Ardını oxu...
"Fox" kanalında yayımlanan "Hayatımın şansı" serialı final qərarı alıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 9-cu bölümdə izləyicilərə vida edəcək. Buna səbəb isə layihənin reytinqlərdə uğur qazanmaması olub.

Qeyd edək ki, serialda Alican Yücesoy, Şifanur Gül, Musa Uzunlar, Erkan Avcı, İlker Kızmaz, Kemal Uçar, Açelya Devrim Yılhan, Sermet Yeşil, Tuğçe Yolcu, Aslıhan Kapanşahin, Hale Soygazi, Hira Su Yıldız kimi bir çox aktyorlar yer alır.
 
 
 
Ardını oxu...
Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib. İttifaqı ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsi tərk edib. Onların arasında Xalq artisi Əbdül Mahmudbəyov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.

İstefa qərarını elan edənlər bildiriblər ki, bu İttifaq heç bir fəaliyyət göstərmir və orada qalmağın bir mənası yoxdur. Onların sözlərinə görə, Azərbaycan kinosunun inkişafı üçün heç bir real addım atmayan İttifaq ümumiyyətlə fəaliyyətini dayandırmalıdır: “Bir halda ki, dayandırmır, bu halda biz orada təmsil olunmağa lüzum duymuruq” – incəsənət nümayəndələri bəyan ediblər.

Qeyd edək ki, Azərbaycanda iki Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərir. Onlardan birinə Xalq artisti Rasim Balayev, digərinə isə Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir. İstefa qərarını elan edənlər Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurumda təmsil olunmaqdan imtina ediblər. Digər İttifaqın sədri Rasim Balayev mətbuata açıqlamasında onları öz sıralarına qəbul etməyə hazır olduğunu qeyd edib: “Buyursunlar, gəlsinlər”.

DİA.AZ bildirir ki, Xalq artisti Əbdül Mahmudbəyov AYNA-ya müsahibəsində istefa qərarını doğuran səbəblər və digər mövzular ətrafında danışıb:

- Bir qrup incəsənət xadimi ilə birlikdə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina etdiniz. Bu qərara gəlməyinizə səbəb nə oldu?

- Bununla bağlı dostlar, tanışlar, mətbuat nümayəndələri mənə zəng edirlər. Onlara da bildirirəm, sizə də bildirmək istəyirəm ki, mən istefa verməmişəm. Mənim adımdan istefa qərarını elan edənlərə üzümü tutub demək istəyirəm: sizə ayıb olsun! İstefa verməmişəm, İttifaq bizim evimizdir. Mən kino adamıyam, kənardan gəlmiş adam deyiləm ki?! Mənim bu istefa qərarından qətiyyən xəbərim yoxdur. Əgər belə bir qərar versəydim, bəyan edərdim ki, bu, Şəfiqə Məmmədovanın İttifaqı şəxsi obyektinə çevirməsi ilə bağlıdır. Şəfiqə Məmmədova xəlvəti qurultay keçirib, özünü İttifaqın sədri elan edib. Bu, tamamilə qanunsuz bir addımdır. Mən İttifaqı qoyub hara gedəsiyəm ki?! Onlar getməlidirlər, çünki kənardan gələnlər onlardır. Bu adamların kinoya heç bir aidiyyəti yoxdur. Kimin istefa verib-verməməsindən isə xəbərim yoxdur.

- Rasim Balayev açıqlamasında bildirib ki, imtina qərarını elan edənlər onun rəhbəri olduğu ittifaqa üzv ola bilərlər. Bir ölkədə iki Kinematoqrafçılar İttifaqı niyə olsun ki?

- Bütün bunlar hamısı Rüstəm İbrahimbəyovun zamanından qalmış problemlərdir. İbrahimbəyov Prezident olmaq eşqinə düşəndə İttifaq parçalandı. Onun vəfatından sonra da kino xadimlərini bir araya toplamaq mümkün olmadı. Azərbaycanda bir Kinematoqrafçılar İttifaqı mövcud olmalıdır. Bu İttifaqa da kino xadimləri rəhbərlik etməlidirlər. Bundan kənarda baş verənlər özbaşınalıqdır, təxribatdır, rüsvayçılıqdır, şoudur. Rusiyada yeddi kinostudiya fəaliyyət göstərir. Onlar hamısı bir ittifaqda cəmləşiblər. Azərbaycanda bir kinostudiya fəaliyyət göstərir ki, o da bərbad gündədir. Amma hərə özünə bir ittifaq açıb, özü üçün vəzifə yaradır. Bu kimi biabırçı hallara son qoymaq lazımdır.

- Sovetlər dövründə Azərbaycanda samballı filmlər ərsəyə gətirilərdi. Müstəqillik dövründən bəri demək olar ki, peşəkar filmlərə rast gəlmirik?

- Sovetlər dövründə maraqlı filmləri ustadlarımız ərsəyə gətirirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası fəaliyyət göstərdiyi 70 illik dövr ərzində çox böyük ekran əsərləri yaradıb. Bu kinostudiyanın istehsal etdiyi filmlərində olan epizodlardan gündəlik leksikonumuzda istifadə edirik. Kino bir nəfərin fəaliyyəti deyil, kollektiv fəaliyyətin nəticəsi olmalıdır. Buna da çoxlu maliyyə lazımdır. Kino ideoloji silahdır, maarifləndirmə və təbliğat meydanıdır. Buna görə də kinoya dırnaqarası yanaşmaq olmaz. Həmin o Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası indi də fəaliyyət göstərir. Lakin çox bərbad durumdadır. Maddi-texniki bazası çatışmır, kadr qıtlığı da hökm sürür. Kim harada, necə gəldi, kinolar, seriallar çəkir. Əksəriyyəti də bayağı və mənasızdır. Çox sağolsun, Cənab Prezident İlham Əliyev ki, bu sektora da xüsusi diqqət ayırır. Ümidvaram ki, yaxın gələcəkdə bu sahədə ciddi inkişafın şahidi olacağıq.

- Sizcə, kino sənayesini inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır? Təklifləriniz nədən ibarətdir?

- Bu sahədə kompleks islahatlar aparılmalıdır. Biz kino xadimlərini bir ittifaqda cəmləyə bilmiriksə, bu sahə intriqa ustalarının meydan suladığı haldadırsa, hansı inkişafdan danışmaq olar?! İnkişaf üçün birinci növbədə nizam-intizam olmalıdır. Mədəniyyət naziri işdən azad edildi, onun müavini həbsə göndərildi. Məlum oldu ki, kinoya ayrılan vəsaitləri mənimsəyiblər. Dövlətin kino sənayesinin inkişafı üçün ayırdığı pullar oğurlanmamalı, bir qup şəxsin varlanması üçün sərf olunmamalıdır. Bu sahəyə ciddi nəzarət olmalıdır. Bu, Azərbaycan xalqının gələcəyinə “balta vurmaq”dır. Bir nəsli məhv etmək, onun zövqünü korlamaq, saxta təbliğatın əsirinə çevirməkdir. Cənab Prezident İlham Əliyev bununla bağlı ciddi tapşırıqlar verib. Nazirlik də bu istiqamətdə konkret addımlar atmalıdır. Kinostudiyanın maddi-texniki bazası gücləndirilməli, kadr hazırlığıa xüsusi diqqət ayrılmalıdır. Yalnız bundan sonra kinonun inkişafından danışmaq olar. Əks halda biz Sovet Azərbaycanın ərsəyə gətirdiyi filmlərin xiffətini çəkməyə davam edəcəyik.

İttifaqdan REAKSİYA

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib: “Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından
Ardını oxu...
Hazırda onurğanın degenerativ xəstəlikləri içində birinci yeri boyun problemləri tutur.

Xəstəlik gənc yaşlardan başlayır, tədricən gedir və onurğanın fəqərələrini tükədir.

Boyun ostexondrozu ona görə problem yaradır ki, o başı saxlayır, beyini qidalandırır.

O, baş beynin qan dövranını pozur, sinir sistemini geri salır. Baş beyinə qan getmirsə, beyin orqanizmə düzgün siqnallar göndərmir.
Teref.Az xəbər verir ki, məşhur rusiyalı həkim, manual terapevt Aleksandr Şişonin boyun ostexondrozu və yırtığının bilmədiyimiz fəsadlarından danışıb.

“Boyun bədənin həyatına yoldur, qapıdır, çünki beyinlə bədəni o birləşdirir. Boyunda ostexondroz hətta hormonal pozuntu belə yarada bilər.

Komputer və telefonlar yaranandan bu xəstəlik sürətlə gəncləşir.

Şəhər insanı saatlarla maşında, ofisdə əyləşir, boyun əzələləri gərgindir, fəqərələr sıxılıb.

Boyundan keçən əsas onurğa arteriyaları sıxılır.

Bizim boynumuz və ətraf əzələləri stress zamanı yığılır, spazm verir.

Beyin kökünü qidalandıran damarlar boyun onurğa sütunu içindən keçir. Bu həyati vacib damardır.

Ona görə hərəkətsiz boyun çox təhlükəlidir. Anatomik olaraq boyun ən çətin hissədir, ordan çoxlu damar, sinir mərkəzi keçir, əzələ korseti də ən çətinidir.

Boyun qədər çətin orqan, əzələ yoxdur. Orda dil, eşitmə, burun, gözlər, bütün hiss orqanları ordadır.

Boyunda olan spazm fəqərələrin stabilliyini pozur. Nəticədə beyin oksigen aclığı keçirir, hipotalamus ac qalır, xroniki oksigen çatışmazlığı beynin işini pozur. Müasir tibb boyunun bu rolunu ciddi nəzərə almır, müalicə metodları da zəifdir.

Məsələn, dopler həkimi boyun damarlarını yoxlayıb, rəy yazır ki, damarlar yaş dəyişikliklərinə uyğundur. Bu nə deməkdir? Yəni onların pozulması baş verib, barışmaq lazımdır?

Halbuki boyun damarları heç bir yaşda fərqli olmamalıdır. Təzyiqin, şəkərin birinci səbəbi 90% hallarda elə boyundandır. Həkimlər hər yeri yoxlayır, müalicə edir, boyundan başqa. Ona görə xəstələr illərlə dərmandan asılı qalır”.
Ardını oxu...
Mənbə: Medicina.Az
 
 
 
Ardını oxu...
Tanınmış müğənni Sevda Əliqızı hər zaman müsahibələrində gənc müğənnilərin özlərindən böyüklərə salam verməməsini tənqid edirdi. O bildirib ki, artıq həmin müğənnilər onun tənqidlərindən nəticə çıxarıblar.

DİA.AZ bildirir ki, moderator.az-a açıqlama verən müğənni həmin sənətçilərə məsləhətlərini də verib.

“Dediyim o gənc müğənnilər var idi, hansı ki, özlərini çox böyük-böyük aparırdılar. Artıq gəlib yanımdan keçəndə deyirlər ki, “Sevda xanım necəsiniz?”. Salam verirlər, salam alırlar. Bu adama da xoş gəlir. Onlar bir salam verirsə, mən iki salam verib, qucaqlayıb öpürəm. Tənqidlərimdən nəticə çıxarıblar. Mən özümü heç vaxt, heç kimin yanında yuxarıdan aparmamışaç. Onlar elə bilirdilər ki, 1-2 dəfə efirə çıxmaqla ulduz olacaqlar! Nisə xanım, Flora xanım kimi sənətkarlar məni görəndə can-can deyib, üstümə gəlirlər. Deyirəm ki, ay Nisə xanım, ay Flora xanım, mən gəlirəm də sizlə görüşməyə. Onlar böyük sənətkar olmaqla yanaşı, həm də böyük insandırlar. Siz bəyəm onlardan artıqsınız?!” deyə müğənni bildirib.

Sevda Əliqızı müğənnilərin geyimlərindən də danışıb.

“İndi deyəcəklər ki, bu köhnə fikirlidir. Vallah mən köhnə fikirli deyiləm. Müasir insanam, müasirliyi də sevirəm. Bir az geyimlərinə fikir versinlər. Vallah kənardan tamaşaçılar baxırlar, xoş gəlmir. Qadın qadınlığını saxlamalıdır. Sanbal olmalıdır. Mən istəmirəm ki, səhnə podyum olsun. Çox açıq-saçıqlıdır. Biz Azərbaycanlıyıq axı, onu qorumalıyıq. Bəyəndiyimiz gənc müğənnilərdən Almaxanım Əhmədli və Çinarə Məlikzadənin adlarını çəkə bilərəm. Çinarə Məlikzadə ilk dəfə efirə çıxanda az qalırdım ki, gəlib televizoru öpüm. Bu hər iki xanımda istər sənət, istərsə də geyim mədəniyyəti paralel inkişaf edir. Mən yaxşıların adlarını çəkirəm ki, digərləri də onlardan ibrət götürsünlər. Hətta onlar ara mahnısını da elə təqdim edirlər ki, elə bil bəstəkar mahnısıdır” deyə sənətçi bildirib.

Ardını oxu...
2022-ci il üçün “Oskar” mükafatına namizədlərin adları açıqlanıb.

Əsas namizəd nominasiyaları aşağıdakılardır.

“İlin ən yaxşı filmi” nominasiyası üzrə:

“All quiet on the western front”
“Avatar: The Way of Water”
“The banshees of İnisherin”
“Elvis”
“Everything everywhere all at once”
“The Fabelmans”
“Tar”
“Top gun : Maverick”
“Triangle of sadnees”
“Woman talkings”

“İlin ən yaxşı rejissoru” nominasiyası üzrə:

Martin Mcdonagh – “The Banshess of İnisherin”
Daniel Kwan and Daniel Scheinert – “Everything everywhere all at once”
Steven Spielberg – “The Fabelmans”
Todd Field – “”Tar”
Ruben Östlund – “Triangle of sadness”

“İlin ən yaxşı aktyoru” nominasiyası üzrə:

Austin Butler – “Elvis”
Colin Farrel – “The Banshess of İnisherin”
Brendan Fraser – “The whale”
Paul Mescal – “Aftersun”
Bill Nighy – “Living”

“İlin ən yaxşı aktrisası” nominasiyası üzrə:

Cate Blanchett – “Tar”
Ana de Armas – “”Blonde”
Andrea Riseborough – “To Leslie”
Mixhelle Williams – “The Fabelmans”
Michelle Yeoh – “Everything everywhere all at once”

“İlin ən yaxşı ssenarisi” nominasiyası üzrə:

“The Banshess of İnisherin”
“Everything everywhere all at once”
“The Fabelmans”
“”Tar”
“Triangle of sadness”

Qeyd edək ki, qaliblər mart ayının 13-ü açıqlanacaq.
Ardını oxu...
“Avatar: Suyun Yolu” filmi 2 milyard dollarlıq gəlir həddini keçib.

Gununsesi.info xəbər verir ki, sözügedən film rejissor Ceyms Kameronun üçüncü filmidir ki, 2 milyard dollarlıq gəlir əldə etmiş olur.

Bundan öncə “Titanik” və “Avatar” filmləri də oxşar nəticəni göstərib.

Qeyd edək ki, 2009-cu ildə nümayiş olunan ilk “Avatar” filmi dünya üzrə 2,9 milyard dollar gəlir gətirib. Bu göstərici hazırda tarixdə ən uğurlu göstəricidir.
Ardını oxu...
Məhşur Sovet aktrisası Maya Menqlet 87 yaşında vəfat edib.

Bu barədə "Nyus.ru" məlumat yayıb.

Məlumata görə, o uzun illər öncə ailəsi ilə birgə mühacirət etdiyi Avstraliyanın Melburn şəhərində ölüb.

Aktrisanın ölüm səbəbləri dəqiq məlum deyil.

Qeyd edək ki, karyerası ərzində ümumilikdə, 18 ekran işində çəkilən M.Menqlet "İş Penkovada idi" filmindən sonra geniş populyarlıq əldə etmişdi.

Ardını oxu...
“Hansı sahədə oluruqsa-olaq, hər birimiz bu günlərdə çox aktiv olmalıyıq. İstər yaradıcılıqda, istər yaşadığımız bu dövrün çətinliklərində, kişi-qadın, yaşlı-gənc demədən çalışmalıyıq. Yaradıcı insanlar da öz musiqiləri ilə, yetirmələri ilə vətənə dəstək olmalıdır. Mən xoşbəxtəm ki, bir neçə tələbəm musiqimizi xarici ölkələrdə, nüfuzlu müsabiqələrdə təbliğ edir. Bu gün gənclərin gələcəyi, onların yaxşı yaşaması üçün bizim görəcəyimiz işlər çox vacibdir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib.

Xalq artisti müasir mətbuatın xeyli yaxşılığa doğru dəyişdiyini bildirib.

“Bu gün mətbuatın, televiziyanın gücü həqiqətən də böyükdür. Mətbuatımız daha əvvəlki kimi deyil, hər şey yaxşılığa doğru dəyişib. Hər zaman mətbuatla dost olmuşam, çalışıram ki, bu gün də o dostluğu qoruyub saxlayım. Günün hansı saatında, hansı vaxtında mənə ehtiyac duyulursa “mən məşğulam”, “işim çoxdur” deyə bilmərəm. Jurnalistlər bizə hər zaman dəstək olublar. Onların qələmləri tək biz müğənnilər üçün deyil, bütün sahələrdə çalışan insanlar üçün yararlı olub” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, yaradıcılığında daim ona dəstək olan insanlar olub.

“Çalışmışam ki, Azərbaycan musiqisini dünya xalqlarının bələd olduğu janrlarda oxuyub, onlara çatdırım. Bu kənardan asan görünə bilər. Heç vaxt “bunları mən təkbaşına etmişəm” deyə bilmərəm. İnsanlar var ki, başqalarının əməyini, əziyyətini qiymətləndirməyi bacarmırlar. Amma belə olmaz! Böyük layihələrimdə mənə mənəvi cəhətdən, musiqi tərəfdən kömək edənlər çox olub. Maddi tərəfini təbii ki, özüm etmişəm. Dəstəkçilərimdən biri də xalq artisti Siyavuş Kərimi olub. Biz Azərbaycan, aşıq, ozan musiqimizin sintezini başqa ölkələrdə nümayiş etdirmişik. O ölkələrdə bizi heyranlıqla dinləyirdilər. Ümumiyyətlə mənim yaradıcılıq gündəliyimi bu gün gənc müğənnilərimiz vərəqləyə bilsəydilər bilərlər ki, Azərbaycan xalqının əməkdar, xalq artisti olmağı üçün insan nə qədər əziyyətli və çətin yollar keçməlidir. Hər şeyə yüngül baxmaq olmaz, çətinliyini görmək lazımdır. Layihələrimin, mahnılarımın üstündə illərlə əziyyət çəkmişəm. Çəkilən əziyyət axır-əvvəl qiymətləndirilir” deyə xalq artisti bildirib.
Ardını oxu...
Məşhur türk aktyoru Necati Şaşmaz “Kurtlar Vadisi”nin yanvar ayında ekranlara dönəcəyi xəbərini açıqlayıb. Maraqla gözlənilən serialın hansı kanalda tamaşaçı ilə görüşəcəyi də bəlli olub. Çağlar Ərtoğrul və Kənan İmirzalıoğlunun filmdə yer alacağı iddiaları da həyəcan yaradıb.

Teref.az afn.az-a istinadən xəbər verir ki, Türkiyə televiziya tarixinin unudulmaz əsərlərindən olan “Kurtlar Vadisi” serialındakı “Polat Alemdar” obrazı ilə yadda qalan məşhur aktyor Necati Şaşmaz bir müddət əvvəl TRT Music-də qatıldığı canlı yayımda Mazhar Alansonun suallarını cavablandırarkən sevənlərinə əfsanəvi serial “Kurtlar Vadisi”nin yenidənq ekranlara qayıtması müjdəsini vermişdi. Çoxdan gözlənilən layihə üçün yeni iddialar səslənib.

Necati Şaşmaz yayımlandığı dövrdə reytinq rekordları qıran serialın yanvar ayında ekranlara qayıdacağını açıqlamışdı. Aktyor, “Kurtlar Vadisi”ndə 397 seriya oynadım, həyatımın 20 ilini “Kurtlar Vadisi” ilə keçirdim. Dəyərli amma yorucu bir iş idi, ona görə də ara verməli olduğumuzu düşündük. Yenidən serial tələb olunmağa başladı. Əgər mümkün olsa, baş verəcək, məncə, yanvarda olacaq” – deyə müəmmalı açıqlaması ilə gündəm olmuşdu.

Şaşmazın bu açıqlamaları serialın pərəstişkarlarında böyük həyəcan yaratsa da, “İskəndər Büyük” ​​obrazı ilə yadda qalan Musa Uzunların serialda olmayacağı xəbəri onları kədərləndirdi. Lakin Kənan İmirzalıoğlu və Çağlar Ərtoğrulun “Vadi”yə qatıla biləcəyi iddiası seriala marağı artırıb. TRT 1 ekranlarında tamaşaçılarla görüşən “Təşkilat” serialında “Serdar Kılıçarslan” obrazına həyat verən məşhur oyuçunun seriala qatılmağa razı olduğu iddia olunur.
Pərəstişkarlarının maraqla gözlədiyi layihə ilə bağlı yeni iddia ortaya atılıb. “Yeni Akit” xəbər verir ki, serialın yeni bölümləri iyun ayında Türkiyədə təqdim edilən və abunə sayının sürətlə artması müşahidə edilən ABŞ-ın onlayn serial və film platforması “Disney Plus”da tamaşaçılara təqdim ediləcək.
Ardını oxu...
“Dədə Qorqud”un yeni tapılmış nüsxəsinin restavrasiyası davam etdirilir.

Bunu APA-ya açıqlamasında professor Ersen Ersoy bildirib.

Onun sözlərinə görə, proses davam etdirilir.

“Dədə Qorqud" kitabının əlyazması Bursa Bədədiyəsinin Əlyazmalar və Quran muzeyində saxlanılır. Kitab bu dəqiqə restavrasiya mərhələsindədir. Bu mərhələdən sonra onun orjinal və günümüzün əlifbasına uyğunlaşdırılmış versiyasında nəşrlərinin hazırlanması nəzərdə tutulub”.

Qeyd edək ki, yeni nüsxə ötən ilin mart ayında türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla tərəfindən aşkar olunmuşdu.

Yeni nüsxə “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinə daha çox bənzəyir və 12 boy var.
 

Dünyapress TV

Xəbər lenti