Ardını oxu...
Sovet dövrünün ən ali mükafatlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adı ilə Azərbaycanda 577 nəfər, SSRİ-nin ayrı-ayrı bölgələrində yaşayan 49 nəfər təltif edilib. Bu adı Azərbaycanda ilk dəfə 1943-cü ildə Zaqafqaziya Dəmiryolunun Bakı lokomotiv deposunun maşinisti Firudin Ağayev alıb. 577 nəfər arasında qəhrəman adına iki dəfə 3 nəfər layiq görülüb: Heydər Əliyev, Bəsti Bağırova və Şamama Həsənova.

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanı adı cəmi iki dəfə, 1959-cu ildə neftçi Mixail Koveroçkin və 1966-cı ildə mexanizator Sevil Qazıyeva ölümündən sonra təltif olunublar.

Azərbaycanda qəhrəman adı ilə təltif olunan 577 nəfərdən 413 nəfəri kənd təsərrüfatında, 98 nəfəri sənayedə, 27 nəfəri partiya və sovet işində, 14 nəfəri nəqliyyat və rabitə sahəsində, 13 nəfəri tikinti, 12 nəfəri isə elm və mədəniyyət sahəsində çalışıb. Azərbaycanın Sosialist Əməyi Qəhrəmanlarından 36 nəfəri Naxçıvan MSSR-də, 26 nəfəri Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayıb.

Qəhrəman adına 1986-cı ildə layiq görülən sonuncu azərbaycanlı isə Xızı rayonundan olan, heyvandarlıq sahəsində yüksək nəticələr əldə edən Əlisəfa Yaqubov olub.

Qeyd edək ki, Sosialist Əməyi Qəhrəmanı ali mükafatı 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə təsis edilib. Mükafatın əsasnaməsində qeyd olunub:

“Sosialist Əməyi Qəhrəmanı adı ölkənin təsərrüfat və sosial-mədəni həyatında fərqlənmənin ən yüksək dərəcəsidir və o, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, ixtira və elmi kəşflər, dövlət qarşısında müstəsna xidmətləri ilə xalq təsərrüfatının, mədəniyyətin, elmin yüksəlişində SSRİ-nin qüdrətinin və şöhrətinin artmasına xidmət etmiş şəxslərə verilir…”
Ardını oxu...
Əsasnaməyə əsasən bu ada layiq görülənlərə xüsusi vəsiqə verilib və onlar eyni zamanda “Lenin “ ordeni ilə də təltif olunublar.

22 may 1940-cı ildə əsasnaməyə daha bir bənd əlavə olunub. Bu bəndə əsasən Sosialist Əməyi Qəhrəmanına layiq görülənlər üçün medal təsis edilib. Sovet İttifaqı Qəhrəmanlarına verilən medallardan fərqli olaraq, bu mükafatın medalının ulduzu üzərində oraq və çəkic əks olunub.

Sosialist Əməyi Qəhrəmanı adı ilk dəfə 20 dekabr 1939-cu ildə 60 illik yubileyi münasibətilə İosif Stalinə verilib. SSRİ-nin süqutuna qədər bu mükafata 20747 nəfər layiq görülüb. SSRİ-də cəmi 16 nəfər 3 dəfə qəhrəman adına layiq görülüb ki, onlardan biri də bakılı Boris Vannikov olub. General-polkovnik Vannikov uzun illər Moskvada nazir vəzifəsində çalışıb və o, sovet atom proqramının əsas təşkilatçılarından biri sayılıb.

SSRİ-də qəhrəman adına layiq görülənlərdən 87 nəfəri bu ali mükafatdan məhrum edilib ki, onlardan iki nəfəri azərbaycanlı olub: Bəndalı Əliyev və çoban Həsən kimi məşhur olan Həsən Kərimov.

1911-ci ildə Füzuli rayonunun Mahmudlu kəndində anadan olan Bəndalı Əliyev müharibədən sonrakı dövrdə həmin rayonda Çaparidze kolxozunun sədri vəzifəsində işləyib. 1947-ci ildə kolxoz 10 hektar sahənin hər hektarından 86,8 sentner pambıq məhsulu əldə edərək yüksək göstəriciyə nail olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1948-ci il tarixli fərmanı Bəndalı Əliyev Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə və Azərbaycan SSR Prokurorluğuna Caparidze adına kolxozun kolxozçuları adından Bəndalı Əliyev haqqında çoxsaylı şikayət məktubları daxil olub. Əraziyə komissiyalar göndərilib və yoxlama nəticəsində onun qulluq mövqeyindən sui-istifadə edərək 400 min rubl dəyərində kolxoz mal-qarasını, 200 minə yaxın kolxoz pulunu mənimsəməsi aşkar edilib. 12 dekabr 1950-ci ildə Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Bəndalı Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilərək islah-əmək düşərgəsinə göndərilib. Məhkəmənin hökmü ilə o, həm də bütün dövlət mükafatlarından, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adından da məhrum edilib. Məhkəmə prosesində Bəndalı Əliyev partiya biletini, orden və medallarını məhkəməyə təhvil verməkdən imtina edib. Məhkəmə bununla bağlı Bəndalı Əlievin orden və medal daşımasının qadağan edilməsi ilə haqqında ayrıca bir qərar çıxarıb.
Ardını oxu...
Ali mükafatdan məhrum edilən digər azərbaycanlı çoban Həsən adı ilə məşhur olan Həsən Kərimov olub. 1925-ci ildə Bərdə rayonunun Qarayusifli kəndində anadan olan Həsən Kərimov elə həmin rayonda Orconikidze adına kolxozda baş çoban işləyib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 mart 1966-cı il tarixli fərmanı ilə heyvandarlığın inkişafında əldə etdiyi nailiyyətlərə görə Həsən Kərimov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Həsən Kərimov SSRİ Ali Soveti Rəyasət Heyətinin 28 yanvar 1985-ci il tarixli fərmanı ilə ölümündən sonra bütün titul və mükafatlarından, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adından məhrum edilib. Həsən Kərimovun həbsi, vəfatı, titullarından məhrum edilməsi səbəbləri haqqında növbəti saylarımızda yazı təqdim edəcəyik.

İlham Cəmiloğlu,
 
Ardını oxu...
Böyük Britaniyanın möhtəşəm memarlıq və mədəniyyət ocağı, dünyanın nüfuzlu muzeylərindən olan “Viktoriya və Albert” muzeyində “Post-münaqişə dövründə təhlükədə olan mədəni irs” mövzusunda forum keçirilib.

Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

Tədbirdə çıxış edən Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord dünyanın müxtəlif münaqişə zonalarında olduğunu, bu xüsusda Azərbaycanın dağıdılmış Ağdam rayonunu ziyarət etdiyini və 19-cu əsrə aid olan məscidin tövləyə çevrildyini qeyd edib.

Tədbirin digər çıxışçısı “Revive Campaign” mina qurbanlarına yardım qeyri-hökumət təşkilatının təsisçisi və icraçı direktoru Naycel Elvey Azərbaycanın Qarabağ bölgəsində və ətraf rayonlarda milli və dünya əhəmiyyətli mədəni abidələrin dağıldığını bildirib və ərazilərin minalanması səbəbindən bu abidələrin bərpa edilməsində yaranmış çətinlikləri diqqətə çatdırıb.
Qeyd edək ki, Metyu Offord və Naycel Elvey beynəlxalq humanitar minatəmizləmə konfransı çərçivəsində Azərbaycana səfərləri zamanı Ağdam rayonunu ziyarət edib və Azərbaycanın mina problemi ilə bağlı təəssüratlarını Britaniya parlamentində bölüşüblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Sehrli xalat” filmi nəinki azyaşlıların, həmçinin böyüklərin də çox sevdiyi Azərbaycan filmidir. Filmdə baş rollarda çıxış edən qəhrəmanların ara-sıra müsahibələrini sizlərə təqdim edirik.

Ekran işində Arif rolunu canlandıran Nazim Mustafayev özəl olaraq Moderator.az-a danışıb. O bildirib ki, filmə təsadüf nəticəsində çəkilib.
“Anamla rejissor Həbib İsmayılovun həyat yoldaşı birlikdə çalışırdılar. Bir gün anam onlara gedəndə məni də özü ilə apardı. Birdən qəfil otağa Həbib müəllim daxil oldu və mənə dedi ki, “gəl, mənimlə gedək, nə var qadınların yanında oturmusan?”. Onun kabinetinə getdik. Məndən soruşdu ki, “ “Ögey ana” filminə baxmısan?”. Baxdığımı və filmi çox sevdiyimi bildirdim. Bu filmi özünün çəkdiyini dedi. Məndən şeir deməyimi istədi. Sonra mənə dedi ki, “hazırda “Sehrli xalat” adlı bir film çəkirlər, gəl səni sınayaq”. Bir neçə gün sonra bu filmin foto və kino sınağına getdim. Elə oldu ki, məni filmə təsdiq etdilər. Filmi rejissor Əlisəttar Atakişiyev çəkirdi. Heç düşünmürdük ki, film bu qədər baxımlı olacaq, illər sonra da yaşayacaq. Biz uşaq idik, sadəcə öz həyatımızı yaşayırdıq. Fikirləşmirdik ki, bizi kənardan kimsə çəkir” deyə Nazim Mustafayev deyib. O daha sonra əlavə edib.

“O yeni film gələndə kinoteatrlarda növbə olurdu, biri bilet tapırdı, biri yox. Uşaqlarla kinoteatra gəldik. Gördük ki, camaat yığışıb, bilet də qurtarıb. 5-6 uşaq idik. Gördüm ki, Möhsün Sənani gəlir. Məni görüb dedi ki, “sən burada neynirsən?”. Kinoya gəldiyimi dedim. Özü başa düşdü ki, bilet tapmamışam. Nəzarətçiyə dedi ki, “o uşaq mənimlə birlikdədir”. Mən də əlimlə ona işarə etdim ki, tək deyiləm, yanımda uşaqlar var. Güldü, dərindən ah çəkdi və dedi ki, “bu uşaqların hamısı mənimlədir” (gülür). Uşaqların hamısını zala buraxdılar. Bu hadisəni bu gün də xatırlayıram” deyə sənətçi bildirib.
Nazim Mustafayev filmdəki Petya rolunun ifaçısından da danışıb.

“Kolya Loginovu çox axtarsam da, tapa bilmədim. Amma bu günlərdə onun haqqında bir məlumat əldə etdim. Bu yazı instaqramda qarşıma çıxdı. Petya haqda məlumat verən şəxs yazırdı ki, “1998-2000-ci illərdə atam dostu ilə bizə gəldi. O da atam kimi böyük maşın sürürdü. Atam mənə dedi ki, “bu şəxs vaxtilə Petya rolunda çəkilən Kolya Loginovdur. Oturub söhbət etdik, filmdən danışdı” deyə yazısında qeyd etmişdi. Hətta Kolya onlara deyib ki, “həyatda saçım qara olsa da, film üçün rəngləmişdilər”. Mən həqiqətən də belə bir şeyi xatırlayıram. Hətta Yusif Şeyxovdan da soruşdum. Ona görə də bu yazıya inandım. Mən çox maraqlandım, dedilər ki, Kolya başqa ölkəyə köçüb. Sonra Yusifə dedim, dedi ki, “bəlkə axtarış edən verilişlərə deyəsən?!”. Solmaz Hətəmova, Yusif Şeyxovla illər sonra “O üz” verilişində görüşdüm. İndiyə qədər bir araya gələ bilmirdik. Qismət olmurdu. Rəşid rolunun ifaçısı Amerikada yaşayır. Onunla nəinki mən, heç Solmazla Yusif də görüşə bilmir” deyə sənətçi bildirib.

Nazim Mustafayev sonradan filmlərdə çəkilməməsinə belə aydınlıq gətirib.
“Axı o vaxt gündə bir uşaq filmi çəkmirdilər. Bəlkə olsaydı dəvət edərdilər. Mən də böyük məmnuniyyətlə çəkilərdim. Məktəbdə oxuyurdum, çəkilişi bitirən kimi yenidən məktəbə qaçırdım. Dərslərimi öyrənməyə vaxt tapmırdım. Məktəbi bitirdim, ayrı peşənin ardınca getdim. Sonradan ağlıma da gəlmirdi ki, aktyorluq edim. Bu gün filmi izləyəndə o qayğısız illərim üçün darıxıram. Kaş bircə dəfə olsaydı o illəri yaşayardım. Fasilə olan kimi qaçıb futbol oynayırdıq. Yay vaxtı olduğuna görə tərləyirdik. Əlisəttar müəllim əsəbləşirdi əlimizdən. Amma bununla belə bizə böyük diqqət göstərilirdi. Bu filmə keçmişdə qalan gələcək kimi baxmaq olar” deyə Nazim Mustafayev deyib.
 
Ardını oxu...
Azərbaycan kino və teatr sənətinə ağır itki üz verib. Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də ömrünün 80-ci payızında vəfat edib.

Bu barədə Akademik Milli Dram Teatrın mətbuat xidmətindən bildirilib.

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Ruhu şad olsun!
 
Ardını oxu...
Xalq şairi Məmməd Arazın səs yazısı yayılıb.

Nadir səs yazısını “Partizan”a Xalq şairi Məmməd Arazın Ev Muzeyinin direktoru Əzizə Süleymanova təqdim edib. Onun sözlərinə görə, səs yazısı publikaya ilk dəfə təqdim olunur.

Səs yazısında Xalq şairi kiminləsə ürək sözlərini bölüşür. Səfərə gedəndə kövrək olduğunu, xatirlərini bölüşdüyünü, eyni zamanda az qala vəsiyyət etdiyini deyir:

“Mənim idarənin seyfində iki məktubum var. Birinin üstünə, “Açmayın, oxumayın!” yazmışam. Birinin üstünə isə “Açın, oxuyun!” yazmışam”.

Maraqlıdır, görəsən, Xalq şairin bir zamanlar “Açmayın, oxumayın!” yazdığı məktubda nə qeyd olunub?

Məmməd Araz səs yazısında çox həssas məqamlara toxunur, eyni zamanda o, ən sevimli şeirlərini səsləndirir. Həmin şeirlərdən biri də məşhur “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiridir.

Həmin səs yazısını oxuculara təqdim edirik:

 
Ardını oxu...
Məşhur aktrisa Meril Strip rekorda imza atıb.

Aktrisa “Qızıl Qlobus” mükafatına 33 kateqoriyada namizəd olub.

O gələn ilin yanvarın 7-də keçiriləcək mükafatlandırma mərasimində “Only Murders in the Building” serialındakı roluna görə “Ən yaxşı köməkçi aktrisa” kateqoriyasında yarışacaq.

74 yaşlı Meril Strip mükafata 33 kateqoriyada namizəd olmağı ilə “Qızıl Qlobus” tarixində ilkə imza atıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə imzalanıb.

Bu münasibətlə Bizim.Media-nın əməkdaşı təltif olunan sənətkarlarla əlaqə saxlayıb.

Onlar sevinc hisslərini bu sözlərlə dilə gətiriblər:

Xalq artistləri Mələkxanım Eyubova qeyd edib ki, Prezidentin bu təltifini çox sevinc və fərəh hissi ilə qarşılayıb:

“Təvazökarlıqdan uzaq olsa da, bu sənətdə musiqimizi və mədəniyyətimizi təmsil edən sənətkaram. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində 25 ildən artıqdır ki, professor olaraq illərdir, tələbələrə biliyimi, muğam sənətinin incəliklərini öyrədirəm. Biri var, sənətimə, biri də var ki, müəllimlik fəaliyyətimə qiymət verilsin.

Bilirsiniz ki, bu il təhsil ocağımız ADMİU-nun 100 illik yubileyidir. Cənab Prezidentə bu əlamətdar gündə məni və mənim kimi digər sənətkarları təltif etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Dövlət başçısı hər hansı sahədə olursa, olsun, hər kəsin əməyini, zəhmətini hər zaman qiymətləndirir. İnanın ki, bu xəbəri mənə söyləyəndə əvvəlcə inanmadım.

O qədər sevincliyəm ki...

Universitetimizdə sevə-sevə çalışan bütün müəllimləri, sənətkarları təltif olunmaqları ilə əlaqədar ürəkdən təbrik edirəm. Bu il çox böyük tədbirlər keçirildi. Mən də məmnuniyyətlə o tədbirlərdə iştirak etdim. O qədər həyəcanlıyam ki, başqa söz deyə bilmirəm. Prezidentimizin bizim çıxışımıza söylədiyi adi bir “sağ ol” sözü və bəyənməsi böyük sevincdir. Görün, indi onun bizi fəxri diplomla təltif etməyi necə böyük fəxrdir. Tələbələrimə verdiyim o biliyin bu gün bəhrəsini gördüm. Çox sevincliyəm”.

Xalq artisti Səkinə İsmayılova da çox sevincli olduğunu bildirib:

“Bu il müəllim kimi fəaliyyət göstərdiyim ADMİU-nun 100 illik yubileyidir. Bu münasibətlə Prezidentimiz məni və bir çox müəllim heyətini və çalışan digər insanları təltif etdi. Bu siyahıda olmağım mənim üçün çox dəyərli və qiymətlidir. Əlbəttə ki, çox sevincliyəm. Cənab Prezidentimizə təşəkkürümü bildirirəm ki, mənə və bizim universitetimizə diqqət göstərib”.

Xalq artisti Həmidə Ömərova da təlfitə görə Dövlət başçısına təşəkkürünü bildirib:

“Siz zəng etməmişdən əvvəl tədris apardığım ADMİU–nun digər müəllim heyəti ilə danışıb, sevinc hisslərimizi bölüşürdüm. Əlbəttə ki, bu təltifə görə Cənab Prezidentimizə dərin təşəkkürümü bildirirəm. Hamımızın xidməti var. Müəllim kimi şərəfli ad daşıyırıq və bu yolda çox zəhmətimiz var. Prezidentimiz bizi gördüyümüz bu işlərə görə qiymətləndirib”.

Əməkdar artist Gülşad Baxşıyeva da təltif olunması ilə bağlı xəbəri sevinclə qarşılayıb:

“Çox təsirləndim, həyəcanlandım. Ürəyim çırpılmağa başladı. Bu xəbəri mənə çatdıranda əvvəlcə inanmadım. Hisslərimi gizlədən insan deyiləm. Gözlərim doldu, az qaldı ağlayım. Ona görə yox ki, mənə pul verəcəklər. Sevinirəm ki, mən yaddan çıxmadım.

İçimdə hər zaman belə bir hiss var idi ki, nə üçünsə yaddan çıxıram, məni yada salmırlar, mən şöhrətpərəst insan deyiləm. Amma bəzən bu hisslər olur. Hamı təltif olunsun. Bəs, məni niyə təltif etmədilər? Bu hiss hər zaman içimdə olurdu. Son dövrlər bu hissləri içimdən uzaqlaşdırmışdım. Vermirlər, vermirlər də... Demək ki, layiq deyiləm...

Amma indi bu mükafata layiq görülməyim mənim üçün çox böyük dəyər və qiymətdir. Allah Prezidentimizə uzun ömür, can sağlığı versin. Bizi çox sevindirdi. Allah onu dövlətimizin və respublikamızın başının üzərindən əksik etməsin. O, böyük siyasətçidir. Nə gözəl ki, onun diqqətindən kənar qalmadım”.

Qeyd edək ki, M.Eyubova, İ.N.Kamal, S.İsmayılova və H.Ömərova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. G.Baxşıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
 
Ardını oxu...
Məşhur aktyor Ege Aydan bibisi, məşhur opera ifaçısı Ayxan Aydanın Türkiyənin keçmiş baş naziri Adnan Mendereslə eşq yaşadığını etiraf edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor ötən gün "Haberler.com"un yutub kanalının qonağı olub. Aktyorun sözlərinə görə, ailəsində bu barədə danışmaq qadağan edilib.

"Evdəki piano Adnan Menderesin bibimə hədiyyəsi idi. Anam dərs verdiyi üçün piano ona qaldı. İndi isə mənim evimdədir. Miras olaraq qaldı. Uşaq ikən bibimin bir-birinə bağlı 3 mənzili var idi. Küçəyə baxan tərəfdə bibimin şəxsi həyatını yaşadığı və bizimlə görüşdüyü mənzil yerləşirdi. Hərdən bir qapıdan digər mənzilə keçirdim və o, saray kimi olurdu. Mən orada çox təsirlənərdim. Bibim o evdə Adnan Mendereslə görüşürdü. Çünki evli deyildilər və özünə belə bir həyat tərzi qurmuşdu. Bibimlə Adnan Menderesi bir yerdə görməmişəm, amma onun fotosu var idi. Həmişə bu adamın kim olduğunu düşünürdüm. Bunları danışmaq, soruşmaq qadağan idi. Bibim öləndə mənim 40 yaşım var idi və biz onun Adnan Mendereslə münasibəti haqda heç vaxt danışmadıq", - Ege Aydan bildirib.

Aktyorun sözlərinə görə, Adnan Menderesin ölümündən sonra bibisi özünə qapanıb:

"Ailəm Yassı Adasına aparıldı və orada sorğu-suala çəkildi. Bibim nələr yaşamışdı ki, özünə qapandı... Özünü təcrid etmişdi və uzun müddət tək yaşadı. O, çox sevdiyi iki opera müğənnisi ilə birgə yaşayırdı. İllər sonra bibimin başqa münasibəti oldu və biz onu öz qohumumuz hesab edirdik. Ondan sonra o məsələlər heç müzakirə olunmadı. Bibimlə yanaşı, anam və atam da Adnan Mendereslə bağlı sorğu-suala çəkilib. Ailəm bizə niyə çağırıldıqlarını demədi. Atamın silahı var idi, onu müsadirə etmişdilər".

Qeyd edək ki, 63 il əvvəl sentyabrın 17-si Türkiyə demokratiya tarixinə qara ləkə hesab olunur. Türkiyədə 1960-cı ilin 27 mayında hərbçilərin həyata keçirdiyi dövlət çevrilişindən bir müddət sonra - 1961-ci ilin 17 sentyabrında baş nazir Adnan Menderes edam olunub.

 
Ardını oxu...
Məşhur fransız yazıçısı Frederik Beqbeder saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

“Beqbeder istintaqın bir hissəsi olaraq dindirilməyə çağırıldı. Bu iş narkotiklə bağlı deyil, hələlik əlavə şərh verməyəcəyəm”, - prokuror bildirib.

Qeyd edək ki, Frederik Beqbeder fransız nasir, publisist, ədəbiyyatşünas, aktyordur. Onun ən məşhur əsərləri arasında “Ağılsız gəncin xatirələri”, “Komadakı bayramlar”, “Məhəbbət üç il yaşayır”, “Romantik eqoist”, “99 frank” kimi romanları qeyd etmək olar.

2009-cu ildə “Fransız romanı” kitabına görə o, Fransanın ən mühüm ədəbi mükafatlarından biri sayılan “Renaudo” mükafatına layiq görülüb.
 
Ardını oxu...
Yazar romana, çarpıcı bir masal ile başlıyor. Bu masal onuncu yüzyılda kaleme alınmış ve ilk kez bir Türk araştırıcı tarafından okunarak günümüz Türkçesine çevirilmiştir.
Kamlançu ülkesine bahar gelip de kuşlar ötüşmeye başlayınca, ağaçlarda ve yerlerde çiçekler açınca Yüzbaşı Burkay yine o büyük çam ağacının yanına geldi. Parlak bakışlı, ay yüzlü kızı orada gördü. Yüreğine od düştü. Yeryüzü gözüne karanlık oldu. Ona yaklaşıp şöyle dedi:
Yüzün aya benziyor. .
Kaşın yaya benziyor.
Gözlerin yeşil alası.
Saçların arslan yelesi.
Yürüyüşün turna gibi.
Salınışın suna gibi.
Hangi yerden, kaynaktansın?
Hangi boydan, oymaktansın?
Parlak bakışlı, ay yüzlü kız bir şey söylemedi. Yalnız gözlerini kaldırarak Burkay’a baktı. Bu bakışla onun kanını kaynattı. Yüreğini oynattı. İçine od düştü. Yeryüzü gözüne karanlık oldu. Kıza şöyle dedi:
„Bakışların ışık mı?
Saçların sarmaşık mı?
Yıldız mısın, güneş mi?
Alev misin, ateş mi?
Neden sessiz bakıyorsun?
Beni niçin yakıyorsun?
Çiçek gibi her bir yanın.
Söyle, nedir senin adın, sanın?
Parlak bakışlı, ay yüzlü kız bir şey söylemedi. Gülümseyerek Burkay’a baktı. Bu bakışla onun aklını başından aldı. Yüreğini derde saldı.
İçine od düştü.
Yeryüzü gözüne karanlık oldu. Kıza şöyle dedi:
“Beni niçin üzüyorsun?
Gözlerini süzüyorsun.
Kirpiklerin paralıyor.
Bakışların yaralıyor.
Rengin sanki çiçekten.
Bilmem hangi çiçekten?
İster darıl, ister kız.
Tek adını söyle kız!”
Parlak bakışlı, ay yüzlü kız gözlerini Burkay’ın gözlerine dikti. Kayalardan dökülen suların, kırlarda esen rüzgarın, ormanda öten kuşların sesinden daha güzel sesiyle şöyle dedi:
-- Beşbalık’ta doğdumsa da Karluk kızıyım. Nice erin yüreğinde saklı sızıyım.
Yüreğine od düştüyse zorlayıp söndür. Bilen bilir; adım, sanım:
Açığma-Kündür".
Ölmemeyi istiyorsan yaklaşma bana. Belam çoktur, görünmeden dokunur sana…
Burkay‟ın yüreğine od düştü.
Yeryüzü gözüne karanlık oldu.
İyi yürekli kişi idi.
Tanrı ‟ya ve insanlara karşı suç işlememişti.
Tapıncağa gidip Tanrı’ya yalvardı.
-- Tanrım! Yüreğimdeki odu söndür‟ dedi.
Kırk gün büyük çam ağacının yanına gitti. Her gidişte Açığma-Kün‟ü orada gördü. Her gidişte içindeki ateş yalazlandı.
Her dönüşte tapınca kta Tanrı’ya yalvardı. Her yalvarıştan sonra bir daha çam ağacının yanına gitmemeye karar verdi.
Fakat güneşin her yeni doğuşunda kızın hasretine dayanamadı.
Verdiği kararı unutup çam ağacının yanına geldi.
Kızın yeşil ala gözleriyle büyülenip kendinden geçti.
Kırk birinci gün çam ağacının yanına gelince kızı bulamadı.
Gözleri bulandı.
Yüreği yandı.
İçi sıkıntıyla doldu.
Gün batıncaya kadar bekledi.
Açığma-Kün gelmeyince onu çam ağacına sordu.
Ağaç ah edip ağladı.
Onu ben de bekliyorum.
Artık gelip bana yaslanmayacak‟ dedi.. Yaprakları dökülüp kurudu.
Uçan bir akdoğan ah edip ağladı.
Onu ben de bekliyorum.
Artık gelip beni koluna almayacak‟ dedi.
Kanatları çırpmaz olup otlara düştü, öldü. Yeşil otlara sordu.
Otlar ah edip ağladılar.
Onu biz de bekliyoruz.
Artık gelip bizi çiğnemeyecek” dediler. Yanıp duman oldular.
Burkay bezginleşip yerine, yurduna döndü. Açığma-Kün‟den başka bir şey düşünmez oldu.
Tapıncağa gidip yalvardı, olmadı.
Ekşi kımız içip esridi, kar etmedi.
Tatlı şarap içip kendinden geçti, fayda vermedi.
Kağan savaş açınca o da katıldı. Ölmek için atına zırhsız bindi. Oklar sağından solundan uçtu; biri değmedi.
Kalkansız, tulgasız vuruştu. Kılıçlar sağından solundan geçti; biri vurmadı.
Yine yurduna döndü. Açığma-Kün’den başka bir şey düşünmez oldu.
Benzi sarardı.
Hasta olup yatağa düştü.
Burkay’ın iyi yürekli bir evdeşi vardı.
Erkeği iyi olsun diye okuyucular, bakıcılar, kamlar, bakşılar getirtti.
Hiçbir ilaç, dua, hiçbir büyü fayda vermedi. Günden güne eridi, soldu, bitti.
Ölecek hale geldi.
Bir gece Açığma-Kün’ün adını sayıklayınca kadın işi anladı.
Bütün Kamlançu’ya adamlar çıkarttı. Kırk gün aradılar, taradılar. Açığma-Kün bulunmadı.
Bir gün ihtiyar, çirkin bir büyücü kadın geldi. -- ‟Bunun derdine ancak Kilimbi çare bulabilir. O, şeytanların akıllısıdır‟ dedi.
Burkay’ı şeytan Kilimbi’ye götürdü. Burkay ona yüreğini açtı.
Sevdiği kızı anlattı. ‟Bana onu verirsen senin ordunda çeri olurum‟ dedi. Kilimbi başını salladı. „Yüreğin büyük derde girmiş. Kurtulmak zor. Buna çareyi bulsa bulsa Şeytanlar Başı Madar bulur‟ dedi.
Burkay’ın içi yandı. Gözü dumanlandı. ‟Hiçbir çare yok mu‟ diye sordu.
Madar, başını salladı. Ellerini açtı.
-- ‟Var‟ dedi. ‟Eğer evdeşini götürüp Ejderler Kağanı Naranta‟ya kurban adarsan Açığma-Kün’ü kaybettiğin yerde bulursun. Burkay hiçbir şey düşünmeden kabul etti.
Gözünü sevda bürümüş, kanın çılgınlık yürümüştü.
Evdeşini Naranta’ya adak verdi. Naranta, onu öldürüp yedi.
Kadın ölürken ellerini göğe kaldırıp beddua etti:
“Burkay! İyiliğe kemlik ettin. Tanrı seni bedbaht etsin. Kıyamete kadar, dünyaya her gelişinde ruhun ıstırap içinde çalkalansın” dedi. Tanrı bu dileği kabul etti.
Burkay, şeytan Madar’ın dediklerini yaptıktan sonra çam ağacının olduğu yere gitti.
Kız gitti diye yaprakları dökülüp kuruyan çam yine yeşermişti.
Açığma-Kün onun gövdesine yaslanarak duruyordu. Burkay yaklaşıp şöyle dedi:
-- “Nerede kaldın ay bakışlı?
Neden gittin inci dişli?
Senin için hasta düştüm.
Eller gezip dağlar aştım.
Artık bana varmaz mısın?
Derdime em vermez misin?
Gel, benim ol çiçek yüzlüm! İpek saçlım, ışık gözlüm!‟
Açığma-Kün bir şey demedi.
Büyülü gözlerle Burkay’a bakarak gülümsedi.
Burkay’ın aklı başından gitti. Az kaldı kımız gibi eriyip akacaktı.
Kıza yaklaşarak sıkı sıkı tuttu.
Çiçek kokan yüzünü öptü.
Onu evine getirip eş edindi.
Fakat bununla derdi bitmedi. Açığma-Kün‟ü her gün biraz daha çok sevdi. Öpmekle doyamadı. Sevmekle kanmadı. Uçan kuştan kıskandı. Esintiden yüksündü.
--“Sen insan değilsin. Peri Kan Katun’sun” dedi. Sevgisi durulmadı. Arzusu kırılmadı. Öpmekle kanmaz oldu.
Sevgisi dinmez oldu.
-- ‟Sen Peri Kan Katun değilsin. Tanrı Katun’sun” dedi.
Bir gün ihtiyar, çirkin büyücü kadın yine geldi. „‟Bunun derdine ancak Madar çare bulabilir‟ dedi. Birlikte Madar’a gittiler.
Madar güldü.
--‟Sen Nızvanı cehennemine düşmüşsün. Eğer o da sana bir defa seni seviyorum derse bundan kurtulursun” dedi.
Burkay yurduna döndü.
Açığma-Kün‟e „‟Beni seviyor musun?” diye sordu. Kadın, saçlarıyla onu sararak ne soracağını unutturdu.
Bir ay geçti.
Burkay :
--‟Beni seviyor musun?” diye yine sordu. Kadın onu öperek ne soracağını unutturdu.
Böyle aylar geçti. Yıllar geçti. Burkay sevgiden çılgına döndü. Istırap ıstırap üstüne, keder keder üstüne çekti.
Hekimler geldi, ilaç bulamadı. Bakışlar geldi, çare edemedi. „‟Seni ancak ölüm kurtarır. Açığma-Kün, Tanrı’nın cezasıdır” dediler.
Burkay büyük ıstıraplar içinde öldü. Ölürken yine „‟Beni seviyor musun?” diye sordu.
Kadın onu saçlarıyla sardı, kollarıyla sıktı, öptü. Fakat bir şey demedi.
Burkay’ın öldüğünü görünce gözleri yaşardı. İnci gibi yaşlar aktı. „‟Istırap çekiyorum” diye inledi.
Fakat ‟Ben de seni seviyorum‟ demedi.
Burkay ölmekle ıstıraptan kurtulmuş olmadı. Her yıl bahar olup çiçekler açtıkça, Açığma-Kün‟ü görüp sevdiği çam ağacının yanında ruhu dolaşıyor.
-- ‟Istırap çekiyorum. Sen de beni seviyor musun” diye inliyor. O günden bu güne kadar bin yıl geçtiği halde Burkay her bahar orada ağlıyor.
Yanında duran Açığma-Kün
-- ‟Sus sus, ben de ıstırap çekiyorum” diye yanıp yakılıyor.
Fakat ‟Ben de seni seviyorum” demiyor ve yıllar böylece akıp geçiyor.
Yazar: H. Nihal ATSIZ
Eser: Ruh ADAM, ilk baskı 1972- son baskı 2012, Ötüken Neşriyat, Ankara.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
 
 

Dünyapress TV

Xəbər lenti