Qaraqoyunlulardan olan Sultanqulu Bəy Baharlı Qolkonda Sultanlığının yaradıcısıdır idi.1470-ci ildə Həmədan şəhərinin Sədabad kəndində doğulmuşdur. Ağqoyunlu hökmdarı Sultan Yaqubun taxta çıxmasından sonra Qaraqoyunlu tayfalarının sıxışdırılması gücləndi. Atası Üveysqulu tərəfindən qardaşı Allahqulu ilə birlikdə Qaraqoyunlu tayfasına mənsub insanlarla birlikdə dini yaymaq bəhanəsi ilə Əfqanıstanın Kafiristan adlanan ərazisinə göndərildi. 1490-cı ildə Qaraqoyunlular Hindistan ərazisində yerləşən Bəhməni dövləti ərazisində hərbi xidmətə başladılar. Sultanqulu Bəy Baharlı öz tayfası ilə birlikdə II Mahmud şah Bəhmənin sarayında xidmətə başladı.1487-ci ildə yerli əyanların qiyamında qaraqoyunlular şahı ölümdən xilas etdilər. Şah onu ikinci vəzir vəzifəsinə irəli çəkdi.1496-cı ildə Telinqan əyalətinə və Qolkonda qalasına vali təyin edildi. 1518-ci ildə Bəhməni Sultanlığının (1347-1527) sultanı II Mahmudun ölümündən sonra əmirlər üsyana qalxdılar. Sultanqulu Gülkəndin müstəqilliyini elan edərək Qütbşahlıların Qaraqoyunlu dövlətinin əsasını qoydu.O əslində 1512-ci ildən istiqlaliyyətini elan etmişdi. Bəhməni sultanı II Mahmudun ölümündən sonra 1518-ci ildə rəsmən vassal dövlət statusuna son qoydu. Sultanqulu Bəy Baharlı Krişna çayı və Qodavari çayı arasındakı əraziləri fəth edərək Hind okeanı sahillərinə çatdı. 1580-ci ildə Gülkənd Şahı İbrahimqulu Kondavidunu fəth etdi və Sultanlığın tərkibinə qatdı. Məhəmmədqulu şahın hakimiyyəti illərində (1580-1611) Qolkonda sultanlığı daha da genişləndi. O 1586-ci ildə Andranı da fəth etdi. Hətta I Şah Abbasın Məhəmməd şahın (1611-1625) sarayında Hüseyn Bəy Keçəçibaşı adlı səfiri də vardı. Qolkonda Sultanlığı (Qütbşahlılar dövləti) rəsmən 1687-ci ildə Böyük Moğol İmperiyasının tərkibinə daxil oldu.