"Ayaqqabısı cırıq olan amma 180 manatlıq pensiyasını ordumuza hədiyyə edən Hikmət baba mənəvi cəhətdən Zeynəbdən qat-qat zəngindir!"
Əziz dostlarım, neçə gündür Zeynəb Xanlarovanın sosial şəbəkələrdə müzakirəsi gedir. Heç istəmirdim qoşulam! Amma day məcbur qaldım!
Bəli, Zeynəb Xanlarova sənətkardı, istedadlıdır, hələ uşaq vaxtınmdan atam da, mən də onun aludəçisi olmuşuq. Bütün mahnılarına qol götürüb oynamışıq! Lap "nune" mahnısına da)) Bir mənalı olaraq Azərbaycan xalqı da, Qafqaz xalqları da, Asiya ölkələri də onu sevib. Amma gəlin etiraf edək ki, Zeynəb nə İtaliyada, nə İspaniyada, nə Almaniyada, ümumiyyətlə Avropada məsələn, Ermənistandakı qədər sevilmədi!
Avropa Rəşid Behbudovu, Müslüm Maqomayevi daha üstün gördü! Çünki hər ikisinin səsi Zeynəbin səsindən daha gözəl idi, səs diapazonu daha geniş idi!
Atam danışırdı ki, 1970-ci illərdə respublikada Zeynəb qədər imkanlı , varlı insan yox idi və çox da möhkəm qorunurdu!Bəli, o vaxt bütün respublika tədbirlərində Zeynəb əsas idi. Vazkeçilməz idi.
1704488259_1.jpg
İndi keçək, dünyaca hörməti, dünyaca pulu, imkanı olan Zeynəb bir vətəndaş olaraq bu xalq üçün nə etdi, nəyindən keçdi?- məsələsinə!

Gəlin, son 30 ilin tarixində Zeynəbin mövqeyinə, əqidəsinə baxaq! Yadınızdadırmı, ermənilərin Qarabağı tələb etdiyi , Azərbaycan xalqı ayağa qalxıb meydanlara axışdığı, "Azadlıq" deyə bağırdığı illər?Hardaydı o günlərdə Az SSRİ və SSRİxalq artisti? Niyə xalqının yanında 1 dəfə olmadı? Meydanlarda görünmədi? Qarabağı tələb etmədi o tribunadan?

Yadınızdadır, Sumqayıtda KQB və erməni terrorçuları tərəfindən törədilən qırğın?Bəs , niyə həmin vaxt, 0 "təkrarsız insan" çıxıb sovet hökümətinə etiraz etmədi?

Yadınıza gəlir, 1990-cı ilin 20 yanvar günü? Niyə " dünyanın hər tərəfində Azərbaycanı tanıdan, hamının sevdiyi" Zeynəb yox, rəhmətlik şairimiz Bəxtiyar Vəhabzadə xarici ölkələrin medialarına o cümlədə Mirzə Xəzərə faciəmizi hayqıra-hayqıra, ağlaya-ağlaya xəbər verirdi...

Hardaydı o zeynəbiniz?
Mən unutmuşam, ay zeynəbpərəstlər, bəlkə eşidəsiniz, Zeynəb 1990-cı ildən bu günə qədər neçə şəhid ailəsində qonaq olub, onların neçəsini himayə edib, neçə yaralının sağalmasına maddi yardım edib?Sən Allah bilirsinizsə deyin!

Deyirsiniz e, dünya onu tanıyırdı, yaxşı bəs onu tanıyan dünyaya Azərbaycan xalqının dərdi ilə bağlı 1 dəfə müsahibə verdimi, xəbər çatdırdımı?
Xeyr, sovet höküməti çökəndən sonra da yenə ölmus soveti dəstəklədi, Sovet hökümətini dəstəkləmək isə Azərbaycan xalqına düşmənçilikdən başqa bir şey deyildi.

Xatırladım, 31 deputat həmin vaxt Azərbaycan müstəqilliyi əleyhinə səs verdi, onlardan birincisi isə sizin istedadlı müğənniniz idi! Bəli cəsədləri dənizlərə tökülüb balıqlara yem olan şəhidlərin ruhunu belə incitdi sizin zeynəb!

Tarixin təkəri zeynəblərə baxmayaraq irəliləyib! Müstəqilliyimiz qanlar bahasına baş tutdu! Zeynəbin dini-imanı olan "sovet höküməti" öldü. "peyğənbəri ölmüş" Zeynəb naəlac qalıb başladı Azərbaycan hökümətinə kim başçılıq edir ona "peyğənbərim" deməyə ! Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun dəvəti ilə 5 sentyabr 1991-ci il tarixdə "Azadlıq" meydanında o vaxtkı hökumətin keçirdiyi seçkiqabağı mitinqinə gəlib, orda çıxış edən "xalq artısti" deyir: "Mən 20 yanvardan sonra oxumuram. Amma sizə söz verirəm, siz seçkilərdə iştirak edib peyğəmbər kimi təmiz olan Ayaz müəllimə səs verin, mən də bu meydanda sizlərə pulsuz konsert verəcəm".

Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra zeynəb "peygənbər titulu"nu ona aid etdi. Bəli, Elçibəyin özü etiraf edirdi:"Zeynəb xanıma xüsusi hörmətim vardı, çünki o, Azərbaycanın səsini dünyaya yayırdı. Bir xahişə gəlmişdi. Elə insanın sözünü yerə salmaq olmaz. Çantasından kiçik bir qutu çıxardı. Saat idi, hədiyyə gətirmişdi. Bir də haqqında yazılan kitabı bağışladı. Kitabın üstündə yazmışdı: “MƏNİM PEYĞƏMBƏR PREZİDENTİMƏ”.

Bu çoxpeyğənbərli bəxtəvər növbəti prezident Heydər Əliyev üçün "köhnəlmiş" yox, yeni epitet axtarışına çıxır!Tapır da... xalq artistinin özü 2014-cü ildə “Azərbaycan” qəzetinə verdiyi müsahibədə bir növ etiraf edərək deyirdi:

“Həmişə ona deyirdim ki, sizə dağlar qədər ömür arzulayıram. “Nə üçün dağlar qədər? De, günəş qədər”deyə cavab verərdi. Mənsə həmişə deyirdim:

“Ona görə dağlar qədər deyirəm ki, dağlar həmişə yaşayır, zirvədə olur. Günəş isə sönür, sonra yanır. Siz isə həmişə sönməzsiniz. Odur ki, Sizi ancaq dağa bənzədirəm”.

Dövlət başçısı İlham Əliyev Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edərkən Xalq Artistinin"sonuncu peyğənbərinə" müraciəti yadınızdadırmı?"- Ay Allah, kaş Ulu Öndərimiz sağ olaydı və görəydi ki, Siz bu ordeni mənə vermisiniz".

İndi "ah zeynəbimiz deyib sinə yırtanlar unudubmu ki, “uşaq pulları verilməsin” deyib bunu səs verməyə çıxaran onların zeynəbi imiş?

Bir nüansı xatırladım: 2020-ci ildə 44 günlük müharibə zamanı Şəkinin Baş Küngüt kəndindən olan Hikmət baba ayaqqabılarının köhnə və cırıq olmasına baxmayaraq, 180 manatlıq təqaüdünü Ordumuza hədiyyə etdi. 33 ili soruşmuram. son 3 ili nəzərdə tuturam: Zeynəb ordumuza neçə manat yardım etdi? Neçə qazinin müalicəsi üçün, neçə kasıb şəhid ailəsinin himayəsi üçün 1 manatından keçdi? Neçə ocağı sönmüş ailədə oldu, gəlişi ilə onları sevindirdi?

Özündən də İmkanlı oğlanları niyə orduya getmədi? Getməsin, yardımsa etmədi axı? Hətta o arada xalqı bir başına qoyub ailəsi ilə birgə ABŞ-a qaçdı Zeynəbiniz..

Sizin o Zeynəbdə azacıq azərbaycançılıq, vətən sevgisi, vətəndaşlıq hissi olsaydı, 32 illik işğalı demirəm, Xocalı soyqırımından sonra "Ermənistan xalq artisti" adından imtina edərdi, xarici medialara bunun səbəbini açıqlayardı, dünya bir də Zeynəbinizin sözü ilə erməniyə nifrət edərdi. Təəssüf ki, Zeynəb Azərbaycan xalqını adam yerinə qoymadı. Adam yerinə qoymadıqları isə az qalır Zeynəb üçün özünü "lezvalasın"!!
Son olaraq: İnsan istedadlı şair, artist, müğənni, həkim və s.ola bilər, hər sənətin sahibi ola bilər və sənətinin sənətkarı da ola bilər! Amma hər istedadlının, hər sənətkarın insan olması, vətəni sevməsi, əsil vətəndaş olması onun vətənin dar günündə vətən üçün nə etməsi ilə ölçülməlidir! Mən elə düşünürəm, mənim üçün ayaqqabısı cırıq olan amma 180 manatlıq pensiyasını ordumuza hədiyyə edən Hikmət baba mənəvi cəhətdən Zeynəbdən qat-qat zəngindir! Belə deyək də, Zeynəb Xanlarova Hikmət babanın o cırıq ayaqqabısı qədər də deyil!
Etirazı olan varsa, buyursun!
Əntiqə Rəşid Aslan
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti