Ardını oxu...
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu verilişdə bu dəfə Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisinin Azərbaycan əleyhinə bəyanatı haqqında danışıb.

Millət vəkili BMT Təhlükəsizlik Şurasında Laçın yolunun “bağlanmasından” sonra yaranmış “humanitar böhran”nın müzakirəsi zamanı, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Şuşaya səfəri ərəfəsində Azərbaycanın əleyhinə 100 nəfərə yaxın Türkiyə vətəndaşının imzaladığı belə bir bəyanatın yayılmasının təsadüfi olmadığını bildirib.
Sözügedən bəyanatı "bayquş səsi"nə bənzədən S.Rüstəmxanlı qeyd edib ki, özünü aydın sayan, kimliyi bəlli olmayan bu dəstə ermənilərə havadarlıq edir:
"Deyirlər ki, guya Azərbaycan erməniləri blokadada saxlayır. Baş verənləri soyqırımına bənzədir və bu kimi bir çox cəfəng iddialar irəli sürürlər. Xocalı soyqırımını yaşayan bir milləti bu cür ittiham etmək özünü Türkiyə vətəndaşı sayanlar üçün, - indi mən deyəcəm, onlar necə vətəndaşdırlar, - ayıbdır. Utanmalıdırlar bu sözü deməkdən. Türkiyə ən ağır günlərində daim Azərbaycanın yanında olub. Nuru Paşanı xatırlayaq, Osmanlının ən ağır vəziyyətində Qafqaz İslam Ordusu gəlib Azərbaycanda qardaşlarına yardım etdi, Bakını bolşevik-erməni işğalından azad etdilər. XX yüzilin dahisi Ataturk deyirdi ki, Azərbacanın sevinci sevincimiz, kədəri kədərimizdir. O zaman Naxçıvanla əlaqə kəsilməsin deyə Atatürk pulla İrandan ərazi aldı. Türkiyə Naxçıvana qarant durdu. 2020-ci ildə Türkiyə yenə öz qardaşlıq borcunu yetinə yetirdi, siyasi, diplomatik planda Azərbayacana dəstək verdi. Azərbaycan ordusunun yetişməsinə, silahlanmasına yardım edən bir dövlətin adını aydın, qəzetçi qoyan bir zümrəsi birdən-birə ortaya çıxıb Azərbaycanı ittiham edirsə, bu, gülüncdür. Mən əminəm ki, Azərbaycan-Türkiyə münasibətlərinə soyuqluq gətirən, camaatın sidqini sıyıran yarım cümlə söz deyənlərin nə Azərbaycan, nə də Türkiyə türkünə aidiyyatı yoxdur. Türkiyədə nə qədər istəyirsən türk soyadlı erməni, yunan, PKK-lı terroçular, FETÖ-nun davamçıları və söz terroru ilə məşğul olanlar var".
Bu qüvvələrin Türkiyədə geniş fəaliyyət göstərdiyini vurğulayan millət vəkili bunun üçün münbit şərait olduğundan təəssüfləndiyini bildirib:
"Çox təəssüf ki, mən Türkiyə siyasətinin bu tərəfini dəstəkləyə bilmirəm. Orada kitab evinə girəndə görürsən ki, Türkiyəni ittiham edən onlarla kitab var. PKK mövqeyindən yazılan, "erməni soyqırımı", uydurma erməni tarixi haqqında kitablar satılır. Bu kitablar hamısı Türkiyədə çap olunur. Bəs, görək orada onun yarısı qədər Azərbaycan haqqında kitablar var? Bu məsələdə Azərbaycan diasporunun da, Türkiyə dövlətinin də günahı var. Kitab ticarəti ilə məşğul olanların çoxunun adı türk olsa da, özü türk deyil. O dükanlara girəndə nəyin təbliğ olunduğunu görmək çox asandır. Məhz bu təbliğatı aparanlar deyirlər ki, Azərbaycan ermənilərin hüquqlarını tapdalayır. Hansı hüquqlardan söhbət gedir? Sən bu xalqa necə çirkab ata, necə yalan deyə bilərsən?"
S.Rüstəmxanlı bədnam bəyanata kifayət qədər reaksiya verilmədiyindən də danışıb:
"Düzdür, onlara cavab verənlər oldu, müəyyən səslər ucaldı. İlk cavab verənlərdən biri də Milliyətçi Hərəkat Partiyası oldu. Azərbacyanda da bəzi qəzet və saytlar fikir bildirdilər. Amma ümumiyyətlə, Türkiyədə yaşayan azərbacyanlıların, diasporumuzun səsi çıxmadı. Bu diaspor nə işə məşğuldur? Ancaq yubileylər keçirməklə, yas mərasimləri, Xocalı soyqırımının ildönümünü qeyd etməklə, müəyyən tarixi hadisələrlə bağlı bir araya gəlməklə iş bitmir. Belə olmaz. Bəs bu mətbuatda gedən məsələlər? Biz eşidənə qədər onlar eşidir, onlar oxuyur, onlar görürlər. Niyə cavab vermir, niyə səslərini ucaltmırlar? Biz, bizi sevməyənlərdən az deyilik, onlardan gücsüz də deyilik. Görünür, bu məsələdə çatışmayan cəhətlər var, təşkilatlanma zəifdir. Amma bu işi yoluna qoymaq, Azərbaycanın səsini türk mətbutına çatdırmaq olar. Bununla bağlı tədbir görülməlidir".

Sonda S.Rüstəmxanlı Azərbaycan əleyhinə bəyanat səsləndirən Türkiyə "ziyalı"larına çağırış edib:
"Üzümü həmin başdanxarab, biqeyrət, şərəfsiz, Azərbayacana böhtan atan, kimliyi bilinməyən erməni, PKK cocuqlarına, Avropaya, Amerikaya iş verənlərə, cinsiyyəti bəlli olmayanlara, şüuru, düşəncəsi xəstə olanlara tutub deyirəm ki, siz su bulandıra bilməzsiniz. Azərbaycan-Türkiyə münasibətləri uzun tarixi yol keçib və elə bir səviyyədədir ki, sizin kimi qarışqalar, cırtdanlar buna heç bir təsir göstərə bilməz. Yaxşısı budur, gedin, öz işinizlə məşğul olun".
Xatırladaq ki, Türkiyədə radikal sol görüşlü bir qrup siyasətçi, yazıçı və hüquq müdafiəçisinin bu günlərdə yayılan bəyanatında guya, Qarabağda ermənilərə 8 aydır blokada tətbiq edildiyi, "bölgənin ağır humanitar böhran ərəfəsində olduğu"ndan bəhs edilir, hətta ermənilərə qarşı hansısa “soyqırımı” siyasəti aparıldığı iddia olunur.
 
Ardını oxu...
Türkiyəli aktyor Olgun Şimşek avtomobil qəzasına düşüb.

Teref.Az olay-a istinadən bildirir ki, qəza səhər saatlarında Bodrumda baş verib. Hadisə nəticəsində aktyor yaralanıb.

Əraziyə Təcili Tibbi Yardın briqadası göndərilib. İlk müdaxilənin ardından xəstəxanaya aparılan Şimşek ambulator olaraq müalicə olunduqdan sonra evə buraxılıb.
Qeyd edək ki, Olgun Şimşek Azərbaycanda da sevilən "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialında "kimsəsiz Yaşar" rolu ilə tanınıb.
Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Aziz Nesin Türkiye Yazarlar Sendikası başkanlığını yaparken, sendikanın ikinci başkanlığı görevinde bulunan Demirtaş Ceyhun, "Yaşasın Aziz Nesin" başlıklı kitabında, Nesin'in çay düşkünlüğünü şöyle anlatır :
"Aziz Bey, dehşetli düşkündür çaya.. Şeker çayın tadını bozuyor diye, şeker de koymaz içine. Çalışırken de çaydanlık kaynar durur ocakta. Akşama kadar bilmem kaç bardak şekersiz çay içer.."
Yıllar önce Aziz Nesin, Moskova'dan Tiflis'e geçmiştir. Uçak erken kalktığı için de çay içememiştir. Uçak, Tiflis'e iner inmez mihmandara "Aman" der, "bana bir bardak çay bulun !" Mihmandar, "Çay goley" der, "Hele bir otele gidelim !" Otele gelirler. Nesin yine "çay" diye tutturur. Mihmandar yine, "Çay goley canım.. Hele sen odana çık, eşyalarını bırak gel !"
Aziz Nesin, çaresiz odasına çıkar, eşyalarını bırakır, elini yüzünü yıkadıktan sonra lobiye iner. Bir de ne görsün ? Masada bir şişe şarap ve iki kadeh..
O "Yahu bir bardak çay !" dedikçe mihmandar "Canım çay goley, önce birer yudum şarap içip gelişini kutlayalım. Hadi hoş gelmişsen.." diye karşı çıkmakta..
Bir bardak, bir bardak derken şişe biter öğle olmadan.. Şişe bitince Nesin yine "çay" diye tutturur.. Mihmandar yine "Çay goley canım" der, "hele şöyle bir Tiflis'i gezip görelim de.."
Fazla uzatmayalım, yolda önemli bir Gürcü yazarla karşılaşılır ve Nesin zorla göl kenarındaki bir lokantaya götürülür.. Tabii hemen şaraplar söylenir.. İkindi olmuştur. Gölde yüzerler, çıkarlar ve tabii hemen şaraplar söylenir.. Artık akşam olmuştur. Bu kez de akşam yemeğine gidilir. Ama bu kez kadehle de içilmez şarap, Gürcü törelerine göre boynuzla içilir. Hem de bir dikişte !..
Aziz Nesin sonrasını anlatırken, ne kadar içtiğini, gecenin kaçına kadar içtiğini anımsayamadığını itiraf ediyor. Tek anımsadığı, bir masanın başına oturmuş, karşısında bir dolu insan. Fotoğraflarını çekiyorlar. Sorular soruyorlar. Meğer gezi bitmiş artık dönüyormuş, dönmeden önceki basın toplantısıymış bu !..
Gazetecilerden biri, "Tiflis'i nasıl buldunuz ?" diye sorunca Nesin hemen cevabını yapıştırmış : "Tiflis benim için kocaman bir tavan !" Birden bir sessizlik olmuş salonda. Şaşırmışlar. "Anlayamadık" demişler. "Anlayamayacak ne var ?" demiş Aziz Nesin, "Arkadaşlarınıza sorun. Geldiğimden beri şarap içmekten başka bir şey yapmadım. Sizin törelerinize göre de şarap boynuzla içiliyor. Boynuzla da yudum yudum içilemiyor. Boynuzun içini de boş bırakamıyorsunuz. Habire boynuzu kafaya dikmekten, tavandan başka bir yere bakamadım ki.. Tiflis deyince gözümün önüne kocaman bir tavan geliyor.. Hepsi bu.
(REFİK DURBAŞ, "Rakı İle Edebiyat Muhabbeti")
Teref.az
 
Ardını oxu...
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Budəfəki buraxılışda məşhur aktyor Cim Kerridən bəhs olunub.

Bildirilir ki, C.Kerri 17 yanvar 1962-ci ildə Kanadanın Nyumarket şəhərində anadan olub.

Ailə yaxşı yaşamırdı. C.Kerri ehtiyac içində yaşamağı uşaqlıqdan görüb. Onun altı nəfərdən ibarət ailəsi var idi.

Ulduzun valideynləri musiqini sevirdilər. Anası evlənməmişdən əvvəl müğənnilik edirdi, atası isə saksofonçu idi. Onlar özlərini musiqi sahəsində reallaşdıra bilmədilər. Cimin böyük bacısı Rita isə Kanadada tanınmış ifaçıdır və öz qrupu ilə çıxışlar edir.

Kerri uşaqlıqdan səhnəyə çıxmaq arzusunda idi, 15 yaşında ilk dəfə “stand-up” ilə səhnəyə çıxdı. Uğursuzluqdan sonra yenidən çıxış etməsi iki il çəkdi. Kanadada məşhurlaşdıqdan sonra ABŞ-yə köçdü. 90-cı illərin ortalarından bəri o, on il ərzində ən çox axtarılan komedi və kino aktyorlarından biri oldu.

80-ci illərdən ABŞ-də filmləri nümayiş etdirilən Cim Kerri 2004-cü ildə Kanada vətəndaşlığını saxlayaraq bu ölkənin vətəndaşı oldu.

Aktyorun karyerasında əsl parlama 1994-cü ildə baş verdi.

C.Kerrinin “Axmaq və ondan da axmağı” filminə görə qonorarı yeddi milyon dollar təşkil edib. Bu da Cimi ilin ən uğurlu komediyaçılarından birinə çevirdi.

Bundan sonra aktyorun qonorarı kəskin şəkildə artmağa başladı. “Kabelçi” filmi Kerriyə 20 milyon dollar qonorar gətirdi. Lakin film ümidləri doğrultmadı.
2010-cu ildə aktyorun karyerasında “qara zolaq” başlayır. C.Kerrinin çəkildiyi ən yaxşı filmlər keçmişdə qalır. Ona televiziya seriallarının epizodlarında işləmək və böyük filmlərdə kiçik personajların rolunu oynamağı təklif edirlər.

O, 90-cı illərin əvvəllərində valideynlərini itirdi və ilk ağır depressiyasını yaşadı.

Aktyorun çox sevgi romanları olub. Onun ilk sevgilisi Melisa Vumer idi. O, “Comedy Store”da ofisiant işləyib. Onlar 1987-ci ildə evlənirlər. Melisa aktyorluq karyerasının başlanğıcında Cimə dəstək olub, valideynlərini itirdikdən sonra onun depressiyadan çıxmasına kömək etməyə çalışıb. Onların Ceyn Erin Kerri adlı bir qızı var. Cütlük 1995-ci ildə boşanıb.

2012-ci ildə Cim Katriona Uayt ilə münasibət qurur. O, əqli cəhətdən qeyri-sabit idi. Aktyorun həyatında “qara zolaq” başlamışdı. Cütlük ayrılıb barışırdı.

Katriona bir neçə dəfə intihara cəhd edib. 2015-ci ildə Uayt münasibətlərinə son qoydu. Tezliklə isə intihar etdi.

İntihar qeydində Uayt Cimi öz ölümündə günahlandırırdı. 2018-ci ilə qədər məhkəmə çəkişmələri Katrionanın qohumlarının iddiası əsasında davam edirdi. Məhkəmədə müttəhim kimi çıxış edən aktyor öz günahsızlığını sübut etdi.

Depressiya və şəxsi həyatındakı uğursuzluqlar Cimi karyerasına fasilə verməyə məcbur etdi. Aktyora təkliflər azaldı, yox həddinə gəldi. Ancaq təqsirsiz olduğu sübuta yetiriləndən sonra 2018-ci ildə o, “Sadəcə zarafat edirəm” serialına çəkildi və yeni romanı başladı. Cim həmkarı Ginger Qonzaqa ilə görüşməyə başladı.

C. Kerri 2013-cü ildə “Roland necə yuvarlanır” adlı uşaq kitabı, 2020-ci ildə isə “Xatirələr” kitabını nəşr etdi. “Xatirələr” kitabında 1999-cu ildə çəkiliş meydançasında tanış olduğu Reneni ən böyük sevgisi adlandırdı.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Ukrayna mədəniyyəti düşmən əli ilə növbəti itki verib.

Publika.az "Karavan"ya istinadla xəbər verir ki, “Kryposna” və “Zəng” də daxil olmaqla bir çox Ukrayna film və seriallarında rol alan aktyor və əsgər Aleksey Xilski Zaporojye vilayətində döyüşdə həlak olub. Onun 36 yaşı var.

Dəhşətli xəbəri Alekseyin həyat yoldaşı, aktrisa Nadiya Xilska sosial şəbəkələrdə yayıb:

"Mən yazıram, amma özüm buna tam inana bilmirəm. Lyoşa öldü. Döyüş tapşırığını yerinə yetirərkən həlak olub. O, tanıdığım hər kəsin ən yaxşısı idi. Ən mehriban! Ən gözəl! Ən istedadlı! Etdiyi hər şeyi ehtirasla edirdi. Və onun həyata susuzluğu var idi! O, həyatı çox sevirdi! Səni sevirəm, döyüşçüm".
Ardını oxu...
 
 


 
Ardını oxu...
Teref.az Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında maraqlı faktları təqdim edir.

Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub.

***

Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Yaradıcılığında “Quyu” tamaşasının musiqisi, “Qızıl oğlan” musiqili nağılı xüsusi yer tutur. O, “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olarsa” və bir çox pyeslərin müəllifidir. Filmoqrafiyasında 50-ə yaxın film vardır.

“Qonşu qonşu olarsa” tamaşasının çəkilişləri zamanı Ruhəngiz xanım rekvizitlərin çoxunu evindən gətirib. O, müsahibələrinin birində bu barədə deyir:

“Tamaşada masada yeyilən borşu mən bişirmişəm, evdən kotlet də gətirmişəm. Divardan asılan saatı, yapon qızlarının şəkli olan təqvimi, tamaşada iştirak edən aktrisa Səidə Quliyevanın əynindəki yapon xalatını da mən gətirmişdim”.

Bəstəkarın atası 54 yaşında dünyasını dəyişib. Atası vəfat edən zaman Ruhəngiz xanımın iyirmi yaşı olub. O, həmin günləri xatırlayarkən deyir:

“Bəlkə də, Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə, insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik”.

Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib:

“Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm.

Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.

***

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın həyat yoldaşı Vasif Süleymanov 16 dekabr 2021-ci ildə vəfat edib.

Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Ruhəngiz xanımın vəfatı ilə bağlı danışarkən onun Honq-Konqda yaşayan qızının yanında vəfat etdiyini deyib:

“Təxminən, 20 gün öncə qızının yanına – Honq-Konqa getmişdi. İndi bilmirəm Honq-Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq bilirəm ki, Azərbaycanda deyil. Bilmirəm, orda dəfn olunacaq ya burda. Çünki yolun xərci çoxdur. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki! Ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar”.

***

Bəstəkar özü haqqında belə deyirdi:

“Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam”.

Məqaləyə dair fotomateriallar:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində tədbirlərini davam etdirir. İctimai Birliyin növbəti tədbiri avqustun 18-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ofisində keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının üzvləri, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan qazilər iştirak ediblər. Tədbir iştirakçılarına məlumat verilib ki, layihə çərçivəsində bir sıra tədbirlərin, görüşlərin keçirilməsi, yazıların nəşr olunması nəzərdə tutulub. Həmçinin gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə yazıçı-publisist Yunus Oğuzun müəllifi olduğu "Cığır" tarixi romanının ictimai müzakirəsi keçiriləcək və gənclərə təmənnasız olaraq "Cığır" kitabı paylanacaq.

Yunus Oğuzun 15-dən artıq tarixi romanın müəllifi olduğunu xatırladan "Turan Araşdırma Mərkəzi" İctimai Birliyin sədri Cavid İsmayıl qeyd edib ki, Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizədə fəal iştirak edən Y.Oğuz ərsəyə gətirdiyi tarixi romanlarla Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq saçıb, bu vaxta qədər xalqa düzgün çatdırılmayan faktlara aydınlıq gətirib. Onun əsərlərindən bəlli olur ki, Vətənin, dövlətin var olması üçün zaman-zaman qan tökülüb, ona görə də bu gün dövlətimiz yaşayır: "30 il erməni işğalı altında olan torpaqlarımız Azərbaycan gənclərinin şücaəti hesabına azad edildi. Etiraf edilməlidir ki, işğal dövrü bizim üçün ən ağır dövr idi. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə 250 ilin ən şanlı tarixi yazıldı. 44 günlük Vətən müharibəsindəki qələbəni qızıl salnamə hesab etmək olar. İndi hərb tariximizi dünyanın aparıcı dövlətləri öyrənir. Ən yeni tariximiz olan 44 günlük Vətən müharibəsindəki faktlar məhz "Cığır" romanında əksini tapıb. İlk dəfə olaraq Ali Baş Komandanın bədii obrazı "Cığır" romanında verilib. Bu baxımdan "Cığır" romanı gənclər arasında təbliq edilməlidir. Çünki "Cığır" təbliğat və masaüstü kitabdır".

Birinci Qarabağ müharibəsində ordunun, güclü iqtisadiyyatın olmadığını xatırladan yazıçı-publisist Yunus Oğuz qeyd edib ki, o vaxt Azərbaycan ata-anası ölmüş yetim bir dövlət idi. Xarici dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycana qarşı qısqanclıq nümayiş etdirir, yardım göstərməkdən imtina edirdilər. Məhz bu kimi səbəblərdən Birinci Qarabağ müharibəsində on minlərlə şəhid verdik: "Lakin dövlətimiz möhkəmləndi, ordumuz və iqtisadiyyatımız gücləndi və Aprel döyüşlərində ilkin qələbəni əldə etdik. 27 sentyabr ən uğurlu zaman kimi seçildi və torpaqlarımız işğaldan azad edildi, dövlətimizin ərazi bütövlüyü təmin edildi. Bizi dövlət yerinə qoymayan dövlətlər BMT Təhlükəsizlik Şurasının iclasında bizimlə hesablaşmağa məcbur oldular. Bu iclasda Ermənistana leqal, qeyri-leqal dəstək verən dövlətlər başqa qiyafədə idilər".

Y.Oğuz qeyd edib ki, 44 günlük Vətən müharibəsi həm də vətənsizliyə son qoydu: ""Cığır" romanında ilk dəfə olaraq "kölgə əsgər" adlı obraz yaratmışam. Bu əsgərlər ermənilərin illərdən bəri yaratdıqlari mifləri darmadağın etdilər. Əsərin adının "Cığır" qoyulmasının isə real həqiqətləri var. Bu Şuşaya gedən həmin cığır idi ki, xalq onu tanımırdı. Xalq arasında ona "Nəsrəddin cığırı" deyilirdi. Bu, xalqın cığırı idi, sonu bilinməsə də xalqın qələbə əzminə hakim kəsilmişdi. Bu isə o deməkdir ki, vətənpərvərlik Şuşanın geninə biçilib. Bizdən fərqli olaraq ermənilər toplumdur, dövlətləri və dövlətçilikləri heç vaxt olmayıb, dövlət idarəçiliyindən uzaqdırlar. Ermənilər özləri deyir ki, biz yanlış torpaq siyasəti yürüdürük. Ona görə də onlar geç-tez Qarabağdan, İrəvandan gedəcəklər. Bu baxımdan biz gəncləri inandırmalıyıq ki, Vətən dövlətsiz olmur, gələcəyini yox, dövləti fikirləşən qəhrəman olur. Bizim isə artıq millətimiz, hədəfimiz və dövlətimiz bəllidir".

Azərbaycan gənclərində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev qeyd edib ki, məhz bu fakt müharibədə qələbəinin əldə olunmasında mühüm rol oynadı: "Məlumdur ki, hələ Birinci Qarabağ müharibəsində ermənilər Rusiyanın silahı ilə vuruşurdu. İran, Amerika və Fransanın dəstəyi ilə Ermənistan müvəqqəti üstünlük əldə etmişdi. Müstəqil Azərbaycan cavan bir dövlət olaraq böyük güclərə qarşı təkbaşına vuruşurdu. Bununla belə Ermənistanın işğal planını pozaraq 80 faiz torpağımızın işğl altına alınmasının qarşısı alındı. O vaxt Azərbaycan əsgəri avtomatla tanka qarşı vuruşurdu. Sinəsini güllə qarşısına verən Azərbaycan əsgəri torpaqlarımızın müdafiəsini təmin etdi. Ermənilər məcbur olub atəşkəs bağlanmasını təklif etdilər. Azərbaycan ordusunun ilk qələbəsi 1994-cü il yanvar ayının 5-də Horadizdə başlanan əks-hücum əməliyyatı oldu. Bu əməliyyatda 25 kənd işğaldan azad edildi".

Sonda yazıçı-publisist Yunus Oğuz tərdbir iştirakçılarının suallarını cavablandırıb, gənclərə təmənnasız olaraq "Cığır" kitabı paylanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.

O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib.

1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edərdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.
1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazandı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə tanınmağa başladı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişdi və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La Skala” teatrına təcrübə toplamağa göndərildi.

O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olub.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında rol alır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu - Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filmlərinə musiqi yazıb. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə ailə həyatı qurub.

1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ Xalq artisti adını alıb.

Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
 
Ardını oxu...
"Ən xoşbəxt anlarım Bakı Kamera teatrında keçib. Burada mənim sevimli aktyorlarım yetişib. Onlardan Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Kərəm Hadızadə və digərlərinin adlarını çəkə bilərəm. Onlar mənim üçün doğma insanlardır. Mənim teatr həyatımın ən xoşbəxt anları orada qaldı"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Cənnət Səlimova deyib. Sənətkar Gənc Tamaşaçılar teatrının aktyorları ilə keçmiş Bakı Kamera teatrının aktyorları arasında heç bir ayrı-seçkilik etmədiyini bildirib.

"Mən hətta rol versəmdə kiməsə, ikinci rol mütləq Gənc Tamaşaçılar teatrından olmalı idi. Elə tamaşalar var ki, orada ümumiyyətlə Gənc Tamaşaçılar teatrının aktyorlarına rol vermişəm. Heç Kamera teatrından bir adama belə rol verməmişəm" deyə rejissor bildirib.

Xalq artisti xalası oğlu, dünya şöhrətli alim Lütfizadə ilə bağlı xatirələrini də bölüşüb.

"Necə deyim sizə, Lütfizadə ilə çox görüşmüşük. O, çox ürəkdən yanaşan insan olub. O, çox yumşaq, həlim adam idi. Amma biz qohumlar arasında bilirdik ki, düşünəndə ona toxunmaq olmaz. Lütfizadə işləyir, Lütfizdə düşünür. O, 96 yaşında dünyasını dəyişdi. İnanın mənə, o son dəqiqəsinə kimi işləyirdi. Mən ondan soruşdum ki, sən nə vaxt, necə dincəlirsən? Mənə dedi ki, bu nə deməkdir?! Necə yəni, necə dincəlirəm? Dedim ki, kurorta, dənizə, ailənlə getmirsən? O dedi mən belə şey başa düşmürəm. Təsəvvür et, mən uzanmışam və heç nə etmirəm. Mən işləyəndə, düşünəndə dincəlirəm. Nəsə tapanda, kəşf edəndə dincəlirəm. Daş daşımıram ki, uzanıb dincələm. Əlbəttə ki, o şiddətli dərəcədə zəhmətkeş adam idi. Onun Berqlidəki kabineti tavandan döşəməyə qədər, divarların bu ucundan o ucuna kimi onun əl işləri ilə dolu idi. Biz onun adı gələndə Qeyri səlis məntiq nəzəriyyəsini xatırlayırıq. Onun belə kəşf etdiyi nəzəriyyələr 5 ya da 6 idi. Amerika onu yüksək dəyərləndirirdi. Berqli sırf Lütfizadənin nəzəriyyəsinə əsaslanan müasir elmin mərkəzi idi" deyə sənətkar bildirib.

Xalq artisti Lütfizadənin oğlu Normandan da danışıb.

"Lütfizadə bizim adam idi. Bizdən idi. Amma Norman isə tipik Amerikandır. Çox istedadlıdır. Hətta Lütfizadə hesab edirdi ki, o, onun özündən də güclü riyaziyyatçıdır. Lütfizadə bütün öz əməyini elmə sərf edib. Norman isə bütün istedadını kommersiyaya yönəldir. Və o hesab edir ki, budur həyatın mənası. Amma nə bilim, biz onunla çox fərqliyik. Düşünürəm, teatra yanaşmama isə o, yəqin ki, mənə gülər" deyə xalq artisti deyib.

Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - "Əvvəl Rasim Balayev, indi də Akif İslamzadə. Dostlar, gəlin, bu yersiz qınaqları dayandiraq. Hər kəs haqqında yüksək gözləntilər qururuq, onların qarşılığını görməyəndə də keçirik həmin adamları şiddətlə qınamağa". DİA.AZ bildirir ki, bunu öz etirazında tanınmış ekspert Ərəstun Oruclu qeyd edib.
Son günlərin əsas müzakirə predmetlərindən birinə çevrilmiş məlum məsələyə reaksiya verən ekspert "Rasim Balayev əvəzsiz aktyor, Akif İslamzadə isə gözəl ifaları ilə yaddaşlarda qalan və qalacaq müğənni olub. Müxtəlif səbəblərdən hər ikisi uzun illər sənətdən və diqqətdən kənarda qalıb" deyərək tersiz müzakirə açanlara çağırışda da buulunub:
"Bizim onlardan əsas umacagimız parlaq sənət nümunələri olmalıdır ki, onlar da həmin gözləntiləri tam doğruldublar. Bəs biz necə: diqqətdən kənarda qaldıqları dövrdə onların ünvanına hansısa bircə xoş söz yazmışıq? Xeyr!
O zaman nədir tələbimiz? Nəhayət, məgər ölkənin bu günə düşməsinə səbəbkar Rasim Balayev və Akif İslamzadədir? Bəlkə düzgün hədəfləri seçmək daha səmərəli olardı? Məncə - hə!
Qaldı bu sənətkarlara, onlar hər ikisi Azərbaycanın ən yüksək mükafatlarına layiqdir. Şəxsən mən Rasim Balayevin rollarına sevə-sevə baxmağa və Akif İslamzadənin ifalarını böyük həvəslə dinləməyə davam edəcəyəm.
Hər iki böyük sənətkarı da yubileyləri münasibətilə ürəkdən təbrik edirəm və onlara uzun, sağlam ömür arzulayıram!"




 
 

Dünyapress TV

Xəbər lenti