Ardını oxu...
“Forsaj 10” filmi açılış həftəsonunda dünya üzrə 319 milyon dollar qazanıb.

Toplanan məbləğin 67,5 milyon dolları ABŞ və Kanada, 251,4 milyon dolları isə Çin də daxil olmaqla beynəlxalq ərazilərdən əldə olunub.

Bu, filmin 8-ci (532 milyon dollar) və 7-ci (397,6 milyon dollar) hissələrindən sonra françayzinq tarixində üçüncü ən yaxşı debütdür.

Filmin süjeti Dominik Toretto (Vin Dizel) və onun yarışçı ailəsinin hekayəsini davam etdirir. Bu dəfə qəhrəmanlar narkobaron Dantenin yaramaz oğlu (Ceysin Momoa) ilə qarşılaşırlar.
Filmdə həmçinin Mişel Rodriqes, Bri Larson, Şarliz Teron, Con Cena, Helen Mirren, Dueyn Conson və Qal Qadot çəkilib. Ekran əsərinin rejissoru Luis Leteryedir.

Mənbə: gazeta.ru
Ardını oxu...
“44 illik teatr, bir az ondan az kino təcrübəm mənə bunu deyib: bizdə həmişə yaxşı ssenari yazanlar olub. Yaxşı rejissorlar, yaxşı aktyorlar da həmçinin... Sadəcə pulumuz az olub”.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında rejissor, aktyor, ssenari müəllifi, xalq artisti Vidadi Həsənov deyib.

O qeyd edib ki, Azərbaycan filmləri son illər bir çox festivallarda uğur qazanır:

“Kim deyir ki, yaxşı ssenari yazanlarımız yoxdur, onlara inanmayın. Azərbaycan filmi yoxdur deyənlərə də inanmayın. Azərbaycan gəncləri son festivallarda çox uğurlar qazanıblar. Bəyəm onlar bizimkilər deyil? Bizimkilərdir, onların uğuru da bizim, Azərbaycan kinosunun uğurudur”.
 

Ardını oxu...
Jurnalist Ülviyyə Alovlu Binəqədi Rayon Məhkəməsinin onu axtarışa verməsi ilə bağlı qərarına reaksiya göstərib.

DİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Ülviyyə Alovlu İnstaqramda video paylaşaraq bu sözləri deyib:

“Sabah Murad Arifin ilk solo konsertidir, ora getməyə hazırlaşıram. Heç kim məni axtarmır. 2022-ci ilin xəbərlərini gündəmə gətirməyə çalışır. Amma özündən başqa hamı gündəmdə oldu. Mənim də gündəmdə qalmağıma səbəb oldu. 2022-ci ilin sənədini 2023-cü il kimi qələmə verdi.

Mən burdayam, bundan sonra getdiyim hər yeri sosial şəbəkədə işarələyəcəm. Sabah Heydər Əliyev Sarayında olacam, kimsə axtarırsa gəlsin aparsın. Hakim Abbas Rzayevə yazıram, o mənə deyir ki, belə bir şey yoxdur”.

Qeyd edək ki, xalq artisti Flora Kərimova Ülviyyə Muradovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.
Ardını oxu...
Bakının İçərişəhər ərazisində ucaldılan “Dəmir Yumruq” abidəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Demokrat.az xəbər verir ki, bir çox tanınmış şəxslər həmin abidəni tənqid ediblər.

Bəzi sosial şəbəkə istifadəçiləri isə sözügedən abidəyə görə, İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayevi qınayıblar.

Xatırladaq ki, bu ilin martında Gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayev “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri təyin edilib.
Ardını oxu...
 

Ardını oxu...
“Bir müddətdir ki, xəstə yatağındayam. Yaş artıq öz işini görür. Nə qədər yaşamaq olar? Bütün xəstəliklərim bir-birinə qatışıb. 3-4 aydır ki, yorğan-döşəkdəyəm. Televiziyaya da gedə bilmirəm. Böyrəklər bir az əziyyət verir, ürəyim bir az. Allah bilən məsləhətdir, nə vaxt məni bu dünyadan aparsa, o vaxt da gedəcəyəm. Bunu Allah bilir. Ölüm haqdır. Ən vacibi odur ki, bu dünyada ölüm var. İnsan xəstə olub, əziyyət çəkir, bax bu pisdir. Yaradıcı adam üçün xəstə yatmaq pisdir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib.

“Azərbaycanda yeganə xalq artisti tarzən qadınam. Mədəniyyətimizin inkişafı üçün çox əziyyətlər çəkmişəm. İndi işləməyə nə var ki? Televiziyalarda yollar açıqdır, cah-cəlallıq var. Biz bunları zülmlərlə qazanmışıq. İndi hər şey var, amma sənət yoxdur. Əsl sənət haqda danışanlar da yorulub. Sənətdən danışan da yoxdur. Bu məni çox narahat edir. Müğənnilərə baxıram, aparıcılar onları elə təqdim edir ki, deyirəm ki, bunlardan yəqin yoxdur. Onların nə vurğu işarələri, nə diksiyaları, nə də ki, danışıqları gözəldir. Müğənninin aylarla, illərlə üzərində işləyirdim. Mən onlara başa salırdım ki, filan mahnını oxusanız, daha yaxşı olar. Hər müğənninin səsinə, zövqünə görə mahnını onlara verirdim” deyə sənətkar deyib.

Xalq artisti bildirib ki, “Lalə” qızlar ansamblına xanımları seçərək götürüb.

“Vaxtilə ansambla maneçilik törədən çox xalq artistləri olub. Allah rəhmət etsin, başda elə Əhməd Bakıxanov idi. Bilirsiniz niyə? Bizim ansamblımız üzə çıxan kimi onların səviyyəsi aşağı düşdü. Deyirdilər ki, bu ansambla ehtiyac yoxdur. 7-8 nəfər var ki, onlar daim mənimlədir. O qədər sadiq olmayanlar oldu ki. İndi bəziləri efirə çıxır, heç “Lalə” qızların adını çəkmir. Naxələfdirlər də. Buradan fəxri adlar alıb, konsertlər veriblər. Müğənni tayfasının 90 faizi sədaqətsiz insanlardır. Bu onlarda adətdir. Mən hər xanımı, qızları ansambla götürməmişəm. Yolunu azanlar olub ki, onları bu başdan yola salmışam. Görmüşəm ki, bu qız mənə layiq deyil. Balıq başından iylənər. Mən özüm əgər möhkəm, ciddi durmasaydım onlar üstündə, yollarını azardılar. İlk növbədə məni müğənninin əxlaqı maraqlandırır. Bir ana 3 qızını saxlaya bilmir, gör nə qədər xanımlar mənim ansamblımdan gəlib-gedib. Xalq artisti Nəsibə Zeynalovanın xahişi ilə ansamblıma bir müğənni götürdüm. Şəkiyə qastrol səfərinə getmişdik. Gördüm ki, həmin qız yoxdur. Qız gəldi, əlində bir çörək, bir dənə də kolbasa. Məndən icazəsiz getmişdi. Hələ indiyə qədər heç bir qız məndən icazəsiz harasa getməyib. Ona dedim ki, yığış, yol pulunu da verirəm, get Bakıya. Yalvardılar ki, cavandır, bilməyib. Onu Bakıya göndərmədim. Bakıya çatan kimi o qızı ansamblımdan çıxardım” deyə sənətkar bildirib.
Ardını oxu...
Hollivud aktyoru Conni Depp 76-cı Kann Film Festivalında göz yaşlarını saxlaya bilməyib.

Belə ki, “Jeanne du Barry” (“Janna Dübarri”) filminin təqdimatından sonra aktyor yeddi dəqiqə ərzində sürəkli alqışlanıb.

Mediada fransız tamaşaçılarının ümumiyyətlə Conni Deppi çox səmimi qarşıladıqları vurğulanıb.
Qeyd edək ki, film Fransa kralı XV Lüdovik və onun Versal sarayına gətirdiyi rəsmi məşuqəsi Janna Dübarrinin münasibətlərindən bəhs edir.

Mənbə: NEWS.ru
 
Ardını oxu...
Operatorun Hollivud ulduzu Alek Bolduin tərəfindən təsadüfən güllələndiyi “Pas” (“Rust”) filminin çəkilişləri faciədən 18 ay sonra başa çatıb.

Bu barədə amerikalı aktyorun özü elan edib.

65 yaşlı aktyor obrazının saqqalsız fotosunu “Tanrım, bu saqqalı qırxmaq necə gözəl idi” cümlələri ilə yayımlayıb. O, həmçinin 13 yaşlı həmkarı Patrik Skott Makdermott ilə çəkdirdiyi şəkli də paylaşıb.

“Bu gənclə “Pas” filminin çəkilişlərinin son günü. Çox istedadlı və parlaq gələcəyi olan aktyor”, - deyə Bolduin şəkli şərh edib.

Xatırladaq ki, 2021-ci ildə “Western”in çəkiliş meydançasında Bolduin təsadüfən atışa hazır olan silahdan atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb.
Fevralın əvvəlində Nyu-Meksiko Ştat Prokurorluğu aktyoru Hatçinsi qəsdən öldürmədə ittiham edib. Günahı sübuta yetirilərsə, onu 18 aya qədər həbs cəzası gözlədiyi bildirilib. Aktyor özünü təqsirli bilməyib. Aprel ayında prokurorlar Bolduinə qarşı qətl ittihamlarını ləğv ediblər. Bu müddət ərzində çəkilişlər dayandırılıb və aprelin 20-dən Montanada davam etdirilib.
Ardını oxu...
Ardını oxu...
Mənbə: TASS
 
Ardını oxu...
“Bu şəhərdə” komandasının Heydər Əliyev sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial şəbəkələrində müzakirəyə çıxarılıb.

Kult.az xəbər verir ki, "Milyonçu şouda iranlı nazir" başlığı ilə Yutub platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb.

Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu yumorla göstərilib.

İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, Müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib.

“Tehran mediası səhnəcikdəki dialoqu “tarixin saxtalaşdırılması” adlandıraraq, tamaşaçılara yalan informasiyanın çatdırılmasında aktyorları günahlandırır.

Həmçinin, sonda Rafael İsgəndərovun “O taylı-Bu taylı azərbaycanlılar” xitabı ilə güneyli şair Səhəndin “Arazı ayırdılar” şeirini səsləndirməsi isə Quzey sənətçilərinin Xordad qiyamı ərəfəsində Güneylə həmrəylik göstərməsi kimi qarşılanıb.

 
 
 
Ardını oxu...
Reper “A$AP Rocky” özünün “Instagram” hesabından sevgilisi Rihanna və kiçik oğlu ilə nadir ailə fotolarını paylaşıb.

Oxu.Az-ın məlumatına görə, kadrlar cütlüyün ilk övladının bir yaşının tamam olması münasibətilə yayımlanıb.

Reper silsilə fotolarına “Birinci ad günün mübarək RZA” şərhini yazıb.


Xatırladaq ki, bir il əvvəl Rihanna və “A$AP Rocky” ilk dəfə valideyn olublar. Cütlük hazırda ikinci övladlarını gözləyir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Üstünlüyü olduğu qədər dezavantajları da olur. Gözəllik standartlarına uyğun gəlmirəm. Qəliblənmiş bir gözəllik anlayışı var və ona uyğun gəlmədiyim nöqtələrdə bəzi işlərin əlimdən qaçmasına səbəb olur.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Selin Şekerci "ReTouch" jurnalının suallarına cavab verərkən deyib. "Kanal D"də yayımlanan "Kraliça" serialında rol alan aktrisa "Kraliça olmaq istəmisiniz" sualına da cavab verib.

"Heç vaxt belə hekayələrin içində olmaq istəməzdim. Baxanda da, oxuyanda da özümü başqa bir personaj kimi təsəvvür edirdim. Həmişə ən çox "Pocahontasa" (cizgi film qəhrəmanı) paxıllıq edərdim. Çünki o, xalqını müdafiə edən güclü şahzadədir", - ulduz qeyd edib.

Aktrisa uzun müddətdir ki, terapiya və meditasiya ilə məşğul olduğunu da açıqlayıb. O, həmçinin hisslərini göstərməyi sevdiyini də dilə gətirib.

Dünyapress TV

Xəbər lenti