Ardını oxu...
Bu il iyulun 26-da daim rəqabət halında olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşdi.

Bununla bağlı ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirildi, hər iki tərəf birləşməyə razılığını bəyan etdi. Bir çox mədəniyyət xadimləri də , "bir kinomuz var, iki başı olmaz" deyərək, bu addımı alqışlarla qarşıladı. Bəs birləşən ittifaqa kim rəhbərlik edir?

Teref.Az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayevə bildirdi ki, hələlik ittifaqın rəhbəri yoxdur, kimin bu işin başında dayanması, rəhbərlik etməsi də bilinmir.

"Bəs siz işə getmirsinizmi?" sualımıza Rasim Balayev "məzuniyyətdəyəm" cavabını verdi.

"Yaxın bir-iki aya qurultay keçiriləcək. O zaman kimin rəhbərlik edəcəyi məlum olacaq. Hər iki ittifaqın üzvləri arasında razılıq əldə edilib, birləşmişik. Əsas budur",- deyə o qeyd etdi.

Haqqında qalmaqallı fikirlər səslənmiş ( əməkdaşları onun saxta qurultay keçirib, zorla özünü sədr elan etməsindən şikayətçi idilər) keçmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna belə cavab verdilər: "Kino ittifaqların ikisi də özəl, yaradıcı təşkilatlardır, onlar dövlət təşkilatı olmadığına görə, ora kimin rəhvər seçilməsi və ya təyin edilməsi Mədəniyyət Nazirliyinin səlahiyyəti altında deyil. Qərarı özləri verəcəklər".
Artıq bir ay keçməsinə baxmayaraq qərar hələlik verilməyib.

Birləşmiş təşkilata kimi seçmək qurultayın işidir. Bəs Rasim Balayev yenidən seçilmək istəyərmi? Bu suala cavab verən qocaman aktyor bunu zamanın göstərəcəyini söylədi.
 
Ardını oxu...
“Qazprom Mejregionqaz Moskva” şirkəti rusiyalı məşhur müğənni Alla Puqaçovaya qarşı iddia ərizəsini geri götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, məhkəmə iddianın geri götürülməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, “Qazprom Mejregionqaz Moskva” Alla Puqaçovanı Moskvadakı obyektlərinin birində qaz təchizatı xidmətinin haqqını ödəmədiyinə görə məhkəməyə vermişdi.
Ardını oxu...
Türkiyəli aktyor Ünal Silver dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, 75 yaşlı aktyor uzun müddətdir müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Ünal Silver “Eşkiya dünyaya hükümdar olmaz”, “Dirilik Ertuğrul”, “Kuzey Güney”, “Poyraz Karayel” kimi bir çox serial və filmdə rol oynayıb.
Ardını oxu...
 
 
 

Ardını oxu...

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib.

Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib.

Elton Conun gecə saatlarında yüngül xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, 76 yaşlı musiqiçi iyunun sonunda son çıxışını edib. “Rolling Stone” musiqi jurnalının məlumatına görə, Elton Con ən nəhəng ifaçılar siyahısında 49-cu yerdədir.

 

GUNDEMXEBER.AZ

Ardını oxu...
Prezident İlham Əliyev kinorejissor, Xalq artisti Vaqif Mustafayevlə bağlı Sərəncam imzalayıb.

"DogruXeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün V. Mustafayevin 70 yaşı tamam olur.
Ardını oxu...
"Şou-biznes açıq kassaya deyil, toya işləyir”.

DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev türk müğənnisi Hadisənin Bakı konsertindən 5 milyon lirə (328 000 manat) qazanmasından danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda sənət adamlarının konsertdən pul qazana bilməməsinin səbəbi reklamsızlıq və prodüser məktəbinin olmamasıdır:

"Problem müğənnilərdə deyil, kino sahəsində də vəziyyət eynidir. Azərbaycanda prodüser məktəbi hələ formalaşmayıb. Hər adamdan prodüser olmaz. SSRI vaxtı bu sahədə təcrübəsi olan insanlar var idi, müqavilələr bağlayırdılar. Onlar gedib xarici ölkələrdə dövlətlərarası müqavilələr imzalayırdı. İndi onlar yoxdur. Bu işi dövlət görməməlidir”.

Sənətkarın fikirincə, Azərbaycanda açıq kassaya işləyən, böyük planda olan müğənni yoxdur:

"Müğənnilərin reklamı bizim dairədədir, sərhəddən kənar çıxmayıb. Akademik, vokal sənəti olan müğənnilərimiz var. Onların da Azərbaycanın daxilində belə işləmək imkanları yoxdur. Reklam olunmayıb ki, sənətini təqdim edə biləsən. Azərbaycanda müğənnilər bir neçə gün konsert verir, onların biletlərini satan yoxdur. Belə olan halda sənət adamları konsertdən necə maliyyə götürə bilər ki?".
 
Ardını oxu...
Nümayişlərdən gələn rekord gəlirlə ilk pillələrdə qərarlaşan “Barbi” filmi növbəti rekorda imza atıb.

Lentz xəbər verir ki, rejissor Qreta Qerviqin çəkdiyi “Barbi” filmi ən çox gəlir gətirən film layihəsi olub.

Ekran əsəri Şimali Amerikada rəsmi olaraq 574 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, “Barbi” ən çox gəlir gətirən 20 filmdən biridir.
 
Ardını oxu...
Britaniya Muzeyindən oğurlanan 2 min tarixi əsərin axtarışlarına başlanılıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Londondakı Britaniya Muzeyinin rəhbəri Corc Obsorn bildirib.

Onun sözlərinə görə, dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Britaniya Muzeyindən qızıl-zinət əşyaları və qiymətli daşlar da daxil olmaqla 2 minə yaxın əsər oğurlanıb.

"Bütün muzey kolleksiyası düzgün təsnif edilməyib. Nəyin oğurlandığını öyrənmək üçün məhkəmə-tibb ekspertizası aparılır. Artıq oğurlanmış əşyaların bir qisminin tapılmasına nail olmuşuq”, - muzey rəhbəri deyib.
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Ardanış kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Ardanış kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, iqtidsadiyyatı, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Ardanış Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1975 metr hündürlükdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "Ərdanuc", Qafqa­zın 5 verstlik xəritəsində "Ardanic" formasında qeyd edilib. Toponim qədim türk dilində "dağ", "dağlıq", "dağ kəndi" mənasında işlənən "art" sözündən və məkan an­layışı bildirən "-an" və "-ış" sözdüzəldici şəkilçi­sindən ibarət olub, "dağlıq yerdə yerləşən kənd" mənasını bildirir. Kənddə yal­nız azərbaycanlı yaşayıb və müxtəlif illərdə, ən son isə 1988-ci il noyabrın 24-dən 28-dək ta­rixi-etnik torpaqlarından qovulub.

Qeyd olunub ki, Ardanış qədim və zəngin tarixə malik bir bölgədə - Göyçə mahalının şimal-şərqində yerləşir. Ərazidəki tarixi abidələr - Armudlu ərazisində Alban məbədinin qalıqları, o cümlədən Çaldakı alban qəbiristanlığı, eləcə də "Ocağın başı" adlanan dağ zirvəsində alban kilsəsinin qalıqları, Adatəpə, Böyük meşənin qənşərində və bir sıra digər yerlərdə aşkar edilmiş qədim oğuz qəbirləri, Ardanış yaxınlığındakı mağaralar və s. qədim dövrlərin yadigarları olaraq minilliklər boyu bu diyarın, bu ərazinin yaşayış məskəni olduğunu sübut edir. Ardanış ərazisindəki tarixi abidələr və tapılan maddi-mədəniyyət nümunələri bu ərazinin bizim eradan əvvəl III-II minilliklərdə məskunlaşdığını göstərir.

Həmçinin diqqətə çatdırılır ki, əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib. Balıqçılıq, bağçılıq və arıçılıq da xeyli inkişaf edib. Kənddə üçmərtəbəli orta məktəb binası, mədəniyyət evi, ticarət və ictimai-iaşə müəssisələri, hamam, elektriklə işləyən dəyirman, ağac emalı qurğusu, heyvandarlıq üçün yem emalı sexi və s. var idi.

Verilişdə Ardanışda olan 4000 illik türk məzarlığında gizlədilənlər, alban abidələri, Nadir şahın ordusunun, taun xəstəliyindən qırılan Nadir şahın ordusunun kütləvi məzarlıqları, Ardanış-türk tarixini əks etdirən abidələrin üzərində yazı və simgələr üzə çıxarılır, “Əmir Teymur Ardanışda alban abidəsini niyə dağıdıb” sualına aydınlıq gətirilir.

Vurğulanır ki, Göyçədə 2000 ildən çox torpaq altında qalmış mərz daşının üzərindəki yazı Azərbaycan dilində ən qədim yazı nümunəsidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 26-da saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

 
Ardını oxu...
Qaraqoyunlu və Ağqoyunlu tayfa ittifaqları əsas – kök – tayfa ilə yanaşı bir neçə halqadan ibarət ittifaq tayfalarından təşəkkül tapmışdı.
Qaraqoyunlularda hakim tayfa Baranlı və ya Barani tayfası idi, Ağqoyunlularda isə Bayındır tayfası idi
Qaraqoyunlu dövlətində ikinci halqada 2 tayfa vardı. Faruk Semere görə, bunlar Saadlu və Baharlı tayfaları idi.
Ağqoyunlularda isə ikinci halqada Pürnak və Mosullu tayfaları yer alırdı (Woods, 1993: 338,340).
İkinci halqanı təşkil edən tayfalar qohumluq və ailə bağları ilə yanaşı iqtisadi, ictimai və hərbi əhəmiyyətləri səbəbi ilə mərkəz tayfanın ətrafında yer alır və dövlətin əsasını təşkil edən tayfalardan hesab olunurdu. 2-ci halqadan olan bəzi tayfa nümayəndələri dövlətin ali postlarına təyin olunur, əmir əl-üməra, ordu əmiri və lələlər ola bilirdi.
3-cü halqa tayfaları Qaraqoyunluda Ağaçəri, Alpout, Cəgirli, Duharlu və Bayramlı tayfaları idi.
Ağqoyunlularda isə Biçan (Bican), Hacılı, Əfşar, Bayat və Qacar tayfaları idi.
Bu tayfalar hər iki dövlətdə güc və dövlətdə təmsil baxımından ikinci halqadan sonrakı yerlərdə dayanırdı. Ancaq bəzi dövrlərdə 3-cü halqadan çıxan şəxsiyyətlər də dövlətdə mühüm postlara yüksələ bilib.
Məsələn, Qara Məhəmmədin bacısının Ağaçəri tayfasının başçısı ilə evlənməsi və ya Ağqoyunlu Sultan Yaqubun Bican oğlu Süleymanın qızı ilə evlənməsi buna sübut kimi qəbul olunur. Bican oğlu Süleyman həmçinin Yaqubun lələsi olub.
Qaraqoyunlu ittifaqında Qaramanlı, Ayinli, Hacılı, Dögər oymaqları və həmçinin Süleymani, Mahmudi kimi tayfalar 4-cü halqada yer alırdı.
Ağqoyunlularda isə Ərəbgirli, Duharlu, Ağamlı, Bozdoğan, Çepni, İnanlu kimi oymaqlar 4-cü halqada yer alırdı.
Ancaq 4-cü halqa dövlət içərisində ən az təsiri olan tayfalar hesab olunurdu. Faruk Sümer Qaraqoyunlu tayfa ittifaqında 12 oymağın yer aldığını, bununla yanaşı 3 kürd qrupunun da ittifaqa daxil edildiyini yazır.
Ağqoyunlu tayfa ittifaqında isə tayfa və oymaqların sayı 40-dan çoxdur. Bunların bir qismi sonradan Qaraqoyunlu tayfa ittifaqından olan tayfalar olduğu üçün mütəxəssislər Ağqoyunlu tayfa ittifaqını bir neçə mərhələdə qeyd edir. Birincisi dövlət qurulana qədər olan dövr, ikincisi isə dövlət qurulduqdan sonrakı dövr.
Məsələn, Baharlı tayfası Qaraqoyunlu ittifaqında yer alıb, daha sonra isə Ağqoyunlularla ittifaqa daxil olub və dövlətdə mühüm yerə sahib olub.
Kənan Rövşənoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti