TEREF xəbər verir ki, kimya elmləri doktoru, professor, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Qazaxstanda “Nanoekotexnologiyalar laboratoriyası”-nın direktoru, çoxsaylı Elmi Kəşf müəllifi olan Rahim Abas Daşdiyevin rəhbərliyi altında 05.10.2023- cü il tarixlində Almaniyada qeydiyyatdan keçmiş “Su-neft və neft-su emulsiyalarının eyni zamanda parçalanması hadisəsi” adlı kəşf bəyanatı ilə birlikdə digər kəşflərlə yanaşı “Qaz hidratları timsalında maddənin nanoheterogen kristallik və amorf mayeqaz, qazmaye tipli yeni hibrid aqreqat halları” adlı Elmi Kəşf professor Rahim Abas Daşdiyevin rəhbərliyilə Almaniyada prioritet almışdır. Bu kəşflər neftin ilkin hazırlanması nanoekotexnologiyaları erasında tətbiqi nanokolloid kimyasının dünya səviyyəsində inqilabi nailiyyətlər olması baxıımından, mühüm nəzəri və praktiki dəyərlərə malikdir. Professor Rahim Daşdiyevin Elmi Kəşflər bazasında yeni texnologiyaların yaradılması və tətbiqi ilə bağlı davamlı inkişafa nail olunmasında əsas meyar hesab etdiyi mötəbər mənbələr: Ümummilli Liderimiz Heydər Əliyevin alimləri dəyərləndirmə bəyanatı: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalarla bağlı bəyanatı: “Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq” (10.05.2023). Hər bir Elmi Kəşfdən sonra Almaniyadan, Avropa Təbiət Elmləri Akademiyasının prezidenti tərəfindən, Azərbaycan alimlərinin nailiyyətləri ilə bağlı rəsmi şəkildə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə mütəmadi olaraq məlumat daxil olur. Rahim Daşdiyev Azərbaycan Respublikası Prezidentinin 19.09.2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə, Almaniyada isə ATEA prezidenti tərəfindən görkəmli elmi nəticələrinə görə “Wilhelm Leibniz” (2021) və “Alexander von Humboldt” (2023) medal və diplomları ilə təltif edilmişdir. Avropa Təbiət Elmləri Akademiyası akademiklərinin bioqrafik ensiklopediyasının 2021 və 2024-cü il nəşrlərində R.A.Daşdiyevin elmi fəaliyyəti haqqında məlumat dərc edilmişdir. TEREF