırışların öz səlahiyyətləri daxilində qarşısının alınması hüququna hörmətlə yanaşılması prinsipini də əhatə edir.

Bir daha qeyd edirik ki, Milli Parka gələn yerli sakinlərin və turistlərin şəxsi məqsədli audiovizual çəkilişləri ilə bağlı İdarə ilə hər hansı bir razılaşdırma nəzərdə tutulmur.

Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosial yönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat və açıq çağırışların yayımlanması İdarə ilə razılaşdırılmış qaydada həyata keçirilir.

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Respublikasının qanunvericiliyini və ümumqəbul olunmuş hüquq prinsiplərini rəhbər tutaraq, öz fəaliyyətini yalnız ona verilmiş hüquq və səlahiyyətlər daxilində təşkil etdiyini və öz ictimai məsuliyyətini dərk etdiyini bəyan edərək, bundan sonra da Milli Park ərazisinin öz hüquqi statusuna uyğun şəkildə inkişaf etdirilməsi, qorunması və abadlığının təmin olunması istiqamətində səylərini əsirgəməyəcəyinə ölkə ictimaiyyətini əmin edir”.
Ardını oxu...
“Son illər ölkəmizdə gənclərin bayağı musiqilərə meylinin artdığı açıq hiss olunur. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır”.

DİA.AZ-ın xəbərinə görə, bu sözləri millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, indi hazırda gənclərin bir qismi bayağı musiqilərə, bir qismi xarici musiqilərə, çox az qismi də xalq musiqilərinə qulaq asır və bu çox ciddi tendensiyadır:

“Haqqında zamanla tez-tez danışdığımız qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın, bayağılaşmanın başqa bir təzahür formasıdır.

Avtomobildə gedərkən bayağı musiqinin sədaları altında hərəkət edən, sosial şəbəkələrdə, xüsusilə “TikTok”da bayağı musiqinin sədaları altında atılıb-düşən gəncləri yəqin ki, çoxlarımız müşahidə etmişik".

Millət vəkili qeyd edib ki, bu cür neqativ tendensiyada televiziya və radioların da payı var:

“Təəssüf ki, bir sıra hallarda televiziya və radiolarımız da bayağı musiqilərə geniş yer verirlər.

Bəs gənclərin bayağı musiqilərə bu qədər meyl göstərməsinin günahkarı kimdir? Hesab edirəm bu məsələdə ailələrimizin, məktəblərimizin, ali təhsil müəssisələrimizin, televiziya və radiolarımızın üzərinə çox böyük məsuliyyət düşür. Çünki bu həm də milli məsələdir. Ailələrimiz övladlarının milli ruhda tərbiyəsi üçün cidd-cəhdlə çalışmalıdır. Onlara ilk yaşlarından xalq musiqilərini, saz havalarını, muğamımızı dinlətdirməli, zövqlərinin korlanmasına imkan verməməlidirlər.

Məktəb və ali təhsil müəssisələrimiz nə üçün məsuliyyət daşıyırlar? Ona görə ki, bu gün müxtəlif səbəblərdən bəzi ailələr öz övladlarına düzgün tərbiyə verə bilmirlər. Çünki bır sıra hallarda valideynlərin özlərinin tərbiyəsi, dünyagörüşü, intellektual səviyyəsi nəyin səhv və ya düz olduğunu onlara tam dərk eləməyə imkan vermir.

Belə olduğu halda isə əsas güc və yük məktəb və ali təhsil müəssisələrinin üzərinə düşür. Onlar işlərini yalnız təhsil verməklə bitmiş hesab etməli deyillər. Hərçənd ki, onların bir qismi əslində heç normal təhsil də vermirlər.

Ona görə məktəb direktorlarının və ali təhsil müəssisələrinə rektor təyinatlarının ciddi həssaslıqla həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə müəssisələrə mütləq savadlı, intellektual səviyyəsi yüksək, milli, milli-mənəvi dəyərlərə bağlı, zəngin dünyagörüşünə malik şəxslər rəhbər təyin edilməlidir. Təəssüf ki, bunu bu gün biz bütün məktəb və ali təhsil müəssisələrimiz haqqında söyləyə bilmirik. Əslində bu çox ciddi məsələdir.

Gənclərin belə bayağı musiqilərə meyl göstərməsində, yuxarıda qeyd etdiyim kimi, bəzi televiziya və radiolarımız da ciddi məsuliyyət daşıyırlar. Onlar öz efirlərinə belə bayağı musiqiləri söyləyən müğənniləri dəvət etməməli, belə musiqilərə yer verməməlidirlər.

Heç şübhəsiz ki, dövlətləri, xalqları güclü edən onun dəyərləridir. Bu, həm də milli təhlükəsizlik məsələsidir. Gələcək dəyərlərinə sahib çıxan, onu qoruyan, sıradan çıxarılmasına imkan verməyən dövlətlərindir. Gəlin dəyərlərimizə sahib çıxaq, onları göz-bəbəyimiz kimi qoruyaq".

Millət vəkilinin də qeyd etdiyi kimi, son illərdə xüsusən də özəl televiziya ekranlarında, radiolarda bayağı musiqilər “ayaq tutub yeriyir”. Daim bayağı musiqi səsləndirən, musiqi nəzəriyyəsindən heç bir anlayışı, bilgisi olmayan ifaçılar gündəlik olaraq verilişlərə dəvət olunur, şəxsi həyatları, qalmaqalları müzakirə olunur. Bəziləri qeyd edir ki, bunun əsas səbəblərindən biri həmin televiziya rəhbərlərinin yanlış efir siyasətinin nəticəsidir. Yəni televiziya rəhbəri rəhbərlik etdiyi televiziyalarda nəyi görmək istəyirsə, onu da tamaşaçılara təqdim edir.

Məlum olduğu kimi, əvvəllər efirlərdə səslənən hər bir ifa nəzarətdən keçir, onun sözlərinə, musiqisinə, ifa tərzinə diqqət edilirdi. Sonradan bu qayda sıradan çıxdı. Audiovizual Şuradan əvvəl fəaliyyət göstərən Milli Televiziya və Radio Şurası (MTRŞ) məsələyə bu cür münasibət bildirmişdi:

“Qurum televiziyada və radioda yayımlanan musiqilərə nəzarət etmir. Ona ancaq yayım şirkəti nəzarət edə bilər. Musiqi zövqə bağlı bir məsələdir. Bizim üçün bayağı səslənən musiqi, mahnının sözləri kimin üçünsə bayağı olmaya bilər. Kimisi milli musiqi sevir, kimisi caz, kimisi rok, kimisi də ancaq xarici musiqiyə qulaq asır. Televiziya və radio da kütləvi olduğuna görə orada səslənən musiqiyə nəzarət edə bilmərik”.

Bəzi ekspertlər qeyd edir ki, məsələni tənzimləmək üçün televiziyalar xüsusi proqramlar hazırlamalı, bu məsələ ilə bağlı efir siyasətini dəyişməlidir. Doğrudur, dövlət televiziyalarında bu cür proqramlar artıq çoxdan fəaliyyət göstərir. Lakin özəl kanallar üçün bunu demək mümkün deyil.

DİA.AZ bildirir ki, mövzu ilə bağlı tanınmış tele-tənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Bu yaxınlarda Neft Akademiyasının və Xarici dillər Universitetinin qarşısında bizim tələbə gənclərin oxuduğu mahnı müəyyən mənada bizim gənclərin musiqi zövqü haqqında təsəvvür yaradır.

Ümumiyyətlə, klassik musiqi, xalq mahnıları, muğamat və bu kimi ciddi musiqilərin xüsusi təbliğatı olmalıdır. Məsələn, ötən əsrin 60-70-ci illərində bu cür xüsusi konsertlər təşkil olunurdu və vəzifəli adamlar məcburi şəkildə o konsertlərə cəlb olunurdu. Doğrudur, zorla zövq formalaşdırmaq olmur, amma insanların zövqünü formalaşdıran janrlar müəyyən formada təbliğ olunmalıdır. Çünki musiqi birbaşa ruhun qidasıdır.

Doğrudur, televiziya və radiolar əhalini bayağı musiqilərdən xilas etmək üçün müəyyən proqramlar, musiqi müsabiqələri təşkil edə, müəyyən standartlar qoya bilər və qoymalıdır, müxtəlif formalar düşünülməli, tapılmalıdır. Amma hesab etmək olmaz ki, bayağı musiqilərin geniş vüsət almasında televiziya və radioların birbaşa günahı var. Kütləvi musiqi tədbirləri, hətta nəqliyyatda yayılan musiqilər, sosial şəbəkələr bayağı musiqilərin geniş vüsət almasına ciddi təsir edir. Ən pisi isə odur ki, ciddi musiqinin auditoriyası daralıb. Ona görə də hesab edirəm ki, musiqi təbliğatına ciddi ölçülərlə yanaşılmalıdır".

Dünyapress TV

Xəbər lenti