Ardını oxu...
2020-ci ilə qədər bizim üçün 44 sadəcə bir riyazi rəqəm idi. 27 sentyabra qədər...

O gün 30 ildir gözlənən gün yetişdi. Həsrət bitdi. Qələbə sevinci başladı. İllərdir bu günü gözləyən xalq dinindən, dilindən, irqindən, kimliyindən asılı olmayaraq, bir oldu, dəmir yumruq kimi birləşdi və bu birlik bizə 44 günlük Vətən müharibəsində yaşadığımız qələbələri, zəfərləri gətirdi.

Xalq birliyi necə olur bilməyənlərə örnək olduq. Kimi öz pensiyasını cəbhəyə yolladı, kimi döyüşə gedən nəvəsini dəstəklədi. Kimi yığdığı pulu əsgərlərimizə göndərdi, kimi informasiya müharibəsində düşmənlə savaşdı.

Kimi sevincindən ağladı, kimi dua etdi və daha nələr yaşandı bu 44 gündə.
Hamının düşməni, arzusu, amalı bir idi - Qarabağa qovuşmaq, həsrətə son qoymaq.

Bəli, məhz bu birlik, bu doğmalıq və Vətənə olan sonsuz sevgi bizi arzumuza çatdırdı. Ali Baş Komandanın izi ilə çıxdığımız bu yolda qalib olduq.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 

      
Ardını oxu...
Bu gün 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür.

“Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır”.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür.
Ardını oxu...
Oxu.Az xatırladır ki, şanlı üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olub.

1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı öz istiqlaliyyət rəmzini unutmadı.
Ardını oxu...
Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin öndərliyində Azərbaycan xalqı öz üçrəngli istiqlaliyyət simvoluna 70 il sonra yenidən qovuşdu.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.


Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib. Həmin dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyub şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.

Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Azərbaycanın və Qarabağın incisi Şuşa şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda, Kəlbəcərdə və Laçında, nəhayət Xankəndidə dalğalanıb.
Ardını oxu...
Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız günlər uzaqda deyil!

Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla yanaşmaq bizim vəzifəmizdir!
Oxu.az
 
 
 

Ardını oxu...
Tarixi İrəvan şəhərindəki mədəni irsimizdən bəhs edən kadrların çəkilməsi və yayımlanması Ermənistanda ciddi ajiotaja səbəb olub.
Bu barədə erməni mediası bildirir.

İddia olunub ki, sənədli filmin çəkilməsinə rəsmi qurumlar icazə verib.

Rəsmi İrəvan Ermənistanın paytaxtında Azərbaycan filminin çəkilişinə icazə verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bildirilib ki, çəkilişlərin təşkili ilə bağlı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə beynəlxalq təşkilatlardan, xarici KİV-lərdən və ya digər şəxslərdən hər hansı məktub və ya müraciət daxil olmayıb. Qurum hadisəni növbəti informasiya manipulyasiyası adlandırıb və medianı Azərbaycanın Teleqram kanallarının yaydığı videonu yaymamağa çağırıb.

Qeyd olunub ki, bundan əvvəl internetdə İrəvanın yeni görüntülərini əks etdirən “İrəvanda Azərbaycan tarixi-mədəni irsi” haqqında videokadrlar yayılıb.



AzVision.az
Ardını oxu...
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 3-də Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşanın işğaldan azad edildiyi gün - 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Zəfər Günü ilə əlaqədar noyabrın 8-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərimiz separatçılardan təmizlənib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.

Zəfər Günü ilə əlaqədar olaraq, bu ilin sentyabr ayında separatçılardan təmizlənən Xankəndi şəhərində hərbi parad keçiriləcək. Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi paradda nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

8 noyabr ölkədə qeyri-iş günüdür.
 
Ardını oxu...
Ankara Milli Kitabxanasında 5-ci Türk dünyası yazarlar qurultayının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, qurultayda müxtəlif ölkələrdən 100-ə yaxın elm xadimi, şair və yazıçı iştirak edir.

“İLESAM”ın rəhbəri, yazıçı-şair Mehmet Nuri Parmaksız qonaqları salamlayaraq məmnunluq ifadə edib. Türk dünyası yazarlar qurultayının tarixindən bəhs edən M.N.Parmaksız qurultayın məqsəd və gələcək planlarından bəhs edib. Proqram haqqında qısa məlumat verən yazıçı qarşıya qoyulan məsələlərin əhəmiyyətini diqqətə çatdırıb. M.N.Parmaksız ortaq türk dilinin yaradılması məsələsinin zəruriliyini vurğulayaraq artıq işə başlamağın və müzakirələrin reallaşdırılmasının vacibliyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar çıxış edərək AYB adından bütün qurultay iştirakçılarını salamlayıb. Bundan əvvəlki dörd Türk dünyası yazarlar qurultayının iştirakçısı olmuş Xalq yazıçısı əvvəlki qurultayları xatırlayıb, ötən illərin ədəbi əlaqələrini yada salıb. Ənənələrin davam etdirilməsinin uğurlu addım olduğunu vurğulayan Anar müəllim 44 günlük haqq savaşımızda qazanılan parlaq qələbədən bəhs edib, Zəfər günü ərəfəsində belə bir qurultayın keçirilməsinin sevincini bölüşüb və fəxarət hissi ilə qeyd etdiyi bu fikirlər alqışlarla qarşılanıb: “Mən xoşbəxtəm ki, zəfər çalmış Azərbaycanı təmsil edirəm”.

“TÜRKSOY”un sədr müavini Sayit Yusuf ortaq türk dilinin yaradılması, ortaq türk ədəbiyyatı, mədəniyyəti anlayışının təbliği baxımından bu günə qədər görülən işlər barədə məlumat verib. S.Yusuf qurultayın fəaliyyətində hər kəsə uğurlar arzu edib.
Açılış mərasiminin ardınca seksiyalar öz işinə başlayıb.

Qeyd edək ki, “Türk dünyasında ortaq dil, əlifba”, “Türk dünyasında təhsil, mədəniyyət, incəsənət və ədəbiyyatda birlik, bərabərlik düşüncəsi”, “Türk dünyasında müəllif hüquqları problemləri və pirat kitabçılıqla mübarizədə görülməli olan işlər və çıxış yolları”, “Türk dünyasında ortaq kitabxana, oxu mədəniyyəti, ortaq dildə nəşrlər və tərcümə məsələləri”, “Türk dünyası ortaq ədəbiyyatı, müqayisəli ədəbiyyat, ədəbi növlər, ədəbiyyat universitetləri ilə qurumların iş birliyi” mövzularında təşkil olunacaq seksiyalara müxtəlif elm adamları, yazıçı və şairlər cəlb olunub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

          
TEOMAN HUNTÜRK KAĞANI METE HAN’ın BABASI</div></div></div></article>    </div>
                    <span class=
Ardını oxu...
Rusiya ordusunun tərkibində Ukraynada döyüşən rejissor və baletmeyster Aleksander Saprunov hərbi əməliyyatlar zamanı ölüb.
Axar.az xəbər verir ki, bu barədə onun çalışdığı teatrın kollektivi məlumat yayıb.
"Ryazan Musiqili Teatrı böyük kədər içindədir. Rejissor və xoreoqraf Aleksandr Saprunovun həyatı yarıda bitdi. O, xüsusi hərbi əməliyyat zamanı (Rusiyanın Ukraynaya müdaxiləsi – red.) qəhrəmancasına həlak olub", - deyə bildirilib
 

Ardını oxu...
“Klon” serialı ilə məşhurlaşan 69 yaşlı braziliyalı aktrisa Elizancela do Amaral Vergeiro vəfat edib.

DİA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Evdə özünü pis hiss edən və nəfəs almaqda çətinlik çəkən aktrisa noyabrın 3-də xəstəxanaya yerləşdirilib. Elizancela infarkt və tənəffüs tutulmasından orada dünyasını dəyişib.

Qeyd edək ki, o, serialda Donna Noemia obrazını canlandırıb.
 
Ardını oxu...
Məşhur rusiyalı sənətçi Alla Puqaçovanın Rusiyaya qayıtmağının səbəbi məlum olub.

Onun vəsiyyətnamə tərtib etmək və əri Maksim Qalkinin xarici agent statusunu ləğv etmək üçün ölkəsinə qayıtdığı bildirilir.

Primadonna çoxdan bütün əmlakını kiçik övladlarına vəsiyyət edib. Lakin Moskva yaxınlığındakı Qryaz kəndində yerləşən qəsr hələ də onun əri Maksim Qalkinə məxsusdur. Buna görə də Puqaçova bu məsələni notariusla həll etmək qərarına gəlib.

Müğənninin ətrafı hesab edir ki, o, həmçinin Qalkinin üzərindən xarici agent statusunun götürülməsi məsələsində də ərinə kömək etməyə çalışacaq.

Qeyd edək ki, Alla Puqaçova ölkəsinə qayıtdıqdan dərhal sonra müğənninin saxlanılması və Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində iştirakı ilə bağlı dindirilməsi tələb olunub.
 

Dünyapress TV

Xəbər lenti