Ardını oxu...
Adətən, Leonid Brejnev həm xarici ölkələrin nümayəndə heyətlərini, həm də Kreml məmurlarını saat 11-dən sonra qəbul edib.

1969-cu ilin dekabrın 17-də isə baş katib öz “ənənə”sini pozaraq Siyasi Büronun üzvlərini kabinetinə daha tez dəvət edib. Məhz həmin gün üçün Siyasi Büronun iclası da planlaşdırılıb. Brejnev qeyri-rəsmi şəraitdə uzun-uzadı giriş etmədən birbaşa mətləbə keçib:

- Mən büro iclasından əvvəl sizi yanıma dəvət etdim ki, bir məsələ haqqında əvvəlcədən məsləhətləşək. Dörd gündən sonra İosif Stalinin 90 illik yubileyidir. Xruşovun Stalin qadağalarını hamınız görmüsünüz və yəqin ki, siz də 30 il SSRİ-yə rəhbərlik etmiş bir şəxsə tətbiq olunan qadağalara heç də haqq qazandırmırsınız. Mən təklif edirəm ki, yubileylə bağlı hansısa bir tədbir keçirilsin. Ən azı Stalin haqqında mərkəzi mətbuatda məqalə dərc olunsun. Ümumi razılığa gəldikdən sonra biz bu məsələnin müzakirəsini Siyasi Büronun iclasına çıxara bilərik.

Brejnevin bu təklifi büro üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Sözsüz ki, ictimaiyyətdə də uzun illərdən sonra Stalinin adının gündəmə gəlməsi həssas məsələ sayılıb.

Baş katibin təklifinə ilk olaraq Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi Mixail Suslov münasibət bildirib:

- Bu məsələ öz həllini çoxdan tapmalıydı. Təəssüf ki, Xruşovun Stalinə antipatiyası və qisas hissi buna imkan vermədi. Mən sizin hamınızı əmin edirəm ki, bir sıra xarici ölkələrin mətbuatında Stalinin yubileyi münasibətilə məqalələr olacaq. Bizim bu yubileyin üzərindən sükutla keçməyimiz isə Kommunist Partiyasının nüfuzuna mənfi təsir göstərəcək. Leonid İliçin təklifini həm məqsədəuyğun, həm də vacib sayıram.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Nikolay Podqornı Brejnevin təklifinə fərqli prizmadan yanaşıb:

- Demək olar ki, biz hamımız partiyanın 20 və 22-ci qurultaylarının nümayəndələri olmuşuq. Həmin qurultaylarda Stalinin siyasi səhvləri haqqında bizim də tənqidi çıxışlarımız olub. Buna görə də belə hesab edirəm ki, onun 90 illik yubileyini xatırlamağa belə lüzum yoxdur. O ki qaldı qəzetdə məqalə verilməsinə, mən bununla razıyam. Amma bir şərtlə. Həmin məqalədə Stalinin əli ilə kimlərin və neçə nəfərin məhv edilməsini göstərməliyik...

Brejnev Podqornının münasibətini cavabsız qoymayıb:

- Nikolay Viktoroviç, siz həmin qurultaylarda kimin lehinə, kimin əleyhinə çıxış etmisiniz, bunu mən xatırlamıram. Amma mən təklif etdiyim məsələni müzakirə edərkən mövcud dövrdəki siyasi ab-havanı da nəzərə almalısınız və onu da xatırlamalısınız ki, biz Xruşovun buraxdığı səhvləri ona bağışlamadıq.

Siyasi Büronun üzvü, Ukraynanın birinci katibi Pyotr Şelest də Podqornıya qarşı çıxıb:

- Təbii ki, mənim məsələyə münasibətim yoldaş Podqornının fikirlərinə zidd olacaq. Stalin haqqında məqaləni mətbuata vermək lazımdır və vacibdir. Yığıncaqlarda, görüşlərdə bizə Stalinin 90 illik yubileyi ilə bağlı saysız-hesabsız suallar verilir, müraciətlər olunur. Heç olmasa xalqın bu marağını nəzərə almalıyıq. Bəli, Stalinin səhvləri olub. Amma onun xidmətləri də danılmaz faktdır axı. Biz tarixi təhrif edə bilmərik. İndi özünüz də şahid olursunuz ki, marşallar və generallar öz memuarlarında Stalin haqqında fikirlərini yazırlar, həm xidmətlərini, həm də nöqsanlarını. Biz də ümumi bir fikrə gəlib, onun istər partiya və dövlət qarşısındakı xidmətlərini, istərsə də buraxdığı səhvlərini şişirtmədən, qabartmadan mətbuatda işıqlandırmalıyıq.


Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin sədri Arvid Pelşe isə məsələyə daha kəskin münasibət bildirib:

- Stalin haqqında yaxşı nəsə deməyə heç bir əsas yoxdur. Onun xalqa, dövlətə vurduğu zərbələrin ağrıları bu gün də hiss olunur. 90 illik yubiley heç də təntənə demək deyil. Odur ki, onun haqqında hansısa bir məqalənin mətbuatda getməsini mənasız və yersiz sayıram.

Brejnevin təklifinə qarşı çıxanlar olsa da, Siyasi Büronun əksər üzvləri baş katibi dəstəkləyiblər. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin, DTK sədri Yuri Andropov, Mərkəzi Komitənin katibi İvan Kapitonov, Belarusiyanın birinci katibi Pyotr Maşerov, marşal Dmitri Ustinov Stalinin 90 illik yubileyi ilə əlaqədar mətbuatda məqalənin çıxmasına müsbət münasibət bildiriblər.
Ardını oxu...

Sonda Brejnev qeyri-rəsmi yığıncağı yekunlaşdırıb:

- Belə başa düşdüm ki, büro üzvlərinin əksəriyyətinin məsələyə münasibəti müsbətdir. Biz büro iclasının ikinci hissəsində Stalinin 90 illik yubileyi ilə bağlı məsələni rəsmi olaraq gündəliyə salacağıq. Son qərarımız isə onunla bağlı mətbuatda məqalənin getməsi olacaq.

Beləliklə, məsələ iclasın gündəliyinə salınıb. Stalinlə bağlı məqalənin çap olunmasına nəzarət Mərkəzi Komitənin katibi Mixail Suslova tapşırılıb.

Bir ildən sonra, 1970-ci ildə Brejnevin təşəbbüsü ilə İosif Stalinin Qırmızı Meydandakı məzarı üstə büstü ucaldılıb.
Ardını oxu...

Brejnevin Stalinə olan bu mərhəmətli münasibəti birmənalı qarşılanmayıb. Amma hər halda SSRİ-nin 30 illik bir tarixini yaradan İosif Stalini “yaşatmaqla” Brejnev tarixin özünü təhriflərdən qoruyub.(Musavat.com)
Ardını oxu...
DogruXeber.az: - Ötən həftələrdə Lənkəran və Astara rayonlarına Azərbaycanın zənginliyi, sərvəti hesab edilən Hirkan meşələrini və Qızılağac Milli Parkının gözəlliklərini çəkmyə getmişdik. Düzdür, Hirkan və Qızılağac Milli Parklarında çəkilişlərimiz ürəyimizcə oldu və parkların əməkdaşları ilə söhbətlər zamanı problemləri, planları öyrəndik. Yəni söhbətlərimiz uğurlu alındı. Amma…

Milli Parkların çəkilişlərindən sonra yolumuzu əslində “vikipediyada” milli parkın tarixi, mədəni məkanı kimi göstərilən Lənkəran Tarix Diyarşünaslıq Muzeyindən saldıq. Hansı ki, bu bina Lənkəran Xanı Mir Əhməd xanının sarayı olub. Əvvəlcə, sizə xan sarayının tarixindən söz açım, sonra qarşılaşdığımız problemləri dilə gətirərik. Deməli, Mir Əhməd xan bu sarayı sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə ucaldıb. Bina 1913-cü ildə Avropadan gətirilən memarlar tərəfindən inşa edilib. Biannın tikintisində istifadə edilən bütün tikinti materialları isə, Bakıdan Lənkərana aparılıb. Binanın fasadın mifoloji fiqurlar yer alıb. Bina o dövrlərdə Lənkəranda ilk çoxmərtəbəli bina hesab edilib. Onu da deyək ki, Mir Əhməd xanın evi o dövrlərdə ilk elektrik enerjisi olan bina olub. Mir Əhməd xanla Tuğra xanımın övladları olmayıb. Xan 1916-cı ildə Fransaya səfəri zamanı dünyasını dəyişir, onun nəşi Lənkərana gətirilir və burada dəfn edilir. Xanın öülümündən sonra sovet hakimiyyəti illərində bina Tuğra xanımın əlindən alınır. Tuğra xanım Bakıya köçür. Xan xanımı olan Tuğra xanım, Bakıda çox ağır günlər görür, yaşaya bilmək üçün xadimə işləyir.
İndiki Tarix Diyarşünaslıq Muzeyi 1978-ci ildə Lənkəran xanının həyat yoldaşı üçün tikdirdiyi binaya köçürülüb. Muzeyin əməkdaşları bizi gülərüzlə qarşıladı. Amma jurnalist olduğumuz öyrənildikdə, sərbəst çəkilişə icazə verilmədi. Dedilər ki, “yuxarı”dan icazə alınmalıdır. Biz də o “yuxarı” deyilən şəxsi axtarıb tapdıq. Rauf adlı şəxsin nömrəsinə zəng edib, Hirkan Milli Parkından reportaj üçün Bakıdan gələn jurnalist olduğumuzu və muzeydə kiçik bir çəkiliş etmək istədiyimizi bildirdik. Rauf “müəllim” isə dedi ki, “yox, Mədəniyyət Nazirliyindən icazə alınmalıdır”. Qeyd etdik ki, “Bura muzeydir, hər kəsin üzünə açıq olan bir məkandır, biz burada jurnalist olduğumuzu demədən də çəkiliş edə bilərdik”.

Qısası; Rauf müəllim, bizi dinləmək və anlamaq istəmədi… Dedi ki, “gedin, Mədəniyyət Nazirliyindən icazə alın”. Biz də “hansı Mədəniyyət Nazirliyini deyirsiniz? Dövlət Təhlükəsizlik Xidmətinin "baş çəkdiyi" nazirliyimi deyirsiniz?” demədik…. Demədik, amma bildirdik ki, qarşılaşdığımız bu anormal "soyuq" münasibəti kəlimələrə tökəcəyik ki, bu da bizim haqqımızdır… Ən az o muzeydə çəkiliş etmək haqqımız qədər...

Biz özümüzü təqdim etmədən muzeyi gəzə və çəkiliş edərdik, hətta özünə jurnalist deyən bəzi “fəaliyyət icraçıları” kimi birinin də üstünə beşini qoyub qərəzli yazı yaza bilərdik. Yazmadıq, çünki biz öz peşəmizə və işimizə hörmət edirik, digərlərindən fərqli olaraq…

Lənkəran Tarix Diyarşünaslıq Muzeyində mədəniyyətin məsullarına yaraşmayan "hörmətsizlik"lə qarşılaşsaq da… Nə isə.. Lənət “şeytan”a deyib, Lənkəranda yerləşən Zindan qalasını çəkməyə getdik. Qeyd edək ki, dairəvi qala XVIII əsrdə tikilib. İddialara görə, qala Nadir şahın əmri ilə tikilib. Lənkəran rus qoşunları tərəfindən tutulduqdan sonra, 1869-cu ildən qala həbsxanaya çevrilir. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, burada 310 nəfər yaxın dustaq saxlanılır. Hətta XX əsrdə Stalin də bu zindanda məhkumlardan olub. Yəni qalanın tarixi, tikilməsi, hətta istifadə edilməsi və “qonaqlar”ı çox maraqlıdır. Taleyinə “həbsxana” olmaq yazılmış qaladan 1956-cı ilə qədər cəza məqsədilə istifadə edilib. Buna görə də elə qalanın adı “Zindan qalası” qalıb.

Ardını oxu...

Zindan qalası, Lənkəran / Foto: İradə Cəlil, Bizimyol.info Zindan qalası, Lənkəran / Foto: İradə Cəlil, Bizimyol.info
Qala Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə bu qala memarlıq abidələri siyahısına salınıb və dövlət tərəfindən mühafizə olunur… Ya da olunmalıdır... Sanki belə desək, daha məqsədəuyğun olar. Dairəvi qala 2006-cı ildə regionların sosial-iqtisadi inkişafı planına əsasən təmir olunub. Sonra 2015-ci ildə güçlü qar qalanın dam örtüyünü dağıdıb və yararsız vəziyyətə salıb. Tarixi abidənin yenidən bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib. İndi isə, qala "deyilənə görə" restavrasiya edilir. Ətrafını qala şəklində dizayn edilmiş örtüklə bağlayıblar.

Xüsusilə qeyd edək ki, 2020-2022-ci illər Mədəniyyət Nazirliyi üçün çox da uğurlu olmayan illərdir. Həmin illərdə nazirlikdə dərin yoxlamalar aparıldı, həbslər həyata keçirildi. Zindan qalasına baxanda görünən də odur ki, qala üçün ayrılan büdcə də "kiminsə və ya kimlərinsə" güdazına gedib. Qala 2023-cü ildə tam bərpa edilməli idi. Bu gün isə, 2023-cü ilin 10-cu ayının ilk günüdür….3 aya bərpa işlərinin başa çatacağı isə, inandırıcı görünmür…

Məncə Mədəniyyət Nazirliyi yerlərdə şöbələrinə jurnalistlərin hüquqi və qanuni fəaliyyətinə qadağa qoydurmağı tapşırmaqdansa, öz daxili kommunikasiya və "mədəniyyət" problemlərini həll etsə daha yaxşı nəticə alar…//Bizimyol.info

Ardını oxu...
“Şəmistan müəllimi hərbi diktor kimi efirdə görmüşdüm. Onun “İgid əsgər” mahnısını çox bəyənmişdim. Gitarada özüm üçün oxuyurdum. Bizim dövlət tədbirimiz baş tutdu. Şəmistan müəllim orada aparıcı idi. Tədbir o vaxtkı Respublika sarayında keçirilirdi. Konsertdən sonra Şəmistan Əlizamanlıya yaxınlaşıb dedim ki, “İgid əsgər” mahnısınını çox bəyənirəm, onu birlikdə oxuya bilərik? Dedi ki, duet şəklində “Cənab leytenant” adlı mahnımız var, onu yoxlayaq. Mahnının müəllifi Şahin Musaoğlu, Şəmistan müəllim və mən bir araya gəlib bunu hazırladıq. Sözlərini dəyişdik, akordlarını mən kömək etdim. Sonra gedib yazdırdıq, amma inanmazdıq ki, mahnı bu qədər məşhur olacaq”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında “Cənab leytenant” mahnısının qadın ifaçısı Nəsibə Bədəlbəyli deyib. O daha sonra əlavə edib.
“ “Cənab leytenant” mahnısını dinləyən bu günki əsgərlər o vaxt uşaq idilər. Onlar bu mahnı ilə vətənpərvər ruhda böyüyüblər. Qarabağı bizə həmin o uşaqlar qaytardılar. Bu çox səmimi mahnıdır. Əslində çətin də deyil, 4 akorddur. Sadəcə bu mahnını hiss edərək ürəkdən oxumuşuq. Bir neçə sənətçi də zəng edib halallıq alıb ki, olar oxuyaq? Demişəm ki, əlbəttə” deyə müğənni bildirib.

Nəsibə Bədəlbəyli “Cənab leytenant” mahnısını düşmənlərin də dinlədiyini bildirib.
“44 günlük Vətən müharibəsi zamanı “YouTube” kanalımda “Cənab leytenant” mahnısının altına “yan” soyad sonluqlu bir erməni şərh yazmışdı. Yazmışdı ki, mən Birinci Qarabağ müharibəsi veteranıyam. Səngərdə oturub sizin dalğanızı tutmuşduq. Bu mahnı səsləndi. Bilirdik ki, düşmən sözləridir. Amma səs, musiqi bizi tutdu. Mahnı bitən kimi hər kəs bir tərəfə çəkilib başladıq bu mahnını zümzümə etməyə. İndi də qulaq asanda gözlərim yaşarır. Təbii ki, bu sözlərdən sonra onu “blok” etdim” deyə müğənni bildirib.
Sənətçi hazırkı fəaliyyətindən də danışıb.
“Hazırda Dövlət Akademik Xor Kopellasında çalışıram. Artıq 30 ildir ki, orada işləyirəm. Azərbaycanın dövlət himnini biz oxuyuruq. Mahnılar, şeirlər yazıram. Dövlət tədbirlərində, konsertlərdə ifa edirik” deyə müğənni bildirib.
 
Ardını oxu...
Serj Tankyan və Artak Beqlaryanın iştirakı ilə BBC-nin “Kontekst” proqramında ermənipərəst müzakirədən sonra Azərbaycan eyni platforma vasitəsilə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.

Bu missiyanı öz üzərinə Caliber.az-ın müəllifi Orxan Amaşov götürüb.

Aparıcısı Kristian Frezerin olduğu verilişidə həmyerlimiz ölkəmizin mövqeyini bacarıqla müdafiə edib.
Qeyd edək ki, BBC-nin sözügedən verilişinin “Qarabağdakı humanitar böhran”a həsr olunan buraxılışı Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub. Proqramda bölgədə baş verənlər birtərəfli işıqlandırılmaqla yanaşı, ölkəmizə qarşı yalan və böhtan dolu ittihamlar səsləndirilib.
Ardını oxu...
Mərhum xalq artisti Gülşən Qurbanovanın məzarının görüntüləri yayılıb.

Teref.Az Day.Az-a istinadən xəbər verir ki, görüntülərdə məzarın baxımsız vəziyyətdə olduğu diqqət çəkir.

Gülşən Qurbanovanın məzarını ziyarət edən bloger Etibar Vəfa bildirib ki, xalq artistinin qızı və bacısı olmağına rəğmən onun məzarını təmizləyən yoxdur.

Təsirli görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Xalq artisti, sevilən müğənni Sərxan Sərxanın başına iş gəlib. Belə ki, müğənninin vatsap nömrəsini xakerlər ələ keçirərək onun adından telefon nömrəsinin qeydiyyatında olan insanlara mesaj yazıblar. Müğənninin adından yazılan mesajda onun təcili pula ehtiyacı olduğunu, amma kartının bloklandığını deyiblər.

DİA.AZ xəbər verir ki, sənətkar yaranmış vəziyyətlə bağlı faktı Moderator.az-a təsdiqləyib.

“Dostlarıma mənim adımdan yazıb pul istəyirlər. O mən deyiləm, vatsapımı ələ keçiriblər. İnsanlara demək istəyirəm ki, o hesaba pul köçürməsinlər” deyə müğənni bildirib.

Daha sonra sənətkar vatsap profilinə də rastlaşdığı vəziyyətlə bağlı foto yerləşdirib.


Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
“Türkiyədə olan aktyor təhsili sistemi əzbərçilik üzərində qurulub. Azərbaycanda da əksik olan çox şeylər var. 25 ildən çoxdur ki, Türkiyədə aktyor sənəti imtahanlarını qəbul edirəm. İllər əvvəl bir azərbaycanlı tələbə də sənədlərini vermişdi. Tələbələrim mənə zəng edib dedi ki, hocam təbrik edirik, bir azərbaycanlı tələbə qız sənədlərini verib. Çox sevindim. Üstündən 15-20 gün keçdi, gördüm ki, mənə bir zəng gəldi. Həmin qız idi. Dedi ki, mən Azərbaycandan gəlmişəm, görün neynirsiz? O özünü mənə tapşırırdı. Dedim ki, qızım, sən gəlməsən daha yaxşı olar. Bu tapşırıqları tərgitsək hər şey yaxşı olar. Mənə Azərbaycandakı universitetlərdən birindən də təklif olunmuşdu ki, imtahanları aparım. Razılaşmadım. Çünki bilirəm ki, deyəcəklər ki, bu filankəsin adamıdır. Tapşırıqla sənət olmur”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov deyib. O daha sonra əlavə edib.

“Elə sənətlər var ki, ora müdaxilə etmək olmaz. Sənətimizin keyfiyyətini istedadsız insanları ora dürtməklə aşağıya salmayaq. O insanlar ki, tapşırıqla aktyor sənətinə daxil olur, onlar sonradan da tapşırıqla teatrda işə düzəlirlər. O illərin sənətkarları üçün heç kim zəng edib, tapşırıq verib, xahiş etməmişdi. Mənim üçün də universitetə daxil olanda Nəsibə xanım kimdənsə xahiş etməmişdi. Ona görə də indi Azərbaycanda o boşluqlar yaranıb” deyə sənətkar bildirib.

Xalq artisti Türkiyəyə getməsinin səbəblərindən də danışıb.

“Türkiyəyə getməyimin əsas səbəbi Nəsibə xanımın dərmanlarını almaq idi. Maddi vəziyyətimiz yaxşı deyildi. Mən getməyə də bilərdim, amma vəziyyət həqiqətən də çətin idi. Çünki 1990-cı illərdə Azərbaycanda qarışıqlıq idi, sənət, sənətkar yada düşmürdü. Azərbaycan bu gün qüdrətli dövlətdir, inkişaf edib. Əslində həmişəlik getməyəcəkdim, sadəcə olaraq elə alındı ki, mənə təklif gəldi və orada yaşamağa başladım. Adanada yaşayıram, özümü evimdəki kimi hiss edirəm. Adananı mən Bakıya bənzədirəm” deyə sənətkar bildirib.
Ardını oxu...
Nobel Fondu Rusiya Belarus və İran səfirlərini mükafatlandırma mərasiminə dəvət etmək fikrindən daşınıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Nobel Fonunun rəsmi internet səhifəsindən paylaşım edilib.

“Nobel Fondunun əvvəlki təcrübələrə uyğun olaraq bütün səfirləri Nobel mükafatı mərasiminə dəvət etməsi sərt reaksiyalara səbəb olub. Bu səbəbdən Nobel Fondunun direktorlar şurası keçən il olduğu kimi, bu dəfə də Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçirilən Nobel mükafatı mərasiminə dəvət edilməməsinə qərar verib”,-deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bu üç ölkənin səfirləri Stokholmdakı mərasimə dəvət olunmamışdı.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, son günlərdə xeyli sayda aparıcı “Space TV”ni tərk edib. Aparıcılar ya özləri işdən ayrılıb, ya da heç bir səbəb göstərilmədən işlərinə xitam verilib.

Ötən gün adıçəkilən televiziyanın tanınmış simalarından biri olan aparıcı Rövşanə Ağasəfqızı da işindən ayrıldığını açıqladı. Aparıcı axşam.az-a açıqlamasında heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib:

“Hazırda məzuniyyətdəyəm. Bu gün ”Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram".

Rövşanə Ağasəfqızından bir gün öncə isə tanınmış aparıcı Fariz İlyasov bu kanalla yollarını ayırdığını açıqlayıb. “Dəyərli izləyicilərim və dostlarım, bu gündən etibarən çalışdığım ”Space TV" ilə yollarımızı ayırdıq. Qismət olsa, yeni layihələrdə görüşərik", - deyə Fariz İlyasov qeyd edib.

Xatırladaq ki, “Space TV”nin rəhbərliyi bu ilin fevral ayının əvvəlində dəyişmişdi. Həmin vaxt “Space TV”nin rəhbəri Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və “Lider” telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovin gətirildi.

Qeyd edək ki, Vado Korovin əsasən “Şən və Hazırcavablar” klubunda (KVN) “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb. Onun Space TV-yə rəhbər gətirilməsi xeyli müzakirələrə səbəb olmuşdu.Əksəriyyət bu təyinatın da uğursuz olacağını, digərləri isə əksini deyirdi. Amma bu bir faktdır ki, Vado Korovin rəhbərliyə gələndən bu günə qədər xeyli sayda tanınmış tele-aparıcı kanalı tərk edib.

Onlardan biri aparıcı Ceyhun Səfərdir. O, televiziyadan getməyinin səbəbini bu cür açıqlamışdı:

“Bir müddət ”Space" TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə “Space”dən ayrıldım.

Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni “Space”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. “Space” TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm".

Məşhur aparıcı Turan İbrahimov isə yeni rəhbərlik təyin olunandan 2 həftə sonra televiziyadan getdiyini açıqlamışdı:

“İki həftə əvvəl verdiyimiz qərardır. ”Space" TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram".

Yeni rəhbərlik gələn kimi “Space TV”də işindən ayrılan jurnalistlərdən biri də aparıcı Kamil Eldaroğlu oldu.

Tanınmış aparıcı Elçin Əlibəyli, Nübar Əbil də televiziyanı tərk edən məşhur simalar arasındadır.

17 il adı çəkilən kanalın simalarından biri olan Zamirə Dadaşovanın isə televiziyadan qalmaqallı gedişi uzun müddət müzakirə mövzusu oldu. Aparıcı heç bir əsası olmadan, qanunsuz şəkildə televiziyadakı işinə xitam verildiyini bildirmişdi.

“İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim ”Space TV" - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbətdə əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır həm də məni üzən. Təəssüf pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar", deyə aparıcı sosial şəbəkədə qeyd etmişdi.

Bəs ekspertlər “Space TV”də gedən son istefa dalğasını necə dəyərləndirir? Tanınmış simaların televiziyanı tərk etməsi nə ilə nəticələnə bilər?

DİA.AZ bildirir ki, məsələ ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Əlbəttə, belə hadisələri eşidəndə üzülürük. Çünki bir televiziya üçün bir aparıcı yetişdirmək çox çətindir. Şəxsən mən uzun illər televiziyada işlədiyim müddətdə onlarla hazırda televiziya məkanında çalışan insanların yetişməsinə əmək sərf etmişəm və onların kanal dəyişməsini ürək ağrısı ilə seyr edirəm.

Bu cür hadisələr təkcə “Space TV”də deyil, digər televiziyalarda da müşahidə olunur. Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar. Fikrimcə, bizdə jurnalistlərin bu mənada müdafiə sistemi yoxdur, onlar çox köməksizdir. Yəni, onları müdafiə edən struktur yoxdur, özləri də birləşib, nəsə bir şey əmələ gətirə bilmirlər.

O ki qaldı “Space TV”nin bundan sonra vəziyyətinin necə olacağına, məlum olduğu kimi bu kanal tez-tez rəhbər dəyişən strukturdur. Hesab edirəm ki, Etibar Babayevdən sonra “Space TV” ümumiyyətlə bir qeyri-müəyyənlik zolağına düşüb. Yəni, yeni kimsə gələndə müəyyən hərəkətlər etməyə çalışır. Təbii ki, istəyirlər ki, yaxşı olsun, amma istəklər məsələni həll etmir. Yaradıcılıq, idarəçilik azadlığı mühüm rol oynayır. Ona görə də “Space TV”nin bundan sonra necə olacağını demək mümkün deyil.

Amma deyə bilərəm ki, “Space TV”nin hazırda rəhbərliyində olan adam yaradıcı adamdır, xüsusən şou aləminə bələddir, intellektualdır, ümid verir ki, hər halda nələrsə edə biləcəklər. Amma nə olacaq, bunu yaxın zaman göstərəcək".
 

Dünyapress TV

Xəbər lenti