Ardını oxu...
“Dərviş band” qrupu və Xalq artisti Niyaməddin Musayev son günlər böyük ajiotaja səbəb olmuş “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını İTV ekranından canlı yayımda duet şəklində təqdim ediblər.

Müzakirələrə səbəb olan mahnını birlikdə ifa etməklə məsələyə nöqtə qoyublar.

 
Ardını oxu...
İdarədən Bulvar ərazisində çəkilişlərin aparılması ilə bağlı açıqlama

Dənizkənarı Milli Park açıq məkandır və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisidir.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin bəyanatında deyilir.

Bildirilib ki, Dənizkənarı Milli Parkın xüsusi mühafizə olunan təbiət obyekti kimi hüquqi statusunu nəzərə alaraq, İdarənin Nizamnamə üzrə vəzifələrindən irəli gələn hüquqlarından biri də Milli Park ərazisində yerləşən təbiət və tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə və təbliğinə (reklam yerləşdirilməsi, audiovizual çəkilişlərin aparılması və s.) razılıq vermək hüququdur. Müvafiq qanuna görə, xüsusi mühafizə olunan təbiət ərazilərinə verilən anlayışdan aydın olur ki, Dənizkənarı Milli Park bütövlükdə xüsusi təbiət və tarix-mədəniyyət əhəmiyyətinə malik olan ərazidir. Bundan əlavə, Nizamnamənin müvafiq yarımbəndi ilə ali icra hakimiyyəti orqanı tərəfindən İdarəyə verilmiş bu hüquq, İdarənin ümumi rəhbərliyi və nəzarəti həyata keçirdiyi Milli Park ərazisində aparılan çəkilişlərlə bağlı məlumatlı olmaq hüququnu ehtiva edir.

Qeyd olunub ki, İdarənin Nizamnaməsinin 3.1.3-cü yarımbəndinin məzmununa görə, Milli Park ərazisindən istifadə qaydalarına riayət edilməsi ilə əlaqədar zəruri tədbirlər görmək İdarənin səlahiyyətlərinə daxildir.

“Dənizkənarı Milli Park ərazisində bu günə qədər media subyektləri, incəsənət nümayəndələrinin müraciətləri əsasında onlar tərəfindən aparılmış peşəkar çəkilişlərə İdarə tərəfindən rəsmi olaraq qadağa qoyulmayıb, yaxud xüsusi icazə sənədinin alınması tələb olunmayıb. Milli Parka gələn qonaqlar, sadə vətəndaşlar və turistlər tərəfindən aparılan şəxsi audiovizual çəkilişlərə isə, ümumiyyətlə, hər hansı bir müdaxilə olmayıb. Dənizkənarı Bulvar İdarəsinin rəsmi mövqeyi Milli Park ərazisində bütün media subyektlərinin informasiya əldə etmək və məlumat almaq azadlığının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün zəruri imkanları yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Bu mövqe Milli Parkın xüsusi mühafizə olunan təbiət ərazisi olduğunu, habelə İdarənin əraziyə ümumi rəhbərlik və nəzarət üzrə səlahiyyətlərini nəzərə alaraq, ərazidə aparılan çəkilişlərlə bağlı İdarənin bir dövlət qurumu kimi məlumatlı olmaq, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunan açıq çağırışların öz səlahiyyətləri daxilində qarşısının alınması hüququna hörmətlə yanaşılması prinsipini də əhatə edir.

Bir daha qeyd edirik ki, Milli Parka gələn yerli sakinlərin və turistlərin şəxsi məqsədli audiovizual çəkilişləri ilə bağlı İdarə ilə hər hansı bir razılaşdırma nəzərdə tutulmur.

Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosial yönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat və açıq çağırışların yayımlanması İdarə ilə razılaşdırılmış qaydada həyata keçirilir.

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Respublikasının qanunvericiliyini və ümumqəbul olunmuş hüquq prinsiplərini rəhbər tutaraq, öz fəaliyyətini yalnız ona verilmiş hüquq və səlahiyyətlər daxilində təşkil etdiyini və öz ictimai məsuliyyətini dərk etdiyini bəyan edərək, bundan sonra da Milli Park ərazisinin öz hüquqi statusuna uyğun şəkildə inkişaf etdirilməsi, qorunması və abadlığının təmin olunması istiqamətində səylərini əsirgəməyəcəyinə ölkə ictimaiyyətini əmin edir”.
Ardını oxu...
“Son illər ölkəmizdə gənclərin bayağı musiqilərə meylinin artdığı açıq hiss olunur. Muğama, saz havalarına, xalq musiqisinə qulaq asmayan gənclərin sayı günü-gündən artır”.

DİA.AZ-ın xəbərinə görə, bu sözləri millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, indi hazırda gənclərin bir qismi bayağı musiqilərə, bir qismi xarici musiqilərə, çox az qismi də xalq musiqilərinə qulaq asır və bu çox ciddi tendensiyadır:

“Haqqında zamanla tez-tez danışdığımız qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın, bayağılaşmanın başqa bir təzahür formasıdır.

Avtomobildə gedərkən bayağı musiqinin sədaları altında hərəkət edən, sosial şəbəkələrdə, xüsusilə “TikTok”da bayağı musiqinin sədaları altında atılıb-düşən gəncləri yəqin ki, çoxlarımız müşahidə etmişik".

Millət vəkili qeyd edib ki, bu cür neqativ tendensiyada televiziya və radioların da payı var:

“Təəssüf ki, bir sıra hallarda televiziya və radiolarımız da bayağı musiqilərə geniş yer verirlər.

Bəs gənclərin bayağı musiqilərə bu qədər meyl göstərməsinin günahkarı kimdir? Hesab edirəm bu məsələdə ailələrimizin, məktəblərimizin, ali təhsil müəssisələrimizin, televiziya və radiolarımızın üzərinə çox böyük məsuliyyət düşür. Çünki bu həm də milli məsələdir. Ailələrimiz övladlarının milli ruhda tərbiyəsi üçün cidd-cəhdlə çalışmalıdır. Onlara ilk yaşlarından xalq musiqilərini, saz havalarını, muğamımızı dinlətdirməli, zövqlərinin korlanmasına imkan verməməlidirlər.

Məktəb və ali təhsil müəssisələrimiz nə üçün məsuliyyət daşıyırlar? Ona görə ki, bu gün müxtəlif səbəblərdən bəzi ailələr öz övladlarına düzgün tərbiyə verə bilmirlər. Çünki bır sıra hallarda valideynlərin özlərinin tərbiyəsi, dünyagörüşü, intellektual səviyyəsi nəyin səhv və ya düz olduğunu onlara tam dərk eləməyə imkan vermir.

Belə olduğu halda isə əsas güc və yük məktəb və ali təhsil müəssisələrinin üzərinə düşür. Onlar işlərini yalnız təhsil verməklə bitmiş hesab etməli deyillər. Hərçənd ki, onların bir qismi əslində heç normal təhsil də vermirlər.

Ona görə məktəb direktorlarının və ali təhsil müəssisələrinə rektor təyinatlarının ciddi həssaslıqla həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə müəssisələrə mütləq savadlı, intellektual səviyyəsi yüksək, milli, milli-mənəvi dəyərlərə bağlı, zəngin dünyagörüşünə malik şəxslər rəhbər təyin edilməlidir. Təəssüf ki, bunu bu gün biz bütün məktəb və ali təhsil müəssisələrimiz haqqında söyləyə bilmirik. Əslində bu çox ciddi məsələdir.

Gənclərin belə bayağı musiqilərə meyl göstərməsində, yuxarıda qeyd etdiyim kimi, bəzi televiziya və radiolarımız da ciddi məsuliyyət daşıyırlar. Onlar öz efirlərinə belə bayağı musiqiləri söyləyən müğənniləri dəvət etməməli, belə musiqilərə yer verməməlidirlər.

Heç şübhəsiz ki, dövlətləri, xalqları güclü edən onun dəyərləridir. Bu, həm də milli təhlükəsizlik məsələsidir. Gələcək dəyərlərinə sahib çıxan, onu qoruyan, sıradan çıxarılmasına imkan verməyən dövlətlərindir. Gəlin dəyərlərimizə sahib çıxaq, onları göz-bəbəyimiz kimi qoruyaq".

Millət vəkilinin də qeyd etdiyi kimi, son illərdə xüsusən də özəl televiziya ekranlarında, radiolarda bayağı musiqilər “ayaq tutub yeriyir”. Daim bayağı musiqi səsləndirən, musiqi nəzəriyyəsindən heç bir anlayışı, bilgisi olmayan ifaçılar gündəlik olaraq verilişlərə dəvət olunur, şəxsi həyatları, qalmaqalları müzakirə olunur. Bəziləri qeyd edir ki, bunun əsas səbəblərindən biri həmin televiziya rəhbərlərinin yanlış efir siyasətinin nəticəsidir. Yəni televiziya rəhbəri rəhbərlik etdiyi televiziyalarda nəyi görmək istəyirsə, onu da tamaşaçılara təqdim edir.

Məlum olduğu kimi, əvvəllər efirlərdə səslənən hər bir ifa nəzarətdən keçir, onun sözlərinə, musiqisinə, ifa tərzinə diqqət edilirdi. Sonradan bu qayda sıradan çıxdı. Audiovizual Şuradan əvvəl fəaliyyət göstərən Milli Televiziya və Radio Şurası (MTRŞ) məsələyə bu cür münasibət bildirmişdi:

“Qurum televiziyada və radioda yayımlanan musiqilərə nəzarət etmir. Ona ancaq yayım şirkəti nəzarət edə bilər. Musiqi zövqə bağlı bir məsələdir. Bizim üçün bayağı səslənən musiqi, mahnının sözləri kimin üçünsə bayağı olmaya bilər. Kimisi milli musiqi sevir, kimisi caz, kimisi rok, kimisi də ancaq xarici musiqiyə qulaq asır. Televiziya və radio da kütləvi olduğuna görə orada səslənən musiqiyə nəzarət edə bilmərik”.

Bəzi ekspertlər qeyd edir ki, məsələni tənzimləmək üçün televiziyalar xüsusi proqramlar hazırlamalı, bu məsələ ilə bağlı efir siyasətini dəyişməlidir. Doğrudur, dövlət televiziyalarında bu cür proqramlar artıq çoxdan fəaliyyət göstərir. Lakin özəl kanallar üçün bunu demək mümkün deyil.

DİA.AZ bildirir ki, mövzu ilə bağlı tanınmış tele-tənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Bu yaxınlarda Neft Akademiyasının və Xarici dillər Universitetinin qarşısında bizim tələbə gənclərin oxuduğu mahnı müəyyən mənada bizim gənclərin musiqi zövqü haqqında təsəvvür yaradır.

Ümumiyyətlə, klassik musiqi, xalq mahnıları, muğamat və bu kimi ciddi musiqilərin xüsusi təbliğatı olmalıdır. Məsələn, ötən əsrin 60-70-ci illərində bu cür xüsusi konsertlər təşkil olunurdu və vəzifəli adamlar məcburi şəkildə o konsertlərə cəlb olunurdu. Doğrudur, zorla zövq formalaşdırmaq olmur, amma insanların zövqünü formalaşdıran janrlar müəyyən formada təbliğ olunmalıdır. Çünki musiqi birbaşa ruhun qidasıdır.

Doğrudur, televiziya və radiolar əhalini bayağı musiqilərdən xilas etmək üçün müəyyən proqramlar, musiqi müsabiqələri təşkil edə, müəyyən standartlar qoya bilər və qoymalıdır, müxtəlif formalar düşünülməli, tapılmalıdır. Amma hesab etmək olmaz ki, bayağı musiqilərin geniş vüsət almasında televiziya və radioların birbaşa günahı var. Kütləvi musiqi tədbirləri, hətta nəqliyyatda yayılan musiqilər, sosial şəbəkələr bayağı musiqilərin geniş vüsət almasına ciddi təsir edir. Ən pisi isə odur ki, ciddi musiqinin auditoriyası daralıb. Ona görə də hesab edirəm ki, musiqi təbliğatına ciddi ölçülərlə yanaşılmalıdır".

 
Ardını oxu...
 
Xəzər Televiziyasında yayımlanan “Təsir dairəsi” verilişində Azərbaycan Respublikasının Əməkdar artisti Vahid Əliyev bir neçə gün öncə faciəvi şəkildə dünyasını dəyişən Oqtay Əliyev haqqında danışarkən gözyaşlarına hakim ola bilməyib.
 
Vahid Əliyev Oqtay Əliyevlə bağlı bunları deyib:
“Allah rəhmət etsin Oqtaya. Mənim Oqtayla haqqı salamım var idi. Amma sənət dostlarımı – atasını, anasını daha yaxşı tanıyırdım. Allah heç bir valideynə övlad dağı göstərməsin”.
Qeyd edək ki, əməkdar mədəniyyət işçisi, "SOY" prodakşının rəhbəri Oqtay Əliyev martın 22-i Abşeron rayonu, Saray yolunda avtomobili ilə hərəkət edərkən, idarəetməni itirib. Qəza nəticəsində o, vəfat edib, aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki xəsarət alıblar.
Manşet.az
 
Ardını oxu...
 
"FOX" kanalında yayımlanan  "Taçsız prenses" serialı ilə bağlı yeni qərar verilib.
Türkiyə mətbuatı xəbər verir ki, ekran işi 10-cu bölümdən sonra yayımına fasilə verəcək.
Serial yay aylarında izləyicilərə təqdim olunacaq. 
Qeyd edək ki, layihənin baş rollarını İsmail Hacıoğlu ilə Sümeyye Aydoğan paylaşır.
 

Ardını oxu...
DİA.AZ: - 26 may opera studiyasinin səhnəsində istedadli rejissor Emil Quliyevin yaradıcılıq axşami baş tutacaq ("Pərdə" trlogiyası, "Əqrəb mövsümu") Görüşdə suallar ve cavablar, maraqli söhbət, aftoqrafsessiya sizi gozləyir.
Biletlər 15-30 azn: 0513033540

***

Qeyd edək ki, bu tədbirə fərqli reaksiya verənlər də var. Məsələn, jurnalist Elmar Hüseynov maraqlı açıqlaması ilə diqqətə gəlib. DİA.AZ bildirir ki, E.Hüseynov Emil Quliyevlə bağlı baş verənləri bu şəkildə şərh edib:

"Başa düşdük, Emil Quliyev yaxşı rejissor olmaq yolunda irəliləyir. Amma ağ eləməyin də. Yazıqdır. Bir istedad parlayırsa, qəsdən bədbəxt etməyin, yazıq deyil?
Bu adam hələ yaradıcılığın enişindən yoxuşuna qalxmaq istəyir e. 15-30 Azn-ə bilet satışı qoyub onu da dost tanışınıza aldıracaqsınız. Guya adamın PR-ını edirsiniz. Bundansa Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşünü təşkil edin. Rejissor, aktyor olmaq istəyən, bu yolda maneələrlə rastlaşanlara təkan versin. Ölkədə 1 yox, onlarla Emil Quliyev yetişsin. O zaman dəstək göstərdikləri də onun yaradıcılıq gecəsini keçirsinlər. Haqqında ölkə kənarından heç bir kinotənqidçinin xəbəri olmayan, bəlkə də gələcəyin parlaq rejissoru olacaq bir gənci məhv etməyin!"
Ardını oxu...
Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?
Teref.az kulis.az-a istinadən aktrisa, aparıcı, Əməkdar artist Dilarə Əliyeva haqqında maraqlı faktları təqdim edir.

Dilarə Hasil qızı Əliyeva 27 Oktyabr 1972-ci ildə Sumqayıtda anadan olub. Ailədə dörd uşaq olublar. Dilarənin on altı yaşı olanda, atası dünyasını dəyişir. Orta məktəbi bitirəndən sonra o, sənədlərini İncəsənət Universitetinin aktyorluq fakültəsinə verir və qəbul olunur.

***

Elə universitetdə oxuyan zaman Oqtay Əliyevlə tanış olur. Bu tanışlıq qısa müddətdən sonra evliliyə çevrilir. Aktrisa müsahibələrinin birində bu haqda deyir:

“Universitetə daxil olandan 1-2 ay sonra ərə getdim. İlk sevgim, qarşıma çıxan ilk bəy Oqtay olub. İlk sevgi güllərini də ondan almışam. Mənə tülpan gətirmişdi. Zahirən nəhəng, amma incə qəlbə malik biridir. Oqtay teatrda rejissor idi. Məni tamaşaya dəvət etdi. “Ər və arvad” tamaşası ilə ilk dəfə səhnəyə çıxdım. Onu nümayiş etdirdikdən sonra biz evləndik, ər və arvad olduq”.

1994-cü ildə buradan məzun olur. İrəvan Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlayır. On illik teatr fəaliyyətindən sonra aktrisa teatrdan uzaqlaşır. Efirlərdə aparıcı kimi görünməyə başlayır. Tamaşaçı onu aparıcı kimi tanıyıb qəbul edir.

***

Dilarə Əliyevaya ən çox uğur gətirən televiziya layihəsi “Çal-çağır” olub. Uzun illər bu layihənin aparıcısı olan aktrisa sonralar daha iri formatlı verilişlərdə müəllif kimi fəaliyyətinə davam edib.

***



Aktrisa prodüser Oqtay Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onların iki qızı dünyaya gəlib. Sənətkarlar ailəsinin gəlini olan aktrisanın qayınatası Xalq artisti Vidadi Əliyev, qayınanası isə Xalq artisti Elmira İsmayılovadır. Aktrisanın qaynı məşhur aparıcı Elçin Əlibəyli, qardaşı isə aktyor Vüsal Əliyevdir.

“Vüsal məndən on yaş balacadır. Mənim on altı yaşım olanda atam rəhmətə getdi. Vüsal onda çox balaca idi. Və atamın itkisindən sonra bizim ailədə hamı ona qarşı həssas olmağa, atasız böyüdüyü üçün onu qorumağa çalışdı. Əslində, biz hamımız, elə Vüsal özü də deyib-gülən zarafatcıl insanlarıq. Sadəcə, bir verilişdə Vüsal mənə təşəkkür etdi. O zaman kövrəldim. Çünki mən istəmirəm o, mənə təşəkkür etsin. Onsuz da, Vüsal bunları bilir, təşəkkür etməsi lazım deyil. Həm də mən atamın ona edə bilmədiklərini etməyə çalışmışam. O, bəlkə də, atalı-analı böyüsəydi, mən bu qədər həssas davranmazdım. Vüsalın hansısa çətin anı olanda dərhal atamın rəhmətə getdiyi ərəfə gözümün önünə gəlir. O heç nə başa düşmürdü və biz onun başını qatmağa çalışırdıq, atamızın ölümünü ondan gizlədirdik”.

Dilarə Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə “Məhəbbət yaşayır hələ!…”, “Durnalar qayıdanda”, “Dərəbəylik”, “Madam-Badam”, “Didərginlər”, “Oğru”, “Mənim qayınanam” kimi tamaşalarda maraqlı rolları ifa edib.

***

Aktrisa həmçinin “Leyli və Məcnun”, “Yumurta”, “Gəlinlər”, “Bəylik dərsi”, “Məhəllə”, “Cavid ömrü” adlı filmlərə çəkilib. Aktrisanın filmoqrafiyasında özünün ən çox sevib, qiymətləndirdiyi obraz “Cavid ömrü” filmindəki Müşkinaz rolu olub. O, özü bu barədə deyir:

“Müşkinaz obrazı mənə tapşırılanda bu rolun öhdəsindən gələrək ifa etməyi çox arzulayırdım. Mən bu obraz üzərində işləyərkən mənim arxamda “Çal-çağır” verilişinin böyük tamaşaçı ordusu vardı. Onlar məni elə tanıyır, qəbul edib sevirdilər. “Çal-çağır”dan uzaqlaşıb tamam başqa bir dünyaya getmək, bu qədər məsuliyyətli bir işin altına girib Cavid kimi şəxsiyyətin həyat yoldaşını canlandırmaq üçün təpədən-dırnağa qədər özümü o işə həsr etdim. Cavid haqqında kitabları, Müşkinaz xanımın yazdığı xatirələrin hamısını oxudum. İnanırsınız ki, aylarla dəhşətli, faciəli taleyi olan bir qadının həyatını yaşadım. Gecələr gözümə yuxu getmirdi. Başımı balışa qoyub saatlarla ağlayırdım. Bu günə qədər də Cavidlə bağlı tədbirlərdə mənə söz veriləndə gözlərim dolur, qəhərlənirəm. Yəni mən həmin obrazı, həqiqətən də, çox pis yaşadım. Ərtoğrulun erkən ölümü, dəfn zamanı çoxlarının qorxub tabuta yaxınlaşmaması, həmin məqamlarda Müşkinaz xanımın düşdüyü vəziyyət, doğrudan da, məni dərindən təsirləndirmişdi. Filmdə mənim oğlumu da qardaşım canlandırmışdı”.

***

Aktrisanın qızı Aytən 2019-cu ildə ailə quraraq xarici ölkəyə köçüb. Hazırda bir nəvəsi olan Əməkdar artist “Söhbət var” verilişinin aparıcısıdır.
 
Ardını oxu...
33 yaşlı kanadalı müğənni The Weeknd (əsl adı və soyadı - Abel Makkonen Tesfaye) iki Ginnes rekordu qıraraq dünyanın ən populyar sənətçisi olub.
Sfera.az bildirir ki, Efiopiya əsilli musiqiçi rəsmi olaraq dünyanın ən populyar sənətçisi olub.
“Starboy" sənətçisi 111,6 milyon ilə Spotify-da ən çox dinləyicisi olan Ginnes tituluna sahibdir. Eyni zamanda bu onu axın platformasında aylıq 100 milyon dinləyiciyə çatan ilk sənətçi edir.

Onun Spotify dinləyicilərinin sayı hətta aylıq 82,3 milyon dinləyicisi olan Miley Cyrus, Shakira (81,7 milyon), Taylor Swift (80,3 milyon) və Rihanna (78,2 milyon) da daxil olmaqla digər məşhur sənətçiləri də geridə qoyur.
Ardını oxu...
"O - Kişi" filmindən və "Saç lakı" serialından tanınan Hollivud ulduzu Amanda Bayns ötən bazar günü Los-Ancelesdə tamamilə çılpaq gəzib.

Teref.az axşam.az-a istinadən xəbər verir ki,aktrisa həbs edilib və sonra psixiatrik xəstəxanaya yerləşdirilib. Hadisə şahidinin dediyinə görə, aktrisa hər kəsin ona baxdığını görərək, lüt olduğunun fərqinə varıb. O, yoldan keçən bir maşını saxlayaraq, psixoloji problemi olduğunu deyib. Sonra 911 nömrəsinə zəng edib.

Aktrisa çılpaq küçələrdə gəzərkən fiziki zərər görməyib. Həkimlərin nəzarəti altında Amanda 72 saat qalmalı olub. Adətən psixiatriya klinikasında həbs olunanların saxlanma müddəti bu qədərdir, lakin uzadıla bilər.

Qeyd edək ki, Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. Bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasında müalicə alıb.
Ardını oxu...
Bir vaxtlar məşhur türk serialı “Kurtlar Vadisi”ndə Doğu Eşrefoğlu obrazı ilə tanınan Altan Akışık illər sonra ortaya çıxıb.

Ustad aktyor zooparkda görüntülənib.

Yaşlı sənətçini Burak Memişoğlu qonaq edib. O, həmin anları “Instagram” səhifəsində paylaşıb.
“Doğu bəy”in yeni fotoları çox sayda bəyənmə toplayıb və serialın pərəstişkarlarını təəccübləndirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti