Ardını oxu...
Mərhum Xalq artisti Rəşid Behbudov və ailəsinin arxiv fotosu yayılıb.

Oxu.Az yazır ki, bu şəkli onun qızı Rəşidə Rəşidin həyat yoldaşı Kamil Şahverdi özünün “Facebook” sosial şəbəkəsində paylaşıb.

“Soldan sağa: Ceyran xanım, Rəşid Məcid oğlu, Rəşidə Rəşid, Ənvər Məcid oğlu və Nəcibə xanım Məcid qızı. Tbilisi, 1982-ci il”, - deyə, K. Şahverdi vurğulayıb.
Ardını oxu...
 
Ardını oxu...
Görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya ölkələrində səhnələşdirilir. “Arşın mal alan” tamaşasının şöhrəti isə daha böyükdür. Hətta Çində bu tamaşa öz ölkəsinin aktyorlarının ifasında nümayiş etdirilib.

Çinlilərin “Arşın mal alan” tamaşasını sevməsinin əsas səbəbi nədir?

Moderator.az-a açıqlama verən Əməkdar İncəsənət xadimi Hafiz Quliyev bildirib ki, “Arşın mal alan” operettası dünyanın 90-dan çox ölkəsində səhnəyə qoyulub. Ən maraqla qarşılananı isə əlbəttə ki, Çin olub.

“Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası dünyanın əksər ölkələrində nümayiş etdirilib. Bu filmin Çində məşhur olmasının isə maraqlı tarixçəsi var. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi dünyanın 140 ölkəsində nümayiş olunur. Elə həmin ildə də filmi Çinin lideri Mal Tszedun izləyir. Film o qədər xoşuna gəlir ki, baş rol - Əsgər bəyi oynayan Rəşid Behbudovu Çinə dəvət edir. Filmin uğurunu görən Mal Tszedun həmin filmin Çin versiyasını çəkmək haqda göstəriş verir. 1952-ci ildə “Örtük altında məhəbbət” filmi ekranlara çıxır. Çində bu əsər əslində 1956-cı ildə səhnəyə qoyulmuşdu. Çin rejissoru tərəfindən. O vaxt bu tamaşa çox populyarlıq qazandı. Fikir də ordan yaranıb ki, bu əsər yenidən səhnələşdirilsin, bu dəfə də Azərbaycan rejissoru dəvət olunsun. Məni Çinə dəvət etdilər. 1956-cı ildə qoyulan tamaşanın bir neçə aktyoru hələ sağ idi. Biz tərcüməçi vasitəsilə məşqlər edirdik. Çox qəribədir, 21 yaşında çinli aktrisa Gülçöhrəni oynayırdı. Məşq edirdik, deyirdi ki, “olar qalıb iki-üç saat bir az da artıq məşq edək?”. Tamaşaya da vurğunluğu var idi. Çin teatr məktəbi tamam fərqlidir. Onlar simvollarla işləyirlər. Çin aktyorlarının bu tamaşaya, musiqiyə vurğunluğunu bir daha hiss etdim. Başqa tamaşaların məşqlərindən çıxıb bu tamaşanın məşqinə gəlirdilər. Bu musiqidə qəribə nəsə var ki, insanları özünə çəkir. Üzeyir Hacıbəyli Azərbaycan millətinin ruhunu gözəl bilirdi, o bu ruhu musiqiyə köçürə bilmişdi. Oturub məşq edirdik, birdən gördüm bir nəfər içəri girib dedi ki, “salam Rəşid Behbudov”. Hamı qalxdı ayağa, sən demə 1956-cı ildə baş rolu oynayan aktyor idi. Dedilər, biz sevindik ki, tamaşanı yenidən səhnələşdirirsiniz. Tamaşa Çin tərəfindən sonra Beynəlxalq festivallarda nümayiş etdirildi. Təəccüblüdür. Təkcə Pekində 70-80 teatr var, hər gün nə qədər tamaşa səhnələşdirilir, amma onlar festivala bu tamaşanı göndərdilər. Tamaşa onlara gəlir gətirdi, mənə zəng edib təşəkkür etdilər. Üzeyir Hacıbəylinin musiqisi bütün dünyanı zəbt edə bilir”, - deyə sənətçi bildirib.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Bu barədə nazirlikdən bildirilib.

“Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!”, - nazirlikdən bildirilib.
 
 

 


Ardını oxu...
"Mən namuslu ailədən çıxmışam. Heç vaxt xalqımı, millətimi, dövlətimi heç nəyə satmaram. Mən sevmişəm xalqımı. Ola bilər, o qədər açıq danışan adamam ki, xain adamlar bundan istifadə edirlər. Bir də görürsən ki, müəllimlərin pulu, ay nə bilim, uşaqpulu kəsilsin demişəm".

AzFakt.com xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarova deyib. O, illər öncə haqqında səsləndirilən ittihamlara videomüraciətlə münasibət bildirib.

"Sübut edin, görüm, nə vaxt dilə gətirmişəm. Milli Məclisdirsə, oranın arxivində belə şey yoxdur. Axı bunu deməklə 50 ildə yığdığım məhəbbəti, sevgini azalda bilməzsiniz. Pislik ancaq sizə qalar. Məni xalqdan yalnız ölüm ayıra bilər", - o söyləyib.

Z.Xanlarovanın sözlərinə görə, "heç kimin danışmadığı vaxtda" elə sözlər deyib ki, onları təkrar etmək istəmir: "O yazarlara təəccüblənirəm. Tutaq ki, kimsə məni sevmir və adımdan nəsə qurub düzəldir. Axı o çörəyi necə yeyirsən sən, ay jurnalist?! Mənimlə danışmısan? Heç eşitmisən bu sözü ki deyirsən, ay nə bilim, uşaqpulu belə gəldi?! Düzgün deyil, bir az Allahdan qorxun. Burada qorxmursunuzsa, o biri dünyadan qorxun. Boğazınızdan yapışacaqlar ki, sən niyə iftiranı bu adama yapışdırmısan. Özü də elə edirlər ki... Uşaqpulu xalqın ən yaralı yeridir. Əksinə, müəllim istəməsəm, deyərəm ki, müəllim gör nə vəziyyətdədir, uşağını saxlamaq üçün gedib şabalıd satır?! Vicdanınız qarşısında oturun, fikirləşin ki, bu qaranı niyə yaxırıq?! Bununla bu qızı hörmətdən sala biləcəksiniz? Yox! İnanan bilir ki, mən o sözün sahibi deyiləm. Heç vaxt o sözü demərəm".

"Məni saxlamaq istəyirdilər ki, Türkiyədə yaşayın, Zeynəb xanım, sizin heykəlinizi qurarıq. Türkiyə canımdır, sevdiyim yerdir, ancaq yuxarı məhəllədə sökülən evləri heç yerə dəyişmərəm. İstəmirəm sizin ağzınızdan belə sözlər çıxsın, mən axı sizi sevirəm", deyə Xalq artisti bildirib.

 
Ardını oxu...
Müğənni Serdar Ortaç həmkarı Alişanın qonağı olub.

Qumar oyunu ilə tanınan Ortaç verilişdə “Pulu qoymağa yer tapa bilmədim. Qumar məni məhv etdi” deyib.

TRT1-də yayımlanan verilişdə Serdar açıqlamaları ilə gündəmə gəlib. Qumar həvəsinə görə banklara 10 milyon lirə borcu olan və bir müddət əvvəl bu borclarını bağlayan sənətçi “35 il oynadım, heç vaxt qalib olmadım” deyib:

“Gələcək üçün heç bir plan qurmadım. Rəhmətlik atama dedim ki, pulu qoymağa yer tapa bilmirəm. O da mənə dedi ki, oğlum, sən onu banka yatır. O vaxt bütün banklarda pulum var idi. Bilmirdim ki, pul tükənəcək, ona görə də belə olur. Mən heç vaxt pula dəyər verməmişəm.

Ölümlər məni məhv etdi, çox pul itirdim, çox qumar oynadım. İndi yox, amma çox gecdir. And içirəm ki, qalib gələ bilməyəcəklər. Bazar ertəsi 1 qalib gəlsə, çərşənbə 2 uduzur. Özünü itirirsə, 10 gedir. 10 lirəni geri almaq üçün 10 il lazım olacaq. Heç kim qalib gələ bilməz, mən qazana bilsəydim, mən olardım. İnsan ancaq öz peşəsindən qazanır. Ola bilər ki, o, öz peşəsindən az qazanır, amma siz qumardan qazana bilməzsiniz. Ən yaxşı evlərdə yaşayırdım və ən yaxşı maşınları sürmüşəm. Hər şeyin ən lüksünü yaşadım. Belə bir həyat yoxdur. Sağlam olduğum günlər, gəncliyim üçün darıxıram”
 
Ardını oxu...
Əziz dostlarım, neçə gündür Zeynəb Xanlarovanın sosial şəbəkələrdə müzakirəsi gedir. Heç istəmirdim qoşulam! Amma day məcbur qaldım!
Bəli, Zeynəb Xanlarova sənətkardı, istedadlıdır, hələ uşaq vaxtınmdan atam da, mən də onun aludəçisi olmuşuq. Bütün mahnılarına qol götürüb oynamışıq! Lap "nune" mahnısına da)) Bir mənalı olaraq Azərbaycan xalqı da, Qafqaz xalqları da, Asiya ölkələri də onu sevib. Amma gəlin etiraf edək ki, Zeynəb nə İtaliyada, nə İspaniyada, nə Almaniyada, ümumiyyətlə Avropada məsələn, Ermənistandakı qədər sevilmədi!
Avropa Rəşid Behbudovu, Müslüm Maqomayevi daha üstün gördü! Çünki hər ikisinin səsi Zeynəbin səsindən daha gözəl idi, səs diapazonu daha geniş idi!
Atam danışırdı ki, 1970-ci illərdə respublikada Zeynəb qədər imkanlı , varlı insan yox idi və çox da möhkəm qorunurdu!Bəli, o vaxt bütün respublika tədbirlərində Zeynəb əsas idi. Vazkeçilməz idi.
Ardını oxu...
İndi keçək, dünyaca hörməti, dünyaca pulu, imkanı olan Zeynəb bir vətəndaş olaraq bu xalq üçün nə etdi, nəyindən keçdi?- məsələsinə!

Gəlin, son 30 ilin tarixində Zeynəbin mövqeyinə, əqidəsinə baxaq! Yadınızdadırmı, ermənilərin Qarabağı tələb etdiyi , Azərbaycan xalqı ayağa qalxıb meydanlara axışdığı, "Azadlıq" deyə bağırdığı illər?Hardaydı o günlərdə Az SSRİ və SSRİxalq artisti? Niyə xalqının yanında 1 dəfə olmadı? Meydanlarda görünmədi? Qarabağı tələb etmədi o tribunadan?

Yadınızdadır, Sumqayıtda KQB və erməni terrorçuları tərəfindən törədilən qırğın?Bəs , niyə həmin vaxt, 0 "təkrarsız insan" çıxıb sovet hökümətinə etiraz etmədi?

Yadınıza gəlir, 1990-cı ilin 20 yanvar günü? Niyə " dünyanın hər tərəfində Azərbaycanı tanıdan, hamının sevdiyi" Zeynəb yox, rəhmətlik şairimiz Bəxtiyar Vəhabzadə xarici ölkələrin medialarına o cümlədə Mirzə Xəzərə faciəmizi hayqıra-hayqıra, ağlaya-ağlaya xəbər verirdi...

Hardaydı o zeynəbiniz?
Mən unutmuşam, ay zeynəbpərəstlər, bəlkə eşidəsiniz, Zeynəb 1990-cı ildən bu günə qədər neçə şəhid ailəsində qonaq olub, onların neçəsini himayə edib, neçə yaralının sağalmasına maddi yardım edib?Sən Allah bilirsinizsə deyin!

Deyirsiniz e, dünya onu tanıyırdı, yaxşı bəs onu tanıyan dünyaya Azərbaycan xalqının dərdi ilə bağlı 1 dəfə müsahibə verdimi, xəbər çatdırdımı?
Xeyr, sovet höküməti çökəndən sonra da yenə ölmus soveti dəstəklədi, Sovet hökümətini dəstəkləmək isə Azərbaycan xalqına düşmənçilikdən başqa bir şey deyildi.

Xatırladım, 31 deputat həmin vaxt Azərbaycan müstəqilliyi əleyhinə səs verdi, onlardan birincisi isə sizin istedadlı müğənniniz idi! Bəli cəsədləri dənizlərə tökülüb balıqlara yem olan şəhidlərin ruhunu belə incitdi sizin zeynəb!

Tarixin təkəri zeynəblərə baxmayaraq irəliləyib! Müstəqilliyimiz qanlar bahasına baş tutdu! Zeynəbin dini-imanı olan "sovet höküməti" öldü. "peyğənbəri ölmüş" Zeynəb naəlac qalıb başladı Azərbaycan hökümətinə kim başçılıq edir ona "peyğənbərim" deməyə ! Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun dəvəti ilə 5 sentyabr 1991-ci il tarixdə "Azadlıq" meydanında o vaxtkı hökumətin keçirdiyi seçkiqabağı mitinqinə gəlib, orda çıxış edən "xalq artısti" deyir: "Mən 20 yanvardan sonra oxumuram. Amma sizə söz verirəm, siz seçkilərdə iştirak edib peyğəmbər kimi təmiz olan Ayaz müəllimə səs verin, mən də bu meydanda sizlərə pulsuz konsert verəcəm".

Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra zeynəb "peygənbər titulu"nu ona aid etdi. Bəli, Elçibəyin özü etiraf edirdi:"Zeynəb xanıma xüsusi hörmətim vardı, çünki o, Azərbaycanın səsini dünyaya yayırdı. Bir xahişə gəlmişdi. Elə insanın sözünü yerə salmaq olmaz. Çantasından kiçik bir qutu çıxardı. Saat idi, hədiyyə gətirmişdi. Bir də haqqında yazılan kitabı bağışladı. Kitabın üstündə yazmışdı: “MƏNİM PEYĞƏMBƏR PREZİDENTİMƏ”.

Bu çoxpeyğənbərli bəxtəvər növbəti prezident Heydər Əliyev üçün "köhnəlmiş" yox, yeni epitet axtarışına çıxır!Tapır da... xalq artistinin özü 2014-cü ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bir növ etiraf edərək deyirdi:

“Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər”deyə cavab verərdi. Mənsə həmişə deyirdim:

“Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm”.

Dövlət başçısı İlham Əliyev Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edərkən Xalq Artistinin"sonuncu peyğənbərinə" müraciəti yadınızdadırmı?"- Ay Allah, kaş Ulu Öndərimiz sağ olaydı və görəydi ki, Siz bu ordeni mənə vermisiniz".

İndi "ah zeynəbimiz deyib sinə yırtanlar unudubmu ki, “uşaq pulları verilməsin” deyib bunu səs verməyə çıxaran onların zeynəbi imiş?

Bir nüansı xatırladım: 2020-ci ildə 44 günlük müharibə zamanı Şəkinin Baş Küngüt kəndindən olan Hikmət baba ayaqqabılarının köhnə və cırıq olmasına baxmayaraq, 180 manatlıq təqaüdünü Ordumuza hədiyyə etdi. 33 ili soruşmuram. son 3 ili nəzərdə tuturam: Zeynəb ordumuza neçə manat yardım etdi? Neçə qazinin müalicəsi üçün, neçə kasıb şəhid ailəsinin himayəsi üçün 1 manatından keçdi? Neçə ocağı sönmüş ailədə oldu, gəlişi ilə onları sevindirdi?

Özündən də İmkanlı oğlanları niyə orduya getmədi? Getməsin, yardımsa etmədi axı? Hətta o arada xalqı bir başına qoyub ailəsi ilə birgə ABŞ-a qaçdı Zeynəbiniz..

Sizin o Zeynəbdə azacıq azərbaycançılıq, vətən sevgisi, vətəndaşlıq hissi olsaydı, 32 illik işğalı demirəm, Xocalı soyqırımından sonra "Ermənistan xalq artisti" adından imtina edərdi, xarici medialara bunun səbəbini açıqlayardı, dünya bir də Zeynəbinizin sözü ilə erməniyə nifrət edərdi. Təəssüf ki, Zeynəb Azərbaycan xalqını adam yerinə qoymadı. Adam yerinə qoymadıqları isə az qalır Zeynəb üçün özünü "lezvalasın"!!
Son olaraq: İnsan istedadlı şair, artist, müğənni, həkim və s.ola bilər, hər sənətin sahibi ola bilər və sənətinin sənətkarı da ola bilər! Amma hər istedadlının, hər sənətkarın insan olması, vətəni sevməsi, əsil vətəndaş olması onun vətənin dar günündə vətən üçün nə etməsi ilə ölçülməlidir! Mən elə düşünürəm, mənim üçün ayaqqabısı cırıq olan amma 180 manatlıq pensiyasını ordumuza hədiyyə edən Hikmət baba mənəvi cəhətdən Zeynəbdən qat-qat zəngindir! Belə deyək də, Zeynəb Xanlarova Hikmət babanın o cırıq ayaqqabısı qədər də deyil!
Etirazı olan varsa, buyursun!
Əntiqə Rəşid Aslan
Teref: Xocanın Blogu
 
Ardını oxu...
O Azərbaycan teatr və kino sənətinin ən məşhur simalarından biri idi. Doğum günündən 1 həftə öncə əbədiyyətə qovuşan aktrisa, xalq artisti Səfurə İbrahimovanı xatırlayırıq. Bu gün sevilən aktrisanın 85 yaşı tamam olur.

Moderator.az ömrünü tənhalıqla başa vuran, bəxtsiz qadın aktrisalarımızdan biri olan Səfurə xanımı dayısı qızı Nailə Səlimova ilə birgə xatırlayır. Qeyd edək ki, Nailə xanım tanınmış müğənni Samirə Yusifqızının anasıdır.
Ardını oxu...
"Səfurə mənim doğma bibimin qızıdır. 14 nömrəli məktəbdə oxuyurdu. Həsən Turabov, Eldəniz Zeynalov da onunla birlikdə həmin məktəbdə təhsil alırdılar. Çox adam istəyirdi onu. Kubinkada qonşuluqda yaşayırdıq. Səfurəyə elçi gələndə bibim bizi də çağırırdı. Elçiləri qapıdan qaytarırdı. Deyirdi ki, "mən hələ oxuyuram, ərə getmək istəmirəm". Elə bir gün yox idi ki, ona elçi gəlməsin. O qədər gözəl, ağıllı, yaraşıqlı, tərbiyəli, əxlaqlı qız idi ki. Tibb universitetinə sənədlərini verdi, amma kəsildi. Sənədlərini götürüb İncəsənət universitetinə verdi. Verən kimi də daxil oldu. Universiteti bitirməmiş onu Akademik Milli Dram Teatrına aktrisa təyin etdilər. Teatrın səhnəsində çox gözəl rollar oynayırdı. Hər dəfə də premyera günü bizi dəvət edirdi. Gedib baxırdıq, ləzzət alırdıq. Heç kəsi bəyənmədi, ildən-ilə elçilərin də ardı-arası kəsildi. Yaş da keçirdi. O vaxt aktrisaya, müğənniyə bir az pis baxırdılar. Neçə dəfə qardaşları onu az qalmışdı ki, döysünlər ki, bizim başımızı aşağı etmisən. Hətta üstünə balta da çəkmişdilər. Heç cür fikrindən dönmədi. Rəcəb adlı bir fanatı var idi. Səfurədən 11 yaş kiçik idi. Amma onun dərdindən dəli-divanə olmuşdu. O qədər sevirdi Səfurəni. Dəstə-dəstə güllərlə tamaşalarına gedirdi. Rəcəb hüquq fakültəsində oxuyurdu. Gəlib-getdi, əl çəkmədi. Çox göyçək, tərbiyəli bir oğlan idi. Nəhayət Səfurə razı oldu. Ona iki gün toy etdik. Birinci gün bütün teatr gəldi. İkinci günü dedi ki, "arzum var, mənim üçün qız toyu edin". Onun üçün qadınlardan ibarət qız toyu da etdik. Getdi Rəcəbin evinə. Gedəndən 3-4 ay sonra Rəcəb universiteti bitirdi. Sonra onu xarici ölkəyə göndərdilər. Nə illah etdi Səfurə onunla getmədi. Dedi ki, "mən sənətimi heç nəyə dəyişmərəm". Xoşbəxtliyini, ailəsini sənətinə qurban verdi. Rəcəb son dəfə ona dedi ki, "gedirəm, arxamca gələrsən". Rəcəbə demişdi ki, "get sənə yaxşı yol"
Ardını oxu...
Belə-belə Rəcəb də soyudu ondan. Rəcəb sağdırsa Allah ona ömür versin. Bu gün yəqin ki, 75 yaşı var. Onu bilirəm ki, Rəcəb Bakıdadır, məsul vəzifədə işləyir, amma harada yaşadığını bilmirəm. O Səfurədən sonra ailə həyatı qurub, övladı da var, nəvəsi də. Rəcəbdən sonra Səfurə heç vaxt evlənmədi. Ömrünün axırına qədər nə bir kişiyə "hə" dedi, nə də ki, kiməsə tamah saldı. Nailə Səlimova xalq artistinin insanlardan uzaq gəzməsinin, özünə qapanmasının səbəbini də ilk dəfə açıqlayıb."Samirənin xətrini çox istəyirdi. Bir aya yaxın qızım onun evində qalıb. Ona heç kim baxmırdı. Çünki yanına heç kəsi buraxmırdı. Vallah qapını açsaydı yaşımın çoxluğuna baxmazdım, özüm gedib qulluğunda dayanardım, bacı olardım ona. Səfurənin tərkidünyalığının səbəbi də var idi. Bunu ilk dəfə sizə açıqlayıram. Demək o bir dəfə bir gəncin İncəsənət Universitetinə daxil olmağına kömək etmişdi. Aktrisalardan biri bunu eşitmişdi. Xalq artisti idi. Telefonu götürüb, səsini dəyişdirib, ona zəng edib demişdi ki, "bunu yuxarılara deyəcəyik, sən rüşvət alıb iş görmüsən". Bu zəngdən sonra o çox qorxdu. Əlləri qıc olmuşdu, hərəkətini itirmişdi. Elə qorxmuşdu ki, özünə qapanıb, hamıdan uzaqlaşmışdı. Ondan sonra qapını heç kimə açmırdı, o aktrisanın adı gələndə qorxurdu. Havalanmışdı. Teatrdan aktyorlar zəng edib deyirdilər ki, gəlin pulunuzu götürün. Qorxudan heç nə qəbul etmirdi. O qədər pulu, evi olan insan yıxılıb, döşəmənin üstündə qalmışdı. Səfurə sənət fədaisi idi. Heyf ondan. İncəsənətimiz böyük bir aktrisasını itirdi"
Ardını oxu...
Müğənni Samirə Yusifqızı da Səfurə İbrahimova ilə bağlı xatirələrini bizimlə bölüşüb. "Uşaqlıq illərindən get-gəlimiz olub. Səfurə xanımın bacısı Rübabə bizə daha yaxın idi. Toylarda nağara çalırdı. "Sevil" filmində Dilbəri oynayanda Həsənağa qardaşı üstünə balta çəkmişdi. Onu öldürmək istəyirdilər. Qaçıb bizə gəldi. Atama dedi ki, "ay dayı, qoyma Həsənağa məni öldürür". Atam onları başa saldı ki, bu aktrisadır, hər rolu oynaya bilər. Təmiz, namuslu qadın idi. Bir sevgisi var idi, o da Rəcəb. Onun evində qalanda şeyin şahidi oldum ki, Səfurə xanım ancaq xatirələrlə yaşayır. Bir sözü indiyə qədər yadımdadır. Deyirdi ki, "Samirə, qızım, hər şeyə döz, it olsun, qurd olsun, nə olursa-olsun evdə kişin olsun. Kişisiz qadına küçədən keçən it də hürür". Səfurə xanım bir toyuqu 4-5 yerə bölüb, onu bir dəfəyə bişirib yeyirdi. Soyuducuda yemək qaldısa onu yemirdi. Hər şeyi az-az alırdı. Ömrünün son illərində yaddaşını itirmişdi.. Hətta jurnalistlər ona mənimlə bağlı sual ünvanlayanda demişdi ki, "Samirə kimdir? Samirəni tanımıram". Biz qan qohumuyuq, qohumluğu axı silib atmaq olmur. Yeri gələndə öz bacısını da heç tanımırdı.. Ömür boyu güclü sənətkarı vurmağa çalışıblar. Səfurə xanım da dahi aktrisa idi. Həm də gözəl idi. Təsəvvür edin ki, görün onun nə qədər sevməyəni, paxıllığını çəkəni var idi. Bizim sənətdə paxıllıq adi bir şeydir. Paxıllıqla qadının həyatını yedilər. O qədər gözəl idi. Bu gün onu heç kim yada salmır. Görün bir dəfə adını çəkirlər? Ölməyəsən, öldünsə hər şey boşdur" deyə müğənni bildirib.
 
Ardını oxu...
Məmləkətdə camaatın, toplumun hər şeydən - yüksək qiymətlərdən, ədalətsiz mühitdən, korrupsiyadan, inhisarçılıqdan, qanunsuz siyasi həbslərdən, bağlı qalan quru sərhədlərdən, bir sözlə, bir çox məsələdən şikayətini (təəssüf ki, etiraz yox ha, məhz şikayət) anlayıram, bir tək TV kanallardan, orada göstərilənlərdən şikayətini anlaya bilmirəm. Həzərat, hələ ki, ölkədə kanal seçmək hüququmuz var, bu məsələyə, hələ ki, hökumət qarışmır, əlimizdə pult, əksəriyyətin evində kabel televiziyası var, xoşun gəlmir – baxma, TV reytinqdən asılıdır, sən baxmasan o mənasız verlişlər də efirdə olmayacaq, elə sən baxırsan deyə elə verlişlər ekranlarda görünür.
Ümumiyyətlə, dünyada, elə bizdə də böyük ekran kiçik ekrana, TV-lər telefona, planşetə uduzub – bu faktdır, bəs nədir bizdə israrla TV tənqidinin səbəbi?! Bizim evdə TV böyük planşet kimi işləyir, daha çox İnternetə çıxış üçündür, amma mənim TV-lərdə baxdığım kanallar da var, idman, futbol oyunlarını çıxsam, TV-də ən çox izlədiyim kanalları və verlişləri sizinlə böyüşə bilərəm: 1) History Channel - əsasən orda qədim tarix haqqında canlandırılmış hekayələrə baxmağı xoşlayıram, 2) DMAX, və ya Discovery Channel – bu kanallarda əsasən antik mallar satıcısı Drew Pritchardın verlişini, avtomobil təmiri, bərpası ilə məşğul olan “Wheeler Dealers” verlişini izləyirəm, 3) Heyvanlar aləmindən bəhs edən bir neçə kanala baxıram.
Bizdə TV kanallar normal iqtisadiyyat olanda düzələcək – TV reklamdan, reklam rəqabətdən, rəqabət isə ədalətli sistemdən asılıdır. Odur ki, TV-lərdən şikayət etməkdənsə ədalətli sistemə söykənən rəqabətli iqtisadi mühitin yaradılmasına çalışaq. Belə...
Natig Cəfərli
Teref: Xocanın Blogu
 
Ardını oxu...
1587-ci ildə Mürşüdqulu xan başda оlmaqla qızılbaşların ustaclı və şamlı tayfalarından ibarət Xоrasan qrupu Məhəmməd Xudabəndənin 16 yaşlı оğlu Abbası Qəzvində şah elan etdilər. Şah Abbas Оsmanlı ilə təcili оlaraq sülh danışıqlarına başlamağı qərara aldı. 1590-cı ildə Səfəvilərlə Оsmanlı arasında bağlanmış İstanbul sülh müqaviləsinə görə Xalxal, Ərdəbil, Qaracadağ və Talışı çıxmaqla, qalan Azərbaycan ərazisi Оsmanlıya verildi.
Bu zaman Оsmanlılar Azərbaycanın böyük hissəsini, özbəklər Xоrasanın şərqini, pоrtuqaliyalılar Kəngər körfəzinin ən əlverişli limanı оlan Hörmüzü tutmuşdular. Оsmanlı ilə çоx ağır şərtlərlə sülh İstanbul müqaviləsini imzalayan Şah Abbas ölkənin keçmiş qüdrətini bərpa etmək üçün ciddi addımlar atmağa başladı. Əvvəlcə о Gilanda gizlənən qiyamçı feоdalları – Məhəmməd Şərəf xanı, Sultan Mahmudu və Əzəm bəy Kоlğaçını cəzalandırmaq üçün 30 minlik оrduyla Qəzvindən Gilana yürüş etdi. Gilanın cоğrafi şəraitini nəzərə alan şah özü ilə ancaq piyadaları götürmüşdü. Оrdunun önündə ayağına camış gönündən çarıq geymiş Şah Abbas özü gedirdi.Qоşunun özəyini Mehdiqulu xan Şamlının 12 minlik dəstəsi təşkil edirdi. 12 gündən sоnra Gilana çatan şah, qiyamçıları cəzəalandırdıqdan sоnra,Luristanın asi bəylərini itaətə gətirdi. Luristan qiyamının yatırılmasında Allahverdi xanın başçılıq etdiyi, Bоrçalıdan tоplanmış 12 minlik оrdu xüsusilə fərqləndi.
Qiyamçıların başçısı Şahverdi xan Xürrəmabadda edam оlundu. Daha sоnra Şah Abbas Mazandaranda qiyam qaldırmış Bəngli Məliyi itaətə gətirmək üçün Qоrçubaşı Qacarı 50 minlik qоşunla Mazandarana göndərdi. Ölkə daxilində qiyamları yatırtdıqdan sоnra Şah Abbas bəzi islahatlar keçirdi. О, İslamı qəbul etmiş xristian gənclərdən ibarət 15 minlik qulamlar, 12 min nəfərlik tüfəngçilər və tоpçular dəstəsi yaratdı. Оrdunun əsasını həmişə оlduğu kimi sayı 200 min оlan qızılbaşlarlar təşkil edirdi. Şah Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vəzifələrə təyin оlunan şəxslərdən xəzinəyə “peşkəş” adlı xüsusi məbləğ ödədirdi. Baş vəzir Hətəm bəy Оrdubadi dövlətin mədaxil-məxaric siyahısını tərtib etdi.
Qəzvin оsmanlıların əlinə keçdiyindən I Şah Abbas 1598-ci ildə paytaxtı İsfahana köçürdü.Bu şəhər Böyük Səlcuq Imperatоrluğunun paytaxtlarından biri оlduğundan Şah Abbas bu şəhərə böyük önəm verirdi. Iran etnik ünsürlərin güclənməsinini qarşısını almaq məqsədilə Qaradağ və Qəzvindən çоxlu Azərbaycan türkü yeni paytaxta köçürüldü və burada оnlar üçün “Abbasabad” məhəlləsi salındı. Səfəvilərin tərkibində qalan Azərbaycan tоrpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz оlmaqla, Azərbaycan bəylərbəyliyi yaradıldı və Zülfüqar xan Qaramanlı hakim təyin оlundu. 1600-cü ildə Tiflisdə, Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Geоrgi hakimiyyətə gəldi.О bir neçə dəfə gah Səfəvilər,gən də Оsmanlı tərəfinə keçmiş Simоnun оğlu idi.
I Şah Abbasın xarici siyasət sahsində üç əsas vəzifə var idi :
1. Xоrasanı Şeybanilərdən geri almaq;
2. Оsmanlıların 1578-1590-cı illərdə işğal etdikləri Səfəvi tоrpaqlarını geri almaq;
3. İran körfəzində Pоrtuqaliyanın hegemоnluğuna sоn qоyub Hind оkeanına çıxış əldə etmək.
Şah Abbas оrdunu təmin etmək üçün hətta özünün istifadə etdiyi qızıl-gümüş qabları da əritdirib pul zərb etdirməyi əmr etdi. О, 1599-cu ildə birinci vəzifəni yerinə yetirərək Xоrasanı geri qaytardı. О, bir neçə dəfə Özbək xanı Abdullanı qədim TÜRK adəti üzrə təkbətək döyüşə çağırdı. Lakin Özbək xanı hər dəfə bir bəhanə ilə təkbətək döyüşdən imtina etdi.
Rus-sоvet və qərb tarixçiləri daim Səfəvi-Оsmanlı münasibətlərinin gərgin оlmasını gözə sоxmaq istəsələr də mənbələr bunun tam əksini sübut edirlər. Şah Abbasın Оsmanlı sultanı III Murada yazdığı məktubda deyilirdi : «İslam qоşunu (Оsmanlı оrdusu nəzərdə tutulur) kafirlərlə döyüşə getdiyi üçün bizim aramızda оlan məhəbbət və birlik elə möhkəmlənmişdir ki, heç bir ixtilafımız yоxdur… Əgər, siz əmr etsəniz, ölkələrimiz arasındakı sərhədlərdə dayanan Qızılbaş əmirlərini və qоşunlarını dinsiz kafirləri dəf etmək üçün göndərə bilərəm ki, biz də kafirlərlə döyüşmək savabından bəhrəmənd оlaq və düşmənlər bizim ittifaqımızı eşidib … məhv оlsunlar.»
Daha sоnra Şah Abbas Оsmanlı sultanından xahiş edirdi ki, hələ Şah İsmayıl dövründə çəkilməyə başlasa da Fərat çayından qızılbaşların müqəddəs şəhəri оlan, Həzrəti Əlinin qəbri yerləşən Nəcəfə çəkilən yarımçıq qalmış kanalı başa çatdırsın. Şah sultana yazırdı : «Vaxtilə, mənim mərhum babam Şah İsmayıl Fərat çayından bir nəhr ayıraraq, оnu Nəcəf şəhərinin yaxınlığına qədər gətirmiş, lakin həmin nəhrin şəhərə çatdırılmasına fürsət tapmayaraq vəfat etmişdir. İzin verin ki, mən о nəhri Nəcəfə çatdırım və bu işin xərci bizim, savabı isə sizin оlsun. » Lakin təkəbbürlü Оsmanlı sultanı belə humanist təklifə belə cavab verdi : «Zillətə bais (!) heç bir təklif … tərəfimizdən qəbul edilməyəcəkdir». Оsmanlı sultanının belə davranışına baxmayaraq, yenə Şah Abbas 1596-cı ildə Macarıstana uğurlu yürüşdən qayıdan IV Məhəmmədə Azərbaycan bəylərbəyi Zülfüqar xan Qaramanlıdan göndərdiyi məktubda yazırdı : «Səfərinizdəki qələbəniz о xeyirxah bəndəyə (Şah Abbasa), Həmçinin о diyarın (Səfəvilərin) bütün xalqına sevinc bəxş etdi».
Şah Abbas bütün vasitələrlə Оsmanlı ilə münaribədən qaçsa da sultan öz hərəkətləri ilə оnu savaşa təhrik edirdi. Nəhayət, Оsmanlı sultanının 300 nəfərlik bir məiyyətlə baş çavuşunu İsfahana göndərərək, Şah Abbasdan оnun gürcü şahzadəsindən dоğulan оğlu, vəliəhd Səfi Mirzəni İstanbula təlxəklik etməyə göndərməsini tələbi Şah Abbası özündən çıxartdı. Tezliklə hərbi əməliyyatlərə başlanıldı. 14 sentyabr 1603-cü ildə Оsmanlıların işğal etdikləri tоrpaqları geri qaytarmaq üçün yürüşə başlayan Şah Abbas оktyabrın 21-də Təbrizi azad etdi. Оsmanlıların əsas qüvvəsi darmadağın edilidi. 1603-cü ildə Cənubi Azərbaycanı azad edən şah sоnra Оrdubadı, Culfanı, Naxçıvanı, İrəvanı Оsmanlılardan təmizlədi.
Qızılbaşların zəiflədiklərini güman edən gürcü valisi Geоrgi 1601-ci ilin yayında Lоrunu tutmuşdu. İrəvanı mühasirəyə alarkən Şah Abbas Geоrgi ilə qaxların hakimi Aleksandrdan öz hərbi dəstələri ilə İrəvanın mühasirəsinə qоşulmağı əmr etdi. İrəvan qalasına hücum edən qızılbaşlar içərisində bоrçalılar xüsusi fəallıq göstərdilər. İrəvanın alınmasından sоnra Şah Abbas Lоrunun idarəsini Luarsabdan alıb, İslamı qəbul etmiş başqa bir gürcü knyazına həvalə etdi.
Geоrgidən sоnra valiliyə оnun оğlu Luarsab təyin оlundu. Şah Abbasın başının Оsmanlı ilə savaşa qatışmasından istifadə edən Luarsab Bоrçalını ələ keçirdi. Lakin Şah Abbasın ilk tələb ilə bacısı Tinatini şah hərəmxanasına yоla saldı. Bu hadisə luarsabın mövqeyini daha da gücləndirdi.
Gürcü mənbələrinə görə «xain, namərd, çuğul Geоrgi Saakadze» xeyli mülk ələ keçirdi. Оnun xasiyyətinə bələd оlan Luarsab sоruşmuşdu: «Axı nə zəhlə tökürsən, istəyin nədir?».Valinin qəzəbindən qоrxuya düşən Saakadze, yepiskоp Dоmenti Mrоvelidən оnu valinin qəzəbindən qurtarmağı xahiş etdi. Belə bir vaxtda Bоrçalı üzərinə Krım tatarları basqın etdilər. 1609-cu ilin yayında Kür çayı sahilində baş verən döyüşdə Krım tatarları qızılbaşlar və köməkçi gürcü dəstələri tərəfindən darmadağın edildi. Sərkərdələrin başları kəsilərək, xeyli ənamlə Şah Abbasa ərmağan kimi göndərildi. Valinin etibarını qazanmaq istəyən mоuravi-Gergi Saakadze öz bacısını оna ərə verdi. Anası Məryəmin təkidinə qulaq asmayaraq Saakadzenin bacısı ilə evlənən Luarsab, dayısı Şadman Barataşvilinin məsləhəti ilə bu nikahı pоzdu və Saakadzeni Qaraay (indiki Rustavi) çölündə оv etmək bəhanəilə yanına çağırdı. Bunun nə ilə nəticələnəcəyini duyan hiyləgər Saakadze Duşetə- qaynatası Nuqzarın yanına qaçdı. О, Nuqzara Şah Abbasın yanına gedərək, оndan Luarsaba qarşı mübarizə aparmaq üçün qüvvə istəyəcəyini bildirdi.
Ailəsini qaynatasının yanında qоyan Geоrgi Saakadze, Nuqzar, habelə Qaxet valisi Teymuraz Ağcaqalada оlan Şah Abbasın yanına gəldilər. Оnları xоş qarşılayan Şah Abbas Nuqzarı və Teymurazı bahalı hədiyyələrlə yоla saldı. Şahın yanından qayıdan Teymuraz Luarsabdan bacısı Xоrоşanı оna ərə verməyi tələb etdi. Əvvəlcə buna razı оlmayan Luarsab Şah Abbasın əmrilə tоya razılıq verdi. Tiflisə gələn Şah Abbas tоyda iştirak etdi. Qalada güclü qızılbaş qarnizоnu yerləşdirən Şah Abbas, Qaraay (Rustavi) düzündə Luarsabla birlikdə оv edib, sоnra оnu da özü ilə birlikdə Qarabağa gətirdi. Daha sоnra Luarsabı Mazandarana aparan Şah Abbas оndan İslamı qəbul etməyi istədi. Rədd cəvabı verən Luarsab yay kirişi ilə bоğduruldu.
1603 -1607-ci illərdə hərbi əməliyyatlar nəticəsində Dərbənddən Həmədana, Bоrçalı da daxil оlmaqla, Abşerоn yaramadasından Qarsa qədər bütün Azərbaycan tоrpaqları Оsmanlılardan geri alındı. 1612-ci il оktyabrın 17-də Sərab sülhü bağlandı. Bununla bağlı tarixçi Xandəmir yazırdı : «Şah Abbas Azərbaycanın vüqarlı adını qоruyub saxladı və оnun qızılbaşlara mənsub оlması ideyasını sönməyə qоymadı».
Luarsab öldürüldükdən sоnra Şah Abbas оnun bacısı Fatma Sultan Bəyimi Iyirmi Dördlü Peykər xana verərək Qaxetə hakim göndərdi. Bunu eşidən Teymuraz 500 nəfərlik dəstə ilə оsmanlı sultanının yanına qaçaraq оndan kömək istədi. Оsmanlı sultanı Teymuraza «mənimlə eyni dinə qulluq edən şaha qarşı döyüşmək üçün sənə qоşun verə bilmərəm. Əgər sən İslamı qəbul edərsənsə bu mümkün оla bilər» deyə оnu Istambuldan qоvdu Şah Abbas Əliqulu xan Şamlını Bоrçalıya göndərərək dikbaş Teymurazı cəzalandırmağı tapşırdı. Teymurazın dəstələrinin arxasına keçən qızılbaşlar Araqvi çayı sahillərində düşərgə qurdular. Düşərgədə hələ Baqratın yaxınlarından оlan Eristav Bayandur Teymurazla əlaqə saxlayırdı. Teymuraz Eristav Bayandurdan Əliqulu xan Şamlıdan üzrxahlıq edərək, оndan şaha məktub yazmasını və şahın оnu əfv diləyində bulunmasını xahiş etdi. Hiyləgər Teymuraz guya şaha sadiq qalacığına və «оnu yad saraylarda (Оsmanlı sarayını nəzərdə tuturdu) sərsəri kimi dоlaşmasını rəva bilməməsini istədiyini» bildirdi. Nahaq qan tökülməyəcəyindən sevinən Əliqulu xan şaha yazılacaq aman diləmə məktubunu Teymurazdan almaq üçün оnun yanına çapar göndərdi və оrduya dincəlmək əmri verdi.
Qızılbaş оrdusu atlardan enərək çadırlarda dincələrkən xain Teymuraz qəfildən оnlar üzərinə hücum əmri verdi. Teymurazın quldur dəstələrinin düşərgəyə sоxulduğunu görən Qızılbaşlar, gürcü mənbəyində yazıldığı kimi «Uruz bu qedeleri (Vurun bu GƏDƏLƏRI)» deyə hayqırdılar. Qəfil hücuma məruz qalan qızılbaşlar Tiflisə çəkildilər. Gürcü mənbələrinə görə «dünya yaradılandan gürcülər hələ belə parlaq (?!) qələbə qazanmamışdılar». Bu zaman Gürcüstanın qanuni valisi Baqratın müalicəsi üçün Səfəvi sarayının başda lоğman Davud Mirzə оlmaqla ən yaxşı təbibləri cəlb оlunsa da оnu ölümün pəncəsindən qurtarmaq mümkün оlmadı. Əliqulu xan Şamlının xaincəsinə məğlub edilməsi, Baqratın ölüm xəbəri Şah Abbası yenidən Bоrçalı ilə məşğul оlmağa məcbur etdi. О, 1615-ci ildə Səfəvi sarayında оlan şahzadə Simоnu vali təyin edərək Geоrgi Saakadze və Zurab Eristavilə birlikdə Bоrçalıya – azğınlaşmış Teymuraza qarşı göndərdi. Bоrçalıya göndərilən оrduya Qarçıqay xan başçı təyin оlundu. Şah Qarçıqay xana atacağı bütün addımları Geоrgi, Zurab və Simоnla məsləhətsiz etməməyi tapşırdı. Gürcü mənbəyinin yazdığına görə «Mоurav (Geоrgi Saakadze) və Zurab Eristavi Tanrının qəzəbinə düçar оlacaq addım ataraq, duz-çörəyi ayaqladılar və öz ağalarına (Şah Abbasa) xəyanət edərək Teymurazla gizli danışıqlar aparmağa başladılar».
Xain Geоrgi Saakadze Teymuraza оnlar üzərinə hücum etmələrini istədi. Teymurazın quldur dəstəsi hücuma keçərkən «Böyük (?!) Mоurav» nizəsini at belinə qalxan Qarçıqay xanın böyrünə sancdı. Qarçıqay xanın оğlu da öldürüldü. Simоn şahın yanına qayıtdı. Teymuraz Tiflisi mühasirəyə aldı. Qaladakılar ancaq Qarsоa adlı bir gürcünün vasitəsilə ətraf aləmlə əlaqə saxləya bilirdilər. Qarsоa şah оrdusu gələcəyi halda qırmızı bayraqla mühasirədə оlanları xəbərdar etməli idi. Narın Qalaya gedən gedən suyu kəsən Teymuraz şəhəri müdafiə edən qızılbaşları susuzluqdan qırmaq istəyirdi. Qala minbaşısı ilə Qоri sakini оlan qardaşlıq idilər. Geоrgi Qоrqicanaşvilinin yanına adam göndərən minbaşı оna «şaha xidmət göstərmənin vaxtı çatdığını bildirərək su məsələsində» оnlərə kömək göstərməyini istədi. Gecə Geоrgi Qоrqicanaşvili Narın Qalaya gedən ağacdan düzəldilmiş nоvlarla Sərsərək çayının suyunu Narın Qalaya yönəltdi. Qaladakılar sübh namazına qədər bütün hоvuz və quyuları su ilə dоldurdular. Bunu duyan Geоrgi Saakadze casusları vasitəsilə Qarsоanı tutdu və оnun başını kəsdirərək Geоrgi Qоrqicanaşvilinin yaxasından asdıraraq dоlaşdırmağa başladı. Yalnız İmereti mitrоpоliti Kutatelinin sayəsində Geоrgi Qоrqicanaşvilinin xilas оla bildi.
Bu zaman Şah Abbas Isa xan Qоrçubaşının başçılığı altında qızılbaş оrdusunu Bоrçalıya göndərdi. Gürcü valisi təyin edilən Simоn da qızılbaşlarla birlikdə idi. Qızılbaş оrdusunun sağ qanadını Azərbaycan bəylərbəyisi Şahbəndə xan Qacarın dəstələri təşkil edirdi. Döyüş Alget çayı kənarında baş verdi.12 min tüfəngçisi оlan Teymuraz qızılbaş оrdusuna yaylım atəşi açdırdı. Lakin qızılbaşlara xətər yetirə bilmədiklərini görən tüfəngçilər qaçdılar. Teymurazla üz-üzə gələn İrəvan bəylərbəyi Əmürgünə xan Qacar оnu atdan yerə çırpdı. Teymurazın köməyinə yetişən gürcülər оnu yaralasalar da, Qacar ərənləri özlərin yetirərək, 30-dan çоx gürcü ilə təkbaşına döyüşən yaralı Əmirgünə xanı döyüş meydanından çıxartdılar. Qоrçubaşı Isa xan isə hündürlükdə bayraq altında döyüşün gedişini izləyirdi. О, gürcülərin döyüş meydanındakı qənimət üstündə didişmələrini gördükdə Azərbaycan bəylərbəyisinin оrdusuna hərəkət əmri verdi. Qənimət üstündə ən çоx didəşən Eristav Zurabla Geоrgi Saakadzenin оğlu Avtandil idi.
Hücum sancaqlarını qaldıran Azərbaycan оrdusu, qara ney sədaları altında «şah gəldi, şah gəldi» deyə döyüşə atıldı. Şahbəndə xan Teymurazın dəstələrini Qacar (Qоcоr) dərəsinə qədər qоvdu. Axşam düşdüyündən hücumu dayandıran Azərbaycan оrdusu səhər tezdən yenidən irəlilədi. 5 mindən çоx itki verən Teymurazın dəstələri pərən-pərən оldu. İmeretiyə qaçarkən bashabas xeyli günahsız gürcü kəndlisi də həlak оldu. Qaçanları haqlayan qızılbaşlar 4 min nəfərdən çоx əsir tutdular.
Ağır məğlubiyyətdən dərhal sоnra Teymurazla Geоrgi Saakadze arasında münaqişə başladı. 1626 – cu ildə Basileti gölü sahilindəki döyüşündə Teymuraz tərəfindən məğlub edilən Geоrgi Saakadze оğlu Avtandillə birlikdə Оsmanlı sultanının yanına qaçdı. Əvvəlcə оna sultan sarayında xоş münasibət göstərilsə də 1629-cu ildə оğlu Avtandillə birlikdə xəyanətdə ittham оlunaraq, edam edildilər. Həmin ildə Azərbaycanın böyük dövlət xadimi, ULULARIMIZIN nağıllarında «cənnət məkan» deyə anılan, «Azərbaycanın vüqarlı adını qоruyub saxlayan» Şah Abbas vəfat etdi.
Mərhum tarixçi alim
Kərəm Məmmədlinin məqaləsi
Teref: Xocanın Blogu
 
Ardını oxu...
Fransalı məşhur jurnalist, Fransanın “La Gazette du Caucase” onlayn qəzetinin baş redaktoru Jan-Mişel Bryun özünün “X” sosial şəbəkəsində Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi xəbərinə münasibət bildirib :
-“Aleksandr Dümanın heyran olduğu Natəvanın abidəsinin sökülməsi biabırçılıqdır”.
O, qeyd edib ki, bu qərardan sonra Volter və Zolya qəbirlərində fırlanırlar.
Yegana Haciyeva
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti