Ardını oxu...
Ermənilər müttəfiqlərinə daim xəyanət ediblər və hazırkı vəziyyətə görə özləri günahkardır.
Bunu erməni jurnalist Lilit Kostanyan Feysbuk səhifəsində yazıb.

“Əsrlər boyu problem həll etməməyi o qədər sevdik ki, bu, fəlakətə çevrildi. Oturub ağlaya-ağlaya əsərlər yazdıq, qəmli mahnılar bəstələdik, inildədik, faciələrimizdən biznes qurduq, sonra bütün dünyanı günahlandırdıq ki, bizə kömək etmədilər. Amma heç vaxt etiraf etməmişik ki, dünya ilə düzgün “dostluq” qurmağı bilmirik, biri ilə müttəfiq olacağıq, sonra onu tərk edib başqa birinə qaçacağıq, sonra da digərini tərk edəcəyik və bu, davam edəcək. Amma heç bir halda etiraf etməyəcəyik ki, bu cür rəftarın günahkarı yalnız bizik. Hərdən fikirləşirəm ki, biz 21-ci əsrə qədər necə sağ qala bilmişik?” - o bildirib.

Məsələyə münasibət Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a vurğulayıb ki, qədim tarixə inansaq, ermənilər hələ eramızdan əvvəl Spartak dövründən xəyanətkarlıq edirlər:

"Həmçinin Babəki də ermənilər satıb. Sadəcə olaraq iş orasındadır ki, insanlar müxtəlifdir. Yəni ermənilərin içində olan beyni işləyən adamlar var. Ümumiyyətlə onların beyinləri öz xeyirlərinə işləyir. Lakin nə deyirlər-desinlər mən çomağı yerə qoymazdım. Hər zaman tətikdə olmalıyıq. Ancaq öz səhvlərindən nəticə çıxaracaq ermənilər də var. Ola bilsin nəticə çıxarılacaq, amma öz xeyirlərinə. Yəni səhvlərini düzəldəcəklər, lakin məqsədləri "böyük Ermənistan"dır. Ona görə də mən çomağı əldən yerə qoymamağın tərəfdarıyam".
 
Ardını oxu...
Pirşağıda dövlət mühafizəsinə alınmış tarixi hamam dəmir lövhələrlə "çəpərlənib"
Pirşağı Bakının qədim kəndlərindən hesab olunur. Burada çox sayda tarixi abidələr, hamamlar var. Kənd dəniz sahilində yerləşir. Bəzi tarixi mənbələrə görə, kənd 17-ci əsrdə formalaşıb. Qədim Pirşağı ərazisində çox sayda tarixi abidələr olsa da, onların bəziləri zamanla aşınıb və sıradan çıxıb. Etiraf etməliyik ki, bunun əsas səbəbkarlarından biri elə biz özümüzük.
Kənddə tarixi avidələrdən biri də, dəniz sahilindən 700-800 metr aralıda yerləşən, adı olmayan hamamdır. Pirşağıda adı heç kimə məlum olmayan hamam var. Maraqlısı budur ki, ötən illərə qədər heç kim bu hamamla maraqlanmayıb. Hamamın tarixi haqqında da kiminsə konkret məlumatı yoxdur. Hamamın yerləşdiyi yer hazırda kiminsə həyətyanı ərazisinə düşür. Bir neçə il əvvəl torpaq sahəsinin satıldığı qeyd edilirdi. Bu gün isə, həmin ərazidə olan hamam dəmir lövhələrlə çəpərlənib.

Bəzi mütəxəssislərin fikrincə, əvvəllər yaşayış məntəqələri layihələndirilən zaman hamamların olması böyük rol oynayırdı. Hamamlar mədəni istirahət mərkəzləri sayılmaqla yanaşı, həm də təmizlik mənbəyi idi. Bu gün isə, böyük tarixə malik olan bu abidələr baxımsız vəziyyətdədir. Hamamın divarları aşınıb, deformasiyaya uğrayıb. Tarixi abidələr bizə keçmişimizin yadigarıdır. Keçmişini unudanların isə, gələcəyi sual altında olur…

Xatırladaq ki, bir neçə il öncə hamam dövlət mühafizəsinə götürülməsi üçün siyahıya alınıb.

Bizimyol.info
 
Ardını oxu...
"Atv" kanalında yayımlanan "Kuruluş Osman" serialına yeni aktyor daxil olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində sonuncu dəfə "Mən bu cihana sığmazam" serialında rol alab Mirza Bahattin Doğan yer alacaq.

O, "Yakup bey" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rolunu Burak Özçivit canlandırır.
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Allah Qənirə xanıma şəfa versin. Türkiyədə serialın çəkilişlərindəyəm, inanın Allaha özümə yer tapa bilmirəm. Ortaq dostlarımıza, ailə üzvlərinə zəng etdim. Başları qarışıq olduğu üçün telefonlarımı açmadılar. Səhhətindən çox nigaranam. Uzaqdayam, əlimdən gələn yalnız duadır. Ailə üzvləri, dostları, bütün millət pərişandır. Qənirə xanım mənim üçün çox dəyərli bir insandır (ağlayır). 15 ildən çoxdur ki, onunla yaxınıq. Mənim hər zaman xeyrimdə, şərimdə yanımda olub. O İstanbula gələndə, mən Bakıya gələndə həmişə bir araya gəlirik. Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında həm siyasi, həm də mədəniyyət sahəsində bir körpü olub. Türkiyədə onun çox böyük hörməti var. Çox insan onu tanıyır. Hamısı onun üçün dua edir, şəfa diləyir. Mən həmişə o insanla qürur duymuşam”
Gununsesi.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.
“Verilişimlə bağlı Türkiyədən gələn qonaqlarım olanda deyirdi ki, bacı götür onları gəlin bizə. Gedərdik orada süfrə açardı, çox gözəl qarşılayardı bizi. Allahdan Qənirəmizə şəfa diləyirəm. Çünki o bizim Qənirəmizdir. O çox güclü qadındır. İnanıram ki, tezliklə ayağa qalxacaq. Yenə də aramıza qayıdacaq. O mənim canımdır (ağlayır). Çox pisəm. Onsuz həyatımı heç düşünə bilmirəm. Çəkilişlərdə o qədər ağlamışam ki. Allah ailəsinə səbr, dözüm versin” deyə sənətçi bildirib.
Məlahət Abbasova bildirib ki, Qənirə xanım heç vaxt səhhətindən şikayət etməyib.
“İndiyə qədər onun xəstə olduğunu eşitməmişəm. Özü də mənə deməyib. Amma bilirəm ki, artıq çəki ilə bağlı həmişə bir pəhrizi var idi. Hətta illər əvvəl Aygün Səmədzadə ilə birlikdə məni evinə qonaq çağırmışdı, süfrədə hər şey var idi, bir dənə də nəsə götürüb yemək yemədi. Həddindən artıq pəhriz də ziyandır. İşləri də çox olurdu. Böyük ehtimal işlərinin çoxluğundan sağlamlığına da diqqət yetirmirdi. İstanbula gəlirdi, o iclasdan bu iclasa gedirdi, o şəhərdən bu şəhərə gəlirdi. Çox vətənpərvər bir insandır” deyə aktrisa bildirib.
Ardını oxu...
 
Ardını oxu...
Amerikanın əfsanəvi prezidenti Duayt Eyzenhauer Vaşinqtondakı monumental abidəsinin müəllifi Bakıdan gedən sənətkardır.

APA xəbər verir ki, bu barədə ADA Universitetinin prorektoru, DİM-in İdarə Heyətinin üzvü Fariz İsmayılzadə sosial şəbəkədə paylaşım edib.

O yazıb ki, bu abidə 2021-ci ildə Bakıdan, Azərbaycandan gələn Sergey Eylanbekov tərəfindən ucaldılıb.
Ardını oxu...
Sergey Eylanbekovun əsərlərinə dünyanın müxtəlif yerlərində ictimai yerlərdə və şəxsi kolleksiyalarda rast gəlmək olar.
Ardını oxu...
Hər il yerli filmləri “Oscar” mükafatına namizəd göstərən Rusiya “Oscar” Komitəsi işini dayandırıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin üzvü, prodüser Fyodor Popov məlumat verib.

O qeyd edib ki, komitənin fəaliyyətinin dayandırılması təşkilatın çoxlu sayda üzvünün ölkədən getməsi ilə bağlıdır.

““Oscar”ın namizədlik komitəsi işlədiyi vaxt mən onun tərkibində idim. İndi onun sıraları xeyli azalıb və fəaliyyəti dayanıb”, - Popov bildirib.
Ardını oxu...
Aktrisa Merve Kayaalpın intihar səbəbi açıqlanıb.

Kulis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, atası Əli Rıza Kayaal qızının bir çox layihəyə müraciət etdiyini və müsbət cavab almadığı üçün bir müddət depressiyaya düşdüyünü bildirib.

Onun sözlərinə görə, qızı bu səbəbdən özünə qəsd edib.
Ardını oxu...
Bir neçə gün öncə tanınmış reper Snop Doqun Azərbaycana qarşı hörmətsizlik etməsi barədə xəbər yayılmışdı. Belə ki, o, öz sosial şəbəkə hesabında “Mənim sevimli erməni xalqım. Mən sizi düşünürəm və Ermənistandakı, Artsaxdakı eləcə də dünyanın hər yerindəki bütün erməni xalqına sevgilər göndərirəm. Mən sevgi və sülh gətirirəm, hər kəsə güc diləyirəm. 23 sentyabrda gəlirəm”, yazmışdı.
O, qondarma respublikada “check in” edərək, “Artsax”ı ayrı bir respublika kimi qeyd etmişdi. Ermənistanda vəziyyətin qarışıq olması səbəbi ilə reperin konsertinin ləğv olunması məsələsi gündəmə gəlib.

Xəbərə görə, Azərbaycanın Xalq artisti Faiq Ağayev Snop Doqla bağlı paylaşım edərək, onu zarafatla Yevlaxa dəvət edib.

“Yevlaxa gəl Yevlaxa
Tüstü sal seyrangaha”

İzləyiciləri zarafatla Faiq Ağayevin mahnı qoşmaq məsələsində Rövşən Binəqədiliylə yarışdığını yazıblar. Xalq artisti Binəqədilinin daha operativ olduğunu söyləyib.

Ardını oxu...
 //Lent.az//
 
Ardını oxu...
Rəssam, aktrisa Alagöz Salahova ilə vida mərasimi bu gün Təzə Pir məscidində olacaq.

Bu barədə APA-ya mərhumun oğlu məlumat verib.

Onun sözlərinə görə, vida mərasiminin saat 11:00-da başlanılması nəzərdə tutulub.

Xatırladaq ki, Xalq rəssamı Tahir Salahovun qızı rəssam, aktrisa Alagöz Salayeva dünən gecə saatlarında 70 yaşında vəfat edib.

Dünyapress TV

Xəbər lenti