Ardını oxu...
"Terminator" filmindəki məşhur "mən qayıdacağam" ifadəsi bu gün reallığa çevrilib.

Teleqraf.com xəbər verir ki, Bu həftə Los-Ancelesdə keçirilən “Arnold Şvarzeneggerlə axşam” tədbirində danışan 75 yaşlı aktyor "Terminator" filmlərində nəzərdə tutulan süni intellekt dünyasının “gerçəkliyə çevrildiyini” deyib.

“Bu gün hamı bunun nəyə gətirib çıxaracağından qorxur” deyən Arnold Şvarzenegger serial rejissoru Ceyms Kemeronu "qeyri-adi" ssenarisinə görə tərifləyib və qeyd edib ki, film 1984-cü ildə debüt edəndə onlar süni intellektin "sadəcə səthini cızırdılar".

"Bu, artıq onilliklərdir ki, bir reallıqdır. Bu, artıq elmi fantastika və ya futuristik deyil. Bu, reallıqdır”, deyə aktyor bildirib.

Elmi fantastika hit olan “Terminator” filmində Şvartsenegger, aktrisa Linda Hamiltonun canlandırdığı Sara Konnoru öldürmək üçün gələcəkdən göndərilən kiborqu canlandırıb.
 
Ardını oxu...
Rus yazıçısı Fyodr Dostoyevskinin Almaniyanın Baden-Baden şəhərində qoyulan və qumarda uduzmasını təsvir edən heykəli.
Dostoyevski ifrat qumarbaz idi. O, Almaniyanın bir neçə kurort şəhərlərindəki qumarxanalarda dəfələrlə son qəpiyinə qədər uduzmuşdu.
Fyodr Mixayloviç ilk dəfə 1862-ci ildə xaricə səfər edir və Baden-Badenə gəlir. O, burada rulet oyununa aludə olur və əlindəki bütün pullarını uduzur.
Növbəti ildə yazıçı Visbadendə olur və burada nəinki özünün, hətta onu müşayiət edən Apollinariya Suslova adlı qadının da bütün pullarını ruletdə qoyur. Eyni şey 1865-ci ildə də baş verir və Dostoyevski maddi cəhətdən olduqca çətin vəziyyətə düşür.
Bu zaman Rusiyada Fyodr Stellovski adlı bir naşir vardı. O, qumarbaz yazıçıların, şairlərin, rəssamların, bəstəkarların çətin vəziyyətindən sui-istifadə edir və onlara istismarçı müqavilələr təklif edirdi.
Stellovski Dostoyevskinin borclarını ödəməyi öhdəsinə götürür, əvəzində Fyodr Mixayloviç 1866-cı il noyabrın 1-ə kimi ona yeni romanını təhvil verməli idi. Yazıçı müqavilənin şərtlərini yerinə yetirməyəcəyi halda Stellovski onun yazdığı və yazacağı bütün əsərləri növbəti 9 il ərzində müəllifə qəpik də ödəmədən çap edib satmaq hüququna malik idi.
Müqavilənin nə vaxt imzalanması, Dostoyevskinin öhdəsində nə qədər vaxt olması barədə müxtəlif versiyalar səsləndirilir. Amma birmənalı məlumdr ki, vaxt çox az idi və Stellovski əmin idi ki, yazıçı şərti yerinə yetirə bilməyəcək, çünki həmin vaxt o, həm də “Cinayət və cəza” üzərində işləyirdi, əsər hissə-hissə “Russki vestnik” qəzetində çap olunurdu. Dostoyevskinin qəzetlə bu haqda müqaviləsi vardı. Belə olan halda ikinci romanı da yazmaq fiziki baxımdan mümkün olmamalı idi.
Amma yazıçının yaxın dostlarından biri ona stenoqrafçının köməyindən istifadə etməyi təklif edir və yazıçı diktə ilə roman yaza biləcəyinə şübhə ilə yanaşsa da çarəsizlikdən 20 yaşlı stenoqrafçı Anna Snitkinanı işə götürür.
Nəticədə 24 gün ərzində, 4-28 oktyabrda yazıçının ən məşhur əsərlərindən biri olan “Qumarbaz” yazılır. Dostoyevski romanı Stellovskiyə təhvil verir və daha bir romana başlayır – özündən 25 yaş kiçik stenoqrafçı ilə sevgi romanına. Növbəti ildə onlar evlənirlər (yazıçının biirnci arvadı vərəmdən ölmüşdü).
Ər-arvad həmin il xaricə gedirlər və dörd il Avropada yaşayırlar. Yenə Baden-Badenə baş çəkən Dostoyevski burada əvvəlcə 4000 frank udur, amma dayana bilməyib hər şeyi, hətta paltarlarını və arvadının zinət əşyalarını uduzur. Şəkildəki heykəl də yəqin həmin hadisəni təsvir edir.
Dostoyevski növbəti illərdə də əlinə pul düşən kimi Baden-Badendə, Visbadendə və Bad-Homburqdakı kazinolarda uduzur. Nəhayət, 1871-ci ildə bir daha oynamayacağı barədə arvadına söz verir və ömrünün son 10 ilini qumarsız keçirir.
Dostoyevski öləndə Annanın cəmi 35 yaşı olsa da təkrar ərə getməyib, iki uşaqlarını böyütməklə və ərinin ədəbi irsini populyarlaşdırmaqla keçirir, məsələn, “Dostoyevskinin xatirə muzeyini” təsis edir.
Anna Dostoyevskaya (Snitkina) 1918-ci ildə Yaltada vəfat edir. O, Sankt-Peterburqdakı Aleksandr Nevski lavrasında, ərinin yanında dəfn edilməsini vəsiyyət etsə də, vətəndaş müharibəsinin bürüdüyü Rusiyada bunu etmək mümkün olmur və o, Yaltada basdırılır. Yalnız 50 il sonra, nəvəsinin səyləri nəticəsində vəsiyyəti yerinə yetirilir və ərinin yanında dəfn olunur.
Yadigar Sadıqlı
Teref.az
Ardını oxu...
İbn Ərəbşah onun barəsində yazırdı: “Teymurun ordusu səfərə çıxanda sanki vəhşi heyvanlar yer üzünə səpələnmiş, göydəki ulduzlar yerə yağmış, dağlar ayaqlanaraq qaçırmış, qübbələr dağılmış, yer yerindən oyanamış kimi olurdu”.
Əmir Teymur bəzi əlamətlərlə doğulmuşdu, bunlardan biri dünyaya gələrkən ovucunda görünən qan idi, eynən Monqol İmperiyasının hökmdarı Çingiz Xan kimi. Bir sıra mənbələrdə doğularkən saçının ağ olduğu bildirilir. Doğulduğu gün, yəni aprelin 9-da (1370-ci il) taxta çıxması da Teymurun maraqlı şəxsiyyət olduğunu göstərən amillərdən biridir.
Türkün Tarixi Teymurilər İmperiyasının hökmdarı Əmir Teymur haqda yazını təqdim edir.
Teymurun 1360-cı ilə qədərki gənclik illəri ilə bağlı o qədər də geniş məlumat yoxdur. Ərəb tarixçiləri İbn Xəldun və İbn Ərəbşah Teymurun uşaqlığının atası Tarağayla at, inək oğurlayaraq və kiçik dəstələrlə basqınlar edərək keçirdiyi iddiasında həmfikirdir. Rəvayətə görə, Teymur İbn Xəlduna sağ ayağının axsamasının kiçik yaşlarında basqında aldığı zərbədən yarandığını demişdi.
Bu axsaqlıq səbəbindən Şərq mənbələrində Teymura “Teymurləng”, Qərb mənbələrində isə “Tamerlan” deyə xitab edilir. Amma bir çox mənbə Teymurun bir savaş vaxtı yaralandığını iddia edir.
“Çingiz Xan dünyasının yeni qurucusu”
Teymur Barlas boyundan idi. Barlaslar türk-monqol ənənələrini davam etdirən bir boy idi. Təsadüfi deyil ki, Əmir Teymur da Çingiz Xan kimi imperiyanı qurmağa kiçik qəbilələri birləşdirməklə başlamışdı. Bu baxımdan, Teymurun tərcümeyi-halı monqol hökmarında çox yaxındır. Teymur öz hakimiyyətini qəbul etdirmək üçün ətrafına Çingiz Xan soyundan gələn şəxsləri yığmışdı. Üstəgəl, Çingiz Xan soyuna bağlı Saray Mülk Xanımı həyat yoldaşı olaraq seçmişdi. Övladlarına və nəvələrinə də Çingiz Xan soyundan olan gəlinlər almışdı.
Teymurun fəthələri “Çingiz dünyasının yeni qurucusu” prinsipinə əsaslandırırdı. Bununla da kifayətlənməyib istilalarını İslam və şəriəti qorumaq adıyla davam etdirmişdi. Teymur şəxsi həyatında və sarayında türk-monqol və İslam ənənələrini yaşatmışdı. Əmir Teymur monqol kimi dünyaya gəlmişdi, lakin mənsub olduğu boy və coğrafiya səbəbindən türkləşmişdi. Özünü də türk kimi qəbul edirdi.
Firdovsinin məzarında dediyi sözlər
Gənclik illərindəki ağır mübarizələrdən sonra 1370-ci ildə Teymur Səmərqənddə öz hakimiyyətini elan etdi və vaxt itirmədən hücumlara başladı. Teymurilər İmperiyasının əsası həmin ildə qoyulub. Adı tarixə “Heç bir savaşda məğlub olmayan hökmdar” kimi yazılsa da, iddiaya görə, imperiya elan olunmamışdan beş il əvvəl – 1365-ci ildə köçəri monqollarla girdiyi bir döyüşdə yağış yağması səbəbindən məğlub olmuşdu.
Lakin imperiya qurduqdan sonra heç bir savaşda məğlub olmadı.
Teymur ilk səfərini 1371-ci ildə Xarəzmə edir. Xorasanı öz dövlətinin ərazilərinə qatdıqdan sonra 1381-ci ildə Tus şəhərinə girərkən öz əsərlərində türkləri pisləyən “Şahnamə”nin yazarı, iranlı şair Firdovsinin məzarını soruşur.Əmir Teymur Firdovsinin xaraba qalmış məzarı qarşısına keçərək deyir: “Ey Firdovsi, qalx, hər sətrində pislədiyin məğlub türkü indi gör. Qalx, bax, İsfahan gözəldir, yoxsa Səmərqənd? Bağdaddan bu yatdığın yerə qədər bir nəfər də sağ fars buraxmadım. Artıq topal ayağımın basdığı yerdə ot bitmir”.
Osmanlı sultanı əsirlikdə
Teymur hücumlarının ilk illərində Gürcüstan, Azərbaycan və Osmanlının bir hissəsini öz imperiyasına qatmışdı. Azərbaycan ərazilərinə hücumlarda Ağqoyunlu və Qaraqoyunlu dövlətləri ilə savaşmışdı. Bu hücumların sonunda tarixi Azərbaycan dövlətlərini öz imperiyalarına qata bilmişdi. Qızıl Ordaya hücum edən Teymur burada da zəfər qazanmışdı.
1395-ci ildə şimala yönələn Əmir Teymur Moskva və Kiyevə hücum etmişdi. Bundan sonra 1398-ci ildə Hindistana girmiş və Dehlini ələ keçirmişdi.
Teymur tarixin ən uzunömürlü imperiyalarından biri Osmanlını da məğlub etmişdi. Lakin o, Osmanlı ilə qarşılaşmaq istəmirdi. Osmanlı sultanına birlikdə savaşmağı təklif etsə də, bu təklifi qəbul olunmamışdı. Daha doğrusu, Teymur Osmanlını öz imperiyasına birləşdirmək istəyirdi, Sultan Bəyazid isə bunu qəbul etmədi. Nəticədə Teymurilər 1402-ci ildə Osmanlı ordusunu məlubiyyətə uğratdı və İldırım Bəyazid əsir götürüldü.
Osmanlı sultanı bu məlubiyyətdən bir il sonra – 1403-cü ildə əsirlikdə vəfat etdi. Əmir Teymur isə 1405-ci ildə taxtını Pir Məhəmmədə vəsiyyət edərək həyata gözlərini yumdu.
Teymurilərin tarix səhnəsindən çıxışı
Teymur öldükdən sonra taxt üstündə mübahisə yarandı. Pir Məhəmməd hələ kiçik yaşda idi, digər mirasçılar hakimiyyəti ona vermək niyyətində deyildi. Bir neçə illik mübarizədən sonra Teymurun oğlu Şahrux Mirzə hakimiyyəti ələ keçirdi. Herat şəhərindən imperiyanı idarə etməyə başladı.
Səmərqəndə nəzarəti oğlu Uluq Bəyə verdi. Lakin Şahrux Mirzə və Uluq bəy heç vaxt Teymur kimi düşmənlərini qorxu altında saxlaya bilən hökmdar ola bilmədilər. Şahrux həyatını dinə, Uluq Bəy isə elmə həsr etmişdi. 1449-cu ildə taxtı ələ keçirən Əbdüllətif də taxtda uzun müddət qala bilmədi. Bir il sonra Uluq Bəy tərəfdarları tərəfindən öldürüldü. Taxtı təslim alan Abdullah da eyni aqibətlə üzləşdi. 1451-1469-cu illərdə iqtidarda olan Əbu Səid dönəmində Teymurilər öz enişini yaşadı. Bundan sonra taxta keçən Hüseyn Bayqara da Teymurun qurduğu imperiyanı xilas edə bilmədi. Teymurilər 1506-cı ildə tarix səhnəsini birdəfəlik tərk etdi.
“Allahın hədiyyəsi”
Teymur fərariləri, kafirləri və şəriət qaydalarına əməl etməyənləri düşmən olaraq qəbul etmişdi. Tarixi mənbələrə görə, Əmir Teymur Hindistan və Gürcüstana da İslam şəriətini qorumaq və yaymaq məqsədilə girmişdi. Teymur böyük bir hökmdar olmasını “Allahın hədiyyəsi” adlandırırdı. Hücumlardan əvvəl mütləq İslam din adamlarının yanına gedir və onlardan dəstək alırdı.
Məğlubedilməzliyinin sirri
Teymur dünyada heç bir savaşda məğlub olmayan hökmdar kimi tarixə düşmüşdü. Bunun səbəblərindən biri güclü orduya sahib olması idisə, əsas məsələ hesablamaları ilə bağlıydı. Əvvəlcədən savaşın nəticələrini hesablayar, məğlub edəcəyini ehtimal etdiyi döyüşə girmirdi, daha doğrusu, ən uyğun vaxtı gözləyirdi.
Teymurun ordusunda bundan əvvəl tarixin savaş meydanlarında az görünən fillər var idi. Ankara savaşının qazanılmasının əhəmiyyətli səbəblərindən biri də bu fillərdir. Teymur Hindistan səfərində olarkən əvvəllər heç vaxt görmədiyi bir heyvanla qarşılaşır. Bu heyvanlar Teymurun istifadə etdiyi atlardan daha güclü, daha böyük idi. Lakin fillərin orduya cəlb edilməsi atları narahat etməyə başlamışdı. Teymur buna da həll tapır. Rəvayətə görə, müharibələrə fasilə verildiyi vaxt atlara təlim verən əsgərlərinin yanına camışlar gətirir. Bu camışların başlarına ağacdan hazırlanmış “xortumlar” taxaraq onları fillərə oxşadır, atların yanında gəzdirərək atları fillərə öyrəşdirir.
Teymurun bu qəribə həmləsi ona qələbələr qazandırdı. İlk savaşdan sonra Teymur filləri ordusuna cəlb etmək qərarı verir və Ankara savaşına 30-dan çox fillə qatılır.
Elmə münasibəti
Teymur ələ keçirdiyi şəhərlərdə yaşayan elm adamları və müəllimləri Səmərqəndə gətirirdi. İslam dünyasının ən böyük alimlərindən biri olan Uluq Bəy Teymurun nəvəsidir. Teymur türklərin köçəri həyat yaşadığı Mavərənünəhri şəhərləşdirmiş, obalarda tikinti işləri aparmış, kənd təsərrüfatını inkişaf etdirmiş, əsas ticarət yollarını şəhərlərdən salmış, bir çox kitabxana və mədrəsə tikdirmişdi.
Bu səbəbdən XIV-XV əsrlər Səmərqəndin “qızıl dövrü” kimi tarixə düşüb. Bəlkə də buna görə, bir çox tarixi mənbələrdə “Teymur İntibahı” anlayışına da rast gəlinir.
Əmir Teymur və ermənilər
Əmir Teymur Sivasa hücum eməzdən əvvəl qala komandanlığı ilə danışır və onları sülhə dəvət edir. Lakin rədd cavabı aldıqdan sonra hücuma keçir. Qala bir müddət müqavimət göstərsə də, ərzaq qıtlığı və köməyin gəlməməsi səbəbindən Teymura sülh təklif edir.
Teymur qala əhalisinin müsəlman olduğunu əsas gətirərək, bu təklifi qəbul edir. Görüş vaxtı qaladan 4 minə yaxın erməni oxçu Teymurun ordusunu vurmağa başlayır. Teymur bundan sonra həmin 4 min ermənini istəyir və qan axtırmayacağı vədini verir. Qala komandanı bunu qəbul etmək məcburiyyətində qalır və erməniləri hökmdara təslim edir.
Əmir Teymur erməni sipahilər üçün xəndəklər qazdırır, əllərini bağlayaraq onları diri-diri torpağa basdırır. Qala komandanlığı bu qərarının sülhü pozduğunu bildirdi. On əsgərini öldürdüyü üçün 4 min ermənini diri-diri basdıran Teymurun cavabı isə belə olur: “Baxın, heç qan tökmədim”.
Bir çox səfərlərdə ermənilərin xəyanətləri ilə üzləşən Əmir Teymur bu səfərlərindən birində məşhur fikrini səsləndirmişdi: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da lənət yağdıracaqlar”.
Müəllif: Mənsur Rəğbətoğlu
 
 
 

Ardını oxu...

MOBİL VERSİYA


Ermənilərdən Türkiyəyə qarşı növbəti TƏXRİBAT - oktyabrın 29-da...

928 02.07.2023 02:04 A A
Amerika Erməni Milli Komitəsi “Disney Plus”ı Türkiyə Cümhuriyyətinin qurucusu Atatürklə bağlı çəkilən serialı ləğv etməyə çağırıb.

DİA.AZ Musavat.com-a istinadla xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb.

Baş rolda Aras Bulut İynemlinin oynadığı, rejissoru Mehmet Ada Öztekin olan 6 seriyalı serial Türkiyə və Azərbaycan düşməni Amerika Erməni Milli Komitəsini narahat edib. Erməni diasporunun həmin müraciətində böyük liderə qarşı “soyqırım”, “qatil” kimi çirkin ifadələrə də yol verilib.

Qeyd edək ki, böyük türk lideri ilə bağlı həmin serial “Disney Plus”da bu il, Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağı oktyabrın 29-da yayıma başlayacaq.
Ardını oxu...
Türkiyədə reytinq rekordu qıran "Yalı çapkını" serialında Hattuç hala obrazına həyat verən tanınmış aktrisa Şərif Səzərin qızı da aktrisa imiş.

Teleqraf.com "Sabah"a istinadla xəbər verir ki, Deniz Arna anasının sənətini davam etdirib.

Memar Sinan Universitetini bitirən 37 yaşlı aktrisa bir sıra seriallarda, filmlərdə və teatr tamaşalarında çəkilib. Aktrisa "Güldünya", "Bəyaz gəlincik", "Çəmbərimdə gül oya", "Sakarya Fırat" kimi seriallarda rol alıb.
Ardını oxu...
Səlahiyyətlilər iğtişaş təhlükəsi səbəbindən fransız müğənni Milen Farmerin Parisin ətrafındakı Sent-Denis qəsəbəsindəki “Stade de France” stadionunda cümə günü axşam saatlarında keçirilməsi planlaşdırılan konsertini ləğv ediblər.

Məlumata görə, qərar prefektura tərəfindən qəbul edilib.

Qeyd edək ki, dünənki etirazlar zamanı Elton Conun konsertində iştirak edən Fransa Prezidenti Emmanuel Makron iğtişaşlardan ən çox zərər çəkən kommunalarda əyləncə tədbirlərinin və kütləvi aksiyaların ləğv ediləcəyini açıqlayıb.
 
 
 
Ardını oxu...
Ders çıkarmamız gereken bir hikâye:
Moğollar, Buhara’yı kuşattıklarında, halkın direnişi olduğundan uzun süre şehri teslim alamadılar. Cengiz Han, Buhara halkına bir haber gönderdi.
- ‘Silahlarını bırakıp bize teslim olanlar güven içinde olacaklar, ama bize direnenlere asla eman vermeyeceğiz!’
Müslümanlar iki gurup oldu:
Bir gurup; ’asla teslim olmayalım, ölürsek şehit, kalırsak gazi olur, şerefimizle yaşarız’ dediler.
Öbür gurup ise; ‘kan dökülmesine sebep olmayalım, sulh iyidir, hem silah, hem de sayı olarak onlardan azız, gücümüz onlara yetmez’ dediler ve teslim oldular...
Cengiz Han, silah bırakıp da teslim olanlara;
- ‘Teslim olmayanlara karşı bize yardımcı olun, galib geldiğimizde, şehrin yönetimini size bırakalım’ dedi.
Böylece İki müslüman gurup savaşmaya başladılar. Moğollar’ın da yardımı ile, teslim olanlar galib geldi.
Savaştan sonra Cengiz Han, kendisine teslim olanların silahlarının alınmasını ve kafalarının kesilmesini emretti.
Sonra meşhur sözünü söyledi:
- ‘Eğer güvenilir olsalardı, bizim için kardeşleri ile savaşmazlardı. Kardeşlerine bunu yapanlar, yarın da bize yapar!’
Kıssadan Hisse:
Hatalı diye kardeşlerine düşman olup, gerçek düşmana yaranmaya çalışırsan, düşmanın oyuncağı ve zulümlerinin de ortağı olursun..!
Cemal Karakulak
Teref.az
Ardını oxu...
Bu günlərdə Londonda yazıçı Vaqif Sultanlının “Kulikovo döyüşü” (“The Battle of Kulikovo”) adlı roman və hekayələrdən ibarət kitabı nəşr olunub. “Rossendale Books” nəşriyyatının yayınladığı kitabı ingilis dilinə professor Abbas Qurbanoğlu, Cavid Abbaslı və Pərvanə Paşa çevirmişdir.
Qeyd edək ki, “Kulikovo döyüşü” Vaqif Sultanlının ingilisdilli oxuculara təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının roman və hekayələrdən ibarət “İnsan dənizi” (The Human Sea), “Ölüm yuxusu” (The Dream of Death), “Tərs axın” (Reverse flow), “İlan əfsanəsi” (The Legend of Snack), “Kor düyün” (A Blind Tie), “Səhra savaşı” (Struggle in the Desert) kitabları müxtəlif dövrlərdə, ayrı-ayrı yayın evləri tərəfindən İngiltərə və Amerikada nəşr olunmuşdur. “Ölüm yuxusu” romanı Danimarkada, daha sonra professor Tamara Dragadzenin redaktəsi ilə Kembric Universiteti tərəfindən təkrar yayınlamışdır. Habelə Vaqif Sultanlının tərtibatında (Dr.İrəc İsmayılla birlikdə) “Müasir Azərbaycan nəsri” (Modern Azerbaijani Prose, 2012, 2019) və “Müasir Azərbaycan qadın nəsri” (Modern Azerbaijani Women’s Prose, 2014) antolo¬giyaları ABŞ oxucularına təqdim edilmişdir.
“Kulikovo döyüşü” kitabına müəllifin yaradıcılığında önəmli yer tutan “Səhra savaşı” romanı, çeşidli dönəmlərdə qələmə aldığı “Yarpaqsız budaqların yaşıl nəğməsi”, “Və¬tən”, “Səhər dumanı”, “Mağara”, “Xurmayı saçlar”, “Qütb gecəsi”, “Kor düyün”, “İlan əfsanəsi”, “İlğım”, “Nəvayi-Qumru”, “Kufi xətti”, “Zolaqlı yuva”, “Çarpaz kölgə” və başqa hekayələri daxil edilmışdır. Kitaba ad olaraq seçilən “Kulikovo döyüşü” hekayəsində tarixlə müasirlik özünəməxsus şəkildə çarpazlaşdırılmış, Türk etnosunun keçmişi, bu günü və gələcək taleyi ilə bağlı düşüncələr canlandırılmışdır.
İngilis yazıçı və ədəbiyyatşünası Dr.Maykl Brannokun redaktəsi ilə nəşr edilmiş kitabdakı roman və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problem baxımından aktuallıq daşıması, çağdaş dünyada insan taleyinə münasibətdə özünü göstərən və get-gedə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz motivləri ilə seçilməsidir.
Teref.az
Kitabı amazon.com, lulu.com, books.google.com, bookland.com, ebay.com, scribd.com, waterstones.com, barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.
Ardını oxu...
Bu gündən Azərbaycanda 7 günlük tətil başlayır.

Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 26, 27, 28, 29 və 30 iyun tarixləri qeyri-iş günləri hesab edilir. Eyni zamanda, 1 və 2 iyul tarixləri şənbə-bazara təsadüf edir.

Tətildən sonra ilk iş günü isə iyulun 3-dür.

Qeyd edək ki, 26 iyun - Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramıdır.
 
Ardını oxu...
Ferens List (1811-1886) alman mədəniyyətinin yetirdiyi macar bəstəkarıdır. Fövqəl istedad sahibi idi. 9 yaşından krallar üçün çalıb. Ən böyük salonlarda konsrt verib, dövrün ən böyükləri, hətta imperatorlar belə onu ayaqda alqışlayıblar.
O, ifaçılıqda ikinci Paqanini sayılırdı.
Yeri gəlmişkən deyim: Listin "Hun Yürüşü" adlı simfoniyası var, həvəsiniz olsa dinləyin. Məhz HUN adına görə bu gün Avropa orkestrləri bu gözəl əsəri ifa etmirlər

Dünyapress TV

Xəbər lenti