Ardını oxu...
Tanınmış opera ifaçısı Urfan Cəfərovla, çalışdığı Akademik Opera və Balet teatrının rəhbərliyi arasında problem yaranıb.
DİA.AZ xəbər verir ki, o özü Moderator.az-a bu haqda məlumat verib.

“Artıq 2 ildən çoxdur ki, Akademik Opera və Balet teatrında solist olaraq çalışıram. Çalışdığım ilk günlərdən teatrda özbaşnalıq, haqsızlıq baş alıb gedir. Mən gəldikdə isə, səsimə uyğun rollar verilmirdi, nailiyyətlərim qiymətləndirilmirdi. Mütəmadi olaraq işdən çıxarılma ilə təhdid olunurdum və hətta dəfələrlə təhqirlərə də məruz qalmışam. Söylədiklərinə görə mənim işimə xitam verilib. Mən bir sual vermək istəyirəm, budurmu gənc istedadlara, əsl sənətçilərə göstərilən qayğı, sayğı, diqqət?! Mən ki, vətənim üçün çalışmışam və çalışıram. O gənc ki, dünyanın hər yerində yüksək səviyyədə vətənini təmsil edərək tarixi qələbələr qazanaraq, adını ucaldır. Respublika Beynəlxalq müsabiqələr laureatıyam, gənclər mükafatçısıyam, 30 min opera ifaçıları arasında Avropa çempionuyam, Azərbaycan milli inciləri mükafatçısıyam, İngiltərə və Londondan “Qızıl səs” və “Qızıl sertifikat” mükafatı laureatıyam. Son olaraq Amerikada 67 ölkə arasından birinci yeri tutub, dünyanın ən məşhur və nüfuzlu konsert salonu olan Carnegie Hall da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olaraq qızıl medal qazanıb, vətənimə bu qələbəni gətirmişəm. Məni Avropa qəbul edib, qiymətləndirib. İndi bir sual vermək istəyirəm. Bu gəncimi qəbul etmək istəmirlər?! Bu gəncmi artıq onlara lazım deyil? Təbrik edib, mükafatlandırmaqdansa, təqdim etməkdənsə cəzalandırırlar. Və yaxud da cəzalandırırlar?! Mən bura bir sual və nida qoymaq istəyirəm. Bununla da heç bir dövlət qurumuna müraciət etmirəm, birbaşa mən cənab prezidentimə, ölkənin vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edir, onlardan xahiş edirəm ki, Akademik Opera və Balet teatrında baş verən bu özbaşnalıqlara son qoyulsun” deyə ifaçı bildirib.

Urfan Cəfərov bildirib ki, bütün problemlər qısqanclıqdan qaynaqlanır.

“Ən əsas səbəbi qısqanclıdır. Yusif Eyvazov istəmir ki, belə bir solist orada olsun. Əlbəttə ki, bunu açıq-aşkar deyə bilməzlər. Mənimlə müqavilə bağlanmadı. Yusif Eyvazov nə görüşdü, nə də danışmaq istədi. Bu insan heç bir səbəb göstərmədən mənimlə müqavilə bağlamaq istəmədi. Yusif Eyvazovdan öncə də teatrda mənimlə ədavət aparan adamlar var idi. O direktor gələn kimi mənə qarşı öyrətdilər. Mənimlə ədavət aparan da teatrın baş dirijoru Əyyub Quliyev idi. Əyyub Quliyev mən ora getdiyim ilk günündən mənimlə ədavət aparır. Valllah, heç bir səbəbini bilmirəm. O dirijordur, mən musiqiçi. Elə bir məqam olub ki, xaricdə Azərbaycanı təmsil etməli olmuşam. Mənə oxuduğum ariyanın, Mərdanın notları lazım idi. O notları teatrdan götürməli idim. Ona icazə vermədi, mən həmin notları götürə bilmədim. Mənim qabağımı kəsdi. Mən gedib o senarini filarmoniyadan tapdım. Əyyub Quliyev mənə qarşı həmişə bu dərəcədə qərəzli mövqedə durudu” deyə sənətçi bildirib.
 
Ardını oxu...
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür.

"DogruXeber.az" xəbər verir ki, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin kassasiya şikayəti icraata götürülüb. İş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.
Şikayətdə R.Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlama verib.

O prosesi diqqətlə izlədiyini bildirib:
“Rzanın həbsinə münasibətimin həddən artıq pis olduğunu dəfələrlə demişəm, yenə də deyirəm. Azadlığa çıxması üçün də təşəbbüs göstərmişəm, göstərəcəm də. Tək mən yox, bəzi deputatlar da mənə qoşulub.
Fazil Mustafa və Qüdrət Həsənquliyev ilə birlikdə imkanımız daxilində müraciətlərimiz olacaq”.
Deputat Rza Rzayev azadlığa çıxacaqmı sualına da münasibət bildirib:
“Mən bütün instansiyalara ədaləti bərpa etmək üçün çağırış edirəm. Ali Məhkəməyə, hörmətli İman Kərimova işə humanizm prinsiplərindən yanaşması və ədalətli qərar çıxarması üçün müraciətimizi çatdıracağıq”.
Qeyd edək ki, Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü ((Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.
 
Ardını oxu...
"Azərbaycan teatrı üzüaşağı gedir. Amma getdiyi anda düz yer görüb və düz gedir. Çox istəyərdim üzünü geri çevirib yüksəliş yolunu axtarıb tapsın. O, yol var. Enişin səbəbi başqadır. Bir çox teatrı, mədəniyyəti bilməyən insanların bu sahəyə gəlməsi. Teatrın yuxarı qalxması üçün doğru insanlar olmalıdır. Mədəniyyət naziri ilə görüşdüm. Yaxşı olacaq". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Zeynallı "O, yoxsa bu?" yutub layihəsində deyib. Azərbaycan teatrından danışan C.Zeynallı onun enişə doğru getdiyini bildirib:

"Teatrı doğru qurarsansa, insanlar həyatına çəki, düzən verər. Teatr bir aynadır".

"Cahangir Zeynallının formalaşmasında babanız Cahangir Zeynalov və Nəsibə Zeynalova rol oynadı, yoxsa fitri istedad" sualına o, belə cavab verib:

"Həm Cahangir Zeynalov, həm Nəsibə Zeynalova, həm də fitri istedad Allahın verdiyi nemətlərdir. Bir insanın formalaşmasında onun mühiti, ailəsi və tərbiyəsi, yaşadığı ortam, işlədiyi yer, oxuduğu məktəb önəmlidir. Yaşadığım mühitə minnətdaram. Anamın sayəsində uşaqlıqdan elə insanlarla tanış oldum ki... Gözəl söhbətlər, insani münasibətlər gördüm. Bunlar məni tərbiyələndirdi. Cahangir Zeynalov və Nəsibə Zeynalovanın oğlu olmaq məndə böyük məsuliyyət hissi yaratdı. Onlara layiqli övlad olmaq istədim, bilmirəm bacardım, ya yox. Görmədiyim babam Cahangir Zeynalova bənzəməyə çalışmışam. Onun zənginliyi əlimdə olsaydı, millətimizə sənət tərəfdən xidmət edərdim. Bütün malını Azərbaycan teatrına miras buraxmışdı. Sual veriblər ki, bu qədər varlısan, övladın yoxdur, mirasını kimə buraxacaqsan? Demişdi, mənim övladım teatrdır. Həmin mirasın ünvanına çatması borcum olardı. Bir çox aktyorlar var ki, imkanı yoxdur. Bəzilərinin isə fikirlərini gerçəkləşdirmə gücü yoxdur. Bunu edərdim. Peşmanam ki, zamanında mənə Nəsibə və Cahangir Zeynalovlar fondu yaradırıq, gəl, otur başında, dedilər, amma gəlmədim. İnanıram ki, etsəydim, pulu çox olacaqdı. Həm dövlət, həm də Nəsibə xanım üçün zəngin adamlar yardım edəcəkdi. Olsaydı, həmin pulu teatra xərcləyərdim. Bizim ailəyə haram tikə girməyib".

 
Ardını oxu...
“Buzlu qəhvə və evdə hazırlanmış sitrus limonadları bürkülü havalarda xilas üçün ən yaxşı sərinləşdirici içkilərdir”.

Bu barədə rusiyalı texnoloq Ludmila Rumyantseva danışıb.

O, bu içkilərin dadlı olması ilə yanaşı, tərkibindəki vitaminlər və mikroelementlərə görə orqanizm üçün böyük faydaları olduğunu açıqlayıb.

Soyuq çay
Onun sözlərinə görə, soyuq çay istidən xilas olmağa kömək edəcək, həmçinin orqanizmi enerji ilə təmin edəcək.

“Qara çay - moruq və ya sitrus meyvələri ilə yaxşı gedir, yaşıl çay üçün isə çiyələk, alma və ya armud daha uyğundur. Çay dəmləyin və bir-iki saat soyuducuda saxlayın. Daha sonra ona sitrus suyu, bir neçə giləmeyvə və ya alma dilimi əlavə edə bilərsiniz”, - deyə Rumyantseva tövsiyə edib.

Sitrus meyvələrindən və şaftalı püresindən limonad

Mütəxəssis limonadı evdə hazırlana bilən ən asan içkilərdən biri adlandırıb.

“Klassik limonadlar artıq darıxdırıcıdırsa, portağaldan içki hazırlaya bilərsiniz. Sitrus meyvələri istidə yaxşı təravətləndirir və orqanizmi vitaminlərlə qidalandırır. Limonadın şirin olması üçün bir qaşıq şaftalı və ya çiyələk püresi əlavə edə bilərsiniz”, - deyə o əlavə edib.
Vyetnam üsulu buzlu qəhvə

Mütəxəssisin sözlərinə görə, bu, isti yay səhəri üçün uyğun olan gözəl sərinləşdirici içkidir. Onu hazırlamaq üçün qatılaşdırılmış süd, buz və təzə üyüdülmüş qəhvə lazımdır.

“Şəkərli içkilərin böyük həvəskarı deyilsinizsə, qatılaşdırılmış südün miqdarını azalda bilərsiniz. Qəhvənizin daha uzun müddət sərin qalması üçün içkiyə bir ovuc buz əlavə etməyi unutmayın. Zövqə görə darçın və ya qoz da əlavə edə bilərsiniz”, - deyə texnoloq qeyd edib.

Çiyələkli laymad

“Klassik limonadlardan bezmisinizsə, çiyələk laymadını sınayın”, - deyə Rumyantsev məsləhət görür. O, qeyd edib ki, çiyələk və laymadın birlikdə qeyri-adi dadı olacaq.

“Çiyələyi sevməyənlər banan, yaxud albalı kimi digər giləmeyvə və meyvələrdən istifadə edə bilərlər”, - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl əsəbləri sakitləşdirmək və sinir sistemini gücləndirmək üçün faydalı yeməklər barədə məlumat vermişdik.

Mənbə: Lenta.ru
Ardını oxu...
“Natəvan çox abırlı adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərcəng xəstəliyi üçün müalicədə yetərsiz idi”.

Bunu onkoloji xəstəlikdən vəfat edən telejurnalist Natəvam Babayevanın ANS televiziyasında iş yoldaşı olmuş, rəfiqəsi Qənirə Ataşova sosial şəbəkədə yazıb:”Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi. Onun getdiyi allergoloq 3 dəfə Natavana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natavana əksini dedi.

Beləcə, Natavan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi. Professor ona bu səpkilər metastazdır dedi.Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı.

Bu barədə Mübariz Məsimova xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Məsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natavan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Məsimova Natavanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm.

Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı. Natavanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun! Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq”.

Qənirə Ataşova
Ardını oxu...
Azərbaycan Televiziyasında yayımlanan “Xəbərlər” verilişi bu gün dünyasını dəyişən aparıcı Natəvan Babayeva ilə bağlı süjet təqdim edib.
Teref.az bizim media-ya istinadla xəbər verir ki, sözügedən kanalın mərhum əməkdaşının Türkiyədən Vətənə gecə saatlarında döndüyü bildirilib.
Daha sonra Babayevanın vəziyyəti pisləşləşdiyi üçün o səhər saatlarında Milli Onkologiya Mərkəzinə yerləşdirilib. Lakin Natəvanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, uzun sürən onkoloji xəstəlikdən Natəvan Babayeva 46 yaşında vəfat edib. O, sabah Salyan rayonunda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!

 

Ardını oxu...
 

Real TV-nin rəhbəri Mirşahin Ağayev uzun illər ANS-də çalışmış, hazırda isə onkoloji xəstəliklə mübarizə aparan aparıcı Natəvan Babayeva ilə bağlı həssas paylaşım edib.

 

Sfera.az həmin paylaşımı olduğu kimi təqdim edir:

 

“Natəvan, ilk çəkilişə Səni mən göndərmişəm! 

 

İlk müsahibəyə Səni mən göndərmişəm! 

 

İlk ezamiyyətə Səni mən göndərmişəm!

 

Heç vaxt məni naümid etməmisən! 

 

Həmişə tapşırıqlarımı ləyaqətlə, yüksək intizamla, vicdanla yerinə yetirmisən!

 

…və bu tapşırıqlar heç də ən vacib tapşırıqlar olmayıb!

 

Amma!!!

 

- Baş Redaktorun, Baş Direktorun kimi ən mühüm tapşırığımı Sənə məhz İNDİ verirəm:

 

Yaşamaqda davam et!

 

Qızım, bacım, doğmam, bizi naümid qoyma! 

 

Sağal! Sağal! Sağal!!!

 

Xahiş edirəm!

 

Əmr edirəm!

 

Arzu edirəm!

 

Dua edirəm!

 

Sən Bu Dünyada Lazımsan!”.

 
 

Ardını oxu...
“Mədəniyyətdən söhbət gedirsə, mədəniyyət naziri ən azından Polad Bülbüloğlu kimi dünya şöhrətli bəstəkar, dünya mədəniyyətindən gələn biri adam olmalıdır. Yeni mədəniyyət naziri Adil Kərimlinin isə əlində elə səlahiyyətlər yoxdur ki, mədəniyyəti qaldırsın, yaxud harasa daşısın. Bu barədə onu qınaya da bilmərəm. Çünki mədəniyyət ilk növbədə efirdən başlayır. Efirdə, televiziyalarda isə heç bir mədəniyyət yoxdur. Televiziyalar azaddırlar, kimi istəyirlərsə, onu göstərirlər. İçində “kloun” Xalq artistləri olmaq şərti ilə...”

DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış opera müğənnisi Ülvi Qılınc deyib.

Müğənni nazir Adil Kərimlinin bundan sonra mədəniyyət sahəsində nəsə edə biləcəyini düşünmür: “Bu, heç ağlıma da gəlmir. Mədəniyyət naziri ən azından Rasim Balayev kimi bir şəxs olmalıdır ki, mədəniyyət sahəsindən başı çıxsın. Mədəniyyət naziri böyük sözdür. Yenə də deyirəm, Adil Kərimli bugünkü mədəniyyətə heç nə edə bilməz, gücü çatmaz, çünki bu səlahiyyət ona verilməyib. Ümumiyyətlə, dünya tarixində mədəniyyət naziri yox, dövlətin həqiqi sənətkarları, həqiqi səsləri qalır. Bu dəqiqə sual versəniz ki, Rəşid Behbudovun dövründə mədəniyyət naziri kim olub, cavab verə bilməzlər. Çünki Rəşid Behbudov özü sənətkar, möhtəşəm ifaçı olub. Bu məsələdə mədəniyyət naziri nə edə bilər ki? Mədəniyyət naziri özü fitri istedad, böyük bəstəkar olsa, başqa məsələ. Onda özü də tarixdə qalar. Necə ki Polad Bülbüloğlu mədəniyyət naziri kimi yox, musiqidə böyük şəxsiyyət, bəstəkar, müğənni kimi tarixdə qalacaq...”

Ü.Qılınc dünya ölkələrindən də nümunə çəkib: “Amerikada Mədəniyyət Nazirliyi tamamilə başqa sahəyə, yəni həqiqi mədəniyyətə qulluq edir. Bu, olmasa, Mədəniyyət Nazirliyi heç kimə lazım deyil. Eşitməmişəm ki, Avropada Mədəniyyət Nazirliyi kiməsə lazım olsun. Bugünkü Mədəniyyət Nazirliyinin səlahiyyətləri kiməsə kağızın üstündə ad paylamaq, kimsə öləndə ona başsağlığı verməkdən ibarətdir, vəssalam. Bunu dövlət özü də edə bilər, heç Mədəniyyət Nazirliyi olmasa da, olar...”
 
Ardını oxu...
Qaraqoyunlulardan olan Sultanqulu Bəy Baharlı Qolkonda Sultanlığının yaradıcısıdır idi.1470-ci ildə Həmədan şəhərinin Sədabad kəndində doğulmuşdur.
Ağqoyunlu hökmdarı Sultan Yaqubun taxta çıxmasından sonra Qaraqoyunlu tayfalarının sıxışdırılması gücləndi. Atası Üveysqulu tərəfindən qardaşı Allahqulu ilə birlikdə Qaraqoyunlu tayfasına mənsub insanlarla birlikdə dini yaymaq bəhanəsi ilə Əfqanıstanın Kafiristan adlanan ərazisinə göndərildi.
1490-cı ildə Qaraqoyunlular Hindistan ərazisində yerləşən Bəhməni dövləti ərazisində hərbi xidmətə başladılar. Sultanqulu Bəy Baharlı öz tayfası ilə birlikdə II Mahmud şah Bəhmənin sarayında xidmətə başladı.1487-ci ildə yerli əyanların qiyamında qaraqoyunlular şahı ölümdən xilas etdilər. Şah onu ikinci vəzir vəzifəsinə irəli çəkdi.1496-cı ildə Telinqan əyalətinə və Qolkonda qalasına vali təyin edildi.
1518-ci ildə Bəhməni Sultanlığının (1347-1527) sultanı II Mahmudun ölümündən sonra əmirlər üsyana qalxdılar. Sultanqulu Gülkəndin müstəqilliyini elan edərək Qütbşahlıların Qaraqoyunlu dövlətinin əsasını qoydu.O əslində 1512-ci ildən istiqlaliyyətini elan etmişdi. Bəhməni sultanı II Mahmudun ölümündən sonra 1518-ci ildə rəsmən vassal dövlət statusuna son qoydu.
Sultanqulu Bəy Baharlı Krişna çayı və Qodavari çayı arasındakı əraziləri fəth edərək Hind okeanı sahillərinə çatdı.
1580-ci ildə Gülkənd Şahı İbrahimqulu Kondavidunu fəth etdi və Sultanlığın tərkibinə qatdı. Məhəmmədqulu şahın hakimiyyəti illərində (1580-1611) Qolkonda sultanlığı daha da genişləndi. O 1586-ci ildə Andranı da fəth etdi. Hətta I Şah Abbasın Məhəmməd şahın (1611-1625) sarayında Hüseyn Bəy Keçəçibaşı adlı səfiri də vardı.
Qolkonda Sultanlığı (Qütbşahlılar dövləti) rəsmən 1687-ci ildə Böyük Moğol İmperiyasının tərkibinə daxil oldu.
 

Dünyapress TV

Xəbər lenti