Ardını oxu...
"Teymur Əmrah 1 aya yaxındır ki, Azərbaycan Dövlət Akademik Milli Dram teatrında vokal müəllimi kimi fəaliyyət göstərir".
Bu fikirləri musavat.com-a açıqlamasında Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə deyib.

"65 yaş üzəri işçi var idi, həmin şəxs pensiyaya çıxdığına görə onun yerinə Teymur Əmrah təyin olundu. Hazırda konkret tamaşa ilə bağlı iş görür. Bizə aktyorlarla məşğul olan vokal savadlı adam lazım idi. Yeni tamaşaya da belə bir adam mütləq lazım idi. Bu da Teymur Əmrah oldu", - M.Ələkbərzadə bildirib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət İrəvan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev ərizə yazaraq işdən çıxıblar. Aktyorların teatrdan çıxmasına səbəb isə teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub. Moderator.az-a açıqlama verən aktyor Fərid Vəliyev bunları bildirib.
“Bildiyiniz kimi hadisələr, teatrımızın baş rejissoru Sərvər Əliyevlə və teatrımızın direktoru İftixar müəllim arasında başladı. Və münasibətlər getdikcə daha da pisləşdi. Ayın neçəsi olduğu yadımdan çıxıb, bizi işə çağırdılar. İşdə bildik ki, Sərvər Əliyevi teatrdan uzaqlaşdırmaq üçün imza toplanır. Mən qol çəkməkdən imtina etdim və dedim ki, bu məsələyə qarışa bilmərəm. Çünki, mən aktyoram. Mənim işim yaradıcılıq və səhnədir. Qol çəkmədim. Və bir daha bildirdim ki, bu işə nazirlik baxmalıdır. Çünki, baş rejissoru teatra təyin edən nazirlikdir. Bu məsələ onlara aiddir. Daha sonra yenə iclas oldu. İclasda deyildi ki, Sərvər müəllim prezidentə məktub yazıb. Və yenidən teatrda imza toplanmalı olduğunu dedilər. Mən yenə öz mövqeyimdə qaldım və qol çəkməyəcəyimi bildirdim. Bu zaman teatrımızın direktoru İftixar müəllim, dedi ki, “kim qol çəkməsə işdən azad olunacaq”. Elə o anda yenə də öz mövqeyimdə qaldığımı və məsələyə qarışmayacağımı bildirdim. Bu zaman İftixar müəllim dedi ki, işdən azadsan. Mən də otaqdan çıxıb evə gəldim. Sabahı gün yenə bizi teatra çağırdılar. Mən çağırılan vaxtdan biraz sonra getdim. Ona görə gec getdim ki, gedim sənətlərimi götürüm. İftixar müəllim gələndə ondan sənədlərimi istədim. Soruşdu ki, nə sənəd? Dedim ki, əmək kitabçası və s. Və bildirdim ki, dünən dediniz ki, imza çəkmədiyim üçün işdən azadam. Bu zaman İftixar müəllim dedi ki, mən elə söz deməmişəm. Bir daha soruşdum ki, axı müəllim dünən siz belə dediniz?! Yenə dedi ki, mən elə bir söz deməmişəm. Və məndə bu zaman öz istəyimlə işdən çıxmaq haqqında ərizə yazdım. Çünki, bu cür qalmaqalın bir parçası olmaq istəmirəm. Ona görə də ərizəmi yazdım. Son olaraq onu demək istəyirəm ki, kaş bu söhbətlərin heç biri olmazdı. Mən Sərvər müəllimi də, İftixar müəllimi də çox istəyirəm. Bir böyük kimi, bir sənət adamı kimi ikisinə də hörmətim var. Amma bu ərizə söhbəti məni bulandırdı” deyə aktyor bildirib.

Öz ərizəsi ilə işdən çıxan digər aktyor Anar Bulud isə bildirib ki, bu qalmaqallar teatrın yaradıcı mühitinə də təsir edib.

“Fəridin dediyi kimi, mən də öz ərizəmi yazıb, işdən ayrılmışam. Səbəb də eynidir, baş rejissor Sərvər Əliyevlə bağlıdır. Bu hadisələr getdikcə böyüdüyü üçün teatrdan çıxdım. Mən aktyoram, qalmaqalda nə işim var? Teatrda yaradıcı mühitdən söhbət belə gedə bilməz. Çünki özünüz də görürsünüz ki, bu qədər qalmaqal var, hansı yaradıcı mühitdən danışa bilərəm?! Bu hadisələr məni çox üzür. Kaş belə olmazdı. Belə bir yerdə qalıb işləmək, mənim psixologiyama təsir edir. Nə vaxt hadisələr öz axarına düşərsə, əvvəlki durumda olarsa, o vaxt da teatra qayıdaram” deyə aktyor bildirib.

Teatrın baş rejissoru Sərvər Əliyev isə saytımıza açıqlamasında hələ işdən çıxmadığını bildirib.

“Fəridlə Anar mənim əleyhimə toplanılan imzadan imtina etdikləri üçün direktor deyib ki, işdən azadsınız. Səbəb isə odur ki, direktorun dediyini etməlisən. Təəssüf ki, o hər zaman rejissorların işinə qarışır. Bunu ondan soruşmaq lazımdır ki, məndən nə istəyir?! Mən Səmərqənd şəhərində onun pyesini tamaşaya hazırlamışdım. Dəvət etdim, gəldi Səmərqəndə, tamaşanın məşqimə baxdı və bəyəndi. Amma “kütləvi səhnəni artırmaq lazımdır” dedi, mən isə onun bu təklifini rədd etdim. Çünki mən artıq 60 gün idi ki, məşq edirdim. Azərbaycan əsəri, ora əlavə paltar, saqqal, bığ lazım olacaqdı, yəni mümkün deyildi. O gündən mənimlə konfliktə başladı. Təəssüf ki, kollektivi mənim əleyhimə qaldırıb. Onlar da haqqımda şər böhtan yazıb Mədəniyyət Nazirinə müraciət ediblər. Bu işlərin arxasında direktor durur. 3 gün öncə yenə kollektivi toplayıb, hamını bir nəfər kimi mənim əleyhimə imza toplamağa məcbur edib. İki gənc aktyor bundan imtina edəndə direktor onlara ərizə yazıb, işdən getməklərini tələb edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirinə, Nazirliyin Maliyyə və İqtisadiyyat, Daxili nəzarət və Audit şöbəsinə müraciət etmişəm. Araşdırma gedir” deyə rejissor bildirib.
 
Ardını oxu...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən-ürəyə” adlı konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib.

ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.

Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.
Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.

Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib.

Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla özünəməxsus formada izləyicilərə çatdırılıb.
 
Ardını oxu...
Hər bir cəmiyyətin öz Yeni il ənənəsi var. İspanların “on iki bəxtəvər üzüm” ənənəsi bunlardan biridir. Ənənəyə görə, ispanlar yeni ildə gecə yarısı çalan on iki saatlıq zəngin hər biri üçün bir üzüm yeməlidirlər. Burada məqsəd zənglər dayanmadan bütün üzümləri bitirməkdir. İnsanlar gələn ilin uğurlu olması üçün növbəti on iki ayın hər birində bir yaşıl üzüm yeyirlər.Əgər saat 12-ni vuranda bütün üzümləri bitirə bilsəniz, son zəng çalmadan yeni iliniz uğurlu olacaq. Hər üzüm yeni ilin hər ayını təmsil edir. Yeyə bildiyiniz hər üzüm üçün gələn il xoşbəxt bir ayınız olacaq. On iki üzüm ənənəsinin mənşəyini izah edən bir çox hekayə var. Alikantedəki üzümçülərin bu xurafatı 1909-cu ildə müəyyən üzüm növlərinin artığını satmaq üçün başlatdıqları deyilir. Ancaq ənənənin daha da keçmişə, 1880-ci illərə getməsi ehtimalı daha çoxdur. Ənənə İspaniyaya xas olsa da, Cənubi Amerika və Latın Amerikasının bir çox ölkəsinə də yayılmışdır.
Ardını oxu...
“Efirdə yayımlanan serialların 90 faizi insanların formalaşmasına mənfi təsir göstərir”.

Bunu psixoloq Gülnar Sadiq “Cebhe.info”-ya açıqlamasında deyib.

O qeyd edib ki, bəzi seriallar və filmlər gələcəyimizin formalaşmasına çox pis təsir edir:

“Hətta bu gün uşaqlar belə izlədikləri seriallardan mənfi misallar göstərirlər. Onlar bəzən serialların vulqar, qeyri-etik ifadələrindən də gündəlik olaraq istifadə edirlər.

Soruşanda da bunu seriallardan və filmlərdən öyrəndiklərini deyirlər. Hansı ki, bunlar uşaqların gələcəyinə müsbət təsir edəcək misallar deyil. Ümumiyyətlə, insan nəyi görürsə, şüuraltı da o formada inkişaf edir.

Nəzərə almaq lazımdır ki, bizim inkişafımız sadəcə ailəmizlə ünsiyyət qurmaqla olmur. Televiziya ekranı vasitəsilə də nələrisə öyrəndiyimizi unutmaq olmaz.

Bəzən televiziyada səsləndirilən sözləri uşaqların eşitmədiyini düşünürük. Amma uşaqlar o qədər enerjili olurlar ki, bütün söhbətləri eşidirlər. Üstəlik, evdəki böyüklər baxdığı üçün sözügedən seriallar uşaqların da diqqətini çəkir”.

Psixoloqun sözlərinə görə, bəzi seriallar insanların düşüncə tərzinin aşağı düşməsinə səbəb olur:

“Sözügedən seriallar insanlara və cəmiyyətə qarşı düşüncələrimizə də təsir edir. Bu isə təbii ki, iş və sosial həyatımıza da təsir göstərir. Hətta iş yoldaşları və tələbələr də serialları müzakirə edirlər. Bu da insan potensialının aşağı düşməsi deməkdir.

Məsələn, 5 insan bir araya gələndə öz işlərindən deyil, yararsız seriallardan danışırlar. Bu isə bizə heç bir yeni bilgi qazandırmır. Üstəlik, seriallarda mövzuların standart olduğunu da hamı əzbər bilir.

Təəssüflər olsun ki, ailə, cəmiyyət və məişət mövzuları çox mənfi istiqamətdə göstərilir. Düşünürəm ki, bu gün televiziyada yayımlanan serialları müzakirə etməklə heç nə öyrənə bilmərik. Bunu təkcə valideynlər deyil, həmin serialları ərsəyə gətirənlər də düşünməlidirlər. Çünki biz bu seriallarla qidalanırıq”.

Gülnar Sadiq efirdə yayımlanan aşağı səviyyəli verilişləri də tənqid edib:

“İzləyicini ekran qarşısına toplamağı bacaran, onlara yeni məlumatlar verən verilişlər hazırlanmalıdır. Belə verişilər olsa da, çox süni formada hazırlayırlar.

Ona görə də tamaşaçılar efiri izləməkdən qaçırlar. Bəzi aşağı səviyyəli verilişlər əfsuslar olsun ki, insanların diqqətini daha çox cəlb edir. Onların hansı formada etdiklərini də hər kəs bilir. Amma aşağı səviyyəli verilişlər insanların düşüncə tərzini adiləşdirib, ucuzlaşdırıb.

Əvvəl ailə-məişət mövzularını qonşuya belə demirdilər ki, ayıbdır. Hətta qonşu bizim evin səsin eşidəndə utanırdıq. Amma indi ailə içərisində olan mövzularını çıxıb efirdə danışırlar. Üstəlik, bunu utanmadan, çəkinmədən deyirlər. İnsanların düşüncəsi bu qədərmi ucuzlaşıb?

Xüsusən də bəylərin cəmiyyət qarşısına çıxaraq öz ailə problemlərini danışmasını qeyd etmək lazımdır. Övlad belə atadan hansı nümunəni götürə bilər? Həmin övladlar gələcəkdə özü necə ata olacaq? Efirdən bizə təqdim edilən səviyyəsiz seriallar və verilişlər şüurlatımıza təsir edir.

Artıq biz cəmiyyət olaraq düşünürük ki, həyat tərzimiz bundan ibarətdir. Təəssüflər olsun ki, efirlər bunu bizə sanki peyvənd kimi aşılayırlar”.
 
Ardını oxu...
Azərbaycan Dövlət Pantomima Teatrının kadrlar idarəsinin mütəxəssisi Aytən Kərimova cinayət məsuliyyətinə cəlb edilib.

"DogruXeber.az"ın "Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, xanım mütəxəssis 332 min manat mənimsəməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Aytən Kərimova 2019-2022-ci illərdə bu vəzifədə çalışıb.

 

Ardını oxu...
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istiqlal şairi Mehmet Akif Ersoyu anım tədbirində çıxış edib. 
Ərdoğan hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq Mehmet Akif Ersoydan şeir səsləndirib. 

Ardını oxu...
 
Türkiyənin mərhum sənətkarları Ayşen Qruda və Yılmaz Qrudanın ailəsində ağır itki yaşanıb.
Aktyorların qızı Elvan Qruda dünyasını dəyişib.
E. Qruda 55 yaşında həyatla vidalaşıb.
Ardını oxu...Ardını oxu...
Ardını oxu...
Tanınmış aktrisa Nurgül Yeşilçay proqramlardan birində keçmiş xatirələrini paylaşıb.

Lent.az xəbər verir ki, ilk dəfə "Asmalı konak" serialına çəkildikdən sonra məşhurlaşan aktrisaya "Melekler adası" adlı serialdan dəvət gəlib.

Bu filmə çəkilmək üçün ona külli miqdarda pul təklif edilib. Aktrisa avans olaraq ömründə görmədiyi qədər qonorar aldığını deyib.

"Rejissor dedi, ilk dəfə çəkildiyin filmin 10 qat artığı qdərə sənə pul verəcəm. Dərhal razılaşdım. Kasıb idim. O qədər pul verdilər, anında qudurdum. Ona qədər bu qədər pulu yuxumda belə görməmişdim. Pulu aldım, getdim avtomobil satan lüks bir mağazaya. Dedim ən bahalısı hansıdırsa onu ver. Xoşbəxtlikdən həmin serial uğurlu alındı", - o qeyd edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti