b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_8d7099b4a422f0cbb06d404dbd199ed8.jpg
  

XX əsrin 80-ci illərində İtaliyada, xüsusən Siciliyada mafiya ən qüdrətli çağını yaşayırdı. Ölkədə hər gün qətllər baş verir, cəmiyyət qorxu içində yaşayırdı. Hüquq-mühafizə orqanlarının gücsüz qaldığı, siyasətçilərin bəzilərinin mafiya ilə əlaqədə olduğu bir zamanda 2 prokurorluq əməkdaşı - Covanni Falkone və Paolo Borsellino mafiyaya müharibə elan etdi.

Öz mübarizələri və faciəli ölümləri ilə İtaliyada mafiyanın sonunun başlanğıcını qoyan hadisə barədə yazını təqdim edirik.

Covanni Falkone və Paolo Borsellino 1980-1990-cı illərdə Siciliya mafiyası "Koza Nostra" ilə qətiyyətli mübarizəyə başladılar. Onların taleyi 20-ci əsrin sonlarında mafiyaya qarşı mübarizədə ən əsas epizod oldu. Paolo Borsellino bilirdi ki, mafiya onu hədəfə alıb və onun qətli an məsələsidir. Borsellinonun ölümü tarixə "Via D'Amelioda qırğın" (La strage di via D'Amelio) kimi düşdü. 1992-ci il iyulun 19-da prokuror həyat yoldaşı və uşaqları ilə nahar etdikdən sonra anasının yanına getdi. O, saat 16:58-də görüşə gedərkən yol kənarında dayanmış avtomobildə baş verən partlayış nəticəsində həlak olur.

Borsellinonun özü ilə yanaşı, hadisdə zamanı 5 polis əməkdaşı da həlak olur. Onlardan biri, Emanuela Loi İtaliyada xidməti vəzifələrini yerinə yetirərkən həlak olan ilk qadın polis kimi tarixə düşür. Daha sonra onun haqqında "Borsellinonun mələkləri" filmi çəkildi. Falkone və Borsellinonun ölümü İtaliya cəmiyyətində mafiyaya qarşı əsl nifrət partlayışına səbəb oldu. 23 iyul 1994-cü ildə ölən polis məmurlarının dəfn mərasimində qəzəbli izdiham İtaliya prezidenti Oskar Luici Skalfaronu geri itələyərək "Mafiya şəhərdən getsin!", deyə şüarlar səsləndirir. İctimai qınaq hakimiyyəti mafiyanın fəaliyyətinə daha sərt reaksiya verməyə məcbur etdi. "Kosa Nostra"nın rəhbəri Salvatore Riina Falkone və Borsellinonun qətlini təşkil etdiyinə görə həbs edilir və həyatının qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirir. "Koza Nostra" lideri 2017-ci ildə həbsxanada 87 yaşında ölür. Covanni Falkone və Paolo Borsellinonun o dövrdə İtaliyadakı fəaliyyəti əsl şücaət sayıla bilər.

Onların sayəsində o vaxta qədər ümumilikdə Siciliyada və xüsusən Palermo şəhərində sözün əsl mənasında "ikinci güc" olmuş bir neçə yüz mafioz dəmir barmaqlıqlar arxasına salındı. Bu iki cəsur insanın ölümü İtaliyada mafiyaya qarşı mübarizədə köklü dəyişikliklərin katalizatoru oldu. Bir neçə ildən sonra mafiyaya himayədarlıq edən Xristian-Demokrat Partiyası öz fəaliyyətini dayandırdı. Falkone və Borsellino bu gün İtaliyada tez-tez xatırlanır, hətta Palermo şəhərinin hava limanına onların adları verilib.

Bugün İtaliya mafiyası əvvəlki qüdtərinin kölgəsində yaşayır və bu uğur 2 cəsur şəxsin katalizatoru olduğu hadisələr sayəsində yaşanıb. /Lent.az

b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_guguguggug_1274765_(1).jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_guguguggug_1274765_(2).jpg
b_400_300_16777215_00_https___cdn.musavat.com_news_images_GUGU_guguguggug_1274765_(3).jpg
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb

Dünyapress TV

Xəbər lenti