“Instagram”da azyaşlıların hesablarına nəzarət gücləndirilir
“Instagram” azyaşlı istifadəçilərin öz yaşları barədə yalan məlumat təqdim edib-etmədiyini müəyyənləşdirmək üçün süni intellektin tətbiqini sınaqdan keçirməyə başlayıb.

Trend xəbər verir ki, bu barədə “Meta Platforms” məlumat dərc edib.

“Meta”nın yazdığına görə, foto və videopaylaşım platforması özlərini həddi-büluğa çatmış kimi təqdim edən istifadəçilərin aktiv axtarışına başlayacaq.

Süni intellekt istifadəçinin yaşı barədə yanlış məlumat verdiyi faktını qət etsə, həmin hesab avtomatik olaraq daha çox məhdudiyyətlərin olduğu “yeniyetmə hesabı” kimi təsnif olunacaq.

“Yeniyetmə hesabları” avtomatik olaraq “private”, yəni “şəxsi” rejimdə olur. Bu, o analama gəlir ki, onlara şəxsi mesajların yazılması məhdudlaşıb. Belə ki, həddi-büluğa çatmamış istifadəçilər yalnız təqib etdikləri və artıq əlaqədə olduqları şəxslərdən ismarıc qəbul edə biləcəklər.

“Meta”, eyni zamanda, bildirir ki, onlara insanların döyüşməsi və ya kosmetik prosedurlar kimi “həssas kontent”in nümayişi məhdudlaşdırılacaq.
 

Dünyapress TV

Xəbər lenti