Operatorun Hollivud ulduzu Alek Bolduin tərəfindən təsadüfən güllələndiyi “Pas” (“Rust”) filminin çəkilişləri faciədən 18 ay sonra başa çatıb.
Bu barədə amerikalı aktyorun özü elan edib.
65 yaşlı aktyor obrazının saqqalsız fotosunu “Tanrım, bu saqqalı qırxmaq necə gözəl idi” cümlələri ilə yayımlayıb. O, həmçinin 13 yaşlı həmkarı Patrik Skott Makdermott ilə çəkdirdiyi şəkli də paylaşıb.
“Bu gənclə “Pas” filminin çəkilişlərinin son günü. Çox istedadlı və parlaq gələcəyi olan aktyor”, - deyə Bolduin şəkli şərh edib.
Xatırladaq ki, 2021-ci ildə “Western”in çəkiliş meydançasında Bolduin təsadüfən atışa hazır olan silahdan atəş açıb. Nəticədə operator Qalina Hançins və rejissor Coel Sousa yaralanıblar. Operatorun həyatını xilas etmək mümkün olmayıb. Fevralın əvvəlində Nyu-Meksiko Ştat Prokurorluğu aktyoru Hatçinsi qəsdən öldürmədə ittiham edib. Günahı sübuta yetirilərsə, onu 18 aya qədər həbs cəzası gözlədiyi bildirilib. Aktyor özünü təqsirli bilməyib. Aprel ayında prokurorlar Bolduinə qarşı qətl ittihamlarını ləğv ediblər. Bu müddət ərzində çəkilişlər dayandırılıb və aprelin 20-dən Montanada davam etdirilib. Mənbə: TASS
“Bu şəhərdə” komandasının Heydər Əliyev sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial şəbəkələrində müzakirəyə çıxarılıb.
Kult.az xəbər verir ki, "Milyonçu şouda iranlı nazir" başlığı ilə Yutub platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb.
İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, Müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib.
Həmçinin, sonda Rafael İsgəndərovun “O taylı-Bu taylı azərbaycanlılar” xitabı ilə güneyli şair Səhəndin “Arazı ayırdılar” şeirini səsləndirməsi isə Quzey sənətçilərinin Xordad qiyamı ərəfəsində Güneylə həmrəylik göstərməsi kimi qarşılanıb.
Üstünlüyü olduğu qədər dezavantajları da olur. Gözəllik standartlarına uyğun gəlmirəm. Qəliblənmiş bir gözəllik anlayışı var və ona uyğun gəlmədiyim nöqtələrdə bəzi işlərin əlimdən qaçmasına səbəb olur.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Selin Şekerci "ReTouch" jurnalının suallarına cavab verərkən deyib. "Kanal D"də yayımlanan "Kraliça" serialında rol alan aktrisa "Kraliça olmaq istəmisiniz" sualına da cavab verib.
"Heç vaxt belə hekayələrin içində olmaq istəməzdim. Baxanda da, oxuyanda da özümü başqa bir personaj kimi təsəvvür edirdim. Həmişə ən çox "Pocahontasa" (cizgi film qəhrəmanı) paxıllıq edərdim. Çünki o, xalqını müdafiə edən güclü şahzadədir", - ulduz qeyd edib.
Aktrisa uzun müddətdir ki, terapiya və meditasiya ilə məşğul olduğunu da açıqlayıb. O, həmçinin hisslərini göstərməyi sevdiyini də dilə gətirib.
"General Hospital" filmində tibb bacısı "Bobbi Spenser" obrazı ilə tanınan aktrisa Ceklin Ziman vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
Bildirilir ki, 70 yaşlı sənətçinin ölüm səbəbi məlum deyil.
Zimanın vəfatını "Gündüz" dramının baş prodüseri Frank Valentini "Twitter"də açıqlayıb.
Ceklin Ziman ilk dəfə 1977-ci ildə "ABC sudser"ə qatılıb və 800-dən çox epizodda görüntülənib. O, beş dəfə "Emmi" mükafatına namizəd olub – dördü "General Hospital" üçün, biri isə “The Bay” filmində "Sofia Madison" rolunda oynadığı üçün.
Türkiyənin “Aile” serialının 11-ci bölümündə bədbəxt hadisə baş verib. Serialı istehsal edən “Ay yapım” şirkəti hadisə zamanı bəzi işçilərinin yaralandığını bildirib.
Şirkət partlayışla bağlı açıqlama yayıb:
“Aile”nin 11-ci bölümünün final səhnəsinin çəkilişləri zamanı bədbəxt hadisə baş verdi. Bəzi həmkarlarımızın xəsarət almasına səbəb olan bu hadisənin baş verməsi ilə bağlı mümkün səhv və nöqsanlarla bağlı araşdırmalara başlanılıb. Bütün həmkarlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq”.
Qeyd edək ki, serialın baş rollarını Serenay Sarıkayayla Kivanç Tatlıtuğ canlandırır./Qafqazinfo
Mayın 9-da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib. Müsabiqədə iştirak edən 15 ölkə arasında Azərbaycan da yer alıb. Ölkəmizi mötəbər yarışda Tural və Turan Bağmanov qardaşları təmsil edib.
Təəssüflər olsun ki, əkizlər müsabiqənin finalına adlaya bilməyib. Onların geyim və mahnı seçimləri fərqli olsa da, Avropa səhnəsində uğurlu alınmayıb. Əksinə sosial şəbəkələrin Azərbaycan seqmentində Bağmanov qardaşlarının geyimi sərt tənqid olunub.
Tənqidçilərdən fərqli olaraq, bəzi sənətçilər “Avroviziya” təmsilçilərimizin geyiminin və ifasının normal olduğunu düşünür. Onlardan biri tanınmış müğənni Nadir Qafarzadədir.
Teref.az xəbər verir ki, sevilən müğənni modern.az-a açıqlamasında Tural və Turanın həm geyimlərinin, həm də ifalarının qaydasında olduğunu deyib:
“Mən qardaşların çıxışından iki gün öncə onların şəklini öz sosial mediamda paylaşıb, xalqa onları qınamaması üçün müraciət etdim. Bildirdim ki, gənclər Avropa səhnəsinə çıxırlar. Ola bilər ki, Avropa səhnəsində tələblər, qanunlar başqadır. Yəqin ki, onların geyimini də belə məsləhət görüblər. Biz onların geyiminə yox, səslərinə, ifalarına baxaq. Biz isə həmin dəqiqə geyimlərini müzakirəyə çıxardıq, tənqid edirik. Bu səhnədir. Bəs guya bütün insanlar gündəlik həyatda biz istədiyimiz kimi geyinirlər? Əlbəttə, xeyr. Bunlar səhnə adamlarıdır. "Avroviziya" şou xarakterli müsabiqədir. Müsabiqədə nə muğam oxuyurlar, nə də ciddi musiqi. Avropa səhnəsi Avropa izləyicisi üçündür. Mənim yanaşmam belədir. Ola bilər ki, geyimlərdə hansısa detallar ürəkaçan deyil, amma biz istəsək də, istəməsək də, artıq bu geyimlər seçilmişdi”.
“Fikrimcə, bizim təmsilçilərimiz yarışda çox normal geyimdə iştirak etdilər. Onlardan başqa digər dövlətlərdən çıxış edən təmsilçilər bərbad formada geyinmişdilər. Mən özüm də müsabiqəni izlədim və düşünürəm ki, çox açıq-saçıq geyimlərdən istifadə olunmuşdu. Hətta ölkələrdən birinin təmsilçiləri qız paltarı geyinmişdi, demək olar ki, çılpaq idilər. Bundan əvvəl də Azərbaycanı təmsil edən iştirakçıların heç biri səhnəyə çadra və kəlağayı ilə çıxmayıb”, - Nadir Qafarzadə vurğulayıb.
İfaçının sözlərinə görə, qardaşların finala çıxmamasının səbəbi müsabiqədə onlardan daha güclü performans, şou və ifaların olmasıdır:
“Finala keçmək üçün orada güclü ifalar, şoular, performanslar var idi. Bizimkilər müsabiqədə sakit şəkildə öz ifalarını və səslərini göstərdilər. Onlar Avropa tamaşaçısına xoş gəlsin deyə 60-cı illəri təkrarlamaq məqsədi ilə retro mahnı oxuyub, retro stildə geyindilər. Bəlkə də artıq müasir həyatda bunlar qəbul olunmur. Amma ən ədəbli-ərkanlı şəkildə səhnəyə çıxan bizim iştirakçılar idi. Hətta mən təəssüf edirəm ki, onlar finala çıxmadılar. Amma yenə də bu uğursuzluq deyil. O səhnədə çıxış etmək özü bir uğurdur. Avropa tamaşaçısı onları belə sadə şəkildə qəbul edib, yadda saxlayacaq”.
Nadir Qafarzadə sonda Azərbaycan xalqını finala keçə bilməməsinə baxmayaraq, Tural və Turan qardaşlarına dəstək olmağa çağırıb:
“Gəlin, gəncləri həvəsdən salmayaq və onlara dəstək olaq, motivasiya verək. Düşünürəm ki, bizim Tural və Turan qardaşları gələcəkdə çox işlər görəcəklər. Əziz Azərbaycan xalqı, əziz Azərbaycan vətəndaşları, gəlin, özümüzünkiləri bu qədər pisləməyək. Həmişə deyirik, axı biz birlikdə güclüyük. Bunu cənab Prezidentimiz də bildirib ki, biz birlikdə güclüyük. Bu söz əbəs yerə deyilməyib. Gəlin, gücümüzü birləşdirək. Mən qardaşlara uğur arzu edirəm”.
Müğənni Elza Seyidcahan isə vurğulayıb ki, əsas məsələ müsabiqədə qalib olmaq deyil:
“Tural və Turan qardaşları əsas odur ki, bu mərhələyə qədər gəlib çıxıblar. Təəssüf ki, finala yüksələ bilmədilər. Burada qəbahətli bir şey yoxdur. Əsas odur ki, müsabiqədə iştirak etdilər. Ölkəmizi təmsil etdilər. Beynəlxalq səviyyəli müsabiqədə Azərbaycanın adı hallandı. Biz "Avroviziya" mahnı müsabiqəsində birinci və üçüncü yeri tutmuşuq. Bu dəfə fərqli oldu. Əlbəttə, dünənki yarış hələ son demək deyil. Onların uğurları qarşıdadır”.
"Kızılcık şerbeti" serialı mövsüm finalı edəcək. Türkiyə mətbuatı xəbər verir ki, ekran işi 29-cu bölümdə izləyicilərə vida edəcək. Layihənin yeni bölümləri sentyabrda yayımlanacaq. Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.
ABŞ-lı müğənni Britni Spirsin avtobioqrafik kitabının payız aylarında işıq üzü görəcəyi açıqlanıb.
Kitabda Spirs uşaqlığını, ən həssas anlarını, Castin Timberleykdən ayrılığının onu necə sarsıtdığını, atasının qəyyumluğundan qurtulmaq uğrunda apardığı mübarizəni tam təfərrüatı ilə təsvir edəcəyi qeyd edilib.
Müğənninin xatirələri ilə dünya gündəmini lərzəyə gətirəcəyi və kitabın Hollivud yazıçısı Sem Lanskinin tərəfindən yazıldığı bildirilib.
“The Sun”da çıxan xəbərə görə, 41 yaşlı Britni Spirs cinsi əlaqədə olduğu iki Hollivud ulduzunun vəkillərindən məktublar aldıqdan sonra nəşriyyat kitabı fəaliyyətini dayandırıb.
Bildiirlir ki, hələlik hansı məşhurların kitab üçün naşirlə əlaqə saxladığı bəlli deyil.
Digər mənbədə isə “Britnini tanıyan və onun yazdıqlarından qorxan insanlar tərəfindən naşirlərə sərt ifadələrlə hüquqi məktublar göndərilib” deyə qeyd edilib.