“Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
Bugünkü Azərbaycan reallığında, bir tərəfdə savadlı, vicdanlı həkimlər gecə-gündüz çalışaraq cəmiyyətə fayda verməyə çalışır, digər tərəfdə isə heç bir peşə etikası olmayan, saxta diplomların arxasında gizlənənlər insanların həyatını alt-üst edirlər. Bu acı reallığın bariz nümunəsi “Uğur 777” adlı klinika və onun arxasında duran Xəyalə İsmayılovadır.

Bu gün “estetik əməliyyatlar” adı ilə qadınlara qarşı aparılan saxtakarlıq, təkcə səhiyyə yox, insanlıq adına da bir ləkədir. Sponsorluq etdiyi reklamlarla, “endirim kampaniyası” pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinika, əslində bir estetik mərkəz yox, məsuliyyətsizliyin və vicdansızlığın ünvanıdır.

Bakunews.az xəbər verir ki, Xəyalə İsmayılova “həkim” titulunu daşıyır, amma nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Təsdiqsiz diplomlar, qeyri-rəsmi sertifikatlar və mediada yalançı təsdiqlərlə ictimaiyyəti aldatmağa çalışan bu şəxsin əməlləri sadəcə hüquqi məsuliyyət yox, həm də mənəvi bir cinayətdir.

Ən acınacaqlısı odur ki, bu “həkim” əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Nəticə? Zərərçəkən, öz bədənində silinməyəcək izlərlə, əzabla və utancla yaşamağa məhkum olur.

Üstəlik, şikayət edən qadınlara qarşı istifadə edilən “susturma taktikaları” – “hara istəyirsən, şikayət et”, “pulları verib şikayəti sildirəcəm” kimi təhdid dolu cümlələr, təkcə hüquqi deyil, həm də insani dəyərlərə qarşı açıq bir hücumdur.

Vətəndaşları təhqir edən “sanitar” Sənan kimi şəxslərin də bu sistemin tərkib hissəsi olaraq, qadınlara qarşı kobud və alçaldıcı ifadələr işlətməsi, bu klinikanın iç üzü və idarəçiliyinin hansı səviyyədə olduğunu bir daha göstərir. Xəyalə İsmayılovanın müştəri yox, “qurban” axtarışı, onun məqsədinin müalicə deyil, mənfəət olduğunu göstərir.

Sual budur: bu qədər şikayət, bu qədər sübut qarşısında niyə hələ də hüquqi addımlar atılmır? Niyə bu qadının saxta fəaliyyətinə göz yumulur? Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu məsələdə niyə susur?

Bu biabırçı vəziyyətə son verilməlidir. “Uğur 777” klinikasında zərərçəkən hər bir qadının səsi eşidilməli, onların hüquqları qorunmalı və məsul şəxslər qanun qarşısında cavab verməlidir. Həyat və sağlamlıq oyuncağa çevrilə bilməz. Vicdanı olan hər kəs bu məsələdə susmamalı, haqsızlığın qarşısında dayana bilməlidir.

Və sonda qeyd edək ki, Xəyalə İsmayılovanın pafoslu özünü müdafiəsi heçdə öz təstiqin tapmayıb. Səhiyyə Nazirliyi tərəfindən onun sözçülərinin iddialarındakı kimi heçnəyə rast gəlinməməkdədir ki, Nazirliyin yaydığı siyahıda həkim olaraq adına rast gəlmək mümkün olmadı. Həmin siyahınıda olduğu kimi sizlərə təqdim edirik.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-04_1745212492_1.jpg
Yadda saxlayın: susmaq, bu cinayətin bir parçası olmaq deməkdir.

Biz mövzunu diqqətdə saxlayaraq məsələ ilə bağlı zərərçəkmişlərin video müsahibələrini sizlərə növbəti araşdırmalarımızda təqdim edəcəyik.

/bakunews.az
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video

Dünyapress TV

Xəbər lenti