Ardını oxu...
“Natəvan çox abırlı adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi”.

Bunu onkoloji xəstəlikdən vəfat edən telejurnalist Natəvam Babayevanın ANS televiziyasında iş yoldaşı olmuş, rəfiqəsi Qənirə Ataşova sosial şəbəkədə yazıb:”Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natavana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natavana əksini dedi.

Beləcə, Natavan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi.Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı.

Bu barədə Mübariz Məsimova xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natavan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Məsimova Natavanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm.

Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı. Natavanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun! Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq”.

Qənirə Ataşova
Ardını oxu...
Azərbaycan Televiziyasında yayımlanan “Xəbərlər” verilişi bu gün dünyasını dəyişən aparıcı Natəvan Babayeva ilə bağlı süjet təqdim edib.
Teref.az bizim media-ya istinadla xəbər verir ki, sözügedən kanalın mərhum əməkdaşının Türkiyədən Vətənə gecə saatlarında döndüyü bildirilib.
Daha sonra Babayevanın vəziyyəti pisləşləşdiyi üçün o səhər saatlarında Milli Onkologiya Mərkəzinə yerləşdirilib. Lakin Natəvanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, uzun sürən onkoloji xəstəlikdən Natəvan Babayeva 46 yaşında vəfat edib. O, sabah Salyan rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!

 

Ardını oxu...
 

Real TV-nin rəhbəri Mirşahin Ağayev uzun illər ANS-də çalışmış, hazırda isə onkoloji xəstəliklə mübarizə aparan aparıcı Natəvan Babayeva ilə bağlı həssas paylaşım edib.

 

Sfera.az həmin paylaşımı olduğu kimi təqdim edir:

 

“Natəvan, ilk çəkilişə Səni mən göndərmişəm! 

 

İlk müsahibəyə Səni mən göndərmişəm! 

 

İlk ezamiyyətə Səni mən göndərmişəm!

 

Heç vaxt məni naümid etməmisən! 

 

Həmişə tapşırıqlarımı ləyaqətlə, yüksək intizamla, vicdanla yerinə yetirmisən!

 

…və bu tapşırıqlar heç də ən vacib tapşırıqlar olmayıb!

 

Amma!!!

 

- Baş Redaktorun, Baş Direktorun kimi ən mühüm tapşırığımı Sənə məhz İNDİ verirəm:

 

Yaşamaqda davam et!

 

Qızım, bacım, doğmam, bizi naümid qoyma! 

 

Sağal! Sağal! Sağal!!!

 

Xahiş edirəm!

 

Əmr edirəm!

 

Arzu edirəm!

 

Dua edirəm!

 

Sən Bu Dünyada Lazımsan!”.

 
 

Ardını oxu...
“Mədəniyyətdən söhbət gedirsə, mədəniyyət naziri ən azından Polad Bülbüloğlu kimi dünya şöhrətli bəstəkar, dünya mədəniyyətindən gələn biri adam olmalıdır. Yeni mədəniyyət naziri Adil Kərimlinin isə əlində elə səlahiyyətlər yoxdur ki, mədəniyyəti qaldırsın, yaxud harasa daşısın. Bu barədə onu qınaya da bilmərəm. Çünki mədəniyyət ilk növbədə efirdən başlayır. Efirdə, televiziyalarda isə heç bir mədəniyyət yoxdur. Televiziyalar azaddırlar, kimi istəyirlərsə, onu göstərirlər. İçində “kloun” Xalq artistləri olmaq şərti ilə...”

DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

Müğənni nazir Adil Kərimlinin bundan sonra mədəniyyət sahəsində nəsə edə biləcəyini düşünmür: “Bu, heç ağlıma da gəlmir. Mədəniyyət naziri ən azından Rasim Balayev kimi bir şəxs olmalıdır ki, mədəniyyət sahəsindən başı çıxsın. Mədəniyyət naziri böyük sözdür. Yenə də deyirəm, Adil Kərimli bugünkü mədəniyyətə heç nə edə bilməz, gücü çatmaz, çünki bu səlahiyyət ona verilməyib. Ümumiyyətlə, dünya tarixində mədəniyyət naziri yox, dövlətin həqiqi sənətkarları, həqiqi səsləri qalır. Bu dəqiqə sual versəniz ki, Rəşid Behbudovun dövründə mədəniyyət naziri kim olub, cavab verə bilməzlər. Çünki Rəşid Behbudov özü sənətkar, möhtəşəm ifaçı olub. Bu məsələdə mədəniyyət naziri nə edə bilər ki? Mədəniyyət naziri özü fitri istedad, böyük bəstəkar olsa, başqa məsələ. Onda özü də tarixdə qalar. Necə ki Polad Bülbüloğlu mədəniyyət naziri kimi yox, musiqidə böyük şəxsiyyət, bəstəkar, müğənni kimi tarixdə qalacaq...”

Ü.Qılınc dünya ölkələrindən də nümunə çəkib: “Amerikada Mədəniyyət Nazirliyi tamamilə başqa sahəyə, yəni həqiqi mədəniyyətə qulluq edir. Bu, olmasa, Mədəniyyət Nazirliyi heç kimə lazım deyil. Eşitməmişəm ki, Avropada Mədəniyyət Nazirliyi kiməsə lazım olsun. Bugünkü Mədəniyyət Nazirliyinin səlahiyyətləri kiməsə kağızın üstündə ad paylamaq, kimsə öləndə ona başsağlığı verməkdən ibarətdir, vəssalam. Bunu dövlət özü də edə bilər, heç Mədəniyyət Nazirliyi olmasa da, olar...”
 
Ardını oxu...
Qaraqoyunlulardan olan Sultanqulu Bəy Baharlı Qolkonda Sultanlığının yaradıcısıdır idi.1470-ci ildə Həmədan şəhərinin Sədabad kəndində doğulmuşdur.
Ağqoyunlu hökmdarı Sultan Yaqubun taxta çıxmasından sonra Qaraqoyunlu tayfalarının sıxışdırılması gücləndi. Atası Üveysqulu tərəfindən qardaşı Allahqulu ilə birlikdə Qaraqoyunlu tayfasına mənsub insanlarla birlikdə dini yaymaq bəhanəsi ilə Əfqanıstanın Kafiristan adlanan ərazisinə göndərildi.
1490-cı ildə Qaraqoyunlular Hindistan ərazisində yerləşən Bəhməni dövləti ərazisində hərbi xidmətə başladılar. Sultanqulu Bəy Baharlı öz tayfası ilə birlikdə II Mahmud şah Bəhmənin sarayında xidmətə başladı.1487-ci ildə yerli əyanların qiyamında qaraqoyunlular şahı ölümdən xilas etdilər. Şah onu ikinci vəzir vəzifəsinə irəli çəkdi.1496-cı ildə Telinqan əyalətinə və Qolkonda qalasına vali təyin edildi.
1518-ci ildə Bəhməni Sultanlığının (1347-1527) sultanı II Mahmudun ölümündən sonra əmirlər üsyana qalxdılar. Sultanqulu Gülkəndin müstəqilliyini elan edərək Qütbşahlıların Qaraqoyunlu dövlətinin əsasını qoydu.O əslində 1512-ci ildən istiqlaliyyətini elan etmişdi. Bəhməni sultanı II Mahmudun ölümündən sonra 1518-ci ildə rəsmən vassal dövlət statusuna son qoydu.
Sultanqulu Bəy Baharlı Krişna çayı və Qodavari çayı arasındakı əraziləri fəth edərək Hind okeanı sahillərinə çatdı.
1580-ci ildə Gülkənd Şahı İbrahimqulu Kondavidunu fəth etdi və Sultanlığın tərkibinə qatdı. Məhəmmədqulu şahın hakimiyyəti illərində (1580-1611) Qolkonda sultanlığı daha da genişləndi. O 1586-ci ildə Andranı da fəth etdi. Hətta I Şah Abbasın Məhəmməd şahın (1611-1625) sarayında Hüseyn Bəy Keçəçibaşı adlı səfiri də vardı.
Qolkonda Sultanlığı (Qütbşahlılar dövləti) rəsmən 1687-ci ildə Böyük Moğol İmperiyasının tərkibinə daxil oldu.
 
Ardını oxu...
""Simpsonlar" cizgi serialı 2023-cü ilin payızında Kosovo müharibəsinin başlanacağını proqnozlaşdırır".

Publika.az xəbər verir ki, bu barədə "Redacted News"un jurnalisti Natali Morris yazıb.

O qeyd edir ki, 2005-ci ildə yayımlanan "Homerdən uzaqda olan ev" adlı epizodda bu müharibəni proqnozlaşdıran səhnə nümayiş etdirilib.

Bu epizodda "Simpsonlar" "Oppenheimer"in oynadığı kinoteatrı ziyarət edirlər. Maraqlıdır ki, hazırda, 2023-cü ildə "Oppenheimer" həqiqətən də teatrlardadır. Bu detal Natali Morrisin də diqqətini çəkib.

Jurnalist qeyd edib ki, "Simpsonlar" serialında verilən proqnozların çoxu doğru çıxıb. O, serialın pərəstişkarlarının baş qəhrəmanın batmış gəmiyə doğru üzərkən oksigen çatışmazlığı ilə təhdid edilən sualtı qayıqda özünü tapdığı səhnə ilə müqayisə etdikləri "Titan" sualtı gəmisinin son faciəsini misal çəkib.

Morrisin fikrincə, bu təsadüflər "The Simpsons"ın öz proqnozları ilə təəccübləndirməyə davam etdiyinin sübutudur. Beləliklə, bəlkə də bu cizgi serialı gələcək hadisələri qabaqcadan görmək üçün qeyri-adi bir qabiliyyətə malikdir.
Ardını oxu...
 
Ardını oxu...
“Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır”
Elza küləkləri səngimir. Zatən bu xanım sənətçi populyar idi. Ürəyə də, qulağa da xoş gələn mahnıları var. İnkar etmək olmaz. Amma bütün ölkə Elza Seyidcahanı əndrəbadi, ekstravaqant da yox e, özündən uydurma geyimlərinə, bər-bəzək əşyalarına görə daha çox müzakirə edir. Meyvə-tərəvəz, ot-ələf bir yana, ölkədə, bəlkə də dünyada qulağından başmaq tayı asan ikinci qadın yoxdur.

Elza xanımı sevənlər də var, onu anlayanlar da, təqdir edənlər də. Tənqid edənlər, qəbuledilməz sayanlar, hətta gülüş obyektinə çevirənlər də var. Bu xanım sənətçi dəfələrlə satira atəşinə tuş gəlib. Onun nakam şairimiz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerinə “ha ha ha”lar əlavə edib oxuması isə ölkədə əməlli-başlı zəlzələ effekti yaratdı. Bu da piara xidmət etdi. Nə fərqi var, yaxşı,ya pis. Piar, piardı. Elza xanım həm də aparıcılıq edir. Öz stilinə uyğun. Son günlərdə isə bu xanım Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsiylə gündəmi “partlatdı”. Haqqında yazmayan, tərifləyən, yamanlayan qalmadı. AYB isə üzv qəbul etdiyi xanımı əsl centlemensayağı müdafiə etdi. Əhsən! Müdafiə bu gün də davam edir. Hətta siyasilər (sabiqlər də, hələ də üzdə olanlar da) də Elza Seyidcahanın bizcə, ehtiyac duymadığı müdafiəsinə qoşulub. Məsələn, Müsavatın fəxri başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu... İsa Qəmbər Elza Seyidcahanın AYB-yə üzvlüyü haqq etdiyini, Sərdar bəysə xanımın sürrealizm cərəyanı nümayəndəsi olmasından yazıb.

Nə böyükmüş Elza sevgisi!.. Elza Seyidcahan həqiqətənmi sürrealistdir? Bu barədə şair, filoloq Arzu Əsəd özünün feysbuk səhifəsində izah verib. Arzi Əsədlə əlaqə saxladıq. TEREF.AZ bildirir ki, şair “Sherg.az”a açıqlamasında yenə fikirlərinin arxasında olduğunu bir daha vurğuladı:

- Yazmışam ki, Sərdar Cəlaloğlunun sürrealizm və Elzanın dahiliyi haqqında dediyi sözlər gülüncdür, kədərlidir - tragikomikdir. İndi də bi fikrimdə qalıram. Sərdar Cəlaloğlunun bu sözləri təkcə haqqında danışdığı insanın deyil, həm də özünün ədəbiyyat haqqında çox bəsit, bilgisiz, hətta məlumatsız olduğunu bildirir. O anlamır ki, həyatda, elmdə olduğu kimi ədəbiyyat və sənətdə də cərəyanlar, yeniliklər birdən-birə taxçadan düşüb tap eləmir. Sənətdə, ədəbiyyatda hər bir cərəyan özündən əvvəlki cərəyanların davamı olaraq onu inkar və inkişaf etdirir. Məsələn, Sabir, Füzuli, Seyid Əzim kimi, Mayakovski Puşkin və Blok kimi, Nazim Hikmət Namiq Kamal Yəhya və Tofiq Fikrət kimi və onlar səviyyəsində şeir yaza bilirdi, Pikasso Rafael və Van Qoq kimi şəkil çəkə bilirdi. Lakin yeni dövr, yeni həyat münasibətləri, yeni məzmun başqa forma tələb elədiyinə görə onlar başqa, yeni formada yazıb-yaradıblar. Forma başqa olsa da hər yeni cərəyan öz içində özündən əvvəlki cərəyanların meyar və xüsusiyyətlərini daşıyır. Məsələn, Umberto Ekonun, Orxan Pamukun romanları həm yeni, postmodernist üslub gətirir, həm də bildiyimiz klassik romanların xüsusiyyətlərini özündə daşıyır. Bir sənət əsəri sürrealist, irrealist, hiperrealist, modernist, postmodernist olmamışdan əvvəl sadəcə sənət əsəri olmalıdır, ümumi sənət meyarlarına malik olmalıdır. Ədəbiyyat nə Sərdar Cəlaloğlu, nə də Elzalıqdır. Bildikləri işlə məşğul olsunlar, ictimai şüuru bulandırmasınlar.

– Arzu bəy, belə yanaşma da var ki, bu məsələ müzakirə edilməməlidir. Müzakirə edildikcə, məsələ gündəmdə qalır, populyarlaşır.

-Hər hansı bir mövzu hər hansı bir bəhanə ilə ortaya atılıb gündəmə, müzakirəyə çevrilirsə, o müzakirələrdən qaçılmamalı, antitezis qoyulmalıdır. Nəticədə fikir özü dərinləşib həqiqətə aparır. Passivlik, inersiya, təkəbbür və sairə göstərib əhəmiyyət vermədikdə isə yanlış fikir ictimai şüuru daha da bataqlığa çevirir.

– Bəs, Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsinə necə baxırsınız?

- AYB bir ictimai təşkilatdır. Elzanın ora üzv olması adi bir məsələdir. Bu hadisə özlüyündə ədəbiyyat üçün ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır. Elzanın bir müğənni kimi şeirə, sənətə belə məhəbbətinin olması məni sevindirir. Qoy bu sevgi başqaları üçün də bir nümunə olsun. O həm də yazıçı və şairlərin mədəni-kütləvi tədbirlərində şeirə-sənətə rəğbəti çox olan bir musiqiçi kimi iştirak edib o tədbirlərə, özü demişkən, bir rəng, bir canlılıq qata bilər. Amma o bir yetkin insan kimi öz səviyyəsini özü görə bilməlidir. Onun yazılarının müxtəlif populyar və populist adamlar tərəfindən müxtəlif “izm”lərlə, ədəbi cərəyanlarla əlaqələndirilib bir novator, dahi kimi elan edilməsi minillik Azərbaycan ədəbiyyatına təhqirdir, bu xalqın mənəviyyatı, ictimai şüuru ilə alay etməkdir. Sərdar Cəlaloğlu gündəmə gəlmək üçün böyük Səməd Vurğunu təhqir etməkdən çəkinməyən, özünün Quran təfsiri və elmi ictimaiyyətə məlum olmayan hansısa elmi-populyar kitabı ilə Nobel mükafatına iddia etmək dərəcədə diletantlığa yuvarlanan, tarixi təhrif edərək xalqımızın milli qəhrəmanlarına böhtan atacaq dərəcədə özündə cəsarət tapan yeniyetmə şüurlu bir populistdir. Elzanın zahirdə, səhnədə etdiyini o siyasət və düşüncə meydanında edir. Bu görünməyən eyniyyət, eyniləşmə onu Elzaya dahi deməyə məcbur edir. Şüuraltı qatda o əslində özünə dahi deyir. Çünki özü də başqa bir müstəvidə - siyasət və düşüncə müstəvisində həmin populizmlə məşğuldur. Bütün bunlar bir qədər maraqlı və əyləncəli olsa da, cavabı verilmədikdə təhlükəli və zərərli ola bilər. Sənətin fərdin və cəmiyyətin inkişafında oynadığı həqiqi, ciddi, məsuliyyətli rolu məsxərəyə qoyulmaqla meyarlar dəyişdirilməyə, sözün, ədəbiyyatın onsuz da zədələnmiş nüfuzu aşağı salınmağa cəhd edilə bilər.
Ardını oxu...
“Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) restavrasiyası zamanı dam örtüyünə dəmir şifer vurulub”.

Bu barədə “Bizim Lənkəran” Feysbuk səhifəsində paylaşım edilib.

Bu paylaşımdan sonra yaşanan hal sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası Xidmətindən Yeniavaz.com-a bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb:

“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.

Qeyd edək ki, sözügedən qala XVIII əsrə aid edilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənin məşhur telekanalında yayımlanan mahnı müsabiqəsində Azərbaycan xalq mahnısı səslənib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, “TRT 1” kanalında yayımlanan “Sen türkülerini söyle” mahnı müsabiqəsində türkiyəli iştirakçı Ceren Ayça Sevim “Ay Laçın” mahnısını ifa edib.

İfası münsiflər heyətini təsirləndirib. Mahnı səslənən zamanı isə monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. İfadan sonra aparıcı ifaçıya təşəkkürünü bildirib.
Qeyd edək ki, müsbət fikirlərə baxmayaraq Ceren Ayça Sevim növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Ardını oxu...

 
Ardını oxu...
Türkiyəli tanınmış müğənni, aktyor Özkan Uğura vida mərasimi keçirilib.

Ölkə.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin vida mərasimində bir çox tanınmış sənət adamları iştirak edib.

Mərasimdə diqqət çəkən məqamlardan biri komediya ustası, aktyor, ssenarist Cem Yılmazın göz yaşlarını saxlaya bilməyərək ağlaması olub.

Komediya filmləri və stəndapları ilə tanınan C.Yılmazın bu dəfə ağlaması sosial şəbəkədə gündəm olub.

Həmin kadrları təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti