Ardını oxu...
Bu gün və sabah İslam dünyasında,o cümlədən Azərbaycanda Ramazan bayramı qeyd olunur. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.

Bu gecə “leylətül-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür” (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 21-də qılınacaq.

Bayram namazı “Təzə Pir”, Göy məscid, Məşədi Dadaş Məscidində saat 09:00-da, Xanım Fatimeyi Zəhra və İlahiyyat məscidində saat 08:00-da qılınacaq.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-dən başlayıb.
 

Ardını oxu...
“Müğənni ayrı şeydir, oxuyan ayrı şey. Müğənni müğənni olmalıdır, oxuyan da oxuyan. Bunların bir-birindən çox böyük fərqi var. Müğənni professional, təhsilli, dünyagörüşlü olmalıdır. Kim əlinə mikrofon alırsa, studiyaya gedib mahnı oxuyur. 90 faiz estradamızdakı müğənnilərin səsi yoxdur. Hətta başqalarının səsi ilə oxuyanlar da var. Elələri var ki, düşünür ki, qoy efirə çıxım, məni görsünlər, bəlkə kimsə mənə sponsorluq edəcək? Heç vaxt həyatım boyu acından ölməmişəm, ucuz musiqinin də arxasınca qaçmamışam. Məqsədim odur ki, insanlar düzgün musiqini dinləsinlər. Mən milyoner olmaq, villalar qazanmaq arzusunda deyiləm. İstəyirəm ki, düzgün sənətlə məşğul olum, belə də yaşayım. Mən toy oxuya bilməzdim ki?! Savadlı musiqini dinləyən yoxdur. Mən öz repertuarımı oxuyuram toylarda. Toy sənəti televiziya sənətindən ayrılmalıdır”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İntiqam Kərimov deyib.

“Mən xalq artisti tanıyıram ki, iki sözü ard-arda oxuya bilmir, oxuduğu da başdan-ayağa xaricdir. Xalq artisti olmaq, sənətkar olmaq demək deyil. Elə xalq artistləri var ki, onlar ümumiyyətlə efirə çıxmamalıdırlar. Vaxt var idi ki, indi xalq artisti olmuş bəzi sənətkarlara studiyada vaxt vermirdilər ki, zapis etsin. Mən amma opera tamaşaları oxuyurdum. Beynəlxalq müsabiqələrdə çıxış edib, Azərbaycana diplomlar gətirmişəm. Onların mənim yanımda sənətdən danışmağa, oxumağa üzləri yoxdur. Yeni bir şey meydana çıxıb. Bir sözdə 4 dəfə nəfəs alırlar. Sözdə nəfəs almaq olmaz. Cümlə var, cümlənin qurulması var. Biz axı azərbaycanlıyıq. Cümlə quruluşu var, vurğunun yeri var. Mən istədiyim kimi oxuyuramsa, o nədir elə? İlk növbədə mən Azərbaycan dilini zəhərləyirəm, pis günə qoyuram, sonra da musiqisini” deyə sənətkar bildirib.

İntiqam Kərimov vaxtilə Rusiyada fəaliyyət göstərdiyini də bildirib.

“Hərbi xidmətdən əvvəl də qrupumuz var idi, orada oxuyurdum. Hərbi xidmətdə olanda geyimimi geyindim, öz-özümə Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısını oxumağa başladım. Bir də gördüm ki, məni hərbi orkestrin solisti ediblər. 2 il oxudum. Bir dəfə oradakı konsertdə o vaxtkı Mədəniyyət Nazirimiz Zakir Bağırov mənim səsimi eşidib, dedi ki, “oğlum milli kadrsan, gəl, səndən ötrü bütün şərait yaradacağıq”. Azərbaycana gəldim, bir müddət keçdi Zakir müəllim özü rəhmətə getdi. 1982-ci ildə artıq efirlərə çıxırdım” deyə müğənni bildirib.

“Hansı məşhur müğənnilərlə çalışmısınız?” sualına isə müğənni belə cavab verib.

“Samir Piriyev, Ceyhun Bakinskiyə müəllimlik etmişəm. Sevda Yəhyayevanın səsini 3-4 ay cilalayıb, yerinə oturtmuşam. Yanıma elə insan gəlib ki, danışmağı bacarmayıb, həkimin məsləhəti ilə vokala dərsə gəlib. O insan bu dəqiqə bütün toylarda master-klass göstərir” deyə İntiqam Kərimov bildirib.

Ardını oxu...
“Son iki il, yəni pandemiya bizi 100 il dala atdı. Qoymadı ki, işləyək, yaradaq, oxuyaq. Gənclər bunu dərk etmir, amma bizim beynimiz yatdı. 2 il azdır ki? Harada iş var? Mən xalq artistiyəm, prezident mənə ev bağışlayıb, “prostoy” adam deyiləm ee, kralam. Mən Cavan Zeynallıyam! Sənətkara hörmət etmək lazımdır, indiki cavanlar nə bilir ki, hörmət nədir? Çünki bizim dövrün insanları getdi, qaldı gənclər. Heç mənim efirlərə qayıtmağımı istəmirlər. Mən yüksək professional musiqiçiyəm, cazmenəm, pianoçuyam. O müğənnilər sadəcə 1-2 mahnı oxuya bilirlər. Ona görə də deyirlər ki, Cavan efirlərə çıxmasın, lazım deyil. Mənə paxıllıq edirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Cavan Zeynallı deyib.

“Bir neçə il bundan əvvəl ölüm xəbərimi yaymışdılar. Mənim də heç nədən xəbərim yoxdur, evdə yatırmışam. Bilirəm ki, bütün bunları edənlər paxıl insanlardır. Hamı Röya xanıma zəng edib soruşurdu ki, “Cavana birdən-birə nə oldu ki, rəhmətə getdi?”. Röya xanım da o anda yolda olub, tez mənə zəng edib, hal-əhval tutdu. Bir dəfə də şəkilimi qara çərçivəyə saldırıb, paylaşmışdılar. Bu artıq mənə sataşmaqdır. Bütün bunlar mənim uzun ömürlü olmağıma işarədir. İnşallah” deyə sənətkar bildirib.

Xalq artisti həyat yoldaşının ölümündən də danışıb.

“Yazırlar ki, “Cavan Zeynallının həyat yoldaşı rəhmətə getdi”. Başlıqlar yazıb, olanı da şişirdirlər! Nə oldu?! 27 il birlikdə yaşamışıq. Heç vaxt aramızda inciklik falan olmayıb. Elə mahnılarım var ki, sözlərini Röya xanım yazıb. O mahnıları yoldaşım üçün səsləndirirəm. Artıq özümə gəlirəm. Həyatdır, nə deyəsən? Belə oldu! Evlilik üzüyümü hələ də barmağımdan çıxarmamışam. O üzük ölənə qədər barmağımda qalacaq. Cavanlıq illərimdən tək yaşamışam, indi də mənə tək yaşamaq çətin deyil. Həyat yoldaşım sən demə vəsiyyət edibmiş ki, mənə nəsə olsa Qusarda dəfn edin. Mənim onun bu vəsiyyətindən xəbərim olmayıb. Elə də oldu! Onu Qusarda dəfn etdik. Həyatsevər xanım idi. Allah bizə övlad verməsə də, biz xoşbəxt illər keçirdik” deyə sənətkar bildirib.

“Kiməsə vəsiyyət etmisiniz?” sualına sənətkar belə cavab verib.

“Heç kimə vəsiyyət etməmişəm. Hələ ölməyi düşünmürəm. Mən 150 il yaşayacam. Mən bunu bilirəm. Siz hamınız dünyadan köçəcəksiniz, amma mən yaşayacam. Mən özümə çox yaxşı baxıram” deyə xalq artisti bildirib.

Cavan Zeynallı pedaqoji fəaliyyətlə məşğul olduğu Mədəniyyət və İncəsənət universitetindən çıxdığını da bildirib.

“Orada vəziyyət çox pisdir. Ona görə də universitetdən çıxmışam. Musiqiyə fikir vermirlər. Musiqi heç kimə lazım deyil” deyə sənətkar bildirib.

Ardını oxu...
“37 ildir ki, pedaqoji fəaliyyətlə məşğul oluram. Hər 4 ildən bir, hər sinifdən bir-iki qazancım olur. Müəllim olaraq mənim borcum ondan ibarət olur ki, tələbənin istedadını üzə çıxarım. Bəzi tələbələrin öz istedadlarından xəbərləri belə olmur. Sən çox adi bir işi görürsən. Onları bir az özlərinə tanıdırsan, onlar da sonradan öz işləri ilə məşğul olurlar. Sən əgər müəllimsənsə, bu sənin ilk vəzifəndir, işindir. Bəzən deyirlər ki, “istedad Allah vergisidir, məndə fitri istedad var”. Mən bu cür insanlardan uzaq dururam. Onların heç müəllimlərə belə ehtiyacı yoxdur. İstedad zəhmətdir, təhsildir. İnsan təhsilsiz heç bir iş görə bilməz. Hər şeyin başlanğıcında istedad dayanır. Bu sahədəki insanların çoxu elə bilir ki, onlarda hər istedad var, təhsil lazım deyil. Əgər kimsə bu gün hər şeyi bildiyini düşünürsə, o dünyadan da gedə bilər. Çünki hər şeyi bilir axı. Bu baxımdan mən hələ özüm də tələbəyəm, öyrənirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Vidadi Həsənov deyib.

Xalq artisti bildirib ki, ilk çəkildiyi “Bəyin oğurlanması” filmi olub. Aktyoru 18 il filmə çəkməyiblər.

“4-cü kursda oxuyurduq. 1984-cü il idi. “Bəyin oğurlanması” filminə dəvət aldıq. Filmi ilk Tofiq İsmayılov çəkməli idi. O həm də bizə dərs deyirdi. Məni və Fizuli Hüseynovu dəvət etmişdi, biz bir sinifdə oxuyurduq. Sonralar bizə bəlli olmayan səbəblərdən filmi Ceyhun Mirzəyev və Vaqif Mustafayev çəkdi. Onlar ssenariyə bir az dəyişiklik etdilər, amma bizi də filmdə saxladılar. O dövrdə filmə çəkiləndə heç kinonun nə olduğunu bilmirdim. Adi tələbə idim, ilk dəfə idi ki, çəkiliş meydançasına gəlirdim. Mənim üçün kino onda qaranlıq bir sahə idi. Nə deyirdilər onu da edirdim. Aktyorun ilk növbədə görəcəyi iş rejissorun dediklərinə əməl etməkdir. Bu filmdən sonra elə oldu ki, bir ildə iki filmə çəkildim. 1986-cı ildən kino ilə bağlı yaradıcılığım dayandı. Bir də 18 ildən sonra məni filmə çəkməyə başladılar. Mühit şərtləri dəyişdi, 1990-cı illər başladı. Elə bir zaman idi ki, incəsənət adamları yaxşı bir çıxış yolu tapa bilmirdilər. Yaxşı bir ssenari tapanda da, pul olmurdu. 2000-cı illərə qədər heç bir filmə çəkilmədim. Sonra Ramiz Əzizbəyli məni “Yalan” filminə dəvət etdi. Məni öncə çoban rollarından birinə çağırmışdı. Ssenarini oxuyanda ondan xahiş etdim ki, məni də əsas rollardan birinə çağır. Bunu özüm təkid etdim. Yaxşı ki, təkid etmişəm. Baş rolda çəkildim. O filmlə hər şey dəyişdi, mütəmaddi olaraq filmlərə çəkildim” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, yaxşı film çəkmək üçün öncə yaxşı maddiyat olmalıdır.

“Zəncirin biri qırılanda sonra 20 il lazım olur ki, o zəncir bərpa olunsun. Burada bir az ehtiyyatlı olmaq lazımdır. Bu mənəviyyat məsələsidir, bu incə sənətdir. Son 10 ildə Azərbaycan kinosu bir neçə film istehsal edib. Hollivudda isə bir ildə min film çəkilir. Bizim çəkdiyimiz 5-6 filmdən yarısı festivallarda mükafatlar qazanır. Rüfət Həsənovun “Daxildəki ada” filmində mən də çəkilmişəm. Bu film minimal büdcəyə çəkilib, amma getdi “ən yaxşı rejissor işi” mükafatını aldı. Kino pul tələb edən sahədir. Kino komanda işidir. Tək adamla düzəlmir. Bir çəkiliş meydançasına 40-dan çox adam gəlir. Yaxşı maddiyat olmalıdır ki, sabah bu rejissor da kimdənsə nəsə tələb edə bilsin. Ona 150 manat maaş verib, ondan nə istəyə biləcəksən? Utandığından heç söz də deyə bilməyəcəksən. Çox vaxt özü də gedib ona kömək edir. Elə festivallar var ki, filmin büdcəsinə baxılır” deyə sənətkar bildirib.

Vidadi Həsənov bildirib ki, son illər mənfi rollar oynayır.

“Kinoda müxtəlif rollar oynamışam, təkcə qəddar rollar oynamamışam. Son illərdə seriallarda daha çox mənfi rollarla çıxış edirəm. Aktyorun birinci işi bacarmaqdır. Mənə nə rol təklif olunursa, çalışıram ki, onu bacarım. Çünki hər yeni işi, yenidən başlayırsan. Əvvəlki təcrübələrin, öyrəndiklərin sadəcə əlində əlbəsələrə çevrilir. Amma sən heç nədən yeni bir insanı düzəldirsən” deyə xalq artisti bildirib.
Ardını oxu...
Teref.az Kulis.az-a istinadən yazıçı Fərman Kərimzadə haqqında 10 maraqlı faktı təqdim edir.

Yazıçı 1937-ci ildə Qərbi Azərbaycanda dünyaya göz açıb və 12 yaşında olanda ailəsi deportasiya olunub.

***

Qaçqınçılıq dövrü çox ağır günlər yaşayıb. Hətta bir dəfə özü deyirmiş ki, Bakıya ayağında qaloş piyada gedib.

Həyat yoldaşı Xalidə xanımı universitetdə oxuduğu dönəmlərdə görüb və onu sevib. Lakin Xalidənin ailəsi Fərman Kərimzadənin kasıb olduğu üçün qızlarını ona vermək istəməyiblər. İmkanlı ailə olan Xalidənin ailəsi bəhanə gətirib ki, qızları hələ uşaqdır, yemək də bişirə bilmir. Şair Məmməd Aslan, Fərman Kərimzadənin yaxın dostu kimi bu məsələni həll edəcəyini, ailənin “hə”sini alacağını söyləyib. Ancaq elçiləri qovurlar. Çarəsiz qalan Fərman Kərimzadə qızı qaçırmağa məcbur olur.

***

Fərman Kərimzadənin öz ailəsindən başqa bir ailəsi də varmış. O qadından yazıçının bir qızı dünyaya gəlib. Yazıçı, Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə o anları belə xatırlayır: “Atam bir müddət, hardasa il yarım anamdan ayrılıb, başqa qadınla yaşayıb, sonra geri qayıdıb. Bu mənim uşaqlıq yaddaşımda travma kimi qalıb”. Yazıçı geri qayıdandan sonra Xalidə xanım onu bağışlayıb.

***

“Axırıncı aşırım” filmi onun “Qarlı aşırım” romanının əsasında çəkilib. Bu film ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Onu öldürmək istəyiblər. Qızı, yazıçı Yeganə Kərimzadə müsahibələrinin birində bu haqda danışır: “Bir dəfə bibimgilə getmişdim. Bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo, həqiqətən, elə adam olub. Nənəmdən də eşitmişəm. Qəmlonu qadınlar yabayla öldürüblər. Kişilər güllə vurub, görüblər ölmür, özünü samanlığa vurur, qadınlar yabayla düşüblər üstünə. Amma erməniyə qarşı döyüşüb. Bizim babamızla bir yerdə vuruşublar. Mərdlikləri də varmış”.

Onun başqa əsərləri də buna bənzər tale yaşayıb. Nəsrəddin Tusi, Andranik haqqında əsərlərini yazıb bitirəndən sonra əlyazmalar yaşadığı evdən yoxa çıxıb. Oğurluq tarixçəsi haqqında qızı mətbuata danışıb. Onun dediyinə görə, gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb. Bundan başqa, Yuqoslaviya müharibəsi ilə bağlı daha bir romanı 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib.

***

Deyilənə görə, hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.

Bir dəfə uşaqları ilə doğulduğu Vediyə gedib. 1986-cı ildə. Uşaqlara dağları göstərib və deyib: “Ölüb qalmaq istəyirəm burda”. Və ondan sonra “Apardı sellər Saranı” mahnısını oxuyub.

***

1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə ürəyi dözə bilməyib və özündən gedib. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib.

10. Onun ölümü də müəmmalı olub. Qızının dediyinə görə, atasını KQB öldürüb. Sap-sağlam adam idi. Məncə, onu KQB öldürdü. Son hadisələrdə çox fəal idi. Anama da demişdi ki, məni izləyirlər, tutulsam, bilin ki bunlar edib. Hətta bir dəfə çağırıb nəsə təklif də eləmişdilər, təbii ki, qəbul eləməmişdi. O, azad adam idi. Bu hadisələrlə bağlı Moskvaya getmişdi, ordan gəldi, heç evə dəymədən Tərtərə yollandı. O vaxt adamlar köçürülürdü Ermənistandan. Kəlbəcərə gedib, sonra bir də Tərtərə qayıdıb. Orda iflic olmuşdu. Amma mən buna inanmıram. Daha doğrusu içimdə ciddi şübhələr var”.

Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Bizim teatrı idarə etmək asan deyil. İlk növbədə problemləri bilmək lazımdır. Teatra yad adamın gəlməsini istəmirəm. Ona görə də təklif edirəm ki, Akademik Milli Dram Teatrının direktoru Nurəddin Mehdixanlı olsun”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Onun sözlərinə görə, Nurəddin Mehdixanlı teatrın bilicisidir, istetdadlı aktyordur, vətənpərvərdir, eyni zamanda dövlət tərəfindən sayılıb-seçilir:
“Azərpaşa Nemətov dünyasını dəyişib, teatr başsız qalıb. Baxırıq, görürük ki, canfəşanlıq edənlər çoxalıb. Çox adam istəyir ki, teatra rəhbər gəlsin. Lakin bu, mümkün deyil. Vaxtilə, “Azdrama”da təsadüfü adamlar direktor olub. Onlar teatrı söküb-dağıdıblar. Teatra elə adam gəlməlidir ki, buranı göz-bəbəyi kimi qorusun, kollektivi düşünsün, eyni zamanda tamaşa qoymaq üçün seçmə rejissorlar dəvət eləsin. “Azdrama”da bir rejissor ola bilməz. Bu teatrda həmişə Baş rejissordan əlavə 4-5 rejissor olub. Rejissorlar arasında rəqabət olmalıdır. Teatrda Bədii Şura da olmalıdır”.

“Bəs, niyə seçiminiz Nurəddin Mehdixanlıdır” sualının cavabında Əli Nur bildirib ki, Nurəddin Mehdixanlı teatr strukturunu gözəl bilir:
“Teatrın ağrılı yerlərinin hamısını Nurəddin Mehdixanlı bilir. Məsələn, teatra kimləri cəlb eləmək, teatrı dünyaya necə çıxartmaq, qastrollara getmək və s. bu kimi modeli Nurəddin müəkəmməl bilir. Bu, mənim təklifimdir, amma son söz dövlətimizin və onun başçısınındır. Teatrda direktorla yanaşı, bədii rəhbər də lazımdır. Bizim məqsədimiz odur ki, teatrın direktoru, Baş rejissoru, rejissor heyəti olsun. Bilirəm ki, bu teatrın başına gələn bütün faciələrdə Nurəddin sinəsini qabağa verib, teatrın adını qoruyub. Başqaları hamısı susub. İnsan isə susubsa, deməli, şər qüvvələrə xidmət edib. Nurəddin isə heç vaxt susmayıb, teatrın bütün problemlərində öndə olub”.
Əli Nurun fikirincə, Nurəddin Mehdixanlıdan sonra “Azdrama”ın rəhbəri kimi Xalq artisti Bəsti Cəfərovanı görür:
“Döyüşkən aktrisadır, teatrı sevir, nüfuzu böyükdür. Bəsti xanım bu işlərin öhdəsindən uğurla gələ bilər”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının direktoru Xalq artisti Azərpaşa Nemətov idi. O, bu vəzifəyə 1996-cı ildə seçilib. Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib.
Ardını oxu...

“Qızım Ülkər üçün çox darıxıram. Son illər bu darıxmaq daha da çoxalıb. Yayın gəlişini ona görə səbirsizliklə gözləyirəm ki, Ülkərin yanına gedəcəyəm. Hər yay gedib 1 ay onun yanında qalıram. Antalyada yaşayır. Dənizə yaxın ərazidədir. Dənizdən çıxmırıq, günümüz suyun içində keçir. Sənət adamına mütləq şəkildə istirahət lazımdır. Vaxt tapan kimi bölgələrimizə də gedirəm. Sənətə yeni başlayanda Türkiyədə, Almaniyada qalmaq şanslarım olub, amma ölkəmi heç vaxt tərk edib getməmişəm. Özümü Bakısız təsəvvür etmirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

Sənətçi atdığı çəkilərdən də danışıb.

“Bu mənim özüməm. Əslində o sonrakı çəkini özüm qazanmışdım. Çəki problemi ən qorxduğum idi. İnsan nədən qorxursa, həmişə başına o gəlir. Gərək qorxmayasan. Pandemiyada başıma gəlməyən qalmadı. Xəstələndim, ölümdən döndüm. 19 gün reanimasiyada qaldım. Qolum sındı, atam rəhmətə getdi, ondan sonra başqa-başqa problemlər meydana gəldi. Dedim ki, “ay Allah, daha başıma heç nə gətirmə”. Ona görə də həm iynələr məni şişirtdi, həm də həkim dedi ki, “birdən pəhriz saxlayarsan, saxlama, ye”. Pəhriz da saxlamadım, qolum sındığına görə yürüyüş də edə bilmədim. 55 kilodan 107 kiloqrama qədər çatmışdım. Dəfələrlə mən 30-35 kiloqram arıqlamışam. Bunun üçün normal həyat tərzi lazımdır. Bəzən saytlar yazır ki, “Mətanət İsgəndərli depressiya yaşayır”. Depressiya sözündən heç xoşum gəlmir. Stress keçirirəm, amma depressiyaya düşmürəm. Stress keçirəndə çox yeyirdim. Yeyəndə də xoşbəxt olurdum. İndi normal yeyirəm. İndi gecə mütləq yemək yeyirəm. Xoşlayıram ki, hamı yatsın, gecə saat 2-də soyuducunu açıb, görüm ki, nə var? Yeyəndən sonra da deyirəm ki, vay, bədbəxt etdim özümü (gülür) deyə sənətçi bildirib.

Əməkdar artist Zeynəb Xanlarovanın ona dəstəyindən də danışıb.

“Zeynəb Xanlarovanın repertuarından “Necə-necə” mahnısını yeni aranjmanda təqdim etdim. Sevə-sevə həmişə onun ifasında bu mahnını bəyənmişəm. Mənə elə gəlir ki, bu mahnıda çox qəribə bir ruh var. Bu mahnıya qulaq asanda insanın ruhu qaynayır, həyat eşqi çoxalır. Bütün mahnıları elədir. Zeynəb Xanlarova mən Moskvada xəstəxanada yatanda zəng vurmuşdu. Xəstəlikdən ayılandan sonra oğlum dedi ki, Zeynəb Xanlarova zəng etmişdi. Təsəvvür edin ki, zəng edib məni həkimlərə tapşırıb. Sənətə gələndə mənə dəstək olan insanlardan birincisi elə Zeynəb xanım olub. Yadımdadır, ilk konsertimə böyük bir gül çələngi göndərmişdi. Ulu öndərimiz Heydər Əliyev də mənə çox dəstək olub. Çox xoşbəxt insanlardanam ki, bu cür şəxsiyyətlərdən dəstək görmüşəm” deyə sənətkar bildirib.
Ardını oxu...
Cozef Bayden müğənni və aktrisa Ledi Qaqanı Mədəniyyət və İncəsənət üzrə Prezident Komitəsinin həmsədri təyin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ liderinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Vurğulanır ki, Ledi Qaqa (əsl adı Stefani Coann Ancelina Cermanotta) 13-cü “Qremmi” mükafatının sahibidir və tarixdə kommersiya baxımından ən uğurlu ifaçılardan biridir. Daha əvvəl “Time” jurnalı onun adını dünyanın 100 ən nüfuzlu adamının siyahısına daxil edib. Qeyd edilir ki, müğənni xeyriyyəçilik fəaliyyətində və bəzi ictimai kampaniyalarda fəal iştirak edir

1982-ci ildə yaradılmış Komitə ABŞ Prezidentinə və hökumət rəsmilərinə mədəniyyət siyasəti ilə bağlı tövsiyələr verir. Bayden Komitəyə, həmçinin Bryus Koeni həmsədr təyin edib.

Ledi Qaqa Baydenin seçki kampaniyası çərçivəsində tədbirlərdə fəal iştirak edib. 2021-ci ilin yanvarında o, Baydenin andiçmə mərasimində ABŞ Himnini ifa edib.
Ardını oxu...
“Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır. Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi?!”.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

N.Kazımov mükafat və fəxri adların yaşa görə verilməməli olduğuna bir daha diqqət çəkib: “Adlar sənətdəki xidmətlərə görə olmalıdır. İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir. Bu necə olur?! 95 yaşı olan Gənc Tamaşaçılar Teatrı və 92 yaşı olan Kukla teatrının Akademik statusu yoxdur. Axı niyə?! Bəyəm həmin teatrlarda işləyənlər daha az əziyyət çəkir və az tamaşa oynayır?! Bu, birbaşa teatr işçilərinin dolanışığı ilə bağlı olan məsələdir. Bu səbəbdən nəzərə almağınızı xahiş edirəm”.
 
Ardını oxu...
Tokharlar Hint-Avrupa dili konuşuyorlardı. Eski Yunan kaynaklarında MÖ 2. yüzyıldan itibaren Baktriya'da yaşayan Tókharoi (Latin Tochari ) olarak bilinen bu halka bilim adamları Tokhar adı verildi. Kendilerini Agni (Bugünkü KARAŞAR yani Karaşehirin eski adı) olarak adlandırmışlardır. Çin kaynaklarında Yanqi olarak adlandırılır. Oğuzların başkentinin YANGI olduğu unutulmamalıdır. Agni Hint Ateş ve Savaş Tanrısıdır. Türkçe Yangi ya da Yangı kelimesinin kökeninde de (Türkçe Yangın Yanık Yan) Ateş unsuru vardır.
Hint Sanksritçe metinlerinde Kuči yani KUÇA ve Krorän yani LOLAN veya Agniya , Kuchiya şeklinde adlandırılırlar. Türk dillerinde Kucha, Kuchar ve Kuché'nin geç antik dönemden kalma Hint kaynaklarında Kuşhan'a karşılık geldiği açıktır. Hint yazılı kaynaklarında Kuşhanlar Turuşka yani Türk olarak tanımlanır.
Ardını oxu...
Tarım havzası bir çok ırktan insanın karışım yeriydi. Burada bulunan mumyalar üzerinde yapılan araştırmalar bu insanların Kafkasoid Mongoloid ve Europoid olduğunu göstermiştir. Türkler TURAN olarak tanımlanır ve Turanlılar bu 3 ırkın karışımıdır.
Tokharlar Çinli yazarlar tarafından Wusun ve Yuezhi olarak bilinen halkların atalarıydı. Wusunlar Göktürklerin Kağan sülalesini oluşturdu. Bir kısım Tokharlar Türkçeden ödünç aldıkları Kün Ana (Kom) adını verdikleri Güneş Tanrıçasına tapmışlardır. Bunun yanı sıra Yer ve Ay Tanrısı da inançlarında yer almıştır.
Ardını oxu...
Günümüz bilim adamları Toharların Ak Hunların soyundan geldiklerini kabul eder. Akhunlar tarafından yönetilen bölgeler genişledikçe, Akhunların karakteristik kıyafetleri ve saç stilleri ile sanatı, Tarim Havzası'ndaki Kucha gibi yönettikleri bölgelerde de kullanılmaya başlandı. Özellikle Kızıl Mağaralarındaki kısa saçlı kendilerine özgü beyler Türklerin ataları olarak kabul edilmektedir.
Üçgen Yakalı Kaftanları, Üç Hilalli Taçları, Kanatlı Taçları ve benzersiz saç modelleri de Türk özelliğidir.. Diğer bir işaret ise, bir Eftalit yeniliği gibi görünen ve onlar tarafından kontrol ettikleri bölgelerde tanıtılan kılıçlar için iki noktalı süspansiyon sistemidir. Kucha bölgesinden resimler , özellikle de Kızıl Mağaralardaki kılıçlılar , MS 480-550 dolaylarında bölgedeki Akhalit egemenliği sırasında yapılmıştır
Toharların yaşadığı bu bölge sonra Göktürkler tarafından fethedilmiştir..
Ardını oxu...
Uygur Budist fresklerde Kızıl Mağaralarda Kral , Kraliçe ve genç Prens'ten oluşan Kraliyet ailelerinin portreleri görülür. Görünüşleri açık tenli, mavi gözlü, sarı veya kırmızımsı saçlıdır. Onlara Kılıç Ustaları adı verilir. Büyük yakalı kaftanları kemerleri ve kemerlerinden sarkan kılıçları dikkat çeker. Bunlar Hun-Türk giyim özelliğidir. Ellerinde Türk ikonografisine uygun Hayat Çiçeği ve Kadeh tutarlar.
Nuray Bilgili
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti