TV kanallarına baxmamaq seçiminiz ola ola niyə şikayətlənirsiniz?
Məmləkətdə camaatın, toplumun hər şeydən - yüksək qiymətlərdən, ədalətsiz mühitdən, korrupsiyadan, inhisarçılıqdan, qanunsuz siyasi həbslərdən, bağlı qalan quru sərhədlərdən, bir sözlə, bir çox məsələdən şikayətini (təəssüf ki, etiraz yox ha, məhz şikayət) anlayıram, bir tək TV kanallardan, orada göstərilənlərdən şikayətini anlaya bilmirəm. Həzərat, hələ ki, ölkədə kanal seçmək hüququmuz var, bu məsələyə, hələ ki, hökumət qarışmır, əlimizdə pult, əksəriyyətin evində kabel televiziyası var, xoşun gəlmir – baxma, TV reytinqdən asılıdır, sən baxmasan o mənasız verlişlər də efirdə olmayacaq, elə sən baxırsan deyə elə verlişlər ekranlarda görünür.
Ümumiyyətlə, dünyada, elə bizdə də böyük ekran kiçik ekrana, TV-lər telefona, planşetə uduzub – bu faktdır, bəs nədir bizdə israrla TV tənqidinin səbəbi?! Bizim evdə TV böyük planşet kimi işləyir, daha çox İnternetə çıxış üçündür, amma mənim TV-lərdə baxdığım kanallar da var, idman, futbol oyunlarını çıxsam, TV-də ən çox izlədiyim kanalları və verlişləri sizinlə böyüşə bilərəm: 1) History Channel - əsasən orda qədim tarix haqqında canlandırılmış hekayələrə baxmağı xoşlayıram, 2) DMAX, və ya Discovery Channel – bu kanallarda əsasən antik mallar satıcısı Drew Pritchardın verlişini, avtomobil təmiri, bərpası ilə məşğul olan “Wheeler Dealers” verlişini izləyirəm, 3) Heyvanlar aləmindən bəhs edən bir neçə kanala baxıram.
Bizdə TV kanallar normal iqtisadiyyat olanda düzələcək – TV reklamdan, reklam rəqabətdən, rəqabət isə ədalətli sistemdən asılıdır. Odur ki, TV-lərdən şikayət etməkdənsə ədalətli sistemə söykənən rəqabətli iqtisadi mühitin yaradılmasına çalışaq. Belə...
Natig Cəfərli
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti