Ardını oxu...
“İpsos” Araşdırmalar Qrupu “Ən etibarlı məşhurlar” sorğusunun nəticələrini elan edib.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, mərkəz fevralın 6-da Kahramanmaraşda baş verən və 11 vilayətdə dağıntılara səbəb olan zəlzələlərdən sonra “Ən etibarlı məşhurlar” araşdırması aparıb. Sorğunun nəticələrinə görə, birinciliyi zəlzələ bölgəsində xilasetmə işləri aparan AHBAP dərnəyinin qurucusu Haluk Levent qazanıb.
“Məşhurların Güvən İndeksi” araşdırmasında reytinq aşağıdakı kimi sıralanıb:

Haluk Levent – 68%
Muge Anli – 50%
Kenan İmirzalıoğlu – 49%
İlber Ortaylı – 48%
Acun Ilıcalı – 46%
Oğuzhan Uğur – 42%
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Ardını oxu...
Bu gün Xalq artisti Muxtar Maniyevin doğum günüdür. Kinoda yaratdığı rəngarəng obrazları ilə yaddaşlarda qalan bu gözəl insan artıq 8 ildir aramızda yoxdur.

Muxtar Maniyev 1935-ci ildə aprelin 4-də Bakının Qala kəndində anadan olub.

Lent.az-ın təqdim etdiyi bu yazıda Xalq artistini daha yaxından tanıyacaqsınız.

Öncə aktyor olmağı ağlından keçirməyən Muxtar neft mühəndisliyi üzrə təhsil alır, lakin sonra ikinci təhsil kimi aktyorluğu seçir. Spesifik görüntüsü ona kinoda gözəl rollar yaratmağa imkan verir.

Kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. İnstitutun birinci kursunda oxuyanda "Koroğlu" filmində dəmirçi oğlu Polad roluna çəkilib. Sonrakı illərdə "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində maraqlı obrazlar yaradır, ümumilikdə 157 filmə çəkilir. "Mozalan" satirik kinojurnalının isə əksər bədii süjetlərində onun yaddaqalan rolları var. Hər zaman bakılı kişi ədası öncəlik təşkil edib. Söz düşəndə mən dilsiz ağızsız adama deyirdi. “Ölsəm, bağışla” filmindəki Seyidrza obrazına baxınca buna heç inana bilmirsən. O obrazlarının rəngini, xarakterini almağı, daşımağı gözəl bacaran xarakterik aktyor idi.

Deyilənə görə, çox kinsiz və kövrək adam olub. 81 il yaşayan aktyor fiziki cəhətdən çox güclü olub. Cavanlığında üzgüçülüklə, boksla, güləşlə məşğul olub. Lakin ömrünün son illərində bu güclü adamın iki ayağı da kəsilib.

Uzun illər ürək-qan və şəkər xəstəliklərindən əziyyət çəkən sənətkar bu xəstəliklərə görə ayaqlarını itirib. 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sağ ayağı kəsilir. Elə həmin il dekabrın 22-də həyatını itirir. Vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.

Deyilənə görə, Allaha qarşı çox şükran bir insan imiş. Ayaqları kəsiləndən sonra aktyor kimi fəaliyyət göstərə bilməyəcəyini bilsə də, hər zaman şükür edib, bunun sınaq olduğunu deyirmiş. Onun ölümündən az sonra elə öz ad günündə nəvəsi dünyaya gəlib. Ailəsi onun ruhunun balaca Muxtarda yaşadığını düşünür.
Ardını oxu...
Dizayner Uill Martin süni intellekt vasitəsilə məşhurların kasıb versiyalarının fotolarını düzəldib.

Publika.az xəbər verir ki, sənətçi bu barədə 3 hissəli paylaşımı İnstaqram səhifəsində edib.

Görüntülərdə İlon Mask, Donald Tramp, Kit Harrinqton, Ancelina Colu, Beyons, Bredd Pitt, Kara Delevin, Barak Obama, Snup Doq, Robert Pettinson, De Vikend, Niki Minaj, Lionel Messi, Roma Papası və başqaları yer alıb.
Ardını oxu...
Türkiyəli aktyor Ozan Güvən şiddət göstərdiyi iddiasiyla məhkəməlik olduğu keçmiş sevgilisi Dəniz Bulutsuz barədə danışıb.

Akyor müsahibəsi zamanı yaxın zamanda məhkəmənin sona çatacağını deyib:

"Hər şey sona çatanda ekranlara geri qayıdacağam. İstəyirəm ki, Dəniz Bulutsuzu bir az araşdırasınız. Nə olduğunu görəcəksiniz. Məhkəmədə şəkillərin fotoşop, montaj olduğu ortaya çıxacaq. Pis günlər geridə qalacaq".(axşam.az)
Ardını oxu...
Beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli AZAL-ın bilet qiymətlərinin yüksək olması səbəbindən Çexiyadakı sərgisinin açılışına bilet ala bilməyib.

TEREF.AZ bildirir ki, karikaturaçı özü bu barədə Cebhe.info-ya danışıb.

Onun sözlərinə görə, avqustun ilk həftəsində açılışı gözlənilən sərgi üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarı olub. Bu da onun imkanlarına uyğun deyil:

"Bunu tək mən demirəm, millət vəkilləri, siravi vətəndaşlar - hər kəs tərəfindən AZAL-ın qiymətlərinin yüksək olması dəfələrlə vurğulanıb. Mənim əsərlərimin avqust ayında Çexiyada sərgisi açılacaq. Təsəvvür edin, sərginin açılışında iştirak etmək üçün gediş-gəliş biletinin qiyməti 1000 (min) manatdan yuxarıdır. Mənim də imkanlarım buna uyğun gəlmir axı. Təkcə mənim yox, əksəriyyətin imkanı bu dəqiqə AZAL-ın qoyduğu qiymətlərə uyğun gəlmir. AZAL hazırda insanların cibini soymaqla məşğuldur. Qonşu Gürcüstan, Türkiyə ilə müqayisə edin, görün, nə qədər qiymət fərqi var.

Bu qədər də olmaz. Mən karikatura sahəsində Azərbaycana 170-dən mükafat gətirən insanam, bir çox ölkələrdə dəfələrlə mənim sərgilərim olub. Bu sahədə ölkəyə bu qədər mükafatı heç kim gətirməyib. Amma mən ölkəni tərk edə, sərgimə gedə bilmirəm. Gedib kiməsə deməliyəm ki, mənə təyyarə bileti alsın? Vallah, ayıbdır. İnsanlar AZAL-ın əlindən dad edir, qiymətləri çox yüksəkdir".

O bildirib ki, Çexiyadakı səfirliyimizə də bununla bağlı müraciət edilib, lakin məktub cavabsız qalıb:

"Mənim sərgimi açan təşkilat qonaqlama və otel xərclərini ödəyir. Amma deyirlər ki, bizim maddi imkanlarımız təyyarə biletini almağa çatmır. Təşkilat bizim Çexiyadakı səfirliyimizə də müraciət edib, amma səfirlikdən neçə müddətdir bir cavab yoxdur. Bəzən öz-özünə peşman olursan ki, hansısa bir sahədə ölkəni təbliğ etmək mənəmi qaldı? Mədəniyyət Nazirliyində quyuya daş atırsan, səs-soraq çıxmır".

O, ölkədə karikatura sahəsinin dəyərləndirilməməsindən də gileylənib:

"Zamanında Qənirə Paşayeva da haqqımda Mədəniyyət Nazirliyinə müraciət etmişdi. Özüm də dəfələrlə müraciət etmişəm ki, mənim fəxri ada layiq görülməyimə haqqım var. Hamısı deyir, haqqın var. Ay qardaş, haqqım varsa, haqqımı niyə vermirsən? Mən gəlib sənə yalvarım, haqqımı istəyim? Cənab Prezident mədəniyyət sahəsində çalışan hər bir insana köməyini göstərir. Yaradıcı insan kimi nə emalatxanam var, nə Prezident təqaüdü. Mən bu sayğısızlıqdan, Mədəniyyət Nazirliyinin yaradıcı insana sahib çıxmamasından ölü kimiyəm. Braziliyadan yazırlar, Seyran, biz Azərbaycanı tanımırdıq, sənin sayəndə bilmişik. Türkiyədən yazırlar, sənə öz ölkən niyə sahib çıxmır? Bu ayıbdır".
 
 
 

“5 il ət yemədim. Guya arıqlayacaqdım. Smetan, kəsmik yeyirdim. İndi amma ət yeyirəm. Bircə xəmir yeməkləri yemirəm”.

Sarkazm.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Zaurla Günaydın” verilişində deyib. Müğənni formada qalma sirrlərini bölüşüb.

B.Dadaşova illər əvvəl Azərbaycan Dövlət Televiziyasından (AzTV) uzaqlaşdırılmasından danışıb:

“1988-ci ildə “Ər igidlər” mahnısını oxudum. Televiziyanın sədri çağırdı ki, 2 ildir işə düzəlmisən, universitetdə oxuyursan, bu nə mahnılardır? Sənə töhmət yazırıq, amma işdən çıxartmırıq. Töhmət ala, ala gəldim çıxdım bu yerlərə. Həmişə mübariz mahnılar oxumuşam, amma gəldilər məni işdən çıxartdılar. “İkiyə bölünən Azərbaycan”, “Xudafərin körpüsü” kimi mahnılar səsləndirmişdim. O vaxt heç kim belə mahnı oxumurdu. Onda mən də öz cəbhəmdə vuruşurdum. Amma gəldi öz cəbhəmiz məni işdən çıxartdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra hər şey dəyişdi. Televiziyada Babək adlı sədr mənə zəng vurdu ki, Ulu öndər tapşırıb hansı ziyalı işdən çıxarılıbsa, yenidən işə götürün. Elə sevindim ki… 100 manat maaş da bizim üçün böyük idi. İndi sağ olsunlar, maaşı da bağlayıblar, AzTV-də maaş da yoxdur”.

Ardını oxu...
“All Fears Bo” filmində rol alan aktyor Xoakin Feniks səhnələrdən birinin çəkilişi zamanı yıxılıb.

Bu barədə filmin rejissoru Ari Aster məlumat verib.

Bu, aktrisa Petti Lyupon ilə gərgin səhnə zamanı baş verib. Rejissor əvvəlcə çox qəzəbləndiyini də gizlətməyib.

Eyni zamanda o, qeyd edib ki, hadisə olduqca “poetik” alınıb.

Xatırladaq ki, “All Fears Bo” filmi anasını ziyarət etmək üçün doğma şəhərinə yollanan paranoidal bir şəxsin hekayəsindən bəhs edir. Ekran əsərinin dünya premyerası aprelin 20-də baş tutacaq.
 
 
 

Ardını oxu...
Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur.

Bu barədə  aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti hazırda evdə yataq rejimindədir: “Heç bir irəliləyiş yoxdur. Ayaqları tutulur, yemək yeyə, gecələr yata bilmir. Hazırda onu xəstəxanaya apara bilmirik, müalicəsi üçün dərmanları ala bilmirik, ona görə də heç bir irəliləyiş yoxdur”.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Aktyor daha sonra öz istəyi ilə evə buraxılmışdı. Bu yaxınlarda isə, Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.

Ardını oxu...
 
 

“Hamı bilir ki, 4 il əvvəl Prezident mənə ev hədiyyə etmişdi. Prezidentin nümayəndəsi məni evlə tanış etdi, gördüm ki, ev hələ tam tikilməyib”.

 

Bu sözləri Xalq artisti Ənvər Həsənov Musavat.com-a açıqlamasında deyib.

“Dedilər ki, 3 ay sonra yenə gəlib baxarsan. 6 ay, 9 ay, 1 ildən sonra getdim, gördüm ki, ev hələ tikilmir. Ev də 11-ci mərtəbədə idi. Yuxarı qalxanda yüksək təzyiqim, şəkər xəstəliyim olduğu üçün başım hərləndi, yıxıldım. Soruşdum ki, evin tam təmiri üçün nə qədər pul lazım olacaq? Dedilər ki, 45 min manat. Şoka düşdüm. Dedim ki, Allah Prezidentimizin canını sağ eləsin, amma mənim 45 min manata imkanım yoxdur və bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur.

Nə isə ki, aşağı düşdükdən sonra həyətdə olan ev alqı-satqısı ilə məşğul olanlar mənə təklif etdilər ki, o evin pulunu mənə versinlər və mən özüm istədiyim yerdə özümə ev alım. Nəhayət 6 aya 90 min manata Şüvəlanda özümə ev tapdım, onu bir az təmir etdim, abıra saldım, içində yaşamağa başladım. Üç il ərzində çox yaxın dostlarımız, əzizlərimi itirdim. Sağ qalan dostlarım da sağ olsun, gəlirlər, mənimlə maraqlanırlar...”, - deyə aktyor əlavə edib.

 

XalqXeber.A

Dünyapress TV

Xəbər lenti